Digər xəbərlər
15 dekabr 2017-ci il tarixində Respublikanın əməkdar hüquqşünası Rusiya Təhlükəsizlik, Müdafiə, Qanunun aliliyi Akademiyasının akademiki, Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının rəhbəri, hüquq elmləri doktoru, professor İlham Rəhimov Respublika Veteranlar Təşkilatında olmuşdur. Öncə İlham Rəhimov Respublika Veteranlar Təşkilatında yaradılmış şəraitlə tanış oldu. Təşkilatın tarixi, Respublikamızda həyata keçirilən veteran hərəkatında Təşkilatın rolu, eləcə də, Prezident ilham Əliyevin veteranlar göstərdiyi diqqət və qayğı barəsində qonağa geniş məlumat verildi. Daha sonra Respublika Veteranlar Təşkilatının sədri general polkovnik Tofiq Ağahüseynovla profesor İlham Rəhimovun görüşü keçirildi. Görüşdə həmçinin Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov və Təşkilatın Rəyasət Heyətinin üzvü hüquq elmləri doktoru, professor Bəhram Zahidov da iştirak etmişdir. General polkovnik Tofiq Ağahüseynov İlham Rəhimovu qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmişdir. Təşkilatın sədri İlham Rəhimovun Azərbaycan xalqı və elmi qarşısında danılmaz fəaliyyəti olduğunu diqqətə çatdırdı. Veteranların hüquqlarının müdafiəsi, onların sosial problemlərinin həlli istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu bildirdi. İlham Rəhimov da öz növbəsində Tofiq Ağahüseynovun timsalında bütün veteranları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il bayramı münasibətilə təbrik etdi. Respublika Veteranlar Təşkilatında yaradılmış şəraiti yüksək qiymətləndirən İlham Rəhimov Təşkilatla tanışlıqdan məmnunluq ifadə etdi. Respublikamızada veterana hərakatının yüksələn xətlə inkişaf etdiyini, bu sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini, Respublika Veteranlar Təşkilatının bütün qəbildən olan veteranların sosial problərinin həlli istiqamətdində gördüyü işlərin əvəzsiz olduğunu bildirdi. Təşkilatın əməkdaşlarının işini yüksək qiymətləndirərək onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. İlham Rəhimov rəhbərlik etdiyi Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının Azərbaycan Respublikasında həyata keçirdiyi, xüsusən də veteranların hüquqları sahəsində gördüyü işlər barəsində məlumat verdi. Assosasiyanın Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlıq etməyə və gələcəkdə Veteranların hüquqlarının müdafiəsi sahəsində Təşkilata dəstək olmağa hazır olduğunu diqqətə çatdırdı. Görüşdə Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyası arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Əməkdaşlığın hər iki qurum üçün xüsusi önəm daşıdığı ifadə edildi. Daha sonra Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov İlham Rəhimova respublikada həyata keçirilən veteran hərəkatındakı fəal iştirakına görə Təşkilatın təsis etdiyi “Veteran Həmrəyliyi” və “Həzi Aslanov” yubiley medalını təqdim etdi. Sonda Xatirə şəkli çəkdirildi.
Hamısını oxu
"İki qardaş ölkə arasında nifaq salmaq istəyənlər var. Amma nə Türkiyə xalqı, nə də Azərbaycan xalqı bu nifaqa uymamalıdır. Xalqlar arasında olan dostluq və qardaşlıq missiyası davam etdirilməlidir. Çünki Türkiyə ilə Azərbaycan arasında həm güclü iqtisadi, hərbi, həm də mədəni əlaqələr mövcuddur. Bu əlaqələri inkişaf etdirmək lazımdır. Münasibətlərdə gərginlik yaradılmasına icazə verməməliyik. Biz Türkiyənin ictimaiyyətinə də müraciət edirik və xüsusilə qeyd edirik ki, əhali arasında olan insanlar da bu yoldan çəkindirilməlidir. Onlara başa salınmalı və tələb olunmalıdır ki, qardaş dövlətləri bir-birinə vurmasınlar, aralarında gərginlik yaratmasınlar". Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirdi. Müsahibimiz diqqətə çatdırdı ki, Azərbaycan və Türkiyə beynəlxalq, hərbi, humanitar və mədəni məsələlərdə həmişə bir yerdə olub: "Beynəlxalq səviyyədə hər birimiz bir-birimizin ölkəsini dəstəkləmişik. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına, Azərbaycan ordusuna, Azərbaycanın Prezidentinə və vitse-prezidentinə necə hörmətlə yanaşırsa, Azərbaycan tərəfindən də Türkiyəyə eyni münasibət göstərilir. Yadımdadır ki, müharibə başlamazdan əvvəl Prezident Ərdoğan xüsusi qeyd etdi ki, Azərbaycan tək deyil. Eyni zamanda, xatırlayıram ki, bir dəfə Türkiyə haqqında suallar verirdilər və Türkiyənin orada nümayəndəsi yox idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi ki, Türkiyənin nümayəndəsi yoxdur, mən buradayam. Nə sualınız varsa, Türkiyə ilə əlaqədar mən cavablandırım. Yəni bu, bir daha sübut etdi ki, bizim aramızda qardaşlıq, dostluq və əmin-amanlıq var". C.Xəlilov vurğuladı ki, sülhü, əməkdaşlığı və qardaşlığı pozmaq istəyən qüvvələr var: "Xarici dövlətlərdən münasibətləri pozmağa maraq göstərənlər, eyni zamanda, daxilimizdə Azərbaycanı istəməyən qüvvələr var. Biz buna yol verməməliyik. Münasibətləri pozmaq istəyənlərə Türkiyənin alimləri, siyasətçiləri və din xadimləri tərəfindən münasibət bildirilməli, onlar bu işlərdən çəkindirilməlidirlər. Dövlətlər arasında qardaşlıq münasibətləri davam etməlidir. Xarici dövlətlərdən bizə təzyiqlər artdıqca, qardaşlığımız daha da möhkəm və etibarlı olmalıdır ki, xarici təzyiqlərə birlikdə müqavimət göstərək". Həmsöhbətimiz qeyd etdi ki, bu məsələləri yalnız Azərbaycanın dövlət aparatında, Xarici İşlər Nazirliyində çalışanlar və siyasətlə məşğul olan insanlar araşdırmalı, lazım gəldikdə, onlara cavab verməlidirlər: "Siyasətdən başı çıxan, bu məsələləri və problemləri bilən insanlar öz mövqelərini ortaya qoyurlar. Ondan sonra bəzən araşdırılmamış, dəqiqləşdirilməmiş yalan məlumatlar yayılır. Bunun qarşısı alınmalı, hər kəsin Azərbaycanın maraqlarının qorunması adı ilə beynəlxalq səviyyədə hər hansı məsələyə münasibət bildirməsinə imkan verilməməlidir". Aytəkin TOFİQQIZI
Hamısını oxu
Cəlil Xəlilov: “Bu təxribatlar regionda sülh və təhlükəsizlik üçün ciddi təhdid təşkil edir” “Beynəlxalq təşkilatlar və qlobal güclər erməni təxribatlarına soy qoymaq üçün rəsmi İrəvana təzyiq göstərməlidir” Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, erməni təxribatları ümumilikdə bütün regionda sülh və təhlükəsizliyi təhdid edir: “Son vaxtlar Ermənistanın Şuşa, Laçın, Kəlbəcər istiqamətində həyata keçirməyə çalışdığı çoxsaylı təxribatlar, Azərbaycan ordusunun mövqelərini intensiv surətdə atəşə tutması, müəyyən əraziləri ələ keçirmək məqsədi ilə hücum əməliyyatlarının təşkilinə səy göstərməsi müşahidə edilir. Hansı ki, erməni terrorçularının bu kimi addımları bütün regionda sülh və təhlükəsizlik üçün ciddi təhdid təşkil edir. Çünki bu kimi addımlar bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir ki, bu da regiondakı bütün dövlətlərin maraq və mənafeyinə ziddir. Bu baxımdan həm region dövlətləri, həm qlobal güclər, həm də beynəlxalq təşkilatlar erməni təxribatlarına qəti etirazını bidirməli, bu təxribatlara son qoymaq üçün rəsmi İrəvana təzyiq göstərməlidir. Bu məsələdə Rusiya sülhməramlılarından da gözləntimiz böyükdür. Çünki bölgədə sülhün, sabitliyin təmininə nəzarət 2020-ci ilin 10 noyabr bəyanatına əsasən məhz bu qüvvələrə həvalə edilib. Lakin təəssüflər olsun ki, son vaxtlar erməni terrorçuları Azərbaycan mövqelərini bir çox hallarda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdən atəşə tuturlar. Ümid edirik ki, Rusiya tərəfi bu məsələdə üzərinə düşən məsuliyyəti dərk edərək, o cümlədən 10 noyabr bəyanatının müəlliflərindən biri olan prezidentlərinin imzasına hörmət əlaməti olaraq erməni təxribatlarına qarşı mübarizədə aktivlik sərgiləyəcək. Heç kim unutmasın ki, Azərbaycan Ordusu istənilən təhdid və təxribatın qarşısını almağa qadirdir və istər Vətən Müharibəsi, istərsə də post-müharibə dönəmində baş verən olaylar bu gerçəyi bir daha sübut edir. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə qarşı yönələn istənilən təxribatın qarşısı bundan sonra da ordumuz tərəfindən qətiyyətlə alınacaq, bu təxribatı həyata keçirənlər ciddi şəkildə cəzalandırılacaqlar. Sonda 16 noyabr tarixində erməni təxribatının qarşısının alınması zamanı həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbçilərimizə şəfa diləyirəm”.
Hamısını oxu
Elə bil indiyədək heç yaşamamışıq. Gözümüz indi, məhz indi, bu günlərdə açılıb... Nə gözəlmiş yaşamaq haqqı, sevinmək haqqı, qürurlanmaq haqqı... Yaşamağın bir adı da Qürurmuş... O biri adı Şərəf... Koronaviruslu 2020-ci ili heç bəyənməmişdik, xatırlayırsınız? Hətta ömrümüzdən saymayacağımızı deyirdik. Pandemiyanın planlarımıza əngəl olmasından şikayətlənirdik. Amma həyatımızın ən gözəl, ən dəyərli ili olmaqdadır 2020: Ən Yeni Tarix yazılır bu günlərdə... Torpaqlarımız işğaldan azad olunur!!! Şərəfimiz, Qürurumuz, Heysiyyətimiz yenilənir. Bərpa olunuruq sanki... Artıq sevə bilirik! Bütün varlığımızla sevirik bu məmləkəti. Ali Baş Komandanımız 30 ildir tamarzı olduğumuz möhtəşəm duyğular yaşadır bizə. Biz Qalib gəlirik, təsəvvür edirsiniz?!. Biz qalibik, təsəvvür etmək belə lazım deyil, gözümüzlə görürük Qələbəni - işğaldan azad olunan Qarabağı... Yaralı Qarabağı... Şöhrətli Qarabağı... Cəbrayılı, Ağdərəni, Füzulini, Hadrutu, Xocavəndi.... Şuşanı, Xankəndini, Laçını, Kəlbəcəri... Qubadlını, Zəngilanı, Ağdamı, Xocalını... Ayaq səslərini eşidirsiniz?! Addım-addım yaxınlaşmağımızı, qovuşmağımızı... Bu gözəl, çox gözəl, fövqəladə gözəl və möhtəşəm günlərdə - şərəfli tariximiz yazılan bu əziz günlərdə təkrar-təkrar ifadə etdiyim və etmək istədiyim kəlmələr bunlardır: Cənab Ali Baş Komandanım, Sizi çox sevirəm! Sizi çox sevirik!!! Bizim Liderimiz, Xilaskarımız, Qarabağımız!!! İlham Əliyev. Bu ölkədə Sevgiyə və Sayğıya, ən ali, ən ülvi münasibətə, rəğbətə, xoşgörüyə ən layiqli Birinci şəxs məhz odur. Sevgilərimiz və Dualarımız Ona ünvanlıdır!!! Çünki... Qarabağ çox yox, 20 gün öncəyədək bizimçün arzu, xəyal və solğun ümid, hətta ümidsizlik idi. Arzularımızı, Ümidlərimizi, Xəyallarımızı O gerçəkləşdirir! Bayrağımızı O dalğalandırır işğaldan azad olunan torpaqlarımızda! Tariximizi və taleyimizi dəyişdirir O. Yadların və yadellilərin bizə yazdığı dəhşətli və dözülməz tarixi-taleyi... Adam kimi Adamdır O! Qəhrəmandlr, qəhrəmanımızdır O! Rəisimiz, Komutanımız, Sərkərdəmizdir. Qalib Ali Baş Komandanımızdır. Möcüzədir varlığı. Nə yaxşı ki, var. Nə yaxşı ki, bizimdir, bizə aiddir!!! Bayraqdır O, Ordudur O, Vətəndir O, Dövlətdir O! Azərbaycandır O!!! Sizi çox, çox, lap çox, hədsiz çox sevirik, Bayraq Adam, Ordu Adam, Vətən Adam, Dövlət Adam! Tanrıya sonsuz şükranlarımızın səbəbi! Bizi heçliyin, yoxluğun, gücsüzlüyün, güvənsizliyin girdabından çıxaran Adam! Birləşdirən, bütünləşdirən, bütövləşdirən Adam! Son 250 illik tariximizdə - Nadir şahdan üzü bu yana yalnız itirdik - ərazilərimiz, coğrafiyamız kiçildi, işğal olundu, yağmalandı. Çox səbəblər oldu - bizdən asılı olan və olmayan: daha çox olmayan... Fəth olmadı. İtkilər oldu. Torpaq itkisi... Qürur itkisi... Mənəviyyat itkisi... Amma indi... gözümüzün önündə baş verənlər şok effekti yaradır izlədikcə: Prezident İlham Əliyev torpaqlarımızı-itirdiklərimizi geri alır, Qarabağı fəth edir. Qürurumuzu, Şərəfimizi, Heysiyyətimizi qaytarır. Qarabağı qaytarır. “Şuşasız olmaz” deyir!!! Özü də “Müqəddəs Şuşa” deyir. Bilir ki, Şuşa açardır. Şuşa mənəviyyatımızın paytaxtıdır. Şuşa olmazsa, olmaz. Şuşasız olmaz! Varlığımızın, mövcudluğumuzun, qan yaddaşımızın, ilham mənbəyimizin sirri ordadır - Şuşada... Bu gözəlliyi, bu əzəməti, bu ruhaniyyəti təsvir və ifadə etməyə söz acizdir: Şükranlığı və minnətdarlığı; Sevgini və heyranlığı... Heyrəti... Xoşbəxtliyi... Sevinci... Fərəhi... Boynubükük, gözləriylə kədər və iztirab daşıyan bir topluma xoşbəxtliyi və qüruru yaşatmaq... bilirsiniz, nə deməkdir?! Heç bilirsiniz Millətə qol-qanad olmaq, nəfəs olmaq, ruh olmaq nə deməkdir?! Millətin boyunu ucaltmaq, başını dikəltmək, köksünü qabartmaq nə deməkdir, bilirsiniz?! Millətə can vermək, Milləti diriltmək, Yeri Göy etmək nə deməkdir, bilirsiniz?! Bilirsiniz bu millətə Oğul olmaq, Sərkərdə olmaq, Ordu olmaq, Qəhrəman olmaq nə deməkdir?! Bilirsiniz... Bizim Hekayəmiz başlayıb, Millət, gözümüz aydın! Millət, Qarabağın mübarək! Bəxtəvərliyin, səadətin mübarək!!! Bizim Hekayəmiz yazılır! Bu hekayəni yazana, yazdırana haqqımız halal olsun! Min dəfə, yüz min dəfə, milyon dəfə halal olsun!!! Doğma Adam, Əziz Adam, Böyük Adam, Qalib Adam, Qələbə Adam!!! Bizim Adam!!!
Hamısını oxu