Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Sərhədçimizə açılan bu atəş yalnız dövlətimizə deyil, həm də regional sülhə, beynəlxalq hüquqa açılan atəşdir”

Xəbər verdiyimiz kimi, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Nəticədə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

 

Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov baş verən olayı Ermənistanın məqsədyönlü təxribatı kimi dəyərləndirib:

 

“Sərhədçimizin erməni snayperi tərəfindən vurulması Ermənistanın ölkəmizə qarşı növbəti məqsədyönlü təxribatıdır və bu təxribatın planlı şəkildə həyata keçirildiyi videokadrlardan da aydın görsənir. Kadrların təhlili göstərir ki, erməni snayperi sərhədçimizə atəş açandan dərhal sonra öz mövqeyini rahat şəkildə - digər erməni hərbçilərinin müşayidəsi ilə tərk edir. Yəni erməni snayperi məqsədli şəkildə ön xətdə yerləşdirilib və digər erməni həbnçilərinin də iştirakı ilə ölkəmizə qarşı təxribat törədib. Hadisənin bir neçə erməni hərbçisinin iştiralı ilə törədilməsi onu deməyə əsas verir ki, İrəvanın bu təxribatı hər hansı əsgərin “özfəaliyyəti” kimi təqdim etməyə çalışması absurddur və həqiqətdən uzaqdır. Bu təxribat Ermənistan ordusunun hərbi yetkililərinin bilavasitə tapşırı və nəzarəti altında gerçəkləşib”.

 

Polkovnik qeyd edib ki, bu olay Ermənistan hakimiyyətinin sülhdən uzaq olduğunu, bölgədə vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə çalışdığını göstərir:

 

“Sərhədçimizə açılan bu atəş bir kəs daha sübut edir ki, Ermənistanın sülhlə bağlı səsləndirdiyi fikirlər imitasiyadan başqa bir şey deyil və İrəvan yalnız və yalnız müharibə haqqında düşünür. Bu səbəblə də sülh müqaviləsi imzalamaqdan yayınır, habelə təmas xəttində vaxtaşırı bu cür insidentlər yaratmaqla bölgədə vəziyyəti daim gərgin şəkildə saxlamağa çalışır. Məqsəd regionda etibarlı sülhün, etibarlı sabitliyin bərqərar olmasına imkan verməmək, hər an yeni bir müharibəni alovlandırmaq üçün münbit zəmin formalaşdırmaqdır”.

 

Ekspert qeyd edib ki, ABŞ və Fransanın Ermənistana verdiyi birtərəfli dəstək də İrəvanı revanşizmə həvəsləndirən mühüm addımlardan biridir:

 

“Ermənistan rəsmiləri – baş nazirdən tutmuş müdafiə və xarfici işlər nazirlərinə kimi hər kəs Fransa və Hindistandan müasir silahlar, hərbi texnikalar aldıqlarını bəyan edir və açıq şəkildə bildirirlər ki, onların silah aldıqları “digər fövqəlgüclər də var”. Bu bəyanatlar bir daha təsdiq edir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır və bu işdə ermənipərəst beynəlxalq güclərin imkanlarından gen-bol istifadə edir.

 

Bu gün Fransa və Hindistan Ermənistanın silahlanmasında aktiv rol oynayır, ölkəmizə qarşı mina terrorunu davam etdirən bu dövləti hər vasitə ilə silahlandırırlar. ABŞ-ın Ermənistana mənəvi-siyasi dəstəyi də təəssüf hissi ilə vurğulanmalıdır. Bütün bu faktlar onu göstərir ki, ABŞ və Fransa regionda yeni bir müharibənin baş verməsində maraqlıdırlar və onlar Ermənistanı buna sürükləyir.

 

Polkovnik bildirib ki, sərhədçimizə qarşı təxribatın Zəngilanda – İranla sərhəddin yaxınlığında törədilməsi Ermənistanın ağalarının müharibə arealını genişləndirmək planlarından xəbər verir:

 

“Məlum insidentlə bağlı diqqət çəkən faktlardan biri də hadisənin Zəngilanda – İranla sərhəddə yaxın ərazidə gerçəkləşməsidir. Məqsəd Azərbaycanla Ermənistana arasında yeni müharibəyə təkan verməklə yanaşı, həm də bu müharibənin miqyas və coğrafiyasını genişləndirmək, İran və digər dövlətləri də bura daxil etməkdir. Çünki Ermənistanın Qərbdəki himayədarları yaxşı başa düşür ki, müharibədə daha çox dövlətin iştirakı qarşıdurmanın miqyas və dağıdıcılığının daha da artması deməkdir. Məhz bu səbəbdən də təxribat üçün üçüncü dövlətə yaxın ərazi seçilib ki, bu da İrəvanın dağıdıcı güclərin əlində alətə çevrildiyini göstərir”.

 

Cəlil Xəlilov vurğulayıb ki,  baş verən təxribat Avropanın bölgədəki missionerlik fəaliyyəti və “binokl doplomatiyası”nın nə qədər gərəksiz və təhlükə olduğunu sübut etdi:

 

“Məlum olduğu kimi, bəlli bir müddətdir ki, Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhəddində hansısa missiya həyata keçirir, avropalı diplomatlar, fransalı generallar çox tez-tez əldə binokl Azərbaycan ərazisini izləməklə gündəmə gəlirdi. Avropalı diplomatlar əminliklə bildirirdilər ki, guya bütün bu fəaliyyət regionda sülhün və sabitliyin formalaşmasına xidmət edir və bundan narahat olmağa dəyməz. Amma dünənki təxribat sübut etdi ki, Qərbin həyata keçirdiyi bu missiya Ermənistanın silahlanma tendensiyası qədər təhlükəlidir və məlum fəaliyyət regionda sülhə töhfə vermək əvəzinə qarşıdurmanı riskini gücləndirir.

 

Ancaq hər kəs – həm rəsmi İrəvan, həm də Ermənistana  dəstək verən beynəlxalq güclər bilməlidirlər ki, Azərbaycan istənilən təhlükəni dəf etməyə qadirdir və bugünə qədər olduğu kimi bundan sonra da bu cür təxribatların qarşısı qətiyyətlə alınacaq. Necə ki, bu gün  - 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən “qisas əməliyyatı” zamanı Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Bu, bir daha dövlətimizin qətiyyətindən, ordumuzun qüdrətindən xəbər verir və bu fakt bir daha sübut edir ki, Azərbaycan heç bir təxribatı cavabsız qoymayacaq”.

2024-02-13 13:41:33
3333 baxış

Digər xəbərlər

ПРЕДСЕДАТЕЛЮ СОВЕТА ВЕТЕРАНОВ ВОЙНЫ, ТРУДА И ВООРУЖЕННЫХ СИЛ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ ГОСПОЖЕ САТТАРОВОЙ ФАТМЕ ГУСЕЙН ГЫЗЫ

Hamısını oxu
“DTX-nın sayıqlığı nəticəsində ölkəmiz növbəti dəfə böyük təhlükələrdən, faciələrdən xilas oldu”

 Nəsib Məhəməliyev: “Prezident İlham Əliyevə qarşı xəyanət etmək, ən ağır cinayətdir” “Ramiz Mehdiyev Azərbaycanın yox, Rusiyanın maraqlarına xidmət edib” Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir neçə saat bundan öncə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun xəyanəti, habelə, qanunsuz vəsaitləri leqallaşdırması ilə bağlı çoxsaylı faktlar – foto-video görüntülər, səs yazıları yayımlayıb. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev Ramiz Mehdiyev və onun anti-Azərbaycan fəaliyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib, DTX-nın təqdim etdiyi faktlara münasibət bildirib: “DTX-nın yayımladığı, Ramiz Mehdiyevə məxsus səs yazısı, Azərbaycan ictimaiyyətində, o cümlədən məndə, sözün əsil mənasında şok effekti yaratdı. Səbail rayon məhkəməsi tərəfindən, Ramiz Mehdiyev barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilərkən, “Azərbaycanda Dövlət idarəetmə sisteminin dəyişdirilməsi” ilə bağlı yazı dərc olunmuşdu. Həmin yazıda, dövlətimizin müstəqilliyinin məhdudlaşdırılması, konstitusion quruluşunun tamamilə dəyişdirilməsi, seçkili orqanlara təyinatların, yeni yaradılacaq ,,dövlət şurası,, tərəfindən həyata keçiriləcəyi ilə bağlı cəfəng məlumatlar əksini tapmışdı. Ən dəhşətlisi isə, proseslərin xarici xüsusi xidmət orqanlarının rəhbərliyi ilə həyata keçirilməsi göstərilirdi.         İndicə yayımlanan səs yazısında da, Ramiz Mehdiyevin xüsusi xidmət orqanının başçısının katibəsi və yaxud köməkçiləri vasitəsilə əlaqə yaratmağa çalışır. Konkret sənədin adını çəkməklə, məxsusi olaraq qeyd edir ki, təqdim edəcəyim sənəd, onun, (yəni həmin rəhbərin) maraq dairəsindədir. Bunun yalnız bir adı var. Vətənə xəyanət. Ümumiyyətlə, müstəqillik tariximizdə baş verən ictimai-siyasi prosesləri təhlil etdikdə, siyasətlə məşğul olan hər kəsə bəllidir ki, Ramiz Mehdiyev, Azərbaycanın yox, Rusiyanın maraqlarına xidmət etmişdir. Faktlar da bir daha sübut edir ki, o ömrünün ahıl çağında da, nicatı bu ölkədə axtarır. Belə bir deyim var; “Allah, pis insanların ağlını əlindən alır”. Uzun illər ərzində hakimiyyətin üst qatında yer vermiş, bütün mümkün imtiyazları bəxş etmiş şəxsiyyətə, torpaqları işğaldan azad etməklə, 200 illik erməni separatçılığına birdəfəlik son qoyan, dünya erməniliyinə, onların lobbiçilərinə qalib gələn Prezident İlham Əliyevə qarşı xəyanət etmək, ən ağır cinayətdir. Psixologiyada belə bir şey var:”Normal insan təşəkkür etməyi bacarmalıdır”. Ramiz Mehdiyev öz xislətini göstərdi. Yaxşı ki, peşəkar, dövlətin və millətin keşiyində duran xüsusi xidmət orqanlarımız, preventiv tədbirlərlə, Ramiz Mehdiyev kimilərinin iç üzünü açır. DTX-nın təqdim etdiyi faktlar, bir daha göstərdi ki, xüsusi xidmət orqanlarımızın ayıq-sayıqlığı nəticəsində, ölkəmiz növbəti dəfə böyük təhlükələrdən, faciələrdən xilas oldu. Bu, əməliyyatlar, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir”. Seymur ƏLİYEV

Hamısını oxu
Ağdamda Milli Qəhrəman Yelmar Edilovla bağlı tədbir keçirilib

Ağdamda Azərbaycanın Milli Qəhrəmanı, şəhid Edilov Yelmar Şahmar oglunun şəhadətə yüksəldiyinin 30-cu ildönümü Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatı tərəfindən qeyd olunub. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti aparatı, qəhrəmanımızın ailə üzvüləri, vətədnaş cəmiyyəti institutları, təhsil müəssələrinin nümayədnələri, Ağdam Rayon İqtisadiyyat Kollecinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak edib.  Ağdamda Qəhrəmanlar abidəsinin qarşısında keçirilən tədbirdə Ulu öndərimizin, qəhrəmanımızın və Azərbaycanın suverenliyi ugrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə  qəhrəmanımız haqqında Ağdam Rayon İcra Hakimiyətinin birinci müavini Allahverən Əliyev, Ağdam Rayon Veteranlar Təşkilatının sədri Elşən Zeynalov və digər natiqlər xatirələrini bölüşüblər. Qəhrəmanımızın şəhid oldugu yer döyüş yoldaşları,veteranlar tərəfindən ziyarət olundu.Sözügedən məkanda qəhrəmanımızın böyüdülmüş şəkli, bayraq dirəyi basdırılıb. Qəhrəmanımızın ruhuna Quran oxunub, dualar edilib. Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatıın sədri Elşən Zeynalov tədbirin keçirilməsinə dəstək verən əlaqədar qurum və şəxslərə - Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova, Ağdam Rayon İqtisadiyyat Kollecinin drektoru Natiq Cavadova və direktor müavini Məhəmməd müəllimə təşəkkür edib, minnətdarlığını bildirib.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Binəqədi rayon veteranları ilə görüşüb

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bakının Binəqədi rayonu ərazisində yaşayan bir qrup veteranla görüşüb. Binəqədi rayon icra başçısının müavini Sevinc Süleymanovanın da iştirak etdiyi görüşdə, veteranlara olan dövlət qayğısından bəhs edilib, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsindən danışılıb.   Dövlətin şəhid ailəlrinə, qaziləri daim diqqət mərkəzində saxladığını bildirən polkovnik Cəlil Xəlilov, veteranların da öz növbəsində dövlət siyasətini, milli maraqları, ölkə başçısının çağırışlarını qətiyyətlə dəstəklədiklərini qeyd edib. Sədr müavini bildirib ki, veteranlar bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşməkdə, ona dəstək verməkdə davam edəcək.   Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova da öz çıxşında dövlətin veteranlara, şəhid ailələrinə, müharibə əlillərinə daim diqqət və qayğı göstərdiyini, bu kateqoriyadan olan vətəndaşlara xüsusi həssaslıqla yanaşdığını bildirib. Binəqədi Rayon İcra Hakimiyyəti olaraq rayon ərazisindəki veteranları, şəhid ailələrini daim diqqət mərkəzində saxladıqlarını vurğulayan Sevinc Süleymanova şəhid ailələrinə, veteranlara qayğı göstərməyin hər bir vətəndaşın ilk növbədə mənəvi borcu olduğunu qeyd edib.   Görüş əsnasında çıxış edən veteranlar ölkə başçısının böyük qələbədəki rolundan danışıb, Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altıdna qazandığı tarixi zəfərin əsrlər sonra da qürur və rəğbət hissi ilə xatırlanacağını bildiriblər.   Tədbirin sonunda əmək veteranı Teyyub Həsənov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon təşkilatının sədri seçilib.   Görüşdə  Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təşkilati və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri polkovnik Nadir İsmayılov, təşkilatın mətbuat katibi Seymur Əliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, onun  müavini - dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov və digər şəxslər də iştirak edib.

Hamısını oxu