Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İkinci Dünya müharibəsi veteranı Qara Sarıyev vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Sarıyev Qara Əli oğlu 99 yaşında vəfat edib.

Qara Əli oğlu Sarıyev 1925-ci ildə Tovuz rayonunun Qəribli kəndində anadan olmuşdur. Orta təhsilini başa vurmamış cəbhəyə səfərbər olunmuşdur. Stalinqrad, Kursk, Vyana-Balaton cəbhələrində döyüşüb, “Mauthauzen” faşist düşərgəsinin azad olunmasında iştirak etmişdir. Qara müəllim eyni zamanda Asiya ölkələrinin, o cümlədən Çin torpağının yapon militaristlərindən — kvantun ordusundan azad olunması uğrunda gedən döyüşlərdə də şücaət göstəribdir.

Q.Sarıyev Praqanın, Venanın, Budapeştin alman faşistlərindən azad edilməsi medalları ilə və digər döyüş mükafatıarı ilə təltif olunmuşdur.

Q.Sarıyevin cəbhədən sonrakı həyat yolu da maraqlıdır. Cəbhədən qayıtdıqdan sonra 1949-cu ildə Moskva Baytarlıq Akademiyasına daxil olmuşdur. 1955-ci ildə bu təhsil ocağını bitirən Qara müəllim professor elmi dərəcəsinə qədər yüksəlmiş, Azərbaycan Respublikasının kənd təsərrüfatı sahəsində müxtəlif rəhbər vəzifələrdə işləmişdir. Uzun illər ictimai əsaslarla Müharibə, Əmək və Silahlı qüvvələr Veteranları Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsində fəaliyyət göstərərək Respublika Veteran hərəkatının inkişafına öz tövhəsini vermişdir.

Qara müəllimin döyüş və həyat yolu bu gündə gənclərimiz üçün bir örnəkdir.

Respublika Veteranlar Təşkilatının Rəyasət heyəti Qara Əli oğlu Sarıyevin ailə üzvlərinə dərin hüznlə başsağılığı verirlər. Allah rəhmət eləsin.

 

2024-03-28 23:37:27
4011 baxış

Digər xəbərlər

Prezident bu şəxsi Təhsil naziri təyin etdi

Prezident İlham Əliyev Emin Əmrullayevin Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilsin

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı müharibə veteranlarına ərzaq yardımı ilə dəstək olur

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə ərzaq yardımlarının paylanılması davam etdirilir. AZƏRTAC xəbər verir ki, bir neçə gündür davam edən xeyriyyə aksiyası çərçivəsində Şamaxı, Ağsu, Qobustan, İsmayıllı, Qəbələ, Şəki, Göyçay, Ağdaş, Balakən və Zaqatala rayonlarında yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb. Veteranlarla görüşlərdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi riayət edilməsi, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasını dəstəkləyəcək şəxsi gigiyena qaydalarına əməl etmənin vacibliyi vurğulanıb. Respublika Veteranlar Təşkilatının ölkədəki müharibə veteranlarına ərzaq yardımı ilə dəstəyi davam etdirilir.

Hamısını oxu
Светлая память достойному сыну Татарского народа

Махмут Ахметович Гареев родился 23 июля 1923 года в Челябинске, в 1939-м добровольцем ушел в РККА. С ноября 1941 года — командир стрелкового взвода, с 1942-го — на фронте. Вскоре становится исполняющим обязанности командира батальона. Дважды был ранен. На должности оперативного офицера штаба армии участвовал в завершающих сражениях Великой Отечественной войны на Дальнем Востоке. После войны окончил сначала Военную академию имени Фрунзе, затем — Военную академию Генерального штаба. Командовал различными соединениями, занимал штабные должности. В 1970–1971 годах — Главный военный советник в Объединенной Арабской Республике (Египте). С 1984-го — заместитель начальника Генерального штаба. В 1989–1991 годах — главный военный советник в Афганистане. Участник в общей сложности шести войн. Ушел в отставку в 1992 году, после чего возглавил Академию военных наук. Активно заниматься военно-научной работой Махмут Гареев начал еще в 1960-е годы. Автор более 100 научных трудов и свыше 300 статей и публикаций в сборниках, журналах, газетах. В 1998 году стал первым лауреатом Государственной премии РФ имени Жукова за вышедшую в 1996-м книгу «Маршал Жуков. Величие и уникальность полководческого искусства». Награжден орденом Ленина, четырьмя орденами Красного Знамени, орденом Александра Невского, орденами Отечественной войны I и II степеней, орденом Трудового Красного Знамени, тремя орденами Красной Звезды, орденами «За службу Родине в Вооруженных Силах СССР» II и III степеней, орденом «За заслуги перед Отечеством» III степени и различными медалями, а также иностранными орденами и медалями. Доктор военных и исторических наук, ветеран Великой Отечественной войны Махмут Гареев  более 20 лет возглавлял Академию военных наук. Скончался 25 декабря 2019 года.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı akademik Arif Paşayevi təbrik edib

Bu gün akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin ad günüdür.   Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu münasibətlə Arif Paşayevi təbrik edib. Təbrikdə deyilir:   “Hörmətli Arif müəllim. Sizi ad gününüz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, hər zaman olduğu kimi bundan sonra da, dəyərli elmi əsərləriniz və ixtiralarınızla ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verəcək, doğma Azərbaycanımızı beynəlxalq elmi konfranslarda, mötəbər elmi təşkilatlarda uğurla təmsil edəcəksiniz. İftixar hissi ilə qeyd edirik ki, Siz hər zaman zəngin elmi fəaliyyətinizi davam etdirməklə yanaşı, təcrübəli pedaqoq və elmi rəhbər kimi ölkəmizdə yüksək intellektə malik gənc kadrların hazırlanması prosesinə də böyük dəstək vermisiniz, dövlətimizin savadlı, dünyagörüşlü və vətənpərvər milli kadrlarla təmin edilməsində mühüm rol oynamısınız. Sevindiricidir ki, Sizin bu müqəddəs missiyanız bu gün də uğurla davam edir.   Sizi bir daha ad gününüz münasibəti ilə təbrik edir, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından ən xoş arzularımızı bildiririk”.   Hörmətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından  Fatma Səttarova və  Cəlil Xəlilov  

Hamısını oxu