Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad RİH və rayon Veteranlar Təşkilatının birgə təşkilatçılığı ilə Natəvan Zahidqızının "Sonsuzadək yaşayanlar" kitabının təqdimatı keçirilib.

 Cəlilabad  şəhər 9 saylı  tam orta məktəbin geniş akt zalında təşkil olunmuş tədbirdə şəhid valideynləri,

 qazilər, Bakıdan gələn mətbuat nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov tədbiri giriş sözü ilə açdıqdan sonra Dövlət himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükula yad edilib.

Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək təqdimatı keçirilən kitabda ayrı-ayrı rayonlardan olan 19 şəhidin şərəfli həyat və döyüş yolu haqqında ətraflı məlumat verildiyini bildirib. O, bədii sözün gücü ilə şəhidlərin adlarını əbədiləşdirən və onları xalqa tanıdan belə kitabların böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.

 Tədbirdə çıxış edən "Yurd" jurnalının redaktoru Zəhra Məmmədova, şəhid anası Natəvan Həbibi, şəhid atası Habil Hüseynov, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin ömür-gün yoldaşı Gülnarə Abdullayeva, Azərbaycan Jurnalistlər və Yazıçılar  Birliklərinin üzvləri Püstə Rəvan, Əli Yusif, Əfrahim Abbas,  Elmira Aslanxanlı,  Almaz Alıqızı, Bayram Tovuzlu, Ruhiyyə Abbaszadə, şəhid Əhməd Abdullayevin oğlu Hüseyn Abdullayev və başqaları öz çıxışlarında Zəfər tarixi yazan qəhrəman oğullarımızın şücaətindən danışıblar, şəhidlərdən bəhs edən "Sonsuzadək yaşayanlar" kitabının müəllifi Natəvan Zahidqızına öz təşəkkürlərini bildiriblər. Onlar, həmçinin şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən  göstərilən diqqət və qayğını məmnunluq hissi ilə qeyd ediblər.

Təqdimatı keçirilən kitabı qələmə alan, "Yurd" jurnalının əməkdaşı Natəvan Zahidqızı çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib, şəhid ailələrinə kitablarını hədiyyə verib.

Sonda xatirə şəkilləri çəkdirilib.

2024-05-05 21:47:28
2900 baxış

Digər xəbərlər

Bu gün Ali Baş Komandan İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmənizdən 17 il ötür.

Öz mənalı həyatının 60 ilini xalqına, onun inkişafına həsr edən, on il müstəqil Azərbaycan dövlətinə şərəflə xidmət edən ümummilli lider Heydər Əliyev Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə, onu güclü və qüdrətli bir dövlətə çevirmək istəyirdi. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu.  Cənab Prezident İlham Əliyev on yeddi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olaraq onun uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycan dinamik inkişaf yolunda durmada irəliləməkdədir. Ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Bu gün cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı — dövlət başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. İşğal altında olan tarixi Azərbaycan torpaqları düşmən tapdağından azad edilir. Cənab Prezident, Ali Baş Komandanımız İlham Əliyevə Azərbaycan xalqına yaşatdığı Qələbə sevincləri üçün minnətdarıq. Ulu öndərimizin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin məharətlə davam etdirdiyi müdrik siyasi xəttə alternativ yoxdur. Bu işıqlı yol ölkəmizi daha firavan gələcəyə aparır.

Hamısını oxu
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək

Veteran.gov.az xəbər verir ki, 21-23 Yanvar tarixlərində Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun birgə təşkilatçılğı ilə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş 6-cı “Arpachay Open” Beynəlxlaq Karate Turniri keçiriləcək. Ənənəvi yarışda 10-dək ölkədən 40-dan artıq klubu təmsil edən 400-dək idmançının iştirakı gözlənilir. Xatirə turniri uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında 7 yaş dərəcəsi üzrə təşkil olunacaq. 6-7 və 8-9 yaşlı uşaqlar 21 Yanvarda, 10-11 və 12-13 yaşlı uşaqlar, eləcə də 14-15 yaşlı yeniyetmələr ertəsi gün, 16-18 və 21 yaşadək gənclər isə bazar günü mübarizə aparacaq.Bakı İdman Sarayında beynəlxalq xatirə turnirinin təntənəli açılış mərasimi 21 Yanvarda olacaq.

Hamısını oxu
Azərbaycanın bir sıra şəhər və rayonlarında iyunun 14-dən 16-dək sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək

Ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. AZƏRTAC xəbər verir ki, bu barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul olunub. Qərara əsasən, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır; 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək həmin şəhər və rayonlarda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir; sakinlər qeyd olunan müddətdə yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk edə bilərlər.

Hamısını oxu
“20 Yanvar faciəsinə ilk obyektiv siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib”

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası tərəfindən xalqımıza qarşı törədilən dəhşətli cinayətə ilk obyektiv siyasi qiymət xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilib”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məhz Heydər Əliyev bu faciəni yüksək tribunalardan dilə gətirərək sovet imperiyasının Azərbaycan xalqına qarşı cinayətini ifşa edib: “Məlum olduğu kimi, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı törədilən bu dəhşətli cinayəti gizli saxlamağa çalışır, xalqımızın milli-azadlıq hərəkatını qan gölündə boğmağa cəhd edirdi. Buna görə də 20 Yanvar faciəsi haqqında hər hansı informasiyanın ictimaiyyiləşməsinə imkan vermir, baş verənləri ört-basdır etməyə çalışırdı. Heydər Əliyev məhz belə bir zamanda özünün və bütün ailə üzvlərinin təhlkəsizliyini riskə ataraq 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri cəsarətlə dilə gətirdi. Baş verən hadisədən cəmi bir gün sonra – 21 yanvar 1990-cı ildə  faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edən Heydər Əliyev, sovet ordusunun Bakıdakı cinayətinin hüquqa, humanizmə, insanlığa zidd olduğunu bildirdi. 7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev, 20 Yanvar hadisəsinin sifarişçilərinin və icraçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi məsələsini qaldırdı. 1994-cü il martın 29-da Heydər Əliyevin səyi ilə Milli Məclis 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hquqi qiymət verdi. Parlamentin qərarında açıq şəkildə qeyd edildi ki, 20Yanvar hadisələri Azərbaycan xalqının  milli-azadlıq hərəkatını boğmaq, öz taleyini həll etmək üçün ayağa qalxan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək üçün törədilib. 20 Yanvar faciəsinin üzərindən 36 il ötsə də, xalqımız bu gün də sovet tanklarına yalın əllə meydan oxuyan qəhrəmanlarını ehtiramla anmaqda, onlarla qürur duymaqdadır. Xalqın öz qəhrəmanlarına olan münasibəti onu deməyə əsas verir ki, illər, əsrlər sonra da 20 Yanvar şəhidləri xalqımız tərəfindən sevgi və qürur hissi ilə xatırlanmaqda davam edəcək, onların qəhrəmanlığı gənclərimiz üçün sonsuza qədər  ilham mənbəyi olaraq qalacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu