Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Biz birlikdə daha güclüyük

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə tədbir keçirib. Rayon Veteranlar Evində təşkil olunan tədbirdə əmək və müharibə veteranları, rayonun tanınmış ziyalıları  və ictimai birliklərin rəhbərləri iştirak ediblər.

Tədbirdən öncə şəhidlərimizin və Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik gününün xalqımız üçün  böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Bu günün  dövlətimiz tərəfindən həmişə yüksək səviyyədə keçirildiyini xüsusi vurğulayaraq deyib ki, gəlin, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə həmişə bir olaq, birlikdə olaq.Biz birlikdə olanda daha güclü oluruq. Məhz bu birliyin sayəsində Vətən müharibəsində də şanlı qələbə qazandıq.

Rayon Ağsaqqallar şurasının sədri Ədalət Əsgərov,  ADPU Cəlilabad filialının direktor müavini Aydın İbişov, "Qarabağ Qaziləri" ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü veteran müəllim- şair Əfrahim Abbas, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad rayon nümayəndəsi Cavidan Rəşidov, araşdırmaçı- tarixçi Ələsgər Mirzəzadə, əmək və müharibə veteranları Asəf İsmayılov, Mirzəbala Hüseynov, Əsədulla Əliyev, Qurban Əhmədov, Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov, "Dəmir yumruq" ictimai birliyinin sədri Rəfael Şükürov və başqaları çıxış edərək bu əlamətdar günün müntəzəm qeyd olunmasının xalqımızın həmrəyliyində oynadığı rolu yüksək qiymətləndiriblər və bu gün bizim daha sıx birləşməyimizin, bir olmağımızın böyük əhəmiyyəti olduğunu bildiriblər.

Tədbirin sonunda rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Respublika Əmək, Müharibə və Silahlı Qüvvələri Veteranları Təşkilatı adından   tədbir iştirakçılarını və rayonun bütün əmək və müharibə vetetanlarını Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə bir daha təbrik edib, onlara möhkəm cansağlığı və ailə səadəti arzulayıb.

2022-12-30 18:22:00
1059 baxış

Digər xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin

Hamısını oxu
DTX-dən vətəndaşlara MÜRACİƏT: Cəbhədəki vəziyyətlə bağlı

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərirlər. Bu barədə Publika.az DTX-nin saytına istinadən xəbər verir. Qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.   Anonim profillərlə onlara edilmiş bu qəbil müraciətlər, sosial şəbəkə yazışmaları və mesengerlərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir. Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış kəşfiyyat-təxribat xarakterli müraciətlərlə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi (www.dtx.gov.az), əlaqə telefon (+99412 405 99 99) və qaynar xətt (+99412 1656) nömrələri, habelə DTX-nin rəsmi sosial şəbəkə resursları (https://www.facebook.com/DTXAzerbaijan, https://www.instagram.com/azerbaijandtx və https://twitter.com/DTX_Azerbaijan), WhatsApp və Telegram (+994 77 405 99 99) vasitəsilə məlumat verilməsi xahiş olunur. Unutmayaq ki, hər hansı məsuliyyətsiz davranışdan çoxlu sayda hərbi qulluqçumuzun və mülki şəxsin həyat və sağlamlığı təhlükə altına düşə bilər.

Hamısını oxu
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş olub. Konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlər barədə danışıb, son zamanlar həmkarlar ittifaqları sistemindəki yenilikləri diqqətə çatdırıb. Bildirilib ki, müasir inkişaf reallıqları və  bu günün çağırışları nəzərə alınmaqla, eləcə də mütərəqqi təcrübənin tətbiqi ilə qurumun fəaliyyəti təkmilləşdirilir, rəqəmsallaşdırılmaqla yollayışların verilməsi proseduru sadələşdirilir. Artıq sanatoriya və kurort müəssisələrinin qış mövsümündə də səmərəli fəaliyyəti təmin olunur və mövsüm ərzində ittifaq üzvlərinə yollayışlar güzəştli şərtlərlə verilir. Ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətinə yaradılan əlverişli şəraitdən bəhs edən Sahib Məmmədov cənab Prezident İlham Əliyevin quruma göstərdiyi dövlət dəstəyini vurğulayıb. Qeyd edilib ki, həmkarlar ittifaqları tərəfindən müəssisə və təşkilatlarda işləyən veteranların da sosial müdafiəsi üçün konkret addımlar atılır, istirahət və müalicələri üçün güzəştli yollayışlar verilir. Bu cür tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Veteranlara olan yüksək münasibətdən danışan Konfederasiya sədri onlara ayrılan birdəfəlik maddi yardımları, pensiyaların ildən-ilə artırılmasını, mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicəsini dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın veteranlara xüsusi qayğısının göstəricisi olduğunu diqqətə çatdırıb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, əməkdaşlığın genişləndirilməsinə dair təkliflərini səsləndirib. Həmçinin görüşdə tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb.

Hamısını oxu
Paşinyanı devirmək istəyən revanşistlərin planı: “nə sülh, nə də müharibə” şəklində də olsa...

“Revanşistlər Paşinyanı məğlub etməklə Ermənistanda hakimiyyəti birmənalı şəkildə ələ keçirməyə çalışırlar. Onlar Paşinyanı məkrili plan və ambisiyaları yolunda ən böyük əngəllərdən biri hesab edirlər”. Bu sözləri Publika.az-a açıqlamasında Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. O bildirib ki, revanşistlər hesab edir ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalaya, bölgədəki gərginliyə son qoya bilər ki, bu da revanşist qüvvələrin marağına uyğun deyil: “Onlar “nə sülh, nə də müharibə” şəklində də olsa, Azərbaycanla gərginlyi davam etdirməkdə maraqlıdır. Revanşistlər hesab edir ki, əgər proses bir qədər uzana və Ermənistan xarici himayədarlarından kifayət qədər dəstək ala bilərsə, o zaman post-müharibə dövründəki məlum status-kvonu dəyişdirə bilərlər. Təbii ki, bunlar cəfəng fikirlərdir və həqiqətdən çox-çox uzaqdır. Ancaq erməni revanşistlər xülyalara dalmaqda, özlərinin uydurduqları yalanlara inanmaqda davam edir və Paşinyanı onların hədəfinə çevirən də məhz budur”. Ekspertin sözlərinə görə, Ermənistandakı hakimiyyət dəyişikliyinin bölgədə hansı nəticələrə səbəb olacağını indidən qəti şəkildə demək mümkün deyil: “Çünki hər şey hakimiyyətə gələcək qüvvələrin məqsəd və məramından asılı olacaq. Əgər Ermənistanda hakimiyyətə revanşist qüvələr gələrsə, o zaman çox böyük ehtimalla, regionda vəziyyət daha da gərginləşəcək. Çünki bu qüvvələr açıq şəkildə yeni qarşıdurmaların tərəfdarı olduqlarını bəyan edirlər. Odur ki, indiki halda Paşinyan hakimiyyəti erməni toplumunun maraqlaırna daha çox cavab verir. Çünki Paşinyan post-müharibə dövrünün reallıqlarını qismən də olsa dərk edir, ciddi daxili və xarici təzyiq altında olsa da, rəsmi Bakı ilə anlaşmağa cəhd edir. Ola bilsin ki, bütün bu cəhdlər sadəcə imitasiyadır. Amma ən azından Paşinyan Azərbaycana qarşı açıq çağırışlar etmir, müharibə anonsları vermir. Bu isə o deməkdir ki, əslində Paşinyan hakimiyyəti erməni toplumu, onun maraqları baxımından daha sərfəli, daha təhlükəsizdir. Təxribatlara gəlincə, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycan istənilən təxribata qətiyyətlə cavab verəcək, öz təhlükəsizliyini təmin etmək üçün ən sərt tədbirlərdən belə çəkinməyəcək”. Nəzrin Cavadzadə

Hamısını oxu