Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Torpaqlarımız işğalda qalanda İran “qan qardaşı”na hər cür dəstək verib”

Vaqif Abdullayev: “Sivil dünya terror dövləti olan İrana qarşı ən sərt tədbirlər görməlidir”

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu və bu hücumun ardınca rəsmi Tehranın sərgilədiyi qeyri-əxlaqi mövqe ölkəmizdə ciddi narazılığa və narahatlığa səbəb olub. Uzun illərdir ki, anti-Azərbaycan siyasəti yürüdən, açıq-aşkar Ermənistanın yanında yer alan və hər addımda dövlətimizin maraqlarına qəsd edən İranın düşmənçilik siyasəti ölkəmizi adekvat addımlar atmaq məcburiyyəti qarşısında qoyub. İran terroru dəstəkləyən və himayə edən bir dövlət kimi sadəcə Azərbaycan üçün deyil, bütün sivil dünya üçün ciddi təhlükə mənbəyi təşkil edir ki, bu da ona qarşı mübarizədə dünya birliyinin, beynəlxalq ictimaiyyətin iştirakını zəruri edir.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Vaqif Abdullayev də hesab edir ki, terror dövləti olan İraan qarşı bütün sivil dünyanın birgə mübarizə aparması zəruridir:

“20-ci əsrin 30-40-cı illərində dünya faşizmdən əziyyət çəkirdi. Yəhudilərin İspaniya, Almaniya, İtalya və digər ölkələrdən kütləvi sürgünləri və enqiziya nəticəsində öldürülməsi, mallarının müsadirə olunması, xüsusilə də 30-cu illərdən başlayaraq yəhidi xalqına qarşı amansız qətliamların törədilməsi, Polşada xüsusi ölüm düşərgələrinin yaradılması, qoca və uşaqların, qadınların vəhşicəsinə marten sobalarında diri-diri yandırılması, həmçinin 1918-ci ildə Azərbaycanda yaşayan yəhudilərə türklərlə birlikdə erməni faşizminin törətdiyi qırğınlar yaxın tariximizdə silinməz izlər buraxıb.

İndi isə bunun təzahürlərini biz İran adlı fars rejiminin timsalında görməkdəyik. Molla diktaturasının hakimiyyətə gəlməsindən sonra İranın xüsusi xidmət orqanları, SEPAH dünyanın müxtəlif ölkələrində həyata keçirdikləri terror əməlliyatları ilə minlərlə günahsız insanın ölümünə bais olub. Suruiya, İraqda, Yəməndə, İsraildə, Yaxın Şərqin digər bölgələrində, müxtəlif ərazilərdə SEPAH qoşunları birbaşa iştirak edib. Farsizmin həyata keçirdiyi terror aktlarının əsas hədəflərindən biri də diplomatik nümayəndələr və səfirliklər olub, neçə ölkənin diplomatik nümayəndəsi amansızlıqla qətlə yetirlib.

Farsizm 30 ildə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı zamanlarda da İran “qan qardaşı”na hər cür dəstək verib, silahlandıraraq əsgərlərimizin və mülki vətəndaşlarımızın qətlə yetirilməsində əlbir olub. Səfirliyimizə edilən son terror hadisəsi də bu siyasətin davam etdiyini təsdiqləyir.

Fars terrorizmi 40 ildir ki, öz vətəndaşalrı olan Azərbaycan türklərinə qarşı da bu sülm və istibdadı yaşadır, onları edam edir, yerləşdikləri yurdlarından müxtəlif çirkin vasitələrlə başqa yerlərə köçürür, milli azadlıq tələb edən ziyalı və düşünən beyinləri ölkəni tərk etməyə məcbur edir, həbsxanalara salaraq dözülməz işgəncələr verir, azadlıqlarını məhdudlaşdırır, müsəlman ola-ola dinə və insanlığa yaraşmayan alçaldıcı hərəkətlər edir.

Bir çox dünya ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınmış SEPAH-ın silahlı qruplaşması Livanda, Suriyada təlim keşmiş erməni terrorçularla birlikdə Qarabağda bizə qarşı qanlı terrorlara qoşulur, buna etiraz edən Cənubdakı soydaşlarımızı dar ağacından asır. Ölkəmizə qarşı terror planları hazırlayır, ötən həftə səfirliyimizə olan terror hücumunu törədən şəxsin də SEPAH düşərgələrində təlim keçməsi barədə yetrəli sübutlar az deyil.

Bu günlərdə Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində evi-eşiyi dağlmış zərər çəkmiş azərbaycanlılara mollakratiya laqeyd və etiansız yanaşmaqla, öz vətəndaşına sahib çıxmamaqla yad və düşmən münasibətini sərgiləyir. Evləri dağılanlara yardım edilmədiyi üçün neçə gündür ki, uşaq və qadınlar ac-susuz şaxtalı havada küçədə qalıblar. Onlara sığınacaq, qida çatdırılmır. Hətta onların şəhər başçısının şikayətlərinə, etirazlarına da məhəl qoyulmur? Soydaşlarımıza qardaş əlini uzadan, yardım etmək istəyən Azərbaycan hökumətinin adi insanlıq borcuna belə Tehran rejimi imkan vermir. Bu cür məkr və xainlik, qeyri-insani rəftar ancaq şeytana xas ola bilər. Molla rejimi bununla həqiqtən əsil şeytan simasın göstərir.

Farsizmin Azərbaycan türklərinə qarşı daha bir mənfur davranışını Urmiya gölünün qurudulmasında da görməkdəyik. Neçə illərdir ki, soydaşlarımız, dünya ekoloji təşkilatları İran hökumətindən Urmiya gölünün qurudulmasının qarşısını almağa çağırır, ancaq buna məhəl qoyulmur. Gölün quruması nəticəsində tullantılar və kimyəvi maddələr ətrafa yayılmaqda, müxtəlif yoluxucu xəstəliklərin yaranmasına səbəb olmaqdadır, nəticədə insanlar burdan köçməyə məcbur olurlar. Eyni zamanda, gölün quruması bu ərazilərdə yüz illərdir ki, əkinçilik və heyvandarlıqla məşğul olaraq çörək qazanan soydaşlarımızn dolanışıq üçün buradan başqa ərazilərə köçməsinə səbəb olmaqdadır. Molla rejimi bunu qəsdən düşünülmüş şəkildə edir, rejimin irticaçı və şovinist mahiyyəti bundan ibarətdir ki, türklər bu ərazidən köçüb getsin, onların milli tarixi kimliyi itsin, burada başqa xalqlar yerləşdirilsin ki, qədim türk irsini və toponomiyası unudulsun. Necə ki, 200 il əvvəl Fars irtica rejimi erməniləri İrəvana, Zəngəzura yerləşdirməklə türkləri sıxışdırmağa və sonunda öz doğma yurdlarından didərgin salınmasına rəvac veribdir. Bu gün də eyni xain siyasət yürüdülür. Bu, həm də erməni terrorizminin xalqımıza qarşı yaşatdığı eyni oxşar ssenaridir, onlar da qədim tarixi irsimizi silməyə çalışırlar.

Yuxarıda qeyd etdiyim fikirləri ümumiləşdirərək belə qənaətə gəlirəm ki, Farsizm yaşadıqca dünyada heç bir ölkənin təhlükəsizliyinə, vətəndaşlarının toxunulmazlığına zəmanət yoxdur. Ona görə də hesab edirəm ki, müasir sivil dünya terror dövləti olan İrana qarşı beynəlxalq səviyyədə gecikmədən ən sərt zəruri tədbirləri görməlidir”.

Seymur ƏLİYEV

 

2023-02-04 23:21:00
951 baxış

Digər xəbərlər

Lətif Şüküroğlu - 60

Lətif Şüküroğlu (Babayev) “Cümhuriyyət hökuməti repressiya məngənəsində”, “Azərbaycan Xalq Cümhuriyyətinin sərhəd mühafizəsi tarixi (1918-1920)”, “AXC dövründə ordu quruculuğu” (və s.) kitablarının müəllifi, tarix üzrə fəlsəfə doktorudur. İxtisasca jurnalistdir. AYB üzvüdür. Jurnalist kimi qələmindən çoxlu məqalə çıxsa da, yazıçı tək onu avtobioqrafik “Taleyin izləri” romanı təmsil edir. Bioqrafiyasının bir önəmli cəhəti də Xüsusi Xidmət Orqanlarında işləməsi olub, ehtiyatda olan polkovnikdir. Hal-hazırda Milli Məclisdə çalışır.       ÜMİDLƏRİMİZİN YAZ SƏHƏRİ... Gəncliyin qızıl illərində Rəfiq  Özdəkin “Türkün qızıl kitabı”nı bir də əlimə götürəndə tərcüməçilərinə baxdım: Lətif Şüküroğlu, Nəsiman Yaqublu.  “İndiyədək niyə fikir verməmişəm?” Lətiflə neçə ildi eyni qurumda çalışırdıq. Ancaq Lətif özü də bu barədə danışmamışdı. Dəyərli bir kitabın tərcüməsi üçün ona “sağ ol” dedim.       Lətif adı gələndə, Qarabağ uğrunda şəhidlər verən Zəngilana  xidməti ezamiyyətdəykən yazdğım şeirim yadıma düşür həmişə, xüsusən də, bu misralar: Di gəl bu qansız ağaclar gör necə ürəkdən açıb... ...Gözlərimi Lətifin telefon zənginə açdım,– gecə gec yatmışdım. “Sənin ilin gördün də necə başladı,–” tez onu qabaqladım. “Nə olsun, koronavirus qadağaları sənin doğulduğun gündən sərtləşdi,-”dedi. Gülüşdük. “Pəncərədən baxıram.., həyətdəki ağacın nə çiçəyi var, nə yarpağı, ancaq üzərində buğum-buğum yaşılı görünür,-” söylədi Lətif. “Ancaq Zəngilanda barıt qoxulu havada belə, ağaclar ürəkdən açırdı,–” öz-özümə düşündüm. “Həyətdəki ağacın üzərindəki buğum-buğum yaşıl isə bəlkə ölməyən son ümidlərimizdir,-” bunu da ürəyimdə söylədim. Bir yaz səhəri mənə Zəngilandan zəng elə, Lətif!  Və... səsini “su kimi alışan ruhuma çiləyim...” Qardaşxan aprel, 2020 P.S. “Karantin fürsəti”ndə mənə qalın-qalın kitablar yazmağı arzulayan dost, qoy bu kiçik yazı bir başlanğıc olsun.

Hamısını oxu
İlham Əliyev Gəncə şəhərində səfərdə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılışlarında iştirak edib. Dövlətimizin başçısı Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış olub, “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun açılışında iştirak edib, Gəncə Memorial Kompleksinin təməlini qoyub. Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibə verib. Səfərdən geniş materiallar yanvarın 31-də dərc ediləcək.   Mənbə: president.az

Hamısını oxu
“Prezidentin Gənclər Forumundakı çıxışı gənclərlə yanaşı, veteran təşkilatları qarşısında yeni vəzifələr qoyur”

Cəlil Xəlilov: “Artıq bununla bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında yeni proqram və tədbirlər planı hazırlanır”   Məlum olduğu kimi, Prezident İlham Əliyev fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxış edib, gəncləri maraqlandıran sualları cavablandırıb. Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezidentin məlum çıxışının sadəcə gənclər deyil, eyni zamandan veteran təşkilatları qarşısında yeni tələb və vəzifələr qoyduğunu vurğulayıb: “Prezidentimiz Gənclər Forumundakı çıxışında ölkə gəncliyinə öz təşəkkürünü bildirdi, eyni zamanda onların üzərinə düşən vəzifələri xatırlatdı. Dövlət başçısı qeyd etdi ki, gənclərimiz özlərini inkişaf etdirməklə yanaşı, dövlətə maksimum faydalı olmağa çalışmalı, öz fəaliyyətlərində bu amili daim rəhbər tutmalıdırlar. Ümumiyyətlə, hər bir vətəndaşımız dövlətimizin, onun maraqlarının, milli mənafeyinin qorunmasına diqqət yetirməli, bu məsələdə əlindən gələni əsirgəməməlidir. Bu, bizim vətəndaşlıq borcumuz olmaqla yanaşı, həm də vicdan borcumuz, mənəviyyat borcumuzdur. Dövlət başçısı çıxışında gəncləri sayıq olmağa səslədi, bəzi qüvvələrin gəncləri yoldan çıxartmaq cəhdlərinə diqqət çəkdi. Prezident İlham Əliyev qeyd etdi ki, xaricdən maliyyələşən bəzi qüvvələr ilk baxışdan gözəl, humanist təsir bağışlayan adlar və proqramlar altında gəncləri öz tarixlərinə, dövlətlərinə, dəyərlərinə qarşı qaldırmağa çalışır, bunun üçün maliyyə vəsaitləri ayırırlar.  Bu cür cəhdlərin qarşısının alınmasının zəruriliyinə diqqət çəkən dövlət başçısı, qeyd etdi ki, bu cür hallara qarşı mübarizə milli-mənəvi dəyərlərimizi qorumaqla yanaşı, həm də müstəqilliyimizi qorumaq baxımından vacibdir. Onu da qeyd edim ki, Prezident İlham Əliyevin Gənclər Forumundakı çıxışı sadəcə gənclər deyil, həm də veteran təşkilatları, qeyri-hökumət təşkilatları qarşısında mühüm vəzifələr qoyur. Artıq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Prezidentin sözügedən çıxışından irəli gələn tələb və vəzifələrin müəyyənləşdirilməsi, onların icrasının müasir tələblərlə uyğun şəkildə təşkil edilməsi məqsədi ilə yeni proqram və tədbirlər planı hazırlanır. Yeni proqram və tədbirlər planı bizə dövlətimizin gənclərlə bağlı siyasətini daha səmərəli şəkildə dəstəkləməyə imkan verəcək. Dövlətimizi, onun siyasətini dəstəkləmək, milli birlik və bərabərliyimizin keşiyində dayanmaq hamımızın, o cümlədən biz veteranların borcudur və biz bundan sonra da bu borcu vicdan və ləyaqətlə yerinə yetirməyə çalışacağıq”.  

Hamısını oxu
“30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”

Cəlil Xəlilov: “Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirəm”   “30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.   Polkovnik qeyd edib ki, Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helekopterin qəzaya uğraması nəticəsində 14 nəfərin şəhid olması, iki hərbçinin isə yaralanması faktı bütün Azərbaycan xalqı tərəfindən üzüntü ilə qarşılanıb:   “Baş verən bu faciə xalqımız tərəfindən dərin kədər və üzüntü ilə qarşılanıb, bütün cəmiyyətdə böyük təəssüf hissi doğurub. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Xalqımız bütün şəhidləri kimi 30 noyabr şəhidlərini də hər zaman sevgi və minnətdarlıq hissi ilə yad ediləcək, onların işıqlı xatirəsinin unudulmasına imkan verməyəcək”.   Daha sonra media və sosial media nümayəndələrinə səslənən sədr müavini, baş verən faciə ilə bağlı qeyri-rəsmi məlumatlar yaymamağa, yalnız rəsmi informasiyalara istinad etməyə çağırıb:   “Mən bütün media və sosial media istifadəçilərini dövlət orqanlarının rəsmi məlumatlarına istinad etməyə, şaiyə və ehtimalları bir kənara qoymağa səsləyirəm. Baş verən olayla bağlı əlaqədar qurumlar rəsmi açıqlamalar yayıb və hadisə ilə bağlı araşdırma davam edir. Istintaqın gedişatı ilə bağlı rəsmi qurumlar bundan sonra mütəmadi surətdə ictimaiyyəti məlumatlandıracaq və müvafiq yeniliklərlə tanış edəcəklər. Odur ki, indiki həssas məqamda subyektiv fikir və ehtimalların işıqlandırılması yolverilməzdir və bu, cəmiyyətdə çaşqınlıq yarada bilər.   Bunu da qeyd edim ki, nə qədər arzuedilməz olsa da, bu cür qəzalar dünyanın ən müasir ordularında da zaman-zaman baş verir və təəssüf ki, heç bir dövlət bu kimi hallardan sığortalanmayıb.   Mən bir daha baş verən faciə ilə əlaqədar şəhid olan hərbi qulluqçuların yaxınlarına dərin hüzünlə başsağlığı verir, yaralılara şəfa diləyirəm”.   Seymur ƏLİYEV  

Hamısını oxu