Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rayon Veteranlar Təşkilatının üzvləri şəhidin doğum günündə məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri rayonun Vənlik kəndinə gedərək şəhid baş gizir Nahid Məmmədovun doğum gününü yad ediblər. 

Tədbirdə ön cəbhədən gələn döyüş yoldaşları çıxış edib. Onlar  baş gizir Nahid Məmmədovun 13 sentyabr 2022-ci ildə qanunsuz  erməni silahlı birləşmələri tərəfindən törədilmiş təxribat nəticəsində şəhid olduğunu bildiriblər və onunla bağlı xatirələrindən söz açıblar.

Qeyd edək ki, şəhid baş gizir Nahid Məmmədov ailəli idi, 2 övladı yadigar qalıb. O,  yaşasaydı, bu gün 33 yaşı tamam olacaqdı.

Tədbir iştirakçıları şəhid Nahid Məmmədovun məzarını ziyarət edib, qərənfillər qoyduqdan sonra  şəhidlərimizin  ruhuna dualar oxuyublar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

2023-05-12 08:02:15
3111 baxış

Digər xəbərlər

“Ombudsmanımızın Özbəkistan səfəri erməni cinayətlərinə qarşı mübarizədə türk xalqlarının birliyinin təmini baxımından da əhəmiyyətlidir”

Azər Badamov: “Ermənilər sadəcə bizi deyil, bütün türksoylu xalqları özlərinin düşməni hesab edir”   Xəbər verdiyimiz kimi, bugünlərdə Ombudsman Səbinə Əliyeva Özbəkistana səfər edərək buradakı beynəlxalq tədbirdə iştirak edib, habelə,  özbək mediasını müsahibələrində erməni vəhşilikləri haqqında ətraflı məlumat verib. Erməni cinayətlərinin bütün dünyada, eləcə də türk dövlətlərində ifşası, bu cinayətlərə qarşı mübarizədə türk xalqlarının birliyinin təmin edilməsi nə dərəcədə əhəmiyyətlidir?   Saytımıza açıqlama verən millət vəkili Azər Badamov Ombudsmanın Daşkənd səfərinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:   “Azərbaycanın hər bir rəsmisi xarici səfərlərdə milli maraqlarımızı kəsb edən məsələləri gündəmə gətirir, ermənilərin tarixən azərbaycanlılara, türklərə və o cümlədən islam dünyasına qarşı düşmənçilikləri və törətdikləri cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.   Ombudsmanımız Özbəkistana səfəri çərçivəsində erməni cinayətlərininin bütün dünyada, eləcə də türk dövlətlərində ifşası, bu cinayətlərə qarşı mübarizədə türk xalqlarının birliyinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Ermənilər fərd şəkildə təkcə azərbaycanlılara qarşı düşmənçilik mövqeyində olmayıblar. Həm də türk kökənli bütün xalqları görən gözləri yoxdur. Onlar üçün əgər hər hansı bir xalqın soy kökündə türk kökənliyi varsa, o, erməninin düşmənidir. Ona görə də əgər hər hansı türksoylu ölkəsinə erməninin cinayətləri baş verirsə, digər ölkələr susub oturmamalıdırlar.   Müstəqil türkdilli dövlətlərdə türkdilli əhalinin sayı 150 milyondan çoxdur. Bu, heç də kiçik rəqəm deyil. Yəni birlik olanda güc olur. Təbii ki, 44 günlük Vətən müharibəsi zamanı türkdilli dövlətlərin mənəvi-siyasi dəstəyini hiss etdik. Türkdilli dövlətlər hansı qitədə yerləşməsindən asıllı olmayaraq bu həmişə belə olmalıdır. Amma türk xalqları ermənilərin düşmənçiliklərini və törətdikləri cinayətləri ciddiyə almadığından zaman-zaman faciələr yaşamışlar. İndi isə türk xalqları müxtəlif təşkilatlarda birləşirlər və ümumi milli maraq kəsb edən məsələlərdə vahid mövqedən çıxış etməlidirlər. Təbii ki, Ombudsmanın bu mübarizədə birliyə çağrmasının da əhəmiyyəti böyükdür”.   Seymur ƏLİYEV

Hamısını oxu
Novruz bayramı münasibətilə Şəkidə şəhid və qazi övladları üçün bayram şənliyi keçirilib

Veteran.gov.az xəbər verir ki, Novruz bayramı münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti ilə Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Şəkidə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil edilib. Bayram şənliyində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, şəhid və qazi övladları iştirak edib. Uşaqlar Şəki Dövlət Dram Teatrında Novruz bayramı münasibətilə Əməkdar incəsənət xadimi, görkəmli şair və dramaturq Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-pyesi əsasında hazırlanan eyniadlı nağıl-tamaşaya baxıblar. Səhnə əsərinin quruluşçu rejissoru və xoreoqrafı Elvin Nuri, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Rəşad Rüstəmov, Qurban Rəsulov, Pərviz İsmayılov, Gülxar İmamhüseynova, Aytac İsmayılzadə, Pərviz Soltanlı, Günay Novruzəliyeva və digərləri ifa ediblər.  

Hamısını oxu
Cəlil Xəlilov: Rüstəm İbrahimbəyovun vətənpərvərlikdən danışmağa haqqı yoxdur

Azərbaycanın inkişafına, onun qazandığı uğurlara sevinən dostlarla yanaşı, bundan narahat olan, xalqımıza və dövlətimizə qarşı hər an qarayaxma kampaniyası aparmağa can atan qüvvələr də var. Artıq 26 ildən çoxdur ki, Vətənimizin 20 faiz ərazisi erməni işğalı altındadır. Bu acı fakt hər bir azərbaycanlının qəlbini ağrıtmalı, bütün fikirlərinə hakim kəsilməlidir. Kim hansı vəzifədə işləməsindən, hansı sahənin təmsilçisi sayılmasından asılı olmayaraq, torpaqlarımızın işğaldan azad olunmasına öz töhfəsini verməyə çalışmalıdır. Azərbaycanın əraziləri işğal olunubsa, ermənilərin ölkəmizə qarşı ərazi iddiaları, həmçinin atəşkəs adı altında müharibə davam edirsə, özünü azərbaycanlı adlandıran şəxsin “Qafqaz üçlüyü” filminin həmmüəllifi olması birbaşa işğala haqq qazandırmaq, düşmən dəyirmanına su tökməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri ssenari müəllifli Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengela və Fuad İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmində azərbaycanlıların mənfi obrazının yaradılmasına münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib. O deyib: “Çox acınacaqlıdır ki, özünü azərbaycanlı kimi təqdim edənlərin bəzilərinin sözü ilə əməli uyğun gəlmir. Rüstəm İbrahimbəyovun müəllifi olduğu film bunu bir daha göstərdi. Məqsədi azərbaycanlıların vəhşi obrazının formalaşdırılmasından, erməni separatizminə, terrorçuluğuna və işğalına haqq qazandırmaqdan ibarət olan bir filmin həmmüəllifi özünü hansı haqla azərbaycanlı hesab edə bilər? Bu filmlə Azərbaycan xalqına qarşı açıq xəyanət yolu tutan Rüstəm İbrahimbəyov erməni lobbisinə, erməni işğalçılarına dəstək verərək, əslində öz milli kimliyini ifadə edib. Film bir daha göstərdi ki, milli kimliyi şübhə doğuran bu şəxs ölkəmizi və azərbaycanlıları qətiyyən sevmir. Elə bunun nəticəsidir ki, filmboyu erməni sevgisinin, erməni millətinə vurğunluğun şahidi oluruq. R.İbrahimbəyovun, həmçinin bu gün Milli Şurada təmsil olunanların bir çoxunun erməni lobbisinin maraqlarına xidmət etdikləri artıq gizlədilməsi mümkün olmayan faktdır. Filmi müəlliflərinin, xüsusilə Rüstəm və Fuad İbrahimbəyovların artıq bu xalqın, millətin qarşısına çıxıb millilikdən, vətənpərvərlikdən danışmağa haqları yoxdur. Ərazisinin 20 faizi işğal altında olan, həmin yerlərdə bütün milli-mədəni irsi erməni vandalları tərəfindən dağıdılmış, on minlərlə vətəndaşının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları” öz milli kökünə, xalqına xəyanətin bariz nümunəsidir. Biz veteranlar xalqımıza qarşı bu böhtanı, təhqiramiz münasibəti birmənalı şəkildə rədd edir, belə cəhdlərin Azərbaycanın və onun xalqının dünya tərəfindən qəbul olunmuş obrazını dəyişə bilməyəcəyini əminliklə bildiririk”.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri qazilərlə görüşüb.

Bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup qazi ilə görüş keçirib.   Respublika Veteranlar Təşkilatında baş tutan görüşdə gənclərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, 44 günlük Vətən müharibəsinin Azərbaycanın son 200 illik tarixində əlahiddə yer tutduğunu, bu müharibə nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyini, Qarabağın 30 illik işğaldan azad edildiyini vurğulayıb. Polkovnik bildirib ki, Azərbaycan ordusunun 44 gün ərzində ortaya qoyduğu sürətli hücum əməliyyatı, müasir hərbi texnologiyanın effektiv tətbiqi, düşmənin möhkəmləndirilmiş müdafiə sədlərinin qısa zamanda yarılması dünyanın hərbi baxımdan ən çox inkişaf etmiş dövlətlərini belə heyrətləndirməkdədir.   Polkovnik gənc qaziləri bundan sonra da ölkə başçısının siyasətini, çağırışlarını qətiyyətlə dəstəkləməyə səsləyib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova da çıxışında ordumuzun şanlı qalibiyyətindən, bu qalibiyyətin əhəmiyyətindən ətraflı danışıb, onun hərbi-siyasi və tarixi önəminə toxunub. Gəncliyin bundan sonra da vətənimizin keşiyində məhz bu cür dayanmalı olduğunu vurğulayan Fatma Səttarova, Ali Baş Komandanın hərbçilərə, şəhid ailələri və qazilərə dəstəyini də yüksək qiymətləndirib. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşmənə diz çökdürdüyünü bildirən Fatma Səttarova, Azərbaycan əsgəri ilə fəxr etdiyini söyləyib.   Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatlarının şöbə müdirləri 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun şanlı qalibiyyətindən danışıb, ölkə başçısının müharibə veteranlarına, qazi və şəhid  ailələrinə diqqətini yüksək qiymətləndirib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu