Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabad Rayon Veteranlar Təşkilatı 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı "20 Yanvar bizim qan yaddaşımızdır" mövzusunda tədbir keçirib. Rayon Veteranlar Evində təşkil olunan tədbirə əmək və müharibə veteranları, 20 yanvar əlilləri, ictimai birliklərin rəhbərləri, yaradıcı ziyalılar və ictimaiyyət nümayəndələri dəvət olunublar.

Tədbirdən öncə 20 Yanvar hadisələrini əks etdirən rəsm əsərlərinin sərgisinə baxış keçirilib. Cəlilabad Dövlət Rəsm Qaleriyasının direktoru Elçin Nəzərov məktəblilərin sərgidə nümayiş olunan əl işləri barədə tədbir iştirakçılarına məlumat verib.

Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra onun təklifi  ilə bütün şəhidlərimizin və ümummilli liderimiz Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov azadlığa gedən yolda 20 Yanvar hadisələrinin böyük əhəmiyyət kəsb etməsi haqqında ətraflı danışıb, xalqımıza qarşı törədilmiş bu hərbi cinayətə ilk dəfə  Ulu öndərimiz tərəfindən siyasi qiymət verildiyini xüsusi vurğulayıb.

Əmək və müharibə veteranları Mirzəbala Hüseynov, Əsədulla Əliyev, Fəttah Kərimov, Qurban Əhmədov, Rafiq Rüstəmov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim, Abbas, İman Abdulla, Əlövsət Tahirli, rayon Ağsaqqal Şurasının sədri Ədalət Əsgərov, "Qarabağ qaziləri" ictimai birliyinin Cəlilabad filialının sədri Maşallah Əliyev, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin rayon bölməsinin sədri Asəf İsmayılov, Qızıl Aypara Cəmiyyətinin Cəlilabad üzrə nümayəndəsi İlkin Qubadov, 20 Yanvar Əllilər Cəmiyyətinin üzvləri Ramiz Məmmədov, Xeyrulla Şahbazov, "Dəmir yumruq" ictimai birliyinin sədri Rəfael Şükürov və başqaları çıxış edərək  rus qoşunları tərəfindən bizim dinc əhaliyə qarşı törətdikləri 1990 - cı ilin yanvar faciəsinin bizim qan yaddaşımız olduğunu bir daha qeyd ediblər, ölkəmizin müstəqillik qazanmasında xalqımızın göstərdiyi sarsılmaz birliyindən və mətin iradəsindən qürurla danışıblar.

2023-01-19 20:06:00
916 baxış

Digər xəbərlər

Nazirlik Kəlbəcər rayonundan ilk görüntülər yaydı

Müdafiə Nazirliyi İşğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntülərini yayıb.

Hamısını oxu
Prezident İlham Əliyev türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının növbəti iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə etdi. İclasın ikitərəfli və çoxtərəfli əməkdaşlığımızla bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyən Prezident İlham Əliyev ölkələrimiz arasında etimada əsaslanan çox sıx qardaşlıq münasibətlərinin mövcud olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu təmasların təhlükəsizliyin və regional sabitliyin təmin olunmasındakı rolunu vurğuladı. Azərbaycanın regional əməkdaşlıq proseslərində fəal iştirak etdiyini deyən Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsi üçün səylərin bundan sonra da davam etdiriləcəyini bildirdi. Dövlətimizin başçısı iclasda müzakirə edilən məsələlərin ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Görüşdə çıxış edən qonaqlar Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının növbəti iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirdilər və bu tədbirin ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin və sıx əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyini vurğuladılar.

Hamısını oxu
Hərbi prokuror Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində görüş keçirib

Veteran.gov.az xəbər verir ki, Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə görüş keçirib. Görüşün əvvəlində Ümumi Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov ölkə rəhbərliyinin diqqət və qayğısı ilə yaradılmış şərait barədə geniş məlumat verib, maddi və texniki təchizatın yüksəldilməsi üçün mütəmadi işlərin görülməsini qeyd edib və Hərbi Dəniz Qüvvələrinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmalarını bildirib. Hərbi prokuror görüş zamanı Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularına nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib. Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.  

Hamısını oxu
Düşməni darmadağın edən əsgərlərimiz

Azərbaycan əsgəri yeni tarix yazır! Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur. O, silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib. Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!!!

Hamısını oxu