Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlara və şəhid ailələrinə verilən Prezident təqaüdünün artırılması dövlətimizin onlara qayğısının təzahürüdür

Prezident İlham Əliyevin Sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçılarına verilən Prezident təqaüdünün məbləği artırılıb. Dövlət başçısının digər bir Sərəncamı ilə şəhid ailələri üçün aylıq təqaüdün məbləği də artırılıb.

Bununla bağlı AZƏRTAC-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Prezidentin bu sərəncamlarını dövlətin veteran və şəhid ailələrinə qayğısının və diqqətinin növbəti təzahürü olduğunu deyib: “İstər Böyük Vətən müharibəsi iştirakçılarına verilən Prezident təqaüdünün, istərsə də şəhid ailələrinə verilən aylıq təqaüdün artırılması hər şeydən əvvəl dövlətimizin başçısının bu insanlara olan qayğısının göstəricisidir. Hər iki sərəncam “Heydər Əliyev İli”ndə məlum kateqoriyadan olan vətəndaşlarımız üçün töhfə oldu. Bu fakt bir daha sübut edir ki, dövlətimiz onun müdafiəsində xidməti olan insanların fədakarlığını, xidmətlərini heç vaxt unutmur və daim həmin şəxsləri diqqət mərkəzində saxlayır.

Biz Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatı adından veteran və şəhid ailələri ilə bağlı sərəncamlara görə Prezident İlham Əliyevə minnətdarlığımızı ifadə edirik. Həmçinin bildiririk ki, hər zaman olduğu kimi, bundan sonra da dövlət maraqlarımızın, milli mənafelərimizin müdafiəsində yaxından iştirak edəcək, dövlətimizin başçısının ətrafında sıx birləşərək ölkəmizin tərəqqisi uğrunda səylə çalışmaqda davam edəcəyik”.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən, 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği yanvarın 1-dən 330 manat müəyyənləşdirilib.

2023-01-13 16:19:00
989 baxış

Digər xəbərlər

Müharibə cəhənnəmi içərisində sülh cənnəti... -TƏHLİL!

İlham Əliyev möcüzə yaratmaqda davam edir! Artıq bir neçə gündür ki, ABŞ-İran müharibəsi bütün şiddəti ilə davam edir. İsrailin də qatıldığı müharibədə on minlərlə hərbçidən, yüzlərlə hərbi təyyarədən, ən müasir raket sistemlərindən istifadə olunur ki, bu da müharibənin nəticələrini daha dağıdıcı və ölümcül edir. ABŞ-İran müharibəsi ilə bağlı diqqət çəkən nüanslardan biri də müharibənin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Qətər, Oman, İordaniya kimi ölkələrə də yayılmasıdır. Belə ki, ABŞ-İsrail koalisiyasının hücumundan sonra Amerikanın Yaxın və Orta Şərqdəki bazalarını hədəf alan İran, bir sıra ərəb ölkələrinin ərazisinə raket hücumları reallaşdırıb. Nəticədə, mülki infrastrukturda ciddi dağıntılar və itkilər baş verib. Hansı ki, məlum hücumların növbəti günlərdə də davam etməsi ehtimalı böyükdür.  ABŞ-İran qarşıdurması müharibəsi müharibə və münaqişələrdən əziyyət çəkən dünyamızda gərginliklərin azalmadığını, əksinə, artdığını göstərir. Bu isə hər bir dövlət və xalqın təhlükəsizlik problemini aktuallaşdırmaqdadır. Xatırladaq ki, bu gün dünyada qaynar nöqtələrdən biri də məhz Azərbaycanın yerləşdiyi coğrafiya hesab olunub. Azərbaycanın şimal qonşusu olan Rusiya 4 ildən çoxdur ki, Ukrayna ilə üzücü və qüvvətükədən müharibə aparmaqdadır. Ölkəmizin şimal-qərb qonşusu olan Gürcüstanda Abxaziya və Şimali Osetiya problemi mövcuddur ki, dondurulmuş vəziyyətdə olan məlum problemin nə zaman öz həllini tapacağı ilə bağlı xırda ehtimal belə mövcud deyil. Cənub-qərb qonşumuz olan Ermənistanda isə müharibə olmasa da, ölkə dövlət-kilsə qarşıdurmasından, habelə, müxtəliv siyasi qüvvələr və klanlar arasındakı mübarizədən əziyyət çəkməkdədir. Hazırda Azərbaycanın cənub qonşusu olan İranda baş verən müharibə isə bütün digər problemləri kölgədə qoymaqda, regionun gələcəyi ilə bağlı mövcud narahatlıqları daha da artırmaqdadır. Məhz belə bir şəraitdə yalnız Azərbaycan müharibə və qarşıdurmaların fövqündə dayanıb ki, bu da Prezident İlham Əliyevin uzaqgörənliyindən, nəhəng siyasi dühasından qaynaqlanır. Bu gün Azərbaycan müharibə cəhənnəmi içərisindəki sülh adası təsiri bağışlamaqda, müharibədən əziyyət çəkən insanlar üçün xilas mənbəyi, təsəlli rolunu oynaqmaqdadır. Fevralın 28-dən bugünə qədər İrandakı müharibə səbəbi ilə cənub sərhədləri vasitəsilə Azərbaycana yüzlərlə əcnəbi pənah gətirib ki, bu da ölkəmizin ənənəvi humanitar missiyasına sadiqliyindən xəbər verir. Bu gerçək bir daha sübut edir ki, Azərbaycan Müzəffər Ali Baş Komandanının siyasi səriştəsi sayəsində qaynar qazan təsiri bağışlayan planetimizdə öz təhlükəsizliyini və toxunulmazlığını uğurla qorumaqda, bütün təhdid və təhlükələri müvəffəqiyyətlə dəf etməkdədir. Bu fakt həm də İlham Əliyevin heyrətləndirmək bacarığından, möcüzə yaratmaq səriştəsindən xəbər verir. Dörd bir tərəfdən müharibə və münaqişələrlə dövrələndiyi bir zamanda Azərbaycanın sülhə sadiq qalması, öz bitərəfliyini qoruyub saxlaması diplomatiyamızın tarixi uğuru, tarixi nailiyyətidir. Və bu uğur Prezident İlham Əliyev 9 fevral 2026-cı il tarixində ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinlə görüşü zamanı səsləndirdiyi tarixi ifadəni yada salır: “Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq”. Seymur ƏLİYEV

Hamısını oxu
Prezident bu şəxsi Təhsil naziri təyin etdi

Prezident İlham Əliyev Emin Əmrullayevin Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilsin

Hamısını oxu
“8 noyabr Zəfər Günüdür” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin İş Planına uyğun olaraq şöbə   müdiri e/o polkovnik Adil Haqverdiyev,baş mütəxəssis Nəbi Hacıyev 6 noyabr 2023-cü il tarixində  8 noyabr qələbə günü  ilə əlaqədar tədbir təşkil ediblər. Tədbir Yasamal rayonunda yerləşən Heydər Əliyev mərkəzində baş tutub. 8 noyabr qələbə günü ilə əlaqədar “8 noyabr Zəfər Günüdür”  adlı tədbirdə Yasamal rayon VT-nın sədri Vaqif Məmmədov, Heydər Əliyev mərkəzinin elmi işçisi Azər Zeynalzadə, gənc rəssamlar, Yasamal rayonunda yerləşən 308 saylı tam orta mətəbin müəlliməsi Zəminə Yusubova, şagirdlərlə iştirak etdilər. Tədbir öncəsi gənc rəssamların Zəfər Gününə həsir etdikləri  əsərlərindən ibarət sərgiyə baxıldı. Daha sonra tədbir öz işinə başlayıb. Tədbiri Azər Zeynalzadə açıb. Öncə Dövlət Himni səsləndi. Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Çıxış üçün sözü e/o polkovnik Adil Haqverdiyevə verildi. Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri Fatma xanım Səttarovanın və müavini e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı.O,çıxış edərək bildirdi ki, BMT-nın çıxardığı qətnamələr uzun illər  yerinə yetirilmədi, lakin   Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı azad etdi: “Uca Tanrıya şükürlər olsun ki, bu gün Xankəndində üçrəngli bayrağımız dalğalanır. Biz hər zaman ayıq-sayıq olmalıyıq düşmənimizin kimliyini,onun havadarlarını unutmamalıyıq.Onların  çirkin əməllərinin qarşısını almağa hazır olmalıyıq.Ali Baş Komandan İlham Əliyev ətrafında  bir ymruq kimi sıx birləşib söyləməliyik: “QARABAĞ AZƏRBAYCANDIR!” . Daha sonra 308 saylı tam orta məktəbin şagirdləri qələbəyə həsr edilmiş şerlər söylədilər. Tədbirin sonunda fəal rəssamlara, onların müəllimlərinə Adil Haqverdiyev,Vaqif Məmmədav Fəxri Fərman təqdim etdilər, sonda xatirə şəkilləri çəkdirildi.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Sumqayıtda veteranlarla görüş keçirib

13 yanvar 2024-cü il saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində veteranlarla görüş keçirilib.  Tədbirdən öncə respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Görüşdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranlarımızın cəmiyyətdəki rolundan, onların üzərinə düşən vəzifələrdən danışıb. Polkovnik qeyd edib ki, veteranlar hər zaman Müzəffər Ali Baş Komandanın siyasətini dəstəkləyib, dövlət başçısının hər bir çağırışına səs verib: “Veteranlarımızın 44 günlük Vətən müharibəsində, habelə ondan əvvəlki və sonrakı antiterror tədbirlərində böyük fədakarlıqlar göstərdiyi, öz qəhrəmanlıqları ilə tarix yazdığı heç kimə sirr deyil. Prezident İlham Əliyev bütün çıxışlarında şəhidlərimizin, veteranlarımızın tarixi qələbəmizdəki rolundan ətraflı bəhs edib, onların qəhrəmanlığını bütün dünyaya örnək adlandırıb. Bu, veteranlarımıza, onların vətən qarşısındakı xidmətlərinə verilən ən böyük qiymətdir. Vətən müharibəsindən sonra yeni reallıqlar meydana çıxıb ki, bu reallıqlar veteranlarımız qarşısında da yeni vəzifələr qoyur. Bu vəzifələrədn biri birliyimizi qorumaq, Müzəffər Ali Baş Komandanın ətrafıdna sıx birləşməkdə davam etmək, bütün anti-milli qüvvələrə qarşı barışmaz mübarizəmizi davam etdirməkdir. Onu da xatırladım ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 27 dekabr 2023-cü il tarixindəki ümumi yığıncağında bu məsələyə daha geniş tərkibdə toxunmuş, Prezident İlham Əliyevə dəstək bəyanatı ünvanlamışdır. Bəyanatda veteranların Müzəffər Ali baş Komandanın yanında yer aldığı, onun hər bir tapşırığını yerinə yetirməy hazır olduğu qeyd olunmuşdur. Bildiyiniz kimi, cari ilin 7 fevral tariximizdə ölkəmizdə prezident seçkiləri keçiriləcək. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 7 fevral - növbədənkənar prezident seçkiləri günü respublika üzrə seçkiləri müşahidə edəcək, seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsinə öz töhfəsini verməyə çalışacaq. Mən bütün veteranları seçki prosesində aktiv olmağa, dövlətimizin, xalqımızın, vətənimizin keşiyində ayıq-sayıq dayanmağa səsləyirəm”. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov veteranlarımızın dövlətimizin ərazi bütövlüyü uğrunda göstərdiyi tarixi şücaətdən bəhs edib. Dövlətimizin şəhid ailələrinə, veteranlara yüksək diqqət və qayğı göstərdiyini bildirən Sovet Şükürov, veteranların hər zaman Müzəffər Ali Baş Komandanın yanında olduğunu, onun hər bir çağırışını dəstəklədiyini bildirib. Daha sonra müxtəlif katoqoriyadan olan veteranlar çıxış edərək yaxın tarixi keçmişimizin ən mühüm hadisələrinə toxunub, ölkəmizin gələcək inkişafı ilə bağlı arzu və gözləntilərini dilə gətiriblər. Çıxış edən veteranlar ölkəmizin bundan sonra da Müzəfər Ali Baş Komandanın rəhbərliyi altıdna yeni uğur və nailiyyətlərə imza atacağına əminliklərini ifadə ediblər. Tədbirin sonunda xatirə şəkli şəkilib.  

Hamısını oxu