Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rayon Veteranlar Təşkilatı Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı əmək və müharibə veteranlarının, yaradıcı ziyalıların və ictimai fəalların iştirakı ilə 15 iyun - Milli Qurtuluş günü ilə bağlı tədbir keçirib.

Tədbirdən öncə Qurtuluş Gününə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Rayon Rəsm Qaleriyasının müdiri Elçin Nəzərov nümayiş olunan şəkillər  barədə tədbir iştirakçılarına məlumat verib.

Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov Azərbaycan xalqının həyatında həlledici rol oynayan bir məqamın - Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin tarixi əhəmiyyətindən geniş danışıb. O, vurğulayıb ki, vətəndaş müharibəsi və müstəqilliyimizi itirmək təhlükəsinin yarandığı bir vaxtda xalqın təkidli istəyilə bütün məsuliyyəti öz üzərinə götürən Ulu Öndər uzaqgörən siyasəti və diplomatik məharəti ilə xalqla dövlətin sarsılmaz birliyini yarada bildi və bununda nəticəsində ölkəmizin başı üstünü almış qara buludları dəf etdi, törədiləcək faciələrin qarşısını aldı. Dünyanı heyran qoyan bu dahi şəxsiyyətin müdrikliyi sayəsində ölkəmiz bütün fəlakətlərdən qurtuldu.

"Qarabağ qaziləri" İctimai birliyinin rəhbəri  Maşalla Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, Əmək və Müharibə veteranları İsmayıl Quliyev, Əsəd Əliyev, Mirzəbala Hüseynov, Rəsul Bayramov, Qurban Əhməd, Böyükağa Həbibi, Kamran Sadıqov, Sakit İsayev və başqaları çıxış edərək bu il 100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Heydər Əliyevin ölkəmizin və xalqımızın həyatında göstərdiyi misilsiz xidmətlərindən danışıb və bildiriblər ki, onun əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

2023-06-15 18:44:42
3467 baxış

Digər xəbərlər

İki əsgərimiz şəhid olub, beş yaralı var.

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.   Müdafiə Nazirliyindən verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.   Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab General-polkovnik Tofiq Ağahüseynov şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Hamısını oxu
Vətən müharibəsi qəhrəmanının ailəsi ziyarət olunub

Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, "Qarabağ qaziləri" İctimai Birliyi rayon filialının sədri Maşalla Əliyev, sədr müavini  Marifət Səmədli, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyi rayon bölməsinin rəhbəri Asəf İsmayılov  və müharibə iştirakçısı Kamran Abdullayev  Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan  Rəşad Abdullayevin ailəsi ilə  görüşüblər. Onlar rayonun Göytəpə qəsəbəsində doğulub boya-başa çatmış qəhrəman şəhidin ev-muzeyini də ziyarət ediblər. Ziyarətçilər, həm də qəhrəman kapitanımız Rəşad Abdullayevin atası Arif Abdullayevi 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edib ona  xoş  arzu və istəklərini çatdırıblar.  Vətənpərvərlik ruhunda  Rəşad kimi qəhrəman övlad böyütdüyünə görə Arif dayıya öz təşəkkürlərini də bildiriblər.

Hamısını oxu
“Baş Prokurorluğun mina partlayışı ilə bağlı apardığı hər bir araşdırma mühüm əhəmiyyətə malikdir”

Azərbaycan Respublikasının Baş Prokurorluğu mina partlayışları nəticəsində zərərçəkən şəxslərlə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Vətən müharibəsi bitəndən bugünə qədər 73 nəfər mina partlayışı nəticəsində həlak olub, 363 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb. Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, mina terrorunun yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət olduğunu bildirib: “Təəssüf hissi ilə qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsinin başa çatmasına, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına rəğmən, vətəndaşlarımız bu gün də mina terrorunun qurbanı olmaqda davam edir. Bugünlərdə Baş Prokurorluğun təqdim etdiyi statistika bu terrorun miqyas və nəticəsinin necə böyük və ağır olduğunu göstərir. Xatırladaq ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsindən öncə də mina cinayətləri ilə üzləşib, erməni faşizminin mina terrorundan ciddi əziyyət çəkib. Hansı ki, mina terroru bir xalqa, bir dövlətə deyil, bütün insanlığa qarşı cinayətdir və beynəlxalq qanunlar, konvensiyalarla yasaqlanıb. Lakin bütün bunlara baxmayaraq, Ermənistan mina terrorundan xalqımıza qarşı hər zaman geniş istifadə edib. Erməni faşizminin anti-insani mahiyyətindən irəli gələn bu cinayətlər yüzlərlə vətəndaşımızın faciəsi ilə nəticələnib ki, bunun da məsuliyyəti Ermənistanın üzərinə düşür”. Polkovnik Cəlil Xəlilov mina partlayışları ilə bağlı Baş Prokurorluğun gördüyü işləri də yüksək qiymətləndirib: “Azərbaycan Respublikasının Baş Prokurorluğu mina partlayışlaır ilə bağlı hər bir işi xüsusi olaraq nəzarətə götürür və bu istiqamətdə ətraflı araşdırma aparılır. Bu araşdırmalar hadisənin bütün halalrının müəyyən edilməsi, partlayışın səbəb və nəticələrinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Baş Prokurorluq tərəfindən aparılan bu araşdırmalar, həm də erməni faşizminin anti-insani mahiyyətinin beynəlxalq miqyasda ifşası baxımından da olduqca önəmlidir. Hər bir araşdırma bütün dünyaya erməni xislətinin amansızlığı ilə yanaşı, mina terrorunun nə qədər dəhşətli, ölümcül olduğunu sübut edir”. Seymur ƏLİYEV

Hamısını oxu
"Ordumuzun qələbə təcrübəsini xarici ölkələr mənimsəməyə çalışır"

"Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Həm texniki imkanlarına görə, həm də əsgər, zabitlərin döyüş hazırlığına, mənəvi-psixoloji, fiziki durumuna görə. Ordumuz üçün müxtəlif şəraitlər yaradılıb və bu imkanlardan maksimum şəkildə istifadə olunur". Bu sözləri SİA-ya verdiyi açıqlamada Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib Onun sözlərinə görə, bizim ordu sıralarımızda sağlam gənclərimiz var. Müxtəlif rayonlarda idman mərkəzləri yaradılıb, əsgərlər orduya hazırlaşarkən bu distansiyalardan keçib gəlirlər. Orta məktəblərdə hərbi hazırlıq dərsləri keçilir: "Müharibə dönəmində Azərbaycanın hər bir vətəndaşı əsgər oldu. Xalqımız həm dövlətimizə, həm də ordumuza öz dəstəyini göstərdi. Əsgərlərimizin yanında oldular. Mənəvi-psixoloji cəhətdən Azərbaycan cəmiyyətinin orduya rəğbəti, qələbədən sonra ordunun aftoriteti, əsgərlərə, zabitlərə diqqət və qayğı həm dövlət tərəfindən, həm də ictimaiyyət tərəfindən çox artdı. Ona görə də gənclərimiz bu gün fəxrlə orduda, cəbhə zonalarında xidmət etmək istəyirlər. Respublikamızın Prezidentinin də qeyd etdiyi kimi, son 30 ildə yetişən gənclərimiz xüsusi hərbi hazırlıq və xüsusi vətənpərvərlik ruhuna malikdirlər. Ordunun təminatı hazırda yüksək səviyyədədir. Hazırda Amerika, Çexiya, Rusiya, Çin, Pakistan, Türkiyə kimi ölkələrin ordularında istifadə olunan texnikaların öyrənilməsi prosesi sürətlə davam etdirilir. NATO ölkələrində keçirilən təlimlərdə Azərbaycanın iştirakı çox yüksək səviyyədədir. Bunlar hamısı ordunun güclənməsində, proffesionallaşmasında böyük rol oynayır. İkinci Qarabağ müharibəsində ordumuzun qələbə təcrübəsini xarici ölkələr mənimsəməyə çalışır. Günü-gündən ordumuz güclənir və bizim bölgələrdə düşmən hər nə qədər təxribata əl atsa da əsgər və zabitlərimiz vətənin keşiyində möhkəm dayanır. Ərazilərimizdə Ermənistanın terror qruplarının qalması, tez-tez törədilən təxribatlar ordudan daha yüksək hazırlıq, peşəkarlıq tələb edir. Ona görə də, Ali Baş Komandan bu tapşırıqları ordu qarşısına qoyub və ordumuz günü-gündən Prezidentin etimadını, inamını doğruldur". Fazil Mehdixanlı  

Hamısını oxu