Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qarabağda anti-terror əməliyyatı keçirilə bilərmi?

"Hazırkı məqamda separatçılara qarşı anti-terror əməliyyatının keçirilib-keçirilməyəcəyi haqqında konkret bir söz demək çətindir".

Bu sözləri Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov söyləyib.

Polkovnik deyib ki, bu variant da digər variantlarla yanaşı, hər zaman aktualdır və erməni təxribatlarının davam etməsi bu variantın önəmini getdikcə artırır:

"Lakin aydındır ki, anti-terror əməliyyatı ilə bağlı qərar vermək səlahiyyəti Ali Baş Komandana məxsusdur  və əgər belə bir qərar olarsa, o zaman Silahlı Qüvvvələrimizin bu qərardan irəli gələn  hər bir vəzifəni ən yüksək səviyyədə həyata keçirəcəyi şübhəsizdir. Azərbaycan Silahlı Qüvvələrinin gücü, hazırlıq səviyyəsi, peşəkarlığı buna imkan verir. Sülhməramlılara gəlincə, unutmayaq ki, onların fəaliyyət göstərdiyi ərazi Azərbaycana məxsusdur və orada kimin olmasından asılı olmayaraq, Azərbaycanın bu ərazidə istənilən fəaliyyəti, eləcə də anti-terror əməliyyatı həyata keçirmək hüququ var. Bir daha qeyd edirəm ki, bütün bu ərazilərin hüquqi-tarixi sahibi Azərbaycandır və sülhməramlıların özü bu ərazidə Azərbaycan dövlətinin razılığı əsasında fəaliyyət göstərir. Ona görə də, Azərbaycan lazım bilərsə elə günü bu gün həmin ərazilərdə anti-terror əməliyyatı həyata keçirə bilər. Belə olarsa, Rusiya sülhməramlıları baş verənləri sadəcə seyr etməli olacaq".

Humay İSGƏNDƏRLİ

2023-09-12 11:54:05
3489 baxış

Digər xəbərlər

Yeni dünya nizamı və Azərbaycanın orta güc statusu

Hamısını oxu
YAP Azərbaycan Ordusuna dəstək yürüşündən bəzi qüvvələrin məkrli məqsədlərlə sui-istifadə etmək cəhdləri ilə əlaqədar bəyanat yayıb

Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycan Ordusuna dəstək yürüşündən bəzi qüvvələrin məkrli məqsədlərlə sui-istifadə etmək cəhdləri ilə əlaqədar bəyanat yayıb. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib. Bəyanatda deyilir: “Azərbaycan Ordusu iyul ayının 12-dən başlayaraq dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusunun qəfil və xaincəsinə törətdiyi təxribatın qarşısını qəhrəmancasına almaqdadır. Ağır döyüşlər nəticəsində düşmənin çoxlu sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib, hərbi mövqelərinə sarsıdıcı zərbələr endirilib. Təcavüzkar Ermənistanla döyüşdə böyük şücaətlər göstərən Ordumuzun itkiləri də oldu. Xalqımız Vətən yolunda şəhid olan qəhrəmanlarını böyük qürurla son mənzilə yola saldı. Ordumuz isə onların qisasını yerdə qoymadı. Azərbaycan dövləti və cəmiyyəti, eyni zamanda, bəşəriyyətin bir nömrəli düşməninə çevrilmiş COVID-19 pandemiyasına qarşı mübarizə aparır. Dövlətin böyük imkanları qorxulu xəstəliklə mübarizəyə səfərbər edilib, həkimlərimiz ön cəbhədəki əsgərlər qədər qəhrəmanlıq nümunəsi göstərərək insanların sağlamlığının keşiyində dayanıblar. Əhalinin sağlamlığını qorumaq bu gün torpaqlarımızı qorumaq qədər əhəmiyyət kəsb edən milli təhlükəsizlik məsələsidir. Bu həssas, ölümcül xəstəlik və xain düşmənin təxribatları ilə mübarizə aparıldığı bir zamanda xalqımızın milli birlik və həmrəylik nümayiş etdirməsi, dövlətin və Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etməsi ölkəmizin gücünü və qüdrətini qat-qat artırır. Bakıda iyul ayının 14-dən 15-nə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən əzəmətli yürüş bunun əyani nümunəsidir. Xalqın dəstəyindən ilham alan şanlı Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələrini endirməkdə davam edir, sərhədlərimizin toxunulmazlığı, əhalinin təhlükəsizliyi keşiyində mətanətlə dayanır. Yeni Azərbaycan Partiyası təəssüf hissi ilə bildirir ki, bəzi məkrli dairələr insanlarımızın, əsas etibarilə gənc vətənpərvərlərin Azərbaycan Ordusuna dəstək məqsədilə keçirdiyi yürüşdən sui-istifadə edərək təhrikçi çağırışlarla yürüş iştirakçılarının az bir qismini xüsusi mühafizə olunan Milli Məclisin binasına zorla daxil olmasına, polis avtomobillərinə ziyan vurmağa və digər qanunazidd əməllər törətməyə istiqamətləndirməyə nail olmuşdur. Beləliklə də, yürüş iştirakçılarının azsaylı hissəsi qanunazidd əməlləri ilə əslində, maraqlı pozucu qüvvələrin və “beşinci kalon” təmsilçilərinin cəmiyyətdə ictimai-siyasi sabitliyi pozmaqdan, qarşıdurma yaratmaqdan ibarət olan anti-Azərbaycan və antixalq məqsədlərinə xidmət göstərmişdir. Sübut etməyə ehtiyac yoxdur ki, dövlət maraqlarına və milli mənafelərə daban-dabana zidd olan belə pozucu hərəkətlər hazırkı həssas məqamda düşmən dəyirmanına su tökmək qədər zərərli və təhlükəlidir. Bu, eyni zamanda, ülvi və vətənpərvər niyyətlə Azərbaycan Ordusuna və dövlətə dəstək nümayiş etdirən yürüş iştirakçılarına qarşı çirkin təxribatdan başqa bir şey deyildir. Biz hər bir Azərbaycan vətəndaşını, ilk növbədə, gənclərimizi ayıq-sayıq olmağa, məkrli dairələrin çağırışlarına qoşulmamağa, onların əlində alətə çevrilməməyə, hər birimizin böyük dəyər verdiyimiz ictimai-siyasi sabitliyi qorumağa, torpaqlarımızın keşiyində dayanan əsgərlərimizə, insanlarımızın sağlamlığının keşiyində duran həkimlərimizə mənəvi dəstək olmağa səsləyirik. Qarşımızda düşmənə qalib gələrək işğal olunmuş torpaqlarımızı, doğma Qarabağımızı azad etmək, amansız pandemiyadan xalqımızı qorumaq kimi şərəfli vəzifələr dayanır. Həm bu günümüzü, həm də gələcəyimizi hədəfə alan düşmənlərə qalib gəlməyin yolu isə bir olmaqdan, həmrəy olmaqdan, dövlətimizin ətrafında sıx birləşərək sıralarımıza girmiş mənfur və satqın antimilli qüvvələri ifşa edib yerində oturtmaqdan keçir

Hamısını oxu
Haaqa şəhərində 31 Mart soyqırımı ilə bağlı tədbir keçirilib

Tədbir Azərbaycan - Türk Kultur  Dərnəyinin təşkilatçılığı ilə baş tutub   Veteran.gov.az xəbər verir ki, Niderlandın  Haaqa şəhərində Azərbaycan - Türk Kultur  Dərnəyinin başkanı İlhan Askın  tərəfindən təşkil edilən 31 Mart soyqırımı ilə bağlı tədbir keçirilib. Əvvəlcə deportasiya zamanı soyqırıma məruz qalmış və Qarabağ müharibəsində şəhid olmuş  əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb,  şəhidlərin xatirəsinə Quran oxunub. Daha sonra soyqırımla bağlı film nümayiş olunub. Tədbirə Azərbaycandan  qatılan Azərbaycan Dillər Universitetinin dosenti, Azərbaycan Qaçqlnlar  Cəmiyyəti və Qərbi Azərbaycan  İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini fil.f.d., Həqiqət Hacıyeva çıxış edib. O, çıxışlnda  31 Mart soyqırımı, deportasiyalar və xalqımlzın başına gətirilən müsibətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Tədbirdə özlərinin  yaşamış olduğu hadisələrdən  danışan Türk - İslam Kültur  Cəmiyyətinin sədri Tahsin Cətinqaya, Azərbaycan Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırova,  Azərbaycan Lades Klubunun rəhbəri Kəmalə Cəlilova,  Avropa Ana Vətən Qadınlar  Cəmiyyətinin rəhbəri Mayisə Ağamirzəyeva, CDA partiyasından Betul Sen-Avci , D 66 Tolunay Azər, DƏNK  partiyasından Funda İləri çıxış edib. Tədbirin sonunda şəhidlərimiz üçün  ehsan verilib.   Seymur ƏLİYEV  

Hamısını oxu
Ermənistanın 60-cı illərin sovet silahlarını müasir texnika kimi təqdim etməsi gülüncdür

Cəlil Xəlilov: “Bu texnika metal yığınından başqa bir şey deyil” Son vaxtlar Ermənistanın Müdafiə Nazirliyi işğalçı ordunun müasir silahlarla təchiz olunduğu, hərbi arsenalını yeni texnika ilə gücləndirdiyi ilə bağlı daxili auditoriyaya hesablanan bəyanatlar səsləndirməkdədir.   Moderator.az-a açıqlamasında bu bəyanatları şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ermənistanın məlum bəyanatlarının gülünc olduğunu vurğuladı:   “Ermənistanın Müdafiə Nazirliyinin işğalçı ordunun guya müasir silah-sursat və hərbi texnika ilə təmin olunması ilə bağlı verdiyi bəyanatlar tamamilə absurddur və daxili auditoriyaya hesablanıb. Bu gün Ermənistan ordusunda silahlanmaya qəbul edilən silahlar ötən əsrin 60-70-ci illərində sovet dönəminə məxsus texnikaladır. Hansı ki, onlar həm texniki, həm də psixoloji baxımdan tamamilə köhnəlib və müasir tələblərə əsla cavab vermir. 2016-cı ilin aprel döyüşləri də göstərdi ki, erməni ordusu Azərbaycan ordusundan bütün parametrlər üzrə, eləcə də hərbi-texniki baxımdan əhəmiyyətli dərəcədə geridə qalır. Heç bir iqtisadi-maliyyə resursu olmayan, tamamilə ianə və kreditlərdən asılı olan Ermənistan müasir texnika almaq imkanına malik deyil. Buna görə də düşmən orudadakı texnikanın keyfiyyətini deyil, köhnə sovet texnikaları hesabına sadəcə kəmiyyətini artırmaqla erməni ictimaiyyətini aldatmağa, güclü ordu görüntsü yaratmağa çalışır. Hansı ki, Ermənistan ordusundakı hərbi texnika metal yığınından başqa bir şey deyil.   Bu gün Ermənistan ordusunda döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji vəziyyət də olduqca ağırdır. Fərarilik ötən illərdə olduğu kimi, bu gün erməni ordusunun ən ağır problemlərindən birini təşkil edir. Belə olan halda güclü ordu, müasir texnika, yüksək döyüş hazırlığı haqqında danışmaq cəfəngiyyatdan başqa bir şey deyil”.   Seymur ƏLİYEV

Hamısını oxu