Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ağdamda Müstəqilliyin Bərpası Günü qeyd edilib

Veteran.gov.az xəbər verir ki, 18 oktyabr 2023-cü il tarixində Ağdam rayonunda Müstəqilliyinin Bərpası Günü qeyd edilib. 

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başcısı Vaqif Həsənov,YAP sədri, Ağdam Rayon Veteranlar Təşkilatının sədri, rayon ziyalıları iştirak ediblər.

Tədbir Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı və digər natiqlər çoxəsrlik tarixə malik qalib Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasının  32-ci illiyini qeyd etməsindən, bu günün tarixi əhəmiyyətindən bəhs ediblər. Tədbir iştirakçıları qeyd edib ki, bu gün Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf etməkdə, bütün dünyada söz sahibi olan dövlətlərdən birinə çevrilməkdədir.

Müstəqilliyə gedən ağır və şərəfli yol, habelə bu müstəqilliyi qorumaq, möhkəmləndirmək uğrunda görülən işlər, verilən qurbanlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

2023-10-21 22:00:05
3474 baxış

Digər xəbərlər

“Ermənistanın himayədarları regionda vəziyyəti gərginləşdirməklə özlərinə süni tələbat yaratmağa çalışırlar”

“Ermənistanı himayə edən beynəlxalq güclər onu təmas xəttində təxribatlara sövq etməklə regionda vəziyyəti gərginləşdirməyə, bununla da özlərinə süni şəkildə  tələbat yaratmağa çalışırlar”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Pokovnik qeyd edib ki, Ermənistanın ordumuza məhz öz himayədarlarının sifarişi ilə atəş açdığı heç kimə sirr deyil:   “Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək ona öz yerini göstərdi. Ordumuz, xalqımız, Müzəffər Ali Baş Komandanımız sübut etdi ki, himayədarlarının İrəvana verdiyi bunca dəstəyə baxmayaraq, Azərbaycan işğaldakı torpaqlarını azad etməyə, öz təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bu baxımdan, 44 günlük Vətən müharibəsində hərbi potensialının 80%-dən çoxunu itirən Ermənistanın ordumuzun mövqelərinə yalnız öz iradəsi ilə atəş açması, təxribatlar törətməsi inandırıcı deyil. Bu, daha çox ermənipərəst dairələrin, xaricdəki böyük güclərin təhriki ilə həyata keçirilir. Onlar regiona yol tapmaq, buradakı mövcudluqlarına haqq qazandırmaq üçün çalışırlar ki, regionda yeni hərbi qarşıdurma yaratsınlar. Azərbaycanla Ermənistan yenidən üz-üzə gəlsin ki, onlar da bu qarışıqlıqdan istifadə edərək regionda möhkəmlənə, proseslərin axarına yön verə bilsinlər.   Şübhəsiz, Azərbaycan bütün bunları görür və anlayır. Lakin bu məsələdə  Ermənistan hakimiyyətinin də azad iradə nümayiş etdirməsi, onu təxribata sürükləyən güclərə qətiyyətlə “yox” deməsi vacibdir. İrəvan Qərbin, onun ayrı-ayrı dairələrinin əlində alət olmaqdan çıxmalı, kənar güclərin regiona müdaxiləsinə, bölgədə vəziyyəti gərginləşdirməsinə imkan verməməlidir. İrəvan unutmamalıdır ki, istənilən gəginlik sonunda Ermənistanın faciəsi ilə nəticələnəcək”.   Polkovnik Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindən sonra daha da gücləndiyini, öz peşəkarlığını, hərbi-texniki təchizatını yeni mrəhələyə yüksəltdiyini bildirib:   “Azərbaycan Ordusu Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Vətən müharibəsi dövründəki ordu deyil. Ordumuz öz peşəkarlığını, hərbi-texniki təchizatını daha da yüksəldib. Silahlı Qüvvələrimiz mahiyyət etibarilə yeni, daha ali mərhələyə qədəm qoyub. Bu isə bizə imkan verir ki, xalqımızı, dövlətimizi, təhlükəsizliyimi təhdid edən istənilən təhlükəni dəf edək.   Ermənistan və onların havadarları da bilməlidirlər ki, Azərbaycan Ordusu istənilən təhdid və təxribatın qarşısını almağa qadirdir. Yeni bir qarşıdurma sadəcə Ermənistanı deyil, onun himayədarlarını da məyus edəcək, Azərbaycanın zəfər tarixini isə daha da zənginləşdirəcək”.

Hamısını oxu
İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım

Prezident İlham Əliyev Müqəddəs Qurban Bayramı münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.  “Həmrəylik və mərhəmət rəmzi, milli-mənəvi dəyərlərin və xeyirxahlıq duyğularının təntənəsi olan Qurban Bayramınız mübarək!”, - paylaşımda deyilir.  

Hamısını oxu
Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.Hörmətli Leyla xanım Əliyeva,  Sizi doğum gününüz münasibətilə Respublika Veteranlar Təşkilatı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizin müxtəlif ictimai qurumların rəhbəri, ayrı-ayrı humanitar təşəbbüslərin müəllifi kimi Azərbaycanda və dünyada gördüyünüz işlər hər kəsə məlumdur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun fəaliyyətində milli - mənəvi dəyərlərimizin qorunması və təbliği xüsusi diqqət çəkən məqamlardan biridir. Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara - yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə böyük diqqət və yardım göstərirsiz. Bütün bunlar alqışa layiqdir. Vətənimizin inkişafı naminə atacağınız hər bir addımda Sizə uğurlar diləyirəm.Bir daha Sizi doğum gününüz münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram. Hörmətlə,Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədrigeneral-polkovnik Tofiq Ağahüseynov

Hamısını oxu
Müdafiə Nazirliyinin əməkdaşları veteranlarla görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatının inzibati binasında Müdafiə Nazirliyinin əməkdaşları ilə İkinci Dünya müharibəsi veteranları arasında görüş keçirilib.   Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqları və veteranları salamlayıb, faşizmə qarşı mübarizə tarixindən bəhs edib. Azərbaycan xalqının istər faşizmə, istərsə də erməni işğalçılarına qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını vurğulayan Cəlil Xəlilov, dövlətin veteranlara daim diqqət və qayğı göstərdiyini qeyd edib.   Daha sonra çıxış edən Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Elvin Əzizov İkinci Dünya müharibəsində faşizmə qarşı aparılan mübarizənin əhəmiyyətindən danışıb. Həm ulu öndər Heydər Əliyevin, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin istər İkinci Dünya müharibəsi, istərsə də Qarabağ veteranlarına böyük diqqət yetirdiyini, onları öz çıxışlarında gənclərə nümunə göstərdiyini qeyd edən polkovnik Elvin Əzizov, veteranların, şəhdilərin göstərdiyi qəhrəmanlığın tarixin yaddaşında əbədi yaşayacağını bildirib.   Daha sonra polkovnik Elvin Əzizov Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya Müdafiə Nazirliyi adından gül dəstəsi bağışlayıb, müharibə vetaranlarına hədiyyələr təqdim edib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova veteranlara göstərdiyi diqqətə görə Müdafiə Nazirliyinə təşəkkür edib,  minnətdarlığını çatdırıb. Azərbaycan ordusunun 44 günlük müharibədə tarix yazdığına diqqət çəkən təşkilat sədri, şəhidlərin, qazilərin qarşısında baş əydiyini bildirib.   Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov isə çıxışında ordu quruculuğu prosesinə, ulu öndərin bu sahədəki xidmətlərinə diqqət çəkib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov Müdafiə Nazirliyi tərəfindən hərbi vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə təltif ediliblər.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu