Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“İran Azərbaycanın xəbərdarlıqlara rəğmən səfirliyimizi məqsədli şəkildə müdafiəsiz qoyub”

Məşhur Məmmədov: “Tehranın terror siyasətinə qarşı sərt addımların atılması günün tələbidir”

 “Azərbaycana İrana təzyiq üçün geniş rıçaqlara malikdir”

 “Terror aktı göstərdi ki, İran elementar siyasi mədəniyyətdən və əxlaqi-mənəvi dəyərlərdən tamamilə məhrumdur”

 Cari ilin 27 yanvar tarixində İranın paytaxtı Tehran şəhərində Azərbaycan səfirliyinə edilən terror hücumu bütün dünyanın diqqət mərkəzindədir. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin daha iki əməkdaşı yaralanıb.

Moderator. az olaraq millət vəkili Məşhur Məmmədovla söhbətimizdə səfirliyimizə edilən terror hücumu və ondan sonra baş verən prosesləri şərh etməyə çalışdıq:

 -Məşhur müəllim, səfirliyimizə edilən terror hücumundan günlər ötsə də, rəsmi Tehran hələ də baş verənləri terror aktı adlandırmaq istəmir, özünü məlum terraktın fövqündə tutmağa çalışır. Sizcə İran rejiminin terror aktı ilə bağlı sərgilədiyi bu mövqe nədən xəbər verir?

 -Yanvarın 27-də Tehrandakı Azərbaycan səfirliyinə edilən hücumun terror aktı olduğu və buna görə bütün məsuliyyətin İran dövlətinin üzərinə düşdüyü birmənalıdır. Hər şeydən öncə qeyd edək ki, hər bir dövlət ərazisində yerləşən səfirliklərin, diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyə borcludur və bu, dövlətlərin Vyana konvensiyası, habelə digər beynəlxalq qanunlarla üzərinə götürdüyü bir öhdəlikdir. İran da bu konvensiyaya qoşulan dövlət kimi Tehrandakı səfirliyimizin təhlükəsizliyini qorumağa borclu idi. Lakin görünən odur ki, Tehran nəinki səfirliyimizin təhlükəsizliyini təmin etmədi, hadisədən sonra son dərəcə riyakar və ikrahedici bir mövqe ortaya qoydu.

İran rejimi öncə hadisənin şəxsi münasibətlər zəminindəki narzılıqdan qaynaqlandığını iddia edərək, terror aktını ailə-məişət hadisəsi kimi təqdim etməyə çalışdı. Daha sonra, terror aktının mahiyyəti ilə bağlı bir sıra yalanlar səsləndirən Tehran, terrorçunun İran polisi tərəfindən saxlanıldığını bildirdi. Halbuki, videogörüntülərdən də məlum olur ki, silahlı terrorçu İran polisi tərəfindən yox, əliyalın səfirlik əməkdaşımız tərəfindən tərk-silah edilib.

İran bu gün də baş verənlər görə məsuliyyət daşıdığını qəbul etmək istəmir ki, bu da rəsmi Tehranın üzərinə götürdüyü beynəlxalq konvensiyalara əməl etmədiyini, riyakar və qeyri-səmimi siyasət yürütdüyü göstərir.

 -Məşhur müəllim, bütün ehtimallar terror aktının elə İran dövlətinin “xeyir-duası” ilə gerçəkləşdiyini göstərir. Sizcə Tehran bu terror aktı ilə nəyə nail olmağa çalışıb?

 -Şübhəsiz, bu terrok aktında məqsəd Azərbaycana əzələ nümayiş etdirmək olub. Rəsmi Tehran bununla ölkəmizi təhdid etmək, onunla şantaj dili ilə danışmağa cəhd edib. Halbuki, Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, heç kim Azərbyacanla şantaj dili ilə danışa bilməz. Azərbaycan heç vaxt terrora, təhdidə boyun əyməyib və bundan sonra da əyməyəcək. 44 günlük Vətən müharibəsi, bu müharibədə Azərbaycanın erməni faşizminə, erməni terroruna verdiyi cavab bunun ən ali nümunəsidir. İran anlamalıdır ki, bu kimi teraktlar vasitəsi ilə heç nəyə nail ola, Azərbaycan dövlətinin, Azərbaycan xalqının iradəsini sındıra bilməyəcək. Əksinə, bu kimi əməllər İran rejiminə qarşı nifrəti artırmaqla yanaşı, İranın terror siyasətinə qarşı daha sərt və ciddi addımlar atmağı zəruri edir.

 -Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirdi ki, İran dövlətinə dəfələrlə xəbərdarlıq edərək bildirmişdik ki, Tehrandakı səfirliyimizə qarşı təhdidlər var. Ancaq İran tərəfi bu xəbərdarlıqlara biganə yanaşdı.

Sizcə məlum faktın özü İranın Tehrandakı Azərbaycan səfirliyinin etibarlı müdafiəsindən məqsədli şəkildə imtina etdiyinin isbatı sayıla bilərmi?

 -Tamamilə doğrudur. Təsəvvür edin ki, Azərbaycan tərəfi məlum təhlükəni qabaqcadan görüb, bu barədə İran tərəfini məlumatlandırıb. Amma İran dövləti bu təhdidlərin qarşısının alınması, səfirliyinin mühafizəsinin gücləndirlməsi isiqamətində heç bir addım atmayıb. Bu faktın özü bir daha göstərir ki, İran əvvəldən səfirliyimizin müdafiəsində maraqlı olmayıb. Əksinə, səfirliyin müdafiəsi məqsədli şəkildə zəiflədilib ki, bu da onu terror hücumları qarşısında açıq hədəfə çevirib. Bu isə o deməkdir ki, İran baş verən terror aktına görə həm bilavasitə məsuliyyət daşıyır.

 -Terror aktından günlər keçsə də, İran baş verənlərə görə Azərbaycan tərəfindən üzr istəməyib. Sizcə İranın baş verənlər fonunda elementar mədəniyyət sərgiləməməsi, Tehran rejiminin siyasi baxımdan olduğu kimi, əxlaqi baxımından da kasad olduğunun isbatı sayıla bilərmi?

 -Əlbəttə. Bilirsiz, dünya təcrübəsi göstərir ki, bu cür hadisələrdən sonra cavabdeh dövlət qarşı tərəfdən üzr istəyir, öz səmimi təəssüfünü bildirir. İran isə nümayişkəranə şəkildə üzr istəməyəcəyini diqqətə çatdırır. Bu, o deməkdir ki, İran rejimi, onun yürütdüyü siyasət beynəlxalq qanun və konvensiyalara zidd olmaqla yanaşı, əxlaqi-mənəvi dəyərlərdən də xalidir. Bu fakt onu göstərir ki, İran primitiv əxlaqa, elementar siyasi mədəniyyətə malik deyil və bunu bütün dünyaya sərgilməkdə heç bir problem görmür. Bu baxımdan Orxan Əsgərovun cənazəsinin ölkəmizə gətirilməsi zamanı şəhid tabutunun altına girən İran əsgərlərinin cənazədən uzaqlaşdırılması tamamilə doğru addım idi. Çünki Orxan Əsgərovun ölümünə cavabdehlik daşıyan İranın şəhid cənazəsinin altına girməyə heç bir mənəvi haqqı yoxdur.

İranın məlum terror aktına görə Azərbaycandan üzr istəməməsi, həm də günahkarlıq psixologiyasından irəli gələn bir amildir. İran hesab edir ki, üzr istəməklə terror aktına görə cavabdehlik daşıdığını təsdiqləmiş olacaq ki, rəsmi Tehran bunu qəbul etmək istəmir. Ancaq İranın nə deməyindən, rəsmi Tehranın nə düşünməyindən asılı olmayaraq, baş verənlərə görə bütün məsuliyyət İranın üzərindədir və İran beynəlxalq konvensiyaların tələblərinə əməl etmədiyinə görə cavab verməli olacaq.

 -Məşhur müəllim, İran hər zaman anti-Azərbaycan siyasəti, işğalçı Ermənistana dəstəyi ilə gündəmdə olub. Sizcə Tehranda səfirliyimizə qarşı həyata keçirilən terror aktından sonra Azərbaycan İran siyasətində hansı redaktələr etməlidir?

 -Təbii ki, İran öncə məlum terror aktına görə beynəlxalq hüquqla məsuliyyətə cəlb edilməli, etdiyi cinayətə görə hüquqi müstəvidə cavab verməlidir. Bu, atılması gərəkən ilk addımlardan biridir. Bundan başqa, Tehranın Azərbaycanla terror dili ilə danışmaq cəhdi rəsmi Bakını qonşu dövlət kimi İranın maraqlarını nəzərə almaq, onun maraqlarına hörmətlə yanaşmaq məsuliyyətindən azad edir.

Hesab edirəm ki, Azərbaycan bundan sonra İrandakı on milyonlarla soydaşımızın hüquqlarının müdafiəsi istiqamətində daha aktiv iş aparmalı, oradakı soydaşlarımızın yanında olduğunu hiss etdirməlidir. Beynəlxalq təşkilatların, dünya dövlətlərinin də bu prosesə cəlb edilməsi vacibdir. Xatırladım ki, Prezident İlham Əliyev qeyd etmişdir ki, o, sadəcə ölkəmizdəki deyil, bütün dünyadakı 50 milyondan çox azərbaycanlının prezidentidir. Bu, o deməkdir ki, ölkəmiz İrandakı soydaşlarımıza görə də məsuliyyət daşıyır və onların taleyinə əsla biganə qala bilməz.

Bildiyiniz kimi, uzun illərdir ki, İrandakı soydaşlarımıza rəsmi Tehran tərəfindən sözün həqiqi mənasıdna zülm edilir, onlar son dərəcədə hüquqsuz vəziyyətdə saxlanılır. İranda erməni dilində bir neçə orta məktəb olsa da, Azərbaycan dilində bir dənə də olsun məktəb yoxdur. Odur ki, öncə İrandakı soydaşlarımızın milli-mədəni hüquqlarının təmin edilməsi istiqamətində sistemli siyasət aparmalıyıq. Bundan başqa, İran rejimini, onun qanlı cinayətlərini ifşa edən televiziyaların, media orqanlarının ölkəmizdəki fəaliyyəti təmin edilməli, onların öz fəaliyyətlərini effektiv şəkildə qurmaları üçün həmin qurumlara dəstək verilməlidir. Azərbaycan hiss etdirməlidir ki, onun İran rejiminə təzyiq etmək rıçaqlaır kifayət qədər genişdir və rəsmi Bakı bundan sonra  bu rıçaqlardan kifayət qədər səmərəli şəkildə istifadə edəcək.

 Seymur ƏLİYEV

2023-02-03 14:40:00
975 baxış

Digər xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun“Şəhid yadigarları” aksiyası davam edir

Veteran.gov.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini yad etmək, onların övladlarını sevindirmək məqsədilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şəhid yadigarları” aksiyası Lənkəran şəhəri, Astara və Lerik rayonlarında davam edir.   Aksiya çərçivəsində bir qrup Vətən Müharibəsi şəhidlərinin övladlarına müxtəlif hədiyyələrin (oyuncaq, məktəbli ləvazimatları və s.) təqdim edilməsi nəzərdə tutulur. Ölkəmizin müxtəlif regionlarını əhatə edən bu aksiya şəhidlərimizin yadigarı olan gül balaların sosial müdafiəsi və mənəvi inkişafı istiqamətində Fondun növbəti addımıdır.   Məlumat üçün bildirək ki, aksiya “Vineyard Azərbaycan” xristian dini icmasının dəstəyilə davam etdirilib.​

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib

9 dekabr saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq “Heydər Əliyev – hüquqi və demokratik dövlət quruculuğunun banisidir” mövzusunda konfrans keçirilib.   Konfransı giriş sözü ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova açıb, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi  1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ulu öndərin Azərbaycanın dövlətçilik tarixindəki roluna diqqət çəkib. Polkovnik qeyd edib ki, məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan bir dövlət kimi parçalanmadan xilas olub, öz müstəqilliyini möhkəmləndirib, bütün parametrlər üzrə sürətli inkişaf dövrünə qədəm qoyub.     Sədr müavininin çıxışından sonra Ulu öndərə həsr edilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” filmi nümayiş olunub.   Daha sonra Azərbaycan Respublikası “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyev, akademik Ziyad Səmədzadə,  Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru  Abduləli Abdullayev, istefada olan general-mayor Vladimir Vasilyeviç Timoşenko, fəlsəfə elmləri doktoru, əmək və I Qarabağ müharibəsi veteranı İmran Əbilov, şöbə müdiri general-mayor Rasim Əliyev, şöbə müdiri Bəhram Zahidov çıxış edərək Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzssiz xidmətlərinə toxunublar.   Tədbirdə “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyevin ideya müəllifliyi və  təşkilatçılığı ilə çap edilən “Heydər Əliyev və Azərbaycanın hüquq-mühafizə orqanları” kitabı  da konfrans iştiakçılarına təqdim olunub. Kitabda 1969-2019-cu illərdə hüquq-mühafizə orqanlarındakı islahatlar öz əksini tapıb.   Tədbirdə DİN Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenatı Ruslan Vəliyev, müharibə veteranları və ziyalılar iştirak edib.   Tədbirin sonunda xatirə şəkli çəkilib.    

Hamısını oxu
Baş prokuror İsmət Qayıbovun oğlu ilə görüşdü

Prokurorluq işçilərinin peşə bayramı ərəfəsində - sentyabrın 23-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələri ilə görüş keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, tədbirin məqsədi vətənimizin ərazi bütövlüyü uğrunda, cinayətkarlıqla mübarizə zamanı xidməti vəzifələrinin icra edərkən şəhid olmuş prokurorluq əməkdaşlarının xatirəsini yad etmək olub. Tədbiri giriş sözü ilə açan Baş prokuror şəhid prokurorluq əməkdaşlarının ailə üzvlərinə dərin hörmətini ifadə edərək, onların cinayətkarlıqla mübarizə zamanı Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini vurğulayıb. Şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri tədbirdə çıxış edərək Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi gündəlik diqqət və qayğıdan, şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi üçün kompleks işlərin görülməsindən söz açıblar. Sabiq Baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov, Qubadlı rayonunun sabiq prokuroru Nizami Ağayevin həyat yoldaşı İradə Ağayeva, Samux rayonunun sabiq prokuroru Şəmşir Əliyevin həyat yoldaşı Gültəkin Əliyeva, Qubadlı Rayon Prokurorluğunun sabiq müstəntiqi Eyyub Vəliyevin həyat yoldaşı Flora Vəliyeva baş vermiş hadisələrlə bağlı xatirələrini bölüşərək, prokurorluq orqanlarının əməkdaşları tərəfindən göstərilən dəstək və qayğıdan məmnunluqlarını ifadə ediblər. Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da işlərin görüləcəyini qeyd edib, prokurorluq orqanlarının onlara hər zaman dəstək olacağını nəzərə çatdırıb. Sonda xatirə şəkli çəkdirilib.

Hamısını oxu
Mehriban Əliyeva Qubadlının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bir sıra kəndlərimizin və Qubadlı şəhərinin işğaldan azad olunması münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:   “Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

Hamısını oxu