Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ermənistan 8 kəndi Azərbaycana qaytarmaqdan imtina edərsə...”

Azər Allahverənov: “Azərbaycan hər situasiyada hansı addım atmalı olduğunu yaxşı bilir”

“Ermənistana qarşı Azərbaycan-Rusiya ittifaqının formalaşdığı iddiası Qərbin yeni yalanıdır”

“İrəvan Azərbaycanı yeni antiterror əməliyyatına sövq etməklə ölkəmizin aqressiv dövlət imicini yaratmağa çalışır”

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistanın şərti dövlət sərhəddinə canlı qüvvə və ağır texnika cəmləşdirdiyi ilə bağlı rəsmi məlmat yayıb. Məlumatda bölgədə baş verə biləcək mümkün gərginliyə görə bütün məsuliyyətin Ermənistan və onun havadarlarının üzərinə düşdüyü vurğulanır. 

Moderator.az olaraq siyasi şərhçi Azər Allahverənovla söhbətimizdə məlum gərginlik fonunda ölkəmizə qarşı aparılan informasiya müharibəsini şərh etməyə çalışdıq.

-Azər bəy, son vaxtlar Ermənistanın şərti dövlət sərhəddində canlı qüvvə və ağır texnika toplaması müşahidə edilir. Belə bir dönəmdə Ermənistanın Qərbdəki himayədarlarının ölkəmizə qarşı yürütdüyü informasiya təxribatının daha da genişlənməsi ehtimalı varmı?

-Azərbaycana qarşı bütün cəbhələrdə informasiya müahribəsinin aparıldığı birmənalıdır. Yalnız Ermənistan deyil, onun havadarları, bəzi hallarda havadarları olmayan ölkələr belə hansısa formada Cənubi Qafqazda yeni münaqişə ocağının alovlanmasında, xaosun yaranmasında maraqlıdır. Erməni himayədarları bununla Ermənistan üzərindən öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Onlar Rusiyanın forpostu olan Ermənistanı öz təsir dairələrinə daxil etməklə onu öz forpostlarına çevirmək, Ermənistanı siyasi maraqların toqquşduğu poliqona çevirməyə çalışırlar.

Bu siyasətin hədəfində isə həm iqtisadi, həm də siyasi cəhətdən güclənən, beynəlxalq münasibətlər sistemində öz sözünü deyən, sözü imzası qədər dəyərli olan Azərbaycan dayanır.

-Sizcə bu qüvvələrin hədəf olaraq Azərbaycanı seçməsinə səbəb nədir?

-Onlar Azərbaycanın güclənməsində, ölkəmizin beynəlxalq miqyaslı layihələrdə söz sahibi olmasında maraqlı deyillər. Onlara kölə, təsir altında olan Ermənistan və onun kimi dövlətlər lazımdır. Buna görə də onlar bütün resurslardan istifadə etməklə ölkəmizə qarşı informasiya müharibəsi aparmağa çalışırlar. Bəzi hallarda erməni diasporunun  rəğbəyini qazanmaq, bəzi hallarda erməni diasporu tərəfindən maliyyələşən dairələrin dəstəyinə nail olmaq, eləcə də qarşıdan gələn seçkilərdə erməni əsilli seçicilərin səslərini təmin etmək üçün ölkəmizə qarşı informasiya müharibəsində yer almaqdadırlar. Ona görə də informasiya müharibəsinin əsas gücünü məhz Azərbaycan əleyhinə yönəldirlər.

Xatırladım ki, Münxen konfransından sonra dünyanın bir çox güc mərkəzinin nümayəndələri cənab İlham Əliyevlə təkbətək görüşmək təkliflərini irəli sürdülər. Qarşı tərəfin təşəbbüsü ilə bu qəbildən çoxsaylı görüşlər keçirildi. Bu, ölkəmizin artan nüfuzundan xəbər verirdi. Bundan sonra Ermənistanda bir növ susqunluq hökm sürdü. Hətta ən yüksək səviyyədə Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin bağlanması ilə bağlı pozitiv fikirlər səsləndirməyə başladılar. Bu fikirlər Azərbaycan tərəfindən də təqdirlə qarşılandı. Amma Cənubi Qafqazda xaos yaratmaq məqsədi güdən güclər bununla barışa bilməzdilər. Onlar hələ o zaman maksimum çalışdılar ki, Azərbaycanın aqressiv xarici siyasət yürüdən tərəf kimi təqdim etsinlər.

Həmin siyasət bu gün də davam edir. Avropa İttifaqı, ATƏT, AŞPA və s. qurumların təmsilçiləri çıxışlarında Azərbaycanın guya Ermənistana hərbi təcavüz həyata keçirmək niyyətində olduğunu iddia edirlər. Bildirirlər ki, guya şərti dövlət sərhədlərində Azərbaycan canlı qüvvə və ağır texnika cəmləyir. Bunlar feyk məlumatlardır. Azərbaycan bununla bağlı dəfələrlə öz etirazını bildirb. Cənab Prezident çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycanın hər hansı dövlətə, eləcə də Ermənistana qarşı ərazi iddiası yoxdur. Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin mövcudluğunda maraqlıdır. Sülh sazişinin imzalanması, delimitasiya və demarkasiya üzrə işçi qrupunun intensiv fəaliyyəti, kommunukasiyaların açılması və s. kimi amillər ölkəmiz üçün prioritet məslələr hesab olunur.

-Sülhün reallaşması üçün Ermənistanın atması gərəkdiyi addımlar hansılardır?

-Bunun üçün Ermənistan ilk növbədə ölkəmizə qarşı təxribatlardan və ərazi iddiasından əl çəkməlidir. Ermənistan öz qanunvericiliyindən, müstəqillik haqqında deklarasiyadan ərazi iddiaları ilə bağlı müddəaları çıxarmalıdır. Ancaq hələ ki, bunların heç biri baş vermir. Əksinə, bu gün Ermənistan şərti dövlət sərhəddində hərbi qüvvə toplamağa çalışır. Bu hadisələr fonunda Azərbaycana qarşı Qərbin müxtəlif rıçaqlardan istifadə edərək siyasi-informasiya təxribatları vasitəsilə Azərbaycanı aqressiv tərəf kimi qələmə vermək cəhdləri özünü büruzə verir.

2023-cü ilin sentyabrından sonra biz bu cəhdlərin daha da artmasına şahif olmaqdayıq. Bu təxribatı törədənlər həm də Ermənistan ərazisində fəaliyyət göstərən qeyri-qanuni hərbi birləşmələrdir. Bura VOMA, Yerkrapa, Sasna Tsrer və s kimi hərbi birləşmələr  daxildir. Bu qanunsuz hərbi birləşmələr müxtəlif təxribatlar törətməklə şərti sərhəd bölgəsində Azərbaycanı antiterror əməliyyatı aparmağa sövq etmək istəyirlər. Azərbaycan tərfi isə təbii ki, hər bir amili nəzərə alır və Ermənistan əraazisinə daixl olmadan atəş nöqtələrinin susdurulmasına nail olur.

Ölkəmizə qarşı həyata keçirilən siyasi-informasiya müharibəsində bir məqsəd Azərbaycanı aqressiv dövlət kimi qələmə verməkdirsə, digər məqsəd sülhün bərqərar olmasında maraqlı olmayan ölkə kimi təqdim etməkdir.

-Azər bəy, nə qədər gülünc olsa da, bəzi Qərb dairələri iddia edir ki, guya Rusiya Ermənistanın ondan üz döndərməsinə cavab olaraq Azərbaycanın əli ilə İrəvanı cəzalandırmağa çalışır və bu məqsədlə də hər iki dövlət Ermənistan əleyhinə birlik formalaşdırıblar. Sizcə bu iddiaların ortaya atılmasında məqsəd nədir?

-Qeyd etdiyiniz kimi, Qərb iddia edir ki, guya Azərbaycanla Rusiya arasında Ermənistan əleyhinə bir ittifaq var. Halbuki, bu, absurd bir yanaşmadır. Vətən müharibəsi və ondan sonra atılan addımlar göstərdi ki, Azərbaycan ərazi bütövlüyün təmin edərkən heç kəsdən bunun üçün icazə almır. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirir.

Qərb bu kimi iddialarla Azərbaycanla yanaşı, həm də Rusiyanı hədəf seçir, öz aləmində həm də onu “cəzalandırır”.

-Azərbayan Ermənistan üzərində tarixi zəfər çalsa da, hələ də 8 kəndimiz düşmən işğalı altındadır. Sizcə Ermənistan bu kəndləri qaytarmaq istəməsə, o zaman proseslər hansı mcərada inkişaf edəcək?

-Bu gün Azərbaycanın 8 kəndi işğal altındadır. O kəndlərin 4-ü eksklavdır, 4-ü isə sərhəddə yerləşir. Hətta sərhəddə yerləşən kəndlər birbaşa olaraq Azərbaycanın nəzarətindədir və bu kəndlər qeyri-şərtsiz qaytarılmalıdır. Ermənistan isə bu mövzu ətrafında spekulyasiya apararaq fərqli siyasət yürüdü. Bəyan edirlər ki, bu kəndlər Azərbaycana qaytarılmayacaq.

Bu siyasətdə məqsəd Azərbaycanı təxribata çəkməkdir. 5 aprel görüşü öncəsi belə bir bəyanatın Paşinyanın dilindən səsləndirilməsi onu göstərir ki, Ermənistanda mövcud olan siyasi rejim özünün havadarlarının onları dəstəklədiyindən ilhamlanaraq revanşist əhval-ruhiyyəni təbliğ edir. Bu isə əlbəttə ki, yanlış yanaşmadır.

Əgər qonşu dövlət olan Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaq niyyəti yoxdursa,  ölkəmiz nə etmək lazım gəldiyini yaxşı bilir. Azərbaycan sülh müqaviləsi bağlanmadan belə öz ərazi bütövlüyünü təmin etmək üçün bütün resurslardan istifadə etməyə hazır olan güclü bir dövlətdir. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr lokal antiterror tədbirləri onu göstərdi ki, Azərbaycan beynəlxalq hüququ əldə rəhbər tutaraq  beynəlxalq hüququn bərqərar olması naminə bütün resurslardan bacarıqla istifadə edə bilir. Azərbaycan gələcəkdə də beynəlxalq hüququn təminatçısı qismində çıxış etməyə qadirdir və lazım gələrsə dövlətimiz bu qətiyyəti bir daha sərgiləyəcək.

Seymur ƏLİYEV

2024-04-01 10:22:34
3250 baxış

Digər xəbərlər

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin təməli oldu

15 iyun 2021-ci il Azərbaycanın müasir tarixində mühüm bir dönüm nöqtəsinin tarixidir. Məhz həmin gün Azərbaycanın mədəniyyət beşiyi qədim Şuşa şəhərində azadlığın və Zəfərin simvoluna çevrilmiş bu müqəddəs torpaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu sənəd yalnız iki qardaş ölkə arasında strateji münasibətlərin zirvəsi deyil, həm də bölgədə yeni geosiyasi nizamın əsasını qoyan tarixi aktdır.Şuşa Bəyannaməsinin ruhu tarixdən gəlir. Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin təməli oldu. Bu Bəyannamə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün mirasına sadiqliyin göstəricisidir. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” fikirləri bu sənədin fəlsəfi və ideoloji dayağına çevrilmişdir. Ölkə rəhbəri İlham Əliyevin dediyi kimi, “biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannəməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk”.Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin yalnız siyasi və hərbi deyil, bütün strateji sahələri – iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, təhsil, mədəniyyət, ordu quruculuğu və diplomatiyanı əhatə edən bir sənəddir. Daha doğru ifadə etsək, bu, sadəcə bir Bəyannamə deyil, bu, ortaq gələcəyə verilən imzadır. İki dövlətin birgə maraqlarını təmin edən hüquqi və siyasi baza kimi çıxış edən sənəd bölgədə sabitlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır.Şuşa Bəyannaməsinin məhz Şuşada - Qarabağda imzalanması Qalib Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin, siyasi qətiyyətinin və strateji düşüncəsinin nəticəsidir. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər təkcə torpaqlarımızın azadlığı deyil, həm də regionda yeni reallıqların formalaşdırılması idi. Prezident İlham Əliyev bu reallıqları peşəkar diplomatiya ilə Şuşa Bəyannaməsi ilə hüquqi və diplomatik çərçivəyə saldı.İkinci Qarabağ müharibəsində Azərbaycanın gücünü nümayiş etdirən müasir hərbi texnologiyalar – xüsusilə pilotsuz uçuş aparatları – Türkiyə ilə hərbi əməkdaşlığın effektivliyinin bariz nümunəsi oldu. Artıq bu əməkdaşlıq daha da genişlənərək, müdafiə sənayesi, ortaq hərbi təlimlər və qarşılıqlı hərbi yardım kimi sahələri də əhatə edir. Bu, gələcəkdə istənilən təhdidə qarşı birgə müdafiənin təminatıdır.Bəyannamədə xüsusi yer tutan Zəngəzur dəhlizi layihəsi Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. Bu dəhliz yalnız iki ölkəni deyil, Türk dünyasını birləşdirəcək mühüm bir arteriya kimi çıxış edir. Şərqdən Qərbə uzanan yeni nəqliyyat və iqtisadi yolun açılması regional inteqrasiyanın, strateji sabitliyin və iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verir.Şuşa Bəyannaməsi iqtisadi baxımdan da önəmlidir. Hər iki ölkənin qarşılıqlı investisiya təşəbbüsləri, azad olunmuş ərazilərdə birgə layihələr və sərmayələr regionun inkişafına yeni nəfəs verir. Xüsusilə Şuşa və ətraf ərazilərin turizm imkanlarının reallaşdırılması, bu bölgənin həm iqtisadi, həm də mədəni cəhətdən dirçəlməsini təmin edəcək.Bəyannamədə əksini tapan müddəalar Ermənistanın revanşist dairələrinə də mühüm mesajdır. Türkiyə açıq şəkildə bildirir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı istənilən təhdid Ankara üçün də qırmızı xətdir. Bu, regional sülh və təhlükəsizlik üçün mühüm zəmanət hesab oluna bilər.Bəyannamənin imzalanmasından sonra hər il 15 iyun tarixində Şuşada keçirilən beynəlxalq konfranslar sənədin nə qədər dərin məna daşıdığını göstərir. Bu tədbirlər həm Şuşa Bəyannaməsinin ideoloji təbliği, həm də onun icrasının siyasi monitorinqi üçün mühüm platformaya çevrilmişdir.Hazırda Azərbaycan müttəfiqlikdən strateji birlik mərhələsinə qədəm qoyub. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarixi birliyə əsaslanaraq strateji ittifaq səviyyəsinə yüksəlib. Bu sənəd iki dövlətin gələcək əsrlərə uzanan birliyinin hüquqi əsasını, siyasi iradəsini və hərbi-siyasi təhlükəsizliyini təmin edir. Prezident İlham Əliyev bu Bəyannamə ilə özünü təkcə Zəfər Sərkərdəsi kimi deyil, həm də bölgənin gələcəyini müəyyən edən strateq lider kimi tarixə yazdırdı. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu
İçərişəhər sakinləri üçün qəbul günü keçirilib

Veteran.gov.az xəbər verir ki, 31 may 2022-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə İçərişəhər sakinləri üçün qəbul günü keçirib. Görüşdə sakinlərin müraciətləri dinlənilib, onların sualları cavablandırlıb, maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Vətəndaşların təklif və problemlərinin həlli, eləcə də araşdırılması məqsədi ilə İdarənin müvafiq struktur və qurumlarına aidiyyəti üzrə tapşırıqlar verilib. Xatırladırıq ki,İçərişəhər və Qala qoruqlarının sakinləri üçün mütəmadi qaydada görüşlər keçirilir. Bu cür görüşlərin keçirilməsində məqsəd sakinlərin arzu, istək və problemləri ilə yaxından tanış olmaq, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün imkanlardan maksimum istifadəyə nail olmaqdır. Seymur ƏLİYEV  

Hamısını oxu
Ordumuzun qüdrətini artıran xalq-ordu birliyidir

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Ordunun yaranması və  quruculuğu sahəsində əhəmiyyətli addımlar Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf etsə də, Cümhuriyyətin süqutundan  sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli liderin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-xalq-ordu birliyini formalaşmışdır. Bu birliyin nəticəsi İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı. Ölkə Prezidentinin bir çağırışı ilə minlərlə insan səfərbərlik xidmətlərinə müraciət edərək könüllü cəbhəyə getməyə hazır olduqlarını bildirdilər. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu gözəl nümunə Xalq-ordu birliyinin ən bariz nümunəsidir. Vətən müharibəsində xalq-ordu birliyinin nümayişi olaraq insanlar ordumuzla həmrəylik nümayiş etdirdi, öz şəxsi təsərrüfatlarında yetişdirdikləri məhsullardan ordumuza dəstək göstərdilər. Xalq-ordu həmrəyliyi 44 gün davam edən Vətən müharibəsində ölkəmizə qələbə qazandırdı, Azərbaycan torpaqları işğaldan azad edildi. Bu gün ölkəmizdəki həmrəylik həm də dövlətimizin inkişafının, insanların vətənpərvərliyinin göstəricisidir. Ona görə də birliyimiz, həmrəyliyimiz hər il daha da möhkəmlənməli, hər kəs harada işləməsindən, xidmət etməsindən asılı olmayaraq ölkənin inkişafı, tərəqqisi üçün səy göstərməli, müstəqilliyimizin qorunması naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaqdır". Müstəqil Azərbaycan dövlətinin əbədiliyi ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin, xalqımızın bu günü və gələcəyi naminə göstərdiyi misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Ulu öndərimiz ordu quruculuğuna xüsusi diqqət yetirmiş, onun müdrikliyi və uzaqgörənliyi sayəsində Silahlı Qüvvələrin müasir texnika və silahlarla təchiz olunması, ordunun zabit kadrları ilə komplektləşdirilməsi, hərbi hisələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Bütün bunlar ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin ulu öndərimizin siyasətini uğurla davam etdirməsinin bəhrələridir. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində öz gücünü bütün dünyaya göstərən Azərbaycan ordusu şanlı zəfər tarixi yazdı. Böyük qürurla və iftixar hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan Ordusunun hərbçiləri də Qarabağda gedən hərbi əməliyyatlarda böyük şücaət göstərmiş, torpaqlarımızın işğaldan azad olunması üçün canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş, qazi olmuşlar. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.  Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən ordumuzun madi-texniki bazasının gücləndirilməsi yanaşı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dillərdə dastan olan "Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar-ordu birliyini və qarşılıqlı inamı nümayiş etdirdi.   Məşhur Məmmədov Milli Məclisin deputatı  

Hamısını oxu
Novxanı məscidində mərasim evinin açılışı olub, iftar süfrəsi verilib, Qarabağ Dirçəliş Fonduna ianə olunub

22 mart 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisində 350 nəfərlik mərasim evinin açılışı olub, iftar süfrəsi verilib. 40 gün ərzində inşa edilən mərasim evi kondinsionerlər, müasir havalandırma sistemi, təhlükəsizlik kameraları, mətbəx, anbar, sanitar qovşağı və digər təchizatla tam təmin olunub. Bununla yanaşı, məsciddəki cənazə evi yenidən inşa edilib, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb.  Açılış günündə şəhid ailələri, müharibə veteranları, kənd sakinləri üçün iftar süfrəsi təşkil edilib. İftar süfrəsində məscidin axundu və məclisin aparıcısı Hacı Ələsgər Mikayılzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Sumqayıt “Cümə” məscidinin axundu, Abşeron, Sumqayıt, Xızı bölgə qazisi Hacı Rauf Sərdarov iştirak edib, Qurandan surələr oxunub, Ramazan ayının fəzilətlərindən bəhs edilib. İftar süfrəsində Ümummilli lider Heydər Əliyevin, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsi ehtiram hissi ilə yad edilib, onların ruhuna dualar oxunub. Məclis iştirakçıları həmçinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlətimizin əmin-amanlığı və firavanlığı üçün də dualar edib, xalqımıza, dövlətimizə, ordumuza uğurlar diləyiblər. Şəhid ailələri və veteranlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz minnətdarlıqlarını bildiriblər. Məscidin axundu Hacı Ələsgər Mikayılzadə məscid ərazisində müasir mərasim evinin inşasına, habelə məscid ərazisində həyata keçirilən ümumi abadlıq işlərinə görə iş adamı Hacı Cəlil Nağıyevə təşəkkür edib. Axund bildirib ki, bu cür xeyirxah əməllər digər vətəndaşlara örnək olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin təbliği və qorunması baxımından da mühüm əhəmiyyətə malikdir. İftar süfrəsində çıxış edən din xadimləri, ağsaqqallar Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsinə diqqət çəkib,  bundan sonra da Azərbaycanın rifahı və tərəqqisi naminə hər bir kəsin dövlətimizə, dövlət başçısına dəstək verməyin, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyin zəruriliyinə toxunublar. Din adamları çıxışlarında dövlətimizin Qarabağda apardığı böyük abadlıq işlərinə, bu prosesin miqyas və əhəmiyyətinə diqqət çəkib, Qarabağ Dirçəliş Fonduna ianə olunub. Seymur ƏLİYEV  

Hamısını oxu