Digər xəbərlər
Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğum günüdür. Mehriban xanımın zəngin fəaliyyətini, gördüyü xeyirxah işləri sadalamaqla bitməz. Cənab Prezident İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir. Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım ailəsinə göstərdiyi qayğı, eyni zamanda, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir.Mehriban xanım Əliyevanın fəaliyyəti öz zənginliyi və genişhəcmli olması ilə diqqəti çəkir. O, Heydər Əliyev Fonduna rəhbərlik etdiyi gündən xalqın ümid yerinə çevrilmiş, vətəndaşlar problemlərinin həlli üçün, xəstələrinin şəfa tapması üçün həmişə ona müraciət etmiş, edilən heç bir xahiş, yazılan heç bir kömək məktubu cavabsız qalmamışdır.Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək edib, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləyib, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə töhfələrini verib, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərib. Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri də vətəndaşların təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru uğurlu nəticələr əldə edibRespublikamızın birinci xanımı Mehriban xanım Əliyevanın gördüyü işlər təkcə ölkəmizdə deyil, həm də dünya miqyasında təqdir olunur. Belə ki, digər ölkələr, beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülür.Mehriban Əliyeva dövlət başçısının ona həvalə etdiyi bütün vəzifələri uğurla yerinə yetirərək Azərbaycan dövlətinin beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmət edib.Qarşıda çox illər var. Mehriban xanım Əliyeva respublikamızın Birinci vitse-prezidenti, Prezident İlham Əliyevin silahdaşı kimi dövlətimizə və xalqımıza layiqincə xidmət edəcək, Azərbaycanın çiçəklənməsinə öz töhfəsini verəcək. Məşhur Məmmədov,Milli Məclisin deputatı
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin işçiləri, şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 6 may 2022-ci il tarixində MMQ-nin Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində keçirilən tədbirdə iştirak ediblər. “Sovet İttifaqı Qəhrəmanlarını gənc nəslə daha yaxından tanıdaq” adlı tədbirdə əsgərlərlə birgə MMQ-nın şəxsi heyətlə iş üzrə şöbəsinin rəisi polkovnik Ayaz Əliyev, hərbi hissə komandirinin psxoloji təminat üzrə müavini polkovnik-leytenant Zabil Əliyev, hərbi hissənin qərargah rəisi –hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini mayor Ramil Nurəliyev, Şəxsi heyətlə iş üzrə şöbə rəisinin müavini polkovnik– leytenant Bəhruz Əsədov, ictimayyətlə əlaqələr bölməsinin rəisi İrşad Məmmədli, şəxsi heyətlə iş üzrə şöbənin baş zabiti mayor Şahlar Həsənov iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev tədbir iştirakçılarına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovun salamlarını çatdırıb, Azərbaycan xalqının faşizm üzərindəki qələbədəki roluna diqqət çəkib: “Azəbaycan vətəndaşları İkinci Dümnya müharibəsinin qələbə ilə başa çatmasında ön və arxa cəbhədə böyük fədakarlıqlar göstərmişlər. Ön cəbhədə vuruşan qəhrəman oğul və qızlarımızın göstərdiyi qəhrəmanlıqlar haqında kitablar yazılmış, filimlər çəkilmiş, mahnılar bəstələnmişdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov, bu ali ada layiq görülmüş qəhrəmanlardan Gəray Əsədov, Qafur Məmmədov, əfsanəvi partizan Mehti Hüseynzadə və digər qəhrəmanların şərəfli döyüş yolu gənc nəslə hər zaman örnək olmalıdır. Uzun illər torpaqlarımızın işğal altında olmasına baxmayaraq, ulu babalarımızdan miras qalmış torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz azad etdi. Mən çıxışımın sonunda bir daha torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərə uca Allahdan rəhmət, qazilərə cansağlığı diləyirəm!” Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu“İyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh siyasətinin təntənəsidir”. Bunu Moderator.az-a açıqlamasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Ulu Öndər haqqında çoxsaylı kitabların müəllifi, konfrans iştirakçısı Zərifə Quliyeva bildirib. Zərifə Quliyeva qeyd edib ki, bu tədbir Azərbaycanın sülh siyasətinə sadiq olduğunu, bu yolda əzmlə addımladığını göstərir: “Ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada sülh və təhlükəsizliklə bağlı qlobal tədbirin keçirilməsi Azərbaycanın sülh siyasətində israrlı olduğundna, regional sabitliyin təmin olunması üçün bütün resurslardan istifadə etdiyindən xəbər verir. Bu konfrans həm də onu göstərir ki, Azərbaycan hər zaman olduğu kimi bu gün də beynəlxalq sülh və təhlükəsizlik üçün beynəlxalq əməkdaşlığa, qlobal həmrəyliyə xüsusi önəm verir. Qeyd edək ki, Azərbaycan Respublikasınn Prezidenti İlham Əliyev dəfələrlə öz müsahibə və çıxışlarında sülh və təhlükəsizliyin təminində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb, region dövlətlərini ölkəmizin sülh səylərini dəstəkləməyə çağırıb. Bu baxımdan Şuşada keçirilən konfrans sülh və təhlükəsizlik məsələsində region dövlətlərinə növbəti çağırış, növbəti mesajdır”. Zərifə Quliyeva konfrans zamanı işğaldan azad edilən ərazilərdə həyata keçirilən geniş quruculuq işlərindən də ətraflı şəkildə bəhs olunduğunu bildirib: “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransda diqqət çəkən məqamlardan biri də Azərbaycanın işğaldan azad edilən ərazilərində Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən nəhəng abadlıq və quruculuq siyasətinin müzakirəsi oldu. Konfrans iştirakçıları qısa müddət ərzində işğaldan azad edilən ərazilərdə bu qədər çoxşaxəli quruculuq işlərinin aparılması ilə bağlı heyrət və məmnunluqlarını dilə gətirdilər, məlum quruculuq prosesinin xalqın sosial rifahında müsbət mənada ciddi dəyişikliyə yol açdığını vurğuladılar. Bir sözlə, YAP-ın təşkilatçılığı ilə Şuşa şəhəridə keçirilən beynəlxalq konfransı hər baxımdan faydalı hesab edir, yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu konfrans qlobal təhlükəsizlik mühitinin formalaşmasına töhfə verəcək, bu məsələdə Azərbaycanın moderatorluğu altında beynəlxalq əməkdaşlıq səylərinin daha da güclənməsini sitimullaşdıracaq”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Slahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyinin tamam olması münasibəti ilə sözügedən universitetin rektorunu, o cümlədən professor-müəllim heyətini təbrik edib. Təbrikdə deyilir: “Bu il ölkəmizin təhsil həyatında xüsusi çəkiyə malik olan, respublikamızı yüksək ixtisaslı pedaqoji kadrlarla təmin edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyidir. Bu münasibətlə həmin uniuversitetin rektoru, professor Cəfər Cəfərovu, o cümlədən sözügedən universitetin bütün professor-müəllim heyətini təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti bundan sonra da ölkəmizin təhsil həyatına dəyərli töhfələr verməkdə davam edəcək, elm məbədi kimi öz müqəddəs funksiyasını müvəffəqiyyətlə yerinə yetirəcəkdir”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov
Hamısını oxu