Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını – Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyevi qəbul edib.

2023-10-11 13:01:39
3654 baxış

Digər xəbərlər

Şamaxı şəhər Veteranlar Təşkilatının sədri Ağarza Bayramov “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib.

Şamaxı şəhər Veteranlar Təşkilatının sədri Ağarza Bayramov  veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov yubiley medalı sahibinə təqdim edib. Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildirib.

Hamısını oxu
Səbail rayonu 2 saylı Texniki Humanitar Liseydə “20 Yanvar –Xalqımızın hüzn, həm də şərəf günüdür “ adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin  əməkdaşları -  şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 19 yanvar 2024–ci il tarixində Səbail   rayonunda tədbir keçirib. Tədbir  Səbail rayonunda yerləşən 2 saylı Texniki Humanitar Liseydə baş tutub. “20 Yanvar –Xalqımızın hüzn, həm də şərəf günüdür “ adlı tədbirdə   Səbail rayon  VT-nın sədri Adilə Yaqubova, Qarabağ müharibəsi veteranı  Aslan Əmrahov, liseyin direktoru Turanə Məcidli, şagirdlər və müəllimlər iştirak ediblər. Tədbiri liseyin direktoru Turanə Məcidli açıb. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, daha sonra müstəqilliymiz uğrunda, torpaqlarımızın qorunması yolunda  canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün söz ehtiyatda olan  polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev Təşkilatın sədri Fatma Səttarovanın və sədr müavini polkovnik Cəlil Xəlilovun  salamlarını tədbir iştirakçılarına çatdırıb.  Adil Haqverdiyev bildirib ki, o özü də  20 Yanvar qırğınının canlı şahididir: “Xalqımıza qarşı torədilmiş qırğın qədər dəhşətli qırğını Əfqanıstanda quluq etdiyim 4 il ərzində görmədim. Ordunun şəhərə ağır texnikalarla girməsi haqqında vətəndaşlarımızın xəbəri yox idi. Cinayətkarlar törədilmiş  qırğın xəbərinin yayılmaması üçün televiziya bulokunu partlatdılar. Soydaşlarımız böyük təşviş içərisində idilər. Rəhbər işçilər heç bir təşəbbüs göstərmirdilər. Xalqın ümid yeri, arxası görkəmli ziyallıları oldu. Xalqın ağır günündə Ulu Öndər Heydər Əliyev özünü, ailəsini təhlükəyə ataraq ailəsi ilə birlikdə  Moskva şəhərində Azərbaycanın daimi nümayəndəliyinə gedərək öz haqlı etirazını bildirdi. Bu gün şəhidlərimizin ruhları  şaddır. Ali Baş Komandan İlham Əliyevinbaşçılığı altında müzəffər ordumuz torpaqlarımızı düşməndən azad edib. İndi  Şuşada Xocalıda, Xankəndində və digər azad olunmuş ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır”. Daha sonra Adilə Yaqubova, Aslan Əmrahov, Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda  xatirə şəkli çəkilib.

Hamısını oxu
Türkiyəli hərbçilər Azərbaycana gəldi

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət artıq Azərbaycandadır. Bunu Axar.az-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. “Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatının müvafiq bəndinə əsasən yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən etibarən fəaliyyətə başlayır. Birgə Monitorinq Mərkəzində təmsil olunacaq türkiyəli hərbçilər Azərbaycana gəliblər. Onu da qeyd edim ki Birgə Monitorinq Mərkəzində təmsil olunacaq rusiyalı hərbçilər isə artıq ölkəmizdədir”, – deyə polkovnik V.Dərgahlı bildirib.

Hamısını oxu
“Düşənbə görüşü Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə açmış oldu”

“Azərbaycan və Rusiya prezidentlərinin 9 oktyabr tarixli Düşənbə görüşü iki dövlət arasındakı münasibətlərdə yeni səhifə açmış oldu”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu görüş Azərbaycanın AZAL təyyarəsi ilə bağlı tələblərinin qəbul edilməsi ilə yanaşı, həm də anti-Azərbaycan qüvvələrinin məğlubiyyəti ilə əlamətdar oldu: “25 dekabr 2024-cü il tarixində AZAL təyyarəsinin Rusiya səmasında vurulması və Qazaxıstanın Aktau şəhərində qəza enişi etməsi, hadisə nəticəsində xeyli sayda insanın həlak olması ölkəmizdə ciddi məyusluq və narahatlığa səbəb oldu. Bunun bir səbəbi məlum hadisə olsa da, digər səbəbi Rusiyanın baş verənlərdən sonra məsuliyyəti öz üzərinə götürməməsi idi. Həmin vaxt Rusiyanın dövlət başçısı Prezident İlham Əliyevlə telefon danışığında ölkəmizdən üzr istəsə də, Azərbaycanın digər iki tələbinin – günahkarların müəyyən edilərək cəzalandırılması və  həlak olanların ailələrinə kompensasiyanın verilməsinin təmin olunmaması ilə bağlı öz üzərlərinə heç bir öhdəlik götürmək istəmirdi. Düşənbə görüşündə isə Rusiya prezidenti ölkəmizdən növbəti dəfə üzr istəməklə yanaşı, bu iki tələbi də yerinə yetirəcəyinə söz verdi. Bununla da Azərbaycanın Rusiya ilə bağlı gözləntiləri özünü doğrultdu. Düşənbə görüşü Azərbaycanın, Müzəffər Ali baş Komandanın növbəti diplomatik nailiyyəti kimi tarixdə qaldı. Bununla yanaşı, bu görüş həm də anti-Azərbaycan qüvvələri üçün ağır məğlubiyyət və böyük məyusluq oldu. Çünki başda ermənipərəst qüvvələr olmaqla bir sıra güclər Azərbaycanla Rusiya arasında uzunmüddətli gərginliyin yaşanmasına çalışır, iki ölkə arasındakı münasibətlərin pisləşməyinə səy göstərirdi. Lakin Düşənbə görüşü sübut etdi ki, həm Azərbaycan, həm də Rusiya ikitərəfli münasibətlərin inkişafında maraqlıdır və onlar bu istiqamətdə səylərini yaxın gələcəkdə də davam etdirəcəklər. ”. Seymur ƏLİYEV

Hamısını oxu