Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı Türkiyədəki soydaşlarımıza dəstək aksiyasına qoşulub

Veteran.gov.az xəbər verir ki, "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, X-men şirkətinin rəhbəri Vüsal Bayramov, Guess, Santoni, Ayans, Meqa, Armani, Bilyoner, Avva, Versaci, Klimber, Kinq, şirkətlərinin rəhbərləri, iş adamlarıAnar Xasməmmədov, Aqil Mahmudov qardaş ölkəmiz olan Türkiyədəki soydaşlarımıza dəstək aksiyasına qoşulub.

Bu gün "Dayaq"  Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək  Təşkilatı-nın  idarə heyəti və fəal üzvləri qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində dünyasını dəyişmiş çoxsaylı soydaşlarımızın əziz xatirələrini dərin hörmət və ehtiramla yad etmək məqsədilə Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən səfirliyin önünə gələrək təlafat qurbanlarının ruhlarına dualar oxuyaraq tər qərənfil düzüblər.

Sonra Dayaq"  Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək  Təşkilatı-nın  İdarə Heyəti və fəal üzvləri qardaş Türkiyədə zəlzələdən əziyyət çəkən soydaşlarımıza dəstək məqsədilə topladıqları zəruri ləvəzimatları Bakı şəhəri Abbas Səhhət küçəsində nəzərdə tutulan Heydər Əliyev adına İdman Konsert Kompleksinə gətirərək öz soydaşlıq borclarını yerinə yetiriblər.

Təşkilat sədri Qalib Əliyev çıxışında qardaş Türkiyədə təbii fəlakət nəticəsində dünyasını dəyişmiş insanların vaxtsız ölümündən kədərləndiklərini, sarsıldıqlarını dərin hüznlə ifadə edib.

Təşkilat rəsmiləri qeyd ediblər ki, Türkiyənin acısı Azərbaycanın acısıdır, Türkiyənin dərdi, Azərbaycanın dərdidir!

Oğuzdan gələn Azərbaycan Türkiyə qardaşlığı, birliyi daimidir, əbədidir.

Var olsun Azərbaycan Türkiyə qardaşlığı!

2023-02-09 21:05:00
1308 baxış

Digər xəbərlər

Zəfərin Səsi - 8 Noyabrın Qəhrəmanları General-leytenant Şahin İsgəndər oğlu Məmmədovun Şərəfli Xidməti

8 Noyabr  - Zəfər Günü Azərbaycan xalqının tarixində əzəmətli qürur və şərəf səhifəsidir. Bu gün biz azadlığımız və suverenliyimiz uğrunda canını, qüvvəsini, biliyini Vətən yoluna sərf etmiş qəhrəman oğullarımızı ehtiramla yad edirik. Zəfərimizin təməlində belə igidlər, vətənpərvər, mərd, dövlətə sədaqətli komandirlər dayanır. Onların sırasında Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların komandanı, general-leytenant Şahin İsgəndər oğlu Məmmədov xüsusi yer tutur. Onun həyat yolu Azərbaycan əsgərinin, zabitinin, sərkərdəsinin necə olmalı olduğunu göstərən parlaq bir nümunədir. Məmmədov Şahin İsgəndər oğlu 10 yanvar 1961-ci ildə Qazax rayonunun Yenikənd kəndində (indiki Ağstafa rayonunun Zəlimxan kəndi) anadan olmuşdur. 1986-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Saratov Ali Hərbi Komandanlıq Məktəbini, 1999-cu ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirmişdir.1979–1981-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1982–1986-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Saratov ali hərbi komandanlıq məktəbində təhsil almış, 1986–1992-ci illərdə isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, qərargah rəisi vəzifələrində xidmət etmişdir. 1992-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycana dönərək xidmətini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində davam etdirmişdir. 1992–1997-ci illərdə əlahiddə tabor komandiri, qərargah rəisi, alay komandiri vəzifələrində, 1998-ci ildən etibarən isə Daxili Qoşunların Baş İdarəsində Qərargah rəisinin müavini, Əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi, Daxili Qoşunların Qərargah rəisinin birinci müavini kimi yüksək vəzifələrdə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli Sərəncamı ilə ona general-mayor, 15 noyabr 2013-cü il tarixli Sərəncamı ilə isə Daxili Qoşunların komandanı vəzifəsi verilmişdir. 11 mart 2015-ci il tarixli Sərəncamla isə general-leytenant hərbi rütbəsinə layiq görülmüşdür. Xidməti fəaliyyətində yüksək peşəkarlıq və vətənə sədaqəti ilə seçilən general Şahin Məmmədov “Azərbaycan Bayrağı” ordeni, “Qarabağ” ordeni, “Hərbi xidmətlərə görə” medalı və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. O, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında da fəal iştirak etmiş, 1992-ci ildə Ağdam rayonunun Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəxsi heyətə bacarıqlı rəhbərliyi ilə yüksəklik düşməndən azad edilmiş, özü isə yaralanmışdır. Bu gün Zəfər Günündə biz bir daha anlayırıq ki, Azərbaycanın qalib ordusu belə sərkərdələrin qətiyyəti, belə zabitlərin fədakarlığı sayəsində formalaşıb. General-leytenant Şahin Məmmədov kimi komandirlər öz həyatlarını dövlətin təhlükəsizliyinə, xalqın rifahına və torpaqlarımızın müdafiəsinə həsr ediblər. Onların xidmət yolu gənclərimiz üçün örnək, vətənə sədaqət məktəbidir. Bu gün Azərbaycan gəncləri bu qəhrəmanlardan ilham alır, onlardan öyrənir. Azərbaycan Veteranlar Təşkilatı adından general-leytenant Şahin İsgəndər oğlu Məmmədovu və onun timsalında bütün vətənpərvər zabit və əsgərlərimizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik! Sizlərin şərəfli xidmətiniz, fədakarlığınız və dövlətə sədaqətiniz xalqımız üçün qürur mənbəyidir. Qoy Zəfər ruhu daim yaşasın, Vətənimizin səsi hər zaman qalib səslə ucalısın! Yaşasın Azərbaycan əsgəri! Yaşasın qalib Ordumuz! Zəfər Gününüz mübarək!   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatı 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı "20 Yanvar bizim qan yaddaşımızdır" mövzusunda tədbir keçirib. Rayon Veteranlar Evində təşkil olunan tədbirə əmək və müharibə veteranları, 20 yanvar əlilləri, ictimai birliklərin rəhbərləri, yaradıcı ziyalılar və ictimaiyyət nümayəndələri dəvət olunublar. Tədbirdən öncə 20 Yanvar hadisələrini əks etdirən rəsm əsərlərinin sərgisinə baxış keçirilib. Cəlilabad Dövlət Rəsm Qaleriyasının direktoru Elçin Nəzərov məktəblilərin sərgidə nümayiş olunan əl işləri barədə tədbir iştirakçılarına məlumat verib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra onun təklifi  ilə bütün şəhidlərimizin və ümummilli liderimiz Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov azadlığa gedən yolda 20 Yanvar hadisələrinin böyük əhəmiyyət kəsb etməsi haqqında ətraflı danışıb, xalqımıza qarşı törədilmiş bu hərbi cinayətə ilk dəfə  Ulu öndərimiz tərəfindən siyasi qiymət verildiyini xüsusi vurğulayıb. Əmək və müharibə veteranları Mirzəbala Hüseynov, Əsədulla Əliyev, Fəttah Kərimov, Qurban Əhmədov, Rafiq Rüstəmov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim, Abbas, İman Abdulla, Əlövsət Tahirli, rayon Ağsaqqal Şurasının sədri Ədalət Əsgərov, "Qarabağ qaziləri" ictimai birliyinin Cəlilabad filialının sədri Maşallah Əliyev, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin rayon bölməsinin sədri Asəf İsmayılov, Qızıl Aypara Cəmiyyətinin Cəlilabad üzrə nümayəndəsi İlkin Qubadov, 20 Yanvar Əllilər Cəmiyyətinin üzvləri Ramiz Məmmədov, Xeyrulla Şahbazov, "Dəmir yumruq" ictimai birliyinin sədri Rəfael Şükürov və başqaları çıxış edərək  rus qoşunları tərəfindən bizim dinc əhaliyə qarşı törətdikləri 1990 - cı ilin yanvar faciəsinin bizim qan yaddaşımız olduğunu bir daha qeyd ediblər, ölkəmizin müstəqillik qazanmasında xalqımızın göstərdiyi sarsılmaz birliyindən və mətin iradəsindən qürurla danışıblar.

Hamısını oxu
İdmançılarımız Hindistanda 4 medal qazanıb

Moderator.az xəbər verir ki, 26-27  fevral 2025 -ci il tarixlərində Hindistanın paytaxtı Dehli şəhərində  Qazaq kuresi idman növü üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçirilib. AMİNA- nın kures idman növü üzrə yığma komandanın idmançıları bu çempionatında  dörd bürünc medal qazanıblar. Eyvaz Baxşiyev 60 kq, Şahanə Alməmmədova 70 kq, Hacalı Qasımov 74 kq, Abdulla Abdullayev 82 kq çəkidə bürünc medala layiq görülüb. İdmançılarımızı təbrik edir, uğurlar arzulayırıq. Seymur ƏLİYEV

Hamısını oxu
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Fatma Səttarova ilə görüş keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova ilə görüş keçirilib. Görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edib, səmimi arzularını çatdırıb. Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilməsini Fatma Səttarovanın dövlətçiliklə bağlı işlərinə verilən yüksək dəyər kimi qiymətləndirib. Gənclər günündə keçirilən görüşü “Nəsillərin görüşü” kimi dəyərləndirən Aygün Əliyeva 100 ilin adamının keçdiyi həyat yolunun və fəaliyyətinin gənclərə əsl nümunə və örnək olduğunu vurğulayıb. Fatma Səttarova Agentlikdə olmasından və bu görüşdən məmnun olduğunu bildirib. Səmimi şəraitdə keçirilən görüşdə Fatma Səttarova onun həyat fəaliyyətinə dövlət qayğısından, Prezident İlham Əliyevlə görüşündən bəhs edib. Sonra Agentliyin əməkdaşlarının suallarını cavablandırıb, onlara öz tövsiyələrini verib. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyyatda olan polkovnik Cəlil Xəlilov təşkilatın fəaliyyət göstərdiyi uzun illər ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumlardan biri olduğunu vurğulayıb. Natiq Respublika Veteranlar Təşkilatının hazırda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların dövlətimizə və xalqımıza sədaqət ruhunda yetişmələri istiqamətində ardıcıl və səmərəli fəaliyyətindən, veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərdən, 44 günlük Zəfər müharibəsinin 500 nəfər gənc veterenı artıq təşkilatın üzvü olduğundan, Təşkilatın xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən danışıb. Sonda 100 illik yubileyi münasibəti ilə Fatma Səttarovaya Agentlik tərəfindən xatirə hədiyyəsi təqdim edilib.

Hamısını oxu