Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir yay nəğməsi...

Cəlil Xəlilovun 65 illik yubileyinə  həsr olunur

 

 

İsti bir yay gecəsi xoş bir məqamda,

Bədirlənmişdi səma da, ay da.

Mənə pıçıldadı, mənə əmr etdi qəlbimin səsi,

Bəxş et sən dostuna, yubiley nəğməsi bir yay nəğməsi.

 

Masallı övladı, Vətən oğlusan,

Vətən üçün, xalq üçün sən doğulmusan.

Allah sevgisinə yaxın gəlincə,

Bəxş etmiş o sənə kamal, düşüncə.

Keçdiyin Pamir tək bilki yüksəksən.

Vətənə sevgidə, torpağa sevgidə aşiqsən, təksən.

 

Bağlandın sərhədə cavan yaşından,

Pamir dağlarının qarlı başından.

Sərhəd oldu sənin doğma həyatın,

Həyacanlı keçdi hər bir saatın.

 Məhv oldu sərhəddə quldur, talançı,

Güllənə tuş gəldi azğın basmaçı.

Qanlı döyüşlərdə, ən çətin anda,

İgidlik, mərdlik göstərdin sən Əfqanıstanda.

Əzab-əziyyətə sən gətirdin tab,

Bunlara şahiddir o qədim Murqab.

Suyu qana bulaşmış dağ çayı Murqab.

 

Vətən savaşında sözünü  dedin,

Düşmən qarşısından sən çəkilmədin.

Şahidi olmuşuq bunların biz də,

Döyüşdün, vuruşdun sən Horadizdə.

 

Veteran, qazinin qədrin bilənsən,

Yolunu azana yol göstərənsən.

Səninlə fəxr edir təşkilatımız,

Hörmətlə çəkilir Sizin adınız.

 

Ey böyük allah, Böyük yaradan,

Ricam var sənə ver mənə aman.

Bəxş et qardaşıma sağlamlıq, cənnət,

Ey böyük yaradan göstər mərhəmət.

 

O buna layiqdir, ey oxucum bil,

Vətən əsgəridir Xəlilov Cəlil.

Mübarək olsun altımış beş yaşın,

Səni təbrik edir döyüş yoldaşın, Elşad qardaşın.

Olasan qardaş allah amanı,

Xoşbəxt yaşayasan dünyalar sanı.

Polkovnik Elşad Şabanov – SSRİ Dövlət  Təhlükəsizlik Orqanlarının Fəxri əməkdaşı, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, MDB-nin “Döyüş əməliyyatları veteranı”, II dərəcəli müharibə əlili, Bakı şəhəri Nərimanov rayon veteranlar təşkilatının sədri.

 

 

 

 

2023-08-22 13:13:42
892 baxış

Digər xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Respublika Veteranlar Təşkilatının veteranlara təbriki Əziz və hörmətli veteranlar! Sizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. 1991-ci ilin 16 dekabr tarixində Ulu öndər Heydər Əliyev tərəfindən elan edilən Dünya  Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviy-yədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma olan bayram dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin təcəssümüdür. 2019-cu il biz veteranlar üçün yaddaqalan oldu. Həyata keçirdiyimiz tədbirlər, gənclərlə görüşlər, yubileylər xalqımız tərəfindən rəğbətlə qarşılandı. Bu baxımdan yeni ildə Qələbənin 75 illiyinin yüksək səviyyədə qeyd olunması daha uğurlu olacaqdır. Azərbaycan bu gün Ümummilli Liderimizin layiqli davamçısı, möhtərəm Prezident-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müstəqillik və inkişaf yolunda inamla irəliləyir. Bu istiqamətdə bizim əsas vəzifəmiz müstəqilliyimizi qorumaq, ərazi bütövlüyümüzü tez bir zamanda bərpa etmək, respublikamızın hərtərəfli inkişafına töhfələr verməkdir. Bunun üçün biz veteranlar bütün var qüvvəmizi səfərbər etməli, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, onlara vətən, xalq sevgisini aşılamaq kimi ən ümdə vəzifəmizin öhdəsindən gəlməliyik. Əminliklə deyə bilərik ki, biz veteranlar möhtərəm Prezidentimizin ətrafında daha da sıx birləşərək qarşıdan gələn ildə də fəaliyyətimizi davam etdirəcək, respublikanın inkişafı naminə əlimizdən gələni əsirgəməyəcək, üzərimizə düşən işin öhdəsindən layiqincə gələrək, Vətənimiz Azərbaycanı etibarlı əllərdə saxlayan gəncliyi yetişdirməyə davam edəcəyik. Yeni iliniz mübarək! Hər birinizə və ailənizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxt həyat, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.   Tofiq Ağahüseynov general-polkovnik, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

Hamısını oxu
“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları daun sindromlu uşaqlarla görüşüblər

Veteran.gov.az  xəbər verir ki, 5 fevral 2025-ci il tarixində “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçılarının təşəbbüsü və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə daun sindromlu uşaqlarla görüş keçirilib. “Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəznində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində baş tutan görüşdə “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edən və QDF-in donorları olan SOCAR, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, “Caspian Entertainment Company” şirkəti, UMİCO Market və “CBC Sport” televiziya kanalının nümayəndələri, daun sindromlu uşaqlar və onların valideynləri iştirak ediblər. Mərkəzdə təhsil alan uşaqlar musiqi sədaları altında rəqs ediblər, onlar üçün müxtəlif əyləncəli proqramlar nümayiş olunub. Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və turnirdə iştirak edən şirkətlərin nümayəndələri “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları adından uşaqlara hədiyyələr təqdim edib, xatirə şəkli çəkdiriblər. Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə yerləşən məktəblər üçün də hədiyyələrin alınması ilə bağlı təşəbbüs irəli sürülüb və yaxın gələcəkdə bu təşəbbüsün həyata keçirilməsi planlaşdırılır. Tədbirdə qeyd olunub ki, torpaqlarımıza dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Bugünkü tədbirin keçirilməsində də başlıca məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərməklə yanaşı, QDF-in donorları arasında həmrəyliyin və birliyin təşviq edilməsidir. Sonra Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova tədbir iştirakçılarını Mərkəzlə tanış edərək onlara burada yaradılan şəraitlə bağlı geniş məlumat verib. Qeyd olunub ki, 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Mərkəzdə kompyuter, loqoped, riyaziyyat, astronomiya, psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları var. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir. Nəzərinizə çatdıraq ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turniri Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, “Azərlotereya” ASC-nin tərəfdaşlığı və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilir. Turnirin iştirakçıları tərəfindən Fonda ianə edilən 141.000 AZN vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.

Hamısını oxu
Baş nazir karantin rejiminə görə Operativ Qərargahı TOPLADI

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın videokonfrans formatında iclası keçirilib. Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, Baş nazir sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmasının vacibliyini bildirib. Qeyd olunub ki, Prezident və Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycan ilk peyvənd əldə edən ölkələrdən biri olacaqdır. Səhiyyə müəssisələrində vaksinləmə prosedurlarının müəyyən olunmuş normalara uyğun həyata keçirilməsi və müvafiq protokolların tərtib edilməsi ilə bağlı tapşırıqlar verilib. İclasda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar görülən işlər barədə məlumat verilib, müvafiq nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı məsələlər geniş müzakirə olunub. Sərtləşdirilmiş karantin rejiminin tələblərinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıq verilib.

Hamısını oxu
“Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Xocalı soyqırımını unutma” mövzusunda inşa-yazı müsabiqəsinin keçirilməsi təqdirəlayiqdir”

Ceyhun Məmmədov: “Xocalı soyqırımının təbliği milli ruha malik gəncliyin formalaşdırılması baxımından vacibdir”   Bu günlərdə Azərbaycan xalqı Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edir. Üstündən 30 illik tarixi müddət keçsə də, Xocalı soyqırımı ilə bağlı həqiqətləri təbliğ etmək, bu qətliamın mahiyyəti və dəhşətli nəticələri haqqında uşaqları, yeniyetmə və gəncləri məlumatlandırmaq, Xocalı soyqırımının bütün dünyada tanınmasına nail olmaq bu gün də qarşıda duran əsas vəzifələrdən biridir.   Məlumat üçün qeyd edək ki, soyqırımın 30 illiyi münasibəti ilə Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Xocalı soyqırımını unutma” mövzusunda məktəblilər arasında inşa-yazı müsabiqəsi keçiirilmiş, müsabiqədə fərqlənən şagirdlər adıçəkilən dövlət qurumu tərəfindən Fəxri Fərman və medallarla təltif edilmişdir.     Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov, gənc nəslin erməni vəhşilikləri haqqında məlumatlandırılması, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliği, uşaq və yeniyetmələrin milli ruhda yetişdirilməsi baxımından bu cür tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Xocalı soyqırımını unutma” mövzusunda məktəblilər arasında inşa-yazı müsabiqəsi keçirilməsi təqdirəlayiqdir. Hesab edirəm ki, bu kimi tədbirlərin keçirilməsi vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq gəncliyin yetişdirilməsi baxımıdnan mühüm əhəmiyyət kəsab edir. Üstündən 30 il keçməsinə baxmayaraq, xalqımızın Xocalı qətliamının qurbanlarının xatirəsini ağrı hissi ilə anır, erməni vəhşiliyini lənətləyir.   Ermənilər zaman-zaman Azərbaycan xalqının başına bir çox müsibətlər gətirib. Bu müsibətlərdən biri də Xocalıdır. Ermənilər Xocalıda soyqırım törətməklə insnalarımızın mübarizə əzmini qırmağa çalışırdı. Amma Azərbaycan öz mübarizə əzmini qoruyub saxladı, düşmənə müqavimət göstərməkdə davam etdi. Nəhayətdə, 44 günlük Vətən müharibəsində Azərbaycan erməni faşizmi üzərində tarixi qələbə əldə etdi, ərazi bütövlüyünü təmin etdi.   Azərbaycan xalqı qarşısında duran mühüm vəzifələrdən biri Xocalı soyqırımının bütün dünyada tanınmasına nail olmaqdır. Bu gün cənab Prezidentin, eləcə də Mehriban xanımın rəhbərliyi ilə dünyanın bir çox ölkələrində bu istiqamətdə geniş təbliğat işi aparılır. Azərbaycan həqiqətlərinin təbliği üçün silsilə tədbirlər həyata keçirilir. Hesab edirəm ki, dövlət qurumları tərəfindən bu cür tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir və bu, milli ruha malik, milli tarixə yaxından bələd olan gəncliyin formalaşdırılması baxımından olduqca önəmlidir”.   Seymur ƏLİYEV

Hamısını oxu