Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Mehriban Əliyeva xeyirxah missiyası ilə bütün Türk dünyasının hümanizminin simvoluna çevrilib”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Türkiyədəki zəlzələdə zərərçəkənlərə verdiyi dəstək həm ölkə daxilində, həm də ölkəmizin hüdudlarından kənarda böyük təqdir və minnətdarlıq hissi ilə qarşılanmaqdadır.

Professor Vaqif Abdullayev Veteran.gov.az-a açıqlamasında mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib, Mehriban xanımın Türkiyədəki zəlzələdə zərərçəkənlərlə bağlı atdığı humanist addımların ümumbəşəri önəminə diqqət çəkib:

“Qardaş Türkiyədə baş vermis fəlakətli zəlzələdən ən çox sarsılaraq ilk saatlarından dərhal təcili kömək əlini uzadan Azərbaycan oldu. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə xilasedicilərimiz, tibb heyəti ilk gündən hadisə zonasına yollanaraq öz şərəfli işini yerinə yetirməkdədir. Birinci Vitse-prezident Mehriba xanım Əliyevanın bir çağırışı ilə yüz minlərlə azərbaycanlı öz qardaş-bacısının harayaına çatmaq üçün yardım kampaniyasına qoşulub, qədirbilən xalqımız gecə-gündüz var gücü ilə öz köməyini göstərməkdədir.

Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu bir həftəyə yaxındır ki, humanitar kampaniya çərçivəsində toplanan yardım karvanlarını qardaş ölkənin zəlzələ bölgəsinə daşıyır. Müxtəlif isti geyimlər, gigiyenik vasitələr, istilik avadanlıqları, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, yorğan və döşəklər və s. mallar təbii fəlakətdən zərər çəkmiş insanların ehtiyac duyulan ləvazimatlarının ödənilməsində çox böyük rol oynamaqdadır.

Türk və islam ölkələrinin müdrik bir deyimi var, “Əl tutmaq Əlidən qalıb”. Neçə illərdir ki, Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən birinə çevrilən bu əməli-saleh və nəcib keyfiyyətləri biz Heydər Əliyev Fondunun timsalında görməkdədyik, Fondun qardaş ölkəyə əl tutmaq təşəbbüsü ümummilli ideyaya çevrilərək birlik və həmrəyliyin nümunəsi kimi Azərbaycanın sərhəd tanımadan bütün kənd və qəsəbələrini əhatə etməkdədir.

Mehriban Əliyeva bu xeyirxah missiyası ilə bütün Türk dünyasının hümanizminin Simvoluna çevrilib. Biz Mehriban Əliyevanın ötən illərdə də qardaş ölkəyə sonsuz sevgi və qayğısını görmüşük. Sarsıdıcı faciədən əvvəllər də Heydər Əliyev Fondu qardaş ölkədə saysız-hesabsız humanitar və sosial layihələrə imza atıb. Bunun nəticəsidir ki, Mehriban xanım Ankara İş Qadınları Dərnəyi tərəfindən “2004-cü ilin Birinci xanımı”, TÜRKSAV-ın “Türk dünyasına xidmət” mükafatlarına layiq görülübdür.

Prezident Pəcəb Tayyib Ərdoğanın, Türkiyənin Birinci xanımı Əminə Ərdoğanın, eləcə də Türkiyə rəsmilərinin və sadə insanların Mehriban xanlımın bu acı günlərdəki insanpərsevərliyini xüsusi alqışlaması, Ona minnətdarlıqlar etmələri Mehriban Əliyevanın Humanizminə, Böyüklüyünə verilən Dəyərin ifadəsidir.

Mehriban Əliyevanın əvəzolunmaz insanpərvərliyi, şəfqət və mərhəməti, səxavəti, qüdrəti bütün Türk dünyasında və bəşəriyyətdə genişlənən örnəyə çevrilib. Türk dövlətləri, eləcə də digər müxtəlif ölkələr birlik nümayiş etdirərək Türkiyəyə yardım kampaniyasına qoşulublar.

Bir Azərbaycanlı olaraq Mehriban xanımın bu nümunəvi, əməli-saleh və bənzəri olmayan humanizminə görə, hədsiz fəxr və qürur duyur, Ona dərin minnətdarlığımı bildirirəm.

Heç şübhə yoxdur ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hazırkı nümunəvi missiyasını növbəti mərhələdə - zəlzələ bölgəsində başlayacaq bərpa və yenidənqurma işlərində də yaxından davam etdirəcək, minlərlə ailənin sosial-maddi-mənəvi ehtiyaclarının ödənilməsində köməyini əsirgəməyəcəkdir.

Mehriban xanımın Kahramanmaraşda, Hatayda, Adıyamanda, Adanada, Qaziantepdə və digər bölgələrdə zərər çəkmiş insanların pənahı, dayağı olacağı, onlara xüsusi diqqət və qayğı göstərəcəyi, dinc və firavan həyatlarına qovuşması, bağça, məktəb, səhiyyə ocaqlarının, məcsid, idman, mədəniyyət müəssisələrinin inşa olunması, yüzlərlə uşağın təhsilinin bərpası, sosial reabilitasiyası üçün tükənməz gücünü əsirgəməyəcəyinə qəti əminik.

İnanırıq ki, Onun bu möhtəşəm və təqdirəlayiq fəaliyyəti türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə səbəb olacaqdır.

Fürsətdən istifadə edərək, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri aparan xilasedicilərimizin sözlə ifadə edilməyəcək əsil qəhrəmanlıqlarına, tibb işçilərimizin, könüllülərin yorulmadan göstərdiyi fədakar əməyinə görə, dərin minnətdarlığımı ifadə etmək istərdim”.

Seymur ƏLİYEV

 

2023-02-13 10:44:00
1015 baxış

Digər xəbərlər

Azərbaycan Mədəniyyət Mərkəzindən “Heydər Əliyev ili” münasibətilə maraqlı aksiya...

Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edilib Veteran.gov.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il “Heydər Əliyev ili” münasibətilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına və Özbəkistanın vilayətlərində yerləşən 14 mərkəzi kitabxanaya  Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edib. Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına 40 nüsxə, Daşkənd, Xarəzm, Nəvai, Buxara, Səmərqənd, Kaşkadərya, Surxandərya, Cizzax, Sırdərya, Nəmənqan, Fərqanə, Əndican vilayət, Qaraqalpaqıstan Respublikası informasiya-kitabxana mərkəzi olmaqla hər bir mərkəzi kitabxanaya 82 adda, ümumilikdə isə 1148 nüsxə kitab və elektron nəşr hədiyyə olunub. Sözügedən kolleksiyada Azərbaycanın tarixinə, dövlətçiliyinə, mədəniyyətinə dair Azərbaycan və rus dillərində kitablar, “Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca” lüğət, danışıq kitabları, dərsliklər, elektron nəşrlər, habelə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində nəşr edilmiş Azərbaycan klassiklərinin əsərləri, müasir Azərbaycan ədəbiyyatına dair nəşrlər də yer alıb. Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq bu kolleksiyalara əsasən ulu öndər Heydər Əliyev, Azərbaycan dövlətçiliyi, Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Azərbaycan tarixi kimi mövzuları əhatə edən müxtəlif nəşrlər daxil edilib. Bundan başqa, kolleksiyada dahi Azərbaycan şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə”si, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Əzizə Cəfərzadənin əsərləri, habelə Ermənistanın Azərbaycan ərazilərini işğalı, Xocalı soyqırımına dair kitablar, özbək müəllif Şuxrat Salamovun mövzulara aid özbək və rus dillərində nəşrləri də yer alıb. Cari ilin 24 yanvar tarixində Azərbaycana dair zəngin kitab kolleksiyası Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya çatdırılması məqsədilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına təqdim olunub. Hədiyyə nəşrlərin Özbəkistan Milli Kitabxanasında sərgisi də keçirilib. Seymur ƏLİYEV

Hamısını oxu
Fudokançılarımız Avropa çempionatında daha iki medal qazanıblar

Polşanın Katovis şəhərində fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər.   Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, bu gün 18-21-yaşlı fudokançılarımızdan Əsəd İmanov gümüş, Nicat Əsədov bürünc medal qazanıblar.   Azərbaycan komandası bu nəticə ilə şəxsi kumite yarışlarında (18-21 yaşlılar) üçüncü pillədə qərarlaşıb.   Bundan əvvəl idmançımız Elməddin Səlimli uşaqlar arasında Avropa çempionatının qalibi olub. Qeyd edək ki, turnirdə ölkəmizi Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərliyi altında 4 idmançı təmsil edir.   Otuzdan çox ölkədən idmançıların iştirak etdiyi qitə çempionatı oktyabrın 6-dək davam edəcək.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə dair tədbir keçirib

Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri, general-mayor Dadaş Rzayev Odlar Yurdu Universitetinin tələbə-müəllim heyəti ilə görüşüb. Universitetin rektoru, professor Əhməd Vəliyev gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin və görüşlərin əhəmiyyətini qeyd edib. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu qurum, həmçinin general-mayor Dadaş Rzayevin döyüş yolu haqqında ətraflı məlumat verib. Görüşdə gənclərlə hərbi vətənpərvərlik mövzusunda ətraflı söhbət aparılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son dövrdə Milli Ordumuzun yüksək döyüş hazırlığı nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində aparılan ardıcıl, düzgün, məqsədyönlü siyasətin ölkəmizin hər bir vətəndaşı tərəfindən dəstəkləndiyi görüş iştirakçılarının diqqətinə çatdırılıb. Belə tədbirlərin elm-təhsil ocaqlarında, xüsusi ilə universitetlərdə mütəmadi keçirilməsinin gənclər üçün zəruri və əhəmiyyətli olduğunu qeyd edilib. Ölkəmizdə veteran hərəkatının gücləndirilməsində xidmətlərinə görə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı ilə “Veteranların qayğıkeşi” diplomu, həmçinin “General Səməd Bəy Mehmandarov” və “General Həzi Aslanov” yubiley medalları ilə təltif olunub.  

Hamısını oxu
Sarıcalı ən qədim türk etnosunun yaşadığı kənddir

Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması bütövlükdə region xalqları və dövlətləri üçün böyük əhəmiyyətə malikdir. Başqa sözlə, tarixi ədalətin bərpa olunmasından sonra həm Azərbaycanın inkişafı, həm də bölgənin firavan gələcəyi üçün yeni perspektivlər yaranıb. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir. Sarıcalı kəndi Ağdam şəhərindən şərqdə - Ağdam-Ağcabədi avtomobil yolunun kənarında yerləşir. Kəndin adı Cavanşirlər nəslindən olan Sarı Alının adından götürülüb. Sarıcalı kəndinin tam adı Dərgahlı Sarıcalısı, sovet dövründə Ağdamkənd Sarıcalısı olub. Beləliklə, Sarıcalı ən qədim türk etnosunun yaşadığı kənddir. Bu kənd Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin inkişafında xidmətləri olan bir çox tanınmış şəxslər yetişdirmişdir.  Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Möhtərəm Prezidentimizin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonunun Sarıcalı kəndində olmaları xalqımız tərəfindən böyük qürurla qarşılanır. Bu iftixar qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının mənəvi haqqıdır. Çünki biz böyük qələbə qazanmışıq. Prezident İlham Əliyevin Ağdam rayonunun Sarıcalı kəndinə səfəri zamanı səsləndirdiyi fikirlər qüdrətli Azərbaycanın yeni mərhələdə əldə etdiyi strateji inkişafına işıq salır. Səfər zamanı dövlətimizin başçısı və birinci xanım burada görülmüş işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunmuş fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər. Görüşdə Prezident İlham Əliyev qeyd edib ki, azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır. “İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız”, - deyə Prezident vurğulayıb. Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında bildirib: “Biz Ağdamı yenidən qururuq və quracağıq, indi genişmiqyaslı quruculuq işləri aparılır”. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində görülən işlər Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu