Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Dayaq" Təşkilatı şəhid Ramiq Mikayılovun doğum günü ilə bağlı tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı Şəhid Ramiq Mikayılovun doğum günü ilə bağlı tədbir keçirib.

Tədbirdə şəhid Ramiq  Mikayılovun anası Gülgəz Mikayılova,  Millət vəkili  Vüqar İsgəndərov,  "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı-nın sədri Qalib Əliyev, təşkilatın sədr müavini Məcid Məmmədov, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal, şəhid ailələri, Qazilər, şəhidin doyüş yoldaşları, tanınmış ictimai fəal şəxslər iştirak edərək çıxış ediblər.

Tədbirdə çıxış edənlər şəhidlik zirvəsinə ucalmış şəhid Ramiq  Mikayılovun şərəfli ömür yolundan söz açıblar. Qeyd ediblər ki, Ali Baş Komandan, Prezident Cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğı hər bir Azərbaycan vətəndaşı üçün örnək nümunəsidir. şəhidlərin adlarının əbədiləşdirilərək onların ləyaqətli ömür yollarını yeni nəsilə qeyrət mücəssəməsi kimi təqdim edilməsi təqdirəlayiqdir.

Tədbiri MİRİİB sədri Zamin Zeynal açaraq qeyd edib ki, "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən davamlı olaraq belə mənəvi dəstək ruhlu tədbirlər keçirilir. Zamin Zeynal onuda bildirib ki, Vətən uğurunda şəhidlik zirvəsinə yüksələnlər, uca yaradan Allahın dərgahında seçilənlərdir. Bu yolda sağlamlığını itirmiş Qazilər Allahın sevimli bəndələridir. Natiq onu da xüsusi olaraq vurğulayıb ki,  xalqımızı 44 günlük haqq savaşında dəmir yumruğu ətrafında birləşdirən Dövlət Başçısı Cənab İlham Əliyevin göstəriş və tapşırıqlarını əsas götürərək ölkəmizin həssas təbəqəsinə  diqqət və qayğı yönümündə həyata keçirilən sosial siyasətə bu cür vətəndaş cəmiyyəti dəstəyinin göstərilməsi Xalq-iqtidar birliyi fonunda gələcəkdə də davam etdirilmədir.

Şəhid Ramiq  Mikayılovun anası Gülgəz Mikayılova çıxış edərək bildirib ki, oğlunun doğum günü ilə bağlı belə bir tədbirin təşkil edilməsi şəhid və şəhid ailələrinə göstərilən növbəti vətandaş cəmiyyətinin diqqət nümunəsidir. Belə mənəvi dəstək ruhlu tədbirlərin təşkil edilməsi Şəhid anaları üçün mənəvi təsəllidir.

Tədbirlə bağlı "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev mətbuata açıqlamasında qeyd edib ki, şəhidlər ölməz, vətən bölünməzdir, vətənimizin azadlığı, torpaqlarımızın düşmən tapdağından azad edilməsində şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin cəsarəti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumuruğu nəticəsində xalqımızın 30  illik torpaq həsrətinə son qoyuldu. Bu gün hər birmiz şəhidlərimizə, qazilərimizə dərin hörmət və diqqətlə yanaşmalıyıq. Hər zaman əməli, işgüzar fəaliyyətimizlə şəhidlərimizin adlarının əbədiləşməsi, qazilərimizin sağlamlığı ilə bağlı olduqca önəmli məsələlərdə bu sayaq birgə səylərimizi daha da artırmalıyıq.

2023-01-27 18:06:00
1021 baxış

Digər xəbərlər

Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib

Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif olunub. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif edilsin.  İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti   Bakı şəhəri, 24 yanvar 2022-ci il  

Hamısını oxu
Daha 120 müharibə veteranı üçün kiçik bizneslər qurulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində bu il daha 120 nəfər müharibə veteranını biznes planlarına uyğun aktivlərlə təmin edib. Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı sahələri üzrə kiçik ailə bizneslərini yaradıblar. Özünüməşğulluq proqramına cəlb edilən şəxslər üçün ilkin mərhələdə biznes təlimləri təşkil edilir. Təlimləri bitirdikdən sonra onlara seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə mal və materiallar formasında aktivlər verilir.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlunu təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlunu təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq:

Hamısını oxu
Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsi regionun taleyini həll etdi

Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsi bütün regionun gələcək taleyini həll etdi. Müharibə Silahlı Qüvvələrimizin qüdrəti ilə yanaşı, həm də xalqımızın sarsılmaz mübarizə əzmini ortaya qoydu. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu qələbə sadəcə Azərbaycan üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir dönəmin başlanması deməkdir: “Şübhəsiz, Azərbaycan Ordusunun qalibiyyəti, sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mərhələnin başlanması deməkdir. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı. Ermənistanın 30 ilə qədər davam edən işğalı bütün regionun inkişafı üçün başlıca əngəl idi. 44 günlük Vətən müharibəsində əldə edilən qələbə bu əngəli ortadan qaldırdı. İşğaldakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda başda qardaş Türkiyə olmaqla, bir sıra dost dövlətlər bərpa və yenidənqurma işinə start verib ki, bu da həm ölkəmizin, həm də bütün regionun iqtisadi inkişafı baxımından böyük əhəmiyyətə malikdir”. Cəlil Xəlilov qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun döyüş hazırlığı ilə yanaşı, xalqın mübarizə əzmini də nümayiş etdirdi. Qırx dörd günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən də ən çətin, ən mürəkkəb tapşırıqların belə öhdəsindən gəlməyə, onları müvəffəqiyyətlə icra etməyə qadirdir. Bu, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu prosesinin nə qədər effektiv olduğunu sübut etdi. Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənpərvərlik ruhunu, torpaq, bayraq sevgisini də bütün əzəməti ilə ortaya qoydu. Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır, hər vasitə ilə bu döyüşlərdə iştirak etməyə can atırdılar. Amma həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik edirdi. Müharibə dönəmində Ermənistanda on min nəfərdən çox hərbçi döyüş mövqeyini özbaşına tərk edərək fərarilik edib. Bunu Ermənistanın rəsmi dövlət qurumları da etiraf edir. Azərbaycanda isə insanlar hər vasitə ilə orduya kömək etməyə can atır, torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə iştirak etmək üçün əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər. Müharibə dönəmində orduya dəstək məqsədi ilə çoxlu sayda kampaniyalar təşkil edildi ki, bu kampaniyalarda cəmiyyətin bütün təbəqələri yaxından iştirak etdi. Cəlil Xəlilov 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı bütün hərbçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb: “Hərbçilərimiz əmin olsunlar ki, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar, xalqımıza bəxş etdikləri qələbə şanlı tariximizin ən parlaq səhifələrindən biri kimi daim qürur hissi ilə yad ediləcək və alqışlanacaq”.

Hamısını oxu