Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“DTX-nın de-şifrə etdiyi İran casuslarının çoxluğu Tehranın ölkəmizə olan düşmən münasibətinin göstəricisidir”

“Terror və təxribat İran-Ermənistan qardaşlığının ortaq təməlidir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildiirb. Polkovnik qeyd edib ki, hər iki ölkə Azərbaycana yönəlik terrorçu fəaliyyəti ilə diqqət çəkir:

“Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəlindən ölkəmizə qarşı həyata keçirdiyi işğal siyasəti 30 il davam etdi və 44 günlük Vətən müharibəsi ilə nəticələndi. Azərbaycan müharibə nəticəsində işğaldakı torpaqları azad etdi, ərazi bütövlüyümüz təmin olundu. Lakin müharibədən iki ildən çox vaxt keçsə də, Ermənistan terror və təxribat siyasətindən əl çəkmir.

Maraqlıdır ki, hər zaman Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirən İran, Vətən müharibəsindəki qələbəmizdən sonra bizə qarşı daha açıq aqressiv siyasət sərgiləməyə başlayıb. Azərbaycan sərhədlərində böyük hərbi təlimlərin keçirilməsi, terror dövləti olan Ermənistana iqtisadi-siyasi dəstəyin artırılması, Tehrandakı səfirliyimizə qarşı terror hücumunun təşkili və s. İranın ölkəmizə qarşı məkirli niyyətindən xəbər verir. Təkcə bir faktı vurğulayaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən son bir neçə ayda İrana məxsus bir neçə casus şəbəkəsi ifşa edilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən de-şifrə edilən İran casuslarının çoxluğu İranın ölkəmizə olan düşmən münasibətinin göstəricisidir.

Onu da qeyd edim ki, İran ölkəmizə qarşı casus fəaliyyətini müxtəlif mədəniyyət mərkəzləri, dini mərkəzlər və s. altında həyata keçirməyə çalışıb.

Bu gün İran Ermənistanla münasibətləri inkişaf etdirməyə, onu hərbi və iqtisadi baxımdan yenidən dirçəltməyə səy göstərir. Məqsəd Ermənistanı Azərbaycanla yeni münaqişəyə cəlb etmək, bölgədə daha bir hərbi qarşıdurmanın baş verməsinə nail olmaqdır.

İran-Ermənistan arasında qarşılıqlı səfərlərin artması, konsulluq fəaliyyətinin genişlənməsi rəsmi Tehranın həm də anti-İslami fəaliyyətindən xəbər verir. 30 il ərzində torpaqlarımızın işğalda qalmasına susan, məscidlərimizin dağıdılmasını, tövləyə çevrilməsini laqeydliklə seyr edən, Qarabağın talanmasında yaxından iştirak edən İran, bu gün də erməni təəssübkeşliyi mövqeyindən çıxış edir, terror dövlətinə hamilik göstərir.

İran 44 günlük Vətən müharibəsində də Ermənistanın yanında yer alıb, ona kəşfiyyat məlumatları, hərbi və iqtisadi baxımdan ciddi yardımlar edib. Vətən müharibəsində həlak olan hər bir şəhidimizin ölümündə İranın əli var və bu gerçək təkzibedilməzdir. Lakin İran bilməlidir ki, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti onun özü üçün acı nəticələrə, ciddi fəsadlara səbəb olacaq. Azərbaycanla təzyiq və təhdid dili ilə danışmaq heç bir dövlətə fayda qazandırmayıb və İran da bu məsələdə istisna təşkil etməyəcək”.

2023-04-07 11:07:54
3140 baxış

Digər xəbərlər

Veteran və qazilərin məzuniyyət müddəti artırılır

Bakı. Trend: Qarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu olan işçiyə əmək məzuniyyəti artıq standart 21-30 gün deyil, minimum 46 gün veriləcək. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir müavinin sözlərinə görə, bu dəyişiklik dövlətin vətənə xidmət etmiş bütün kateqoriyalara sistemli, ədalətli və inklüziv sosial dəstək yanaşmasını nümayiş etdirir və onların rifahının təmin olunmasına yönəlmiş mühüm sosial addımdır. “Layihədə 46 təqvim günündən az olmayaraq məzuniyyət hüququna dair norma əhəmiyyətli şəkildə genişləndirilib və dəqiqləşdirilib. Əvvəlki redaksiyada bu hüquq əsasən Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda xəsarət almış, Milli və Sovet İttifaqı Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları və digər dövlət təltifləri ilə təltif olunmuş şəxsləri əhatə edirdisə, yeni redaksiya bu hüququ daha geniş sosial müdafiə qruplarına şamil edir”, - deyə R.Mustafayev əlavə edib.

Hamısını oxu
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı

“Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi Tvitter səhifəsində yazıb.

Hamısını oxu
“Birlik faktoru türk dünyasının tərəqqi və təhlükəsizliyinin təməlidir”

“Birlik faktoru türk dünyasının tərəqqi və təhlükəsizliyinin təməlidir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili ciddi mətləblərdən xəbər verir: “Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili hər şeydən öncə respublikamızın Prezident İlham Əliyvin rəhbərliyi altında türk dünyasının birliyi prosesində yaxından iştirak etdiyini, bu prosesdə aktiv rol oynayan avanqard dövlətlərdən biri olduğunu göstərir. Baş verənlər onu söyləməyə əsas verir ki, Azərbaycan 100 il  bundan öncə olduğu kimi bu gün də türk dünyasının birlik və həmrəyliyinə xüsusi önəm verir, bu istiqamətdə ardıcıl səylər ortaya qoyur. Bunu Prezident İlham Əlyevin tədbir iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan fikirlər də sübut edir. Ölkəmizdə “Türk Dünyası Həftəsi”nin təşkilinin digər bir önəmi bütün türk dünyasının birliyi və təhlükəsizliyi ilə bağlıdır. Bu gün müasir dünyada baş verənlər türk dövlətlərinin birlik və həmrəyliyinin nə qədər vacib olduğunu göstərir. Dünyada təhlükəsizliklə bağlı baş verən proseslərin təhlili göstərir ki, təhdidlərdən sığortalanmaq üçün türk dövlətlərinin xarici siaysət məsələlərində koordinasiyalı şəkildə hərəkət etməsi, bir-birlərini ciddi şəkildə dəstəkləməsi vacibdir. Yalnız belə olan təqdirdə biz qlobal dünyanın təhlükələrindən etibarlı şəkildə sığortalana, öz təhlükəsizliyimizi yüksək səviyyədə təmin edə bilərik. Türk dünyasının ortaq tarixi və mədəniyyəti bu birliyi təmin etmək üçün ən böyük platforma, ən ciddi zəmindir ”. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Azərbaycanda nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən yeni dəniz limanının inşası, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, ölkədə müasir aviasiya şəbəkəsinin tam şəkildə inkişaf etdirilməsi istiqamətində əldə edilən nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Görüşdə Azərbaycanın aparıcı beynəlxalq nəqliyyat dəhlizlərindən biri kimi önəmi vurğulandı, ölkəmizin nəqliyyat qovşağı sahəsində mühüm rolu qeyd olundu, Avropa İttifaqının bu işlərə strateji əhəmiyyət verdiyi bildirildi. Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat sahəsində mütəmadi dialoqun yaradılmasının zəruriliyi vurğulandı və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Hamısını oxu