Digər xəbərlər
Diqqət!!! İkinci dünya müharibəsinin iştirakçılarının yaxınlarının nəzərinə Azərbaycan xalqının qəhrəman oğul və qızları tarixin səhifəsinə adlarını qızıl hərflərlə yazıb, azərbaycanlı adını iftixarla daşııblar. Onlar daima xatırlanmalı, əbədi yaşamalıdırlar. Respublika Veteranlar Təşkilatı tərəfindən İkinci dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyi ərəsfəsində müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş, eləcə də, sağ veteranların tanıdılması istiqamətində müntəzəm işlər aparılır. Hörmətli həmvətənlərimiz, bu vətənpərlik missiyasında bizə kömək göstərməklə yaxınlarınızın tanıdılmasına yardımçı olacaqsınız. İkinci Dünya müharibəsində iştirak etmiş şəxslər haqqında informasiya və onların müharibə dövrünə (və ya müharibədən sonra) aid foto şəkillərini aşağıda göstərilən ünvana göndərməyinizi xahiş edirik. Əlaqə vasitələri Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koveroçkin küçəsi 34 Tel: 012 4923681 Fax: 0124927884 Mail: az.veteran@mail.ru
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçularımızın il mərasimi keçirilib. Bununla əlaqədar Yasamal rayonundakı 2-ci Fəxri Xiyabanda dəfn edilən şəhidlərin məzarlarıı ziyarət edilib. Şəhid hərbi qulluçular Hüseyn Tağıyev, Sübhan Əbdürrəhmanov, Sənan Kərimov və Rəşad Quliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə əklil və tər güllər düzülüb. İl mərasimində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkilləri, YAP rayon təşkilatlarının sədrləri, Müdafiə Nazirliyinin nümayəndələri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb.Bildirilib ki, şəhidlərimiz xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaqlar. Şəhidlərimizin fədakarlığını, onların Vətənə bağlılığını dövlətimiz, Ali Baş Komandan cənab İlham Əliyev, bütün xalqımız hər zaman yüksək qiymətləndiriblər.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri, ehtiyyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 yanvar 2023–ci il tarixində Bakı şəhəri Xətai rayonunda keçirilən tədbirdə iştirak ediblər. Tədbir Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə keçirilib. 20 Yanvar qurbanlarının 33 il dönəminə həsr edilmiş ,”Vətən üçün doğulmuşam” adlı tədbirdə Xətai rayon VT-nın müavini Tofiq Məmmədov, Xətai rayon Ağsaqqallar Şurasının sədr müavini Nizami Hüseynov, məktəbin direktoru Zenfira Məsiyeva, şagirdlər və müəllimlər iştirak ediblər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər 20 Yanvar faciyəsinə həsr olunmuş şeirlər söyləyib, səhnəciklər göstəriblər. Şagirdlərin çıxışlarından sonra söz qonaqlara verilib. Polkovnik Adil Haqverdiyev çıxışında 20 yanvar gecəsinin şahidi olduğunu bildirib: “Ağır texnikaların şəhərə yeridilməsi və dinc etirazçıları əzmək böyük cinayət idi. O dövrün məsul şəxsləri qanun qarşısında cəzasız qalsalar da, Allah qarşısında cavab verəcəklər. Rəhbər işçilər xalqla bir yerdə olmadılar, çünki böyuk yalanlar uydurmuşdular. Sovet Ordusu etirazçıları sakitləşdirmək adı altında qırğınlar törətdi. Ordu nəinki Bakıda, eyni zamanda ətraf rayonlarda da amansız qırğınlar törətdilər. Mustəqilliyimizin əldə olunmasının yolunda qurban gedənlərin ruhu şaddır. Azərbaycanımızın müstəqilliyi günü-gündən güclənir və inamla addımlayır. Biz vətəndaş olaraq Ali Baş Komandan Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyərək bir yumruq kimi onun ətrafında birləşib, dəmir yumruğumuzu düşmənlərimizə göstərməliyik. Mən çıxışımın sonunda bir daha vətən uğurunda qurban gedənlərin, şəhidlərimizin ruhu qarşısında baş əyirəm, onlara Allahdan rəhmət, sağlamlıqlarını itirənlərə cansağlığı diləyirəm”. Daha sonra Tofiq Məmmədov çıxış edib. Məktəbin direktoru Zenfira Məsiyeva məktəb kollektivi adından tədbir iştirakçılarına təşəkkürünü bildirib. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
“ABŞ ordusunda xüsusi təyinatlı qüvvələrin sayının artırılması ilə bağlı verilən qərar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyinə, hərbi məharət və səriştəsinə dəlalət edir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin illər öncə Azərbaycan ordusunda həyata keçirdiyi bu islahatın Amerika ordusunda yalnız indi gerçəkləşməsi, Müzəffər Ali Baş Komandanın uzaqgörənliyindən xəbər verir: “44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Silahlı Qüvvələrində xüsusi təyinatlı qüvvələrin sayının əhəmiyyətli dərəcədə artırılması prosesi həyata keçirildi. Yalnız Müdafiə Nazirliyində deyil, digər qoşun növlərində də xüsusi təyinatlı qüvvələrin sıralarının genişləndirilməsi baş verdi ki, bu da zərurətdən irəli gəlirdi. Müzəffər Ali Baş Komandan öz çıxışlarında dəfələrlə bildirmişdir ki, Vətən müharibəsinin gedişatı və nəticəsi xüsusi təyinatlı qüvvələrin önəmini göstərdi. Müharibə göstərdi ki, müasir hərbi əməliyyatlarda xüsusi təyinatlı qüvvələrin rolu həlledicidir. Bu səbəbdən də ölkəmizdə xüsusi təyinatlı qüvvələrin sayı artırılmaqla yanaşı, Komando Qüvvələri də yaradıldı. Ali Baş Komandan Komando Qüvvələrinin hərbi hissələrinin açılışında şəxsən iştirak etdi, onlara fəaliyyətində uğurlar arzuladı. Bu günlərdə Ukraynadakı müharibənin nəticələrini təhlil edən ABŞ hərbi komandanlığı ordudakı xüsusi təyinatlı qüvvələrin sayının artırılmasına qərər verib. Amerikalı hərbi mütəxəssislər etiraf edib ki, Ukrayna müharibəsi bir daha göstərdi ki, müharibə zamanı önəmli olan ordunun sayı yox, onun keyfiyyəti, peşəkarlıq səviyyəsidir. Bu səbəbdən də ABŞ komandanlığı orduda ümumi ixtisarlar aparmaqla yanaşı, xüsusi təyinatlı qüvvələrin sayının artırılmasına qərar verib. Hansı ki, Prezident İlham Əliyev 4 il bundan öncə - Vətən müharibəsindən dərhal sonra Azərbaycan Ordusunda bu islahatı həyata keçirib. Bu müqayisə bir daha sübut edir ki, Azərbaycan bir çox məsələlərdə superdövlətləri belə qabaqlamağı bacarır və biz bütün bu uğurlara görə heç şübhəsiz Müzəffər Ali Baş komandanımıza, onun hərbi-siyasi uzaqgörənliyinə borluyuq”. Seymur ƏLİYEV
Hamısını oxu