Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Belarus Prezidenti Fatma Səttarovanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, bu gün Belarus Respublikasının ölkəmizdəki səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb.

Görüş əsnasında konsul Aleksandr Arxipov Fatma Səttarovaya Belarus Prezidentinin təbrik məktubunu çatdırıb.

Fatma Səttarova bayram münasibəti ilə ona ünvanlanan təbrik məktubuna görə Belarus Prezidentinə təşəkkürü bildirib, minnətdarlığını ifadə edib.

Görüşdə həmçinin Azərbaycan və Belarus veteran təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

2023-04-07 11:11:37
3314 baxış

Digər xəbərlər

“Ermənistanın hərbi cinayətlərinin Ombudsman tərəfindən Orta Asiya regionunda ifşası ikiqat əhəmiyyətə malikdir”

Xəbər verdiyimiz kimi, Ombudsman Səbinə Əliyeva Özbəkistana səfər əsnasında bu ölkənin televiziyalarına müsahibələr verib, bir sıra məsələlərlə yanaşı, həm də erməni vəhşiliklərindən bəhs edib. Bununla bağlı sayımıza açıqlama verən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli erməni vəhşilikləri ilə bağlı beynəlxalq müstəvidə təbliğat işinin aparılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Cahangir Məmmədli Ombudsmanın bu yöndəki fəaliyyətinin də təqdirəlayiq olduğunu bildirib: “Orta Asiya arealında Ermənistanın cinayətlərinin ifşa edilməsi, onun əsl simasının tanıdılması, Azərbaycanın haqq işinin təbliği olduqca əhəmiyyətlidir. Bu coğrafiyada belə bir təbliğat ikiqat əhəmiyyətə malikdir. Çünki həmin coğrafiyada yerləşən dövlətlərin Qarabağ məsələsində lazımi qədər aktivliyinə şahid olmadıq. Düzdür, Qazaxıstanın bu sahədə müəyyən fəallığı hiss olunur. Amma hələ ki, bu regionda yerləşən dövlətlərin ümumi fəallığı arzuedilən səviyyədə deyil. Halbuki, Ərdoğanın Şuşa səfərindən sonra orada xüsusi bir canlanma olmalıdır. Çünki söhbət türk dünyasından, onun bugünü və gələcəyindən gedir. Odur ki, Orta Asiya coğrafiyasında daha çox iş görməyimizə ehtiyac var. Biz hər imkanda erməni vəhşiliyini ifşa etməli, onun anti-insani mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Bu baxımdan Səbinə xanımın Özbəkistana səfəri, səfər əsnasında KİV-lərə, televiziyalara verdiyi müsahibələr olduqca əhəmiyyətlidir. Azərbaycan Ombudsmanının erməni cinayətləri ilə bağlı ortaya qoyduğu faktlar, səsləndirdiyi fikirlər erməni faşizminin ümumilikdə Orta Asiyada ifşası baxımından son dərəcədə əhəmiyyətlidir. Orta Asiya insanı bu faktlar, bu informasiyalar əsasında Ermənistanın hərbi cinayətləri, törətdikləri vəhşiliklər haqqında müəyyən məlumata, təsəvvürə malik olur, bundan bəlli nəticələr çıxarır. İnanıram ki, Səbinə xanımın Özbəkistan KİV-nə verdiyi müsahibələr, açıqlamalar bütövlükdə Orta Asiya ictimaiyyətinin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumata sahib olmasına kömək edəcək, erməni vandalizminin dünya mqiyasıdna ifşasına təkan verəcək. Mən Səbinə xanıma bu mühüm fəaliyyətdə uğurlar arzulayıram”.  Seymur ƏLİYEV

Hamısını oxu
İlham Əliyev Gəncə şəhərində səfərdə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılışlarında iştirak edib. Dövlətimizin başçısı Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış olub, “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun açılışında iştirak edib, Gəncə Memorial Kompleksinin təməlini qoyub. Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibə verib. Səfərdən geniş materiallar yanvarın 31-də dərc ediləcək.   Mənbə: president.az

Hamısını oxu
İlham Əliyev Livan prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna başsağlığı verib.  AZƏRTAC-ın yayımladığı başsağlığı mətnində deyilir: “Hörmətli cənab Prezident, Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi. Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir. Sizə, həlak olanların ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm”.

Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatı Müstəqillik Günü münaibətilə tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rayon şöbəsi və "Qarabağ qaziləri" İctimai Birliyi ilə birlikdə 28 May Müstəqillik günü münasibəti ilə tədbir keçirib. Tədbirdən öncə ölkəmizin müstəqilliyi yolunda və torpaqlarımızın azadlığı uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman açaraq müstəqillik günü ilə əlaqədar ətraflı məlumat verib. Bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal  Bəyannaməsi imzalamaqla Azərbaycanın müstəqilliyini bütün dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. O, vurğulayıb ki, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. DQİDK-nin rayon şöbəsinin rəhbəri Cavidan Rəşidov, Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdulla, Əlövsət Tahirli, şəhər 4 saylı klubun müdiri Xeyrulla Şahbazov, Qırmızı Aypara Cəmiyyəti rayon bölməsinin nümayəndəsi Mirsüleyman Eynullayev, Əmək və Müharibə veteranları Adil Turabov, Mirzəbala Hüseynov, Yusif Əzimov, "Qarabağ qaziləri" İctimai birliyinin sədri Maşallah Əliyev və başqaları çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanımızın daha da çiçəklənməsi naminə həmişə dövlətimizə dəstək olacaqlarını bildiriblər. Tədbirin sonunda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları" İctimai birliyinə yeni üzv qəbul edilmiş veteranlara vəsiqələr təqdim olunub.

Hamısını oxu