Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Space tv

2024-03-03 13:01:03
1370 baxış

Digər xəbərlər

“Baku Network” analitik mərkəzinin “Hibrid və ideoloji təhdidlərin təhlili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

“Baku Network” analitik mərkəzinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra edilən “Hibrid və ideoloji təhdidlərin təhlili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Trend xəbər verir ki, tədbirdə “Baku Network” mərkəzinin rəhbər şəxsləri, ekspert üzvləri, qeyri-hökumət təşkilatları və media şirkətlərinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Trend” Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, “Baku Network”ün layihə direktoru Sahil Kərimli bildirib ki, bu layihə çərçivəsində həm Azərbaycanda, həm də əsas hədəf olan Avropada, xüsusilə də Fransanın paytaxtı Parisdə müəyyən tədbirlər keçiriləcək. O həmçinin, bir müddət əvvəl Fransadakı Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində şəhid jurnalistlərin fotosərgisinin təşkil edildiyini də xatırladıb. “Baku Network”ün direktoru Elçin Ağacanov vurğulayıb ki, kütləvi informasiya vasitələri ilə yanaşı, cəmiyyətdə də hibrid təhükələrin nə olduğunu tam anlayanlar çox azdır: “Hibrid təhlükə sadəcə haker hücumu, saxta məlumat yaymaq, süni intellektdən istifadə edərək, deyilməyənləri deyilən kimi təqdim etmək deyil. Hibrid təhlükə özümüzdən özümüzə qarşı istifadə etmək cəhdləridir. Məhz bunu nəzərə alaraq hibrid təhükələrin təsnifatını apardıq. Eyni zamanda, ideoloji təhlükələrin də təsnifatını hazırlamaq niyyətindəyik. Fəaliyyətimizi daha geniş aspektdə davam etdirmək istəyirik”. Öz növbəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib ki, indiki zamanda şəbəkələrin, informasiya imkanlarının, yeni texnologiyaların formalaşması, xüsusən “Baku Network” kimi qurumların fəaliyyətinə böyük zərurət yaradır: “Bu layihənin ölkə üçün əhəmiyyətinin fərqindəyik. Bu cür layihələrə daha çox dəstək verilməlidir. Fransaya səfər, UNESCO çərçivəsində görüşlər, sərgilər, yayılan materiallar, yeni ekspertlərlə yaranan əlaqələr çox böyük nailiyyətdir”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovun sözlərinə görə, dünyada və qonşu dövlətlərdə gedən proseslər məcbur edir ki, hərbi və ideoloji təhlükəsizliyə xüsusi diqqət yetirilməlidir: “Təhlükəsizlik dövlətin prioritet məsələlərindəndir. Yeni texnologiyaların meydana gəlməsi bu məsələləri çətinləşdirməklə yanaşı, digər tərəfdən də asanlaşdırır. Çünki imkanlar daha genişlənir, böyükmiqyaslı informasiyalar ala bilirik. Belə bir şəraitdə cəmiyyət özü də informasiya savaşına hazır olmalıdır”. Daha sonra “Cümhuriyət” qəzetinin baş redaktoru, “Cebhe.info” xəbər portalının direktoru Rafail Becanov isə bildirib ki, layihə dövrümüzün aktual məsələləri istiqamətində fokuslanıb: “KİV, QHT-lər, sosial media platformaları belə bu məsələyə xüsusi diqqət ayırırlar. Müxtəlif mövzulu saxta informasiyaları yerləşdirib insanları manipulyasiya etmək mümkündür. Baş verənlər təkcə kibercinayətklarlıq deyil, bu, orduya, dövlət strukturlarına da təsir edir”. Çıxışı zamanı Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli vurğulayıb ki, tədbirdə qaldırılan mövzu müasir dünyada olduqca aktualdır: “Azərbaycan üçün isə bu üçqat aktuallıq kəsb edir. Biz dünya siyasi mərkəzlərinin diqqət mərkəzindəyik. Hibrid təhdidlərlə, informasiya savaşı ilə bağlı nə baş verirsə, müxtəlif ölkələrdə, bəlkə, komponentlərdən təkcə biri mövcuddur. Lakin onların hamısı birləşib Azərbaycanın üzərinə düşür. Ona görə də təhdidlərin yaxın vaxtlarda səngiyəcəyini gözləməməliyik”. Tədbirdə həmçinin, APA İnformasiya Agentliyinin baş redaktoru Nurşən Quliyev, tarixçi Yəhya Babanlı da çıxış edərək layihənin beynəlxalq miqyasda Azərbaycan üçün əhəmiyyətindən söz açıblar. Qeyd edək ki, “Baku Network” 2025-ci ilin mayından avqustun sonunadək “Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərin təhlili” layihəsini həyata keçirəcək. Layihəyə dövlət qurumlarının dəstəyi ilə beynəlxalq ekspertlər və analitiklər cəlb olunub. Layihənin məqsədi Azərbaycan suverenliyinə, beynəlxalq reputasiyasına və strateji maraqlarına yönəlmiş informasiya-psixoloji hücumların (media kampaniyalar, dezinformasiya, ideoloji təsirlər və s.) mənbələrini aşkar etmək və onlar qarşısında sistemli yanaşma ilə zərərsizləşdirməkdir.  

Hamısını oxu
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun anadan olmasının ildönümüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən əsgər və zabitini məhv edib.M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub.Həmin gecə - 18 iyun tarixində Azərbaycan giziri səhər saatlarındakı qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı (ölümündən sonra) verilib.   

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov 31 Mart soyqırımı ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Ziyarət əsnasında Kompleksin önünə gül dəstəsi qoyan Ruslan Bədirov, soyqırımı qurbanlarının heç zaman unudulmayacağını, onların əziz xatirəsinin daim yad ediləcəyini bildirib. Qeyd edək ki, 31 mart soyqırımı Bakı ilə yanaşı, Quba qəzasında da xüsusi amansızlıqla həyata keçirilib. Qubada baş verən soyqırımı aktı həm tarixi sənədlər, həm də 2007-ci ildə təsadüfən aşkar edilmiş kütləvi məzarlıqla öz təsdiqini tapıb. 1918-ci ilin aprel-may aylarında Quba qəzasının 167 kəndi tamamilə dağıdılıb. Rəsmi mənbələrə görə, təkcə Quba qəzasında 16 mindən çox dinc sakin qətlə yetirilib. 2007-ci ildə Quba şəhərində stadion tikintisi zamanı aşkar edilən kütləvi məzarlıq, erməni vəhşiliyinin dünyada analoqu az olan sübutlarından biridir. Qazıntı işləri zamanı minlərlə insana məxsus sümük qalıqları tapılıb. Tədqiqatlar göstərib ki, insanlar quyulara doldurularaq qeyri-insani şəkildə qətlə yetirilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü ildə həmin ərazidə Quba Soyqırımı Memorial Kompleksi ucaldılıb. Bu gün 31 mart Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir və Qubadakı bu məzarlıq həmin faciənin ən bariz şahidi kimi ziyarət olunur. Seymur ƏLİYEV

Hamısını oxu
Zərifə Quliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunub

Veteran.gov.az xəbər verir ki, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Zərifə Quliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov tərəfindən uzunmüddətli və səmərəli ictimai fəaliyyətinə görə  Fəxri Fərmanla təltif olunub. Xatırladaq ki, Zərifə Quliyeva Ümummilli Lider Heydər Əliyev, eləcə də 44 günlük Vətən müharibəsi ilə bağlı çoxsaylı kitabların müəllifidir. Zərifə Quliyeva bugünə qədər şəhid ailələri, qazilərlə bağlı yüzlərlə tədbir və layihə həyata keçirib ki, onların hər biri cəmiyyət tərəfindən böyük məmnunluqla qarşılanıb. Seymur ƏLİYEV

Hamısını oxu