Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dövlət Xidməti 102 yaşlı veteranı təltif etdi

9 May – faşizm üzərində qələbə günü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görüş keçirilib.

Görüş zamanı Dövlət Xidməti rəisinin müavini general-leytenant Mayıl Şahverdiyev təşkilatın sədri Fatma Səttarovaya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun təbrikini çatdırıb.

Mayıl Şahverdiyev qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolunun olmasını, həmvətənlərimizin İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlığın gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu qeyd edib.

Təşkilatın sədri Fatma Səttarova İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü ilə bağlı veteranlarla görüşlərin əhəmiyyətini vurğulayıb və onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Görüşün sonunda vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə Fatma Hüseyn qızı Səttarova “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalı ilə təltif edilib.

2024-05-08 11:34:22
3299 baxış

Digər xəbərlər

Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib

Veteran.gov.az xəbər verir ki, 23 mart tarixində Naxçıvan şəhərində yerləşən “Naxçıvan Palas” otelində şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri üçün iftar süfrəsi təşkil edilib. Tədbir xeyriyyəçi iş adamı Səfər Əlirzayevin dəstəyi ilə Novruz bayramı münasibətilə həyata keçirilib. Tədbir iştirakçıları ilk olaraq Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək onun əziz xatirəsini yad ediblər. Daha sonra Naxçıvan şəhərindəki I Qarabağ müharibəsi və Azərbaycan-Türkiyə qardaşlığı şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi, eləcə də 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarının yerləşdiyi şəhər qəbiristanlığı ziyarət olunub. Ziyarət çərçivəsində Ulu öndər Heydər Əliyevin atası Əlirza Əliyevin məzarı da ehtiramla yad edilib. Həmçinin, Güznüt kəndindən olan şəhid Ramil Əliyevin mövlud günü münasibətilə onun məzarı başında dualar oxunub. Sonra Şıxmahmud kəndində şəhid Emin Sadiqovun ev-muzeyi ziyarət olunub, onun əziz xatirəsi ehtiramla yad edilib. Tədbirdən sonra 500 dən artıq aztəminatlı, şəhid və qazi ailəsinə bayram sovqatı təqdim olunub. Tədbir iştirakçıları müqəddəs yerləri də ziyarət ediblər. Onlar Əshabu Kəhf ziyarətgahını, Nehrəm qəsəbəsində yerləşən İmamzadə türbəsini ziyarət edərək şəhidlərin ruhuna dua ediblər. Tədbir çərçivəsində Səfər Əlirzayev şəhid ailələrinə və qazilərə göstərdiyi dəstəyə görə "Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin" fəxri üzvü seçilib. Bu mükafat onun vətənpərvər fəaliyyətinin və xeyriyyəçilik təşəbbüslərinin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilib. Tədbir iştirakçıları Səfər müəllimə gördüyü bu nəcib və xeyirxah işlərə görə dərin təşəkkürün  bildirib, xalqımızın birliyi, əmin-amanlığı və rifahı naminə həyata keçirdiyi fəaliyyətlərdə ona uğurlar arzulayıblar.    

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvəllər Veteranları Təşkilatı "Dayaq" Təşkilatı ilə birgə hüquqi maarifləndirici görüş keçirib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələri və Vətən Müharibəsi əlillərinin hüquqi problemlərinin həllinə dəstək proqramına uyğun olaraq hüqquqi maarifləndirmə yönümündə görüş keçirildi. Maarifləndirici əhəmiyyətli görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçiləri,  “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, Təşkilatın hüquqi məsələlər üzrə sədr müavini Məcid Məmmədov, icraçı direktor Zamin Zeynal, İdarə Heyyəti və fəal üzvüləri, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüləri  - tanınmış vəkillər Vüsalə Cəfərli, Vüsal Səfərov, Murad Mirzəzadə və Arbitrium Vəkil Bürosunun əməkdaşları Bağırov Namiq İmran oğlu, Cəfərov Nəsimi Abbas oğlu, Raxtari Kamilə Səftər qızı, Şəhid ailələri, Qazilər hüquqi dinləmədə fəal şəkildə iştirak edərək çıxış etdilər. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə daim diqqət və qayğı göstərdiyini bildirib. Polkovnik qeyd edib ki, həssas kateqoriyaya daxil olan bu şəxslərin daim diqqət mərkəzində saxlanılması Prezident İlham Əliyevin bütün qurumlar, eləcə də hər bir vətəndaş qarşısında qoyduğu tapşırıqdır və hər kəs bu tapşırığı, şəhid ailələri, qazilər qarşısındakı öz vicdan borcunu layiqincə yerinə yetirməlidir. Maarifləndiruci görüşdə çıxış edən qurum rəsmiləri dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan söz açdılar. Təəssüf hissi bildirdilər ki, son dövrlər şəhid ailələri və qazi adından sui istifadə hallarına rast gəlinir. Bəzi dövlət qurumlarında çalışan vəzifəli şəxslərin Şəhid ailələri və Qazilərin müraciətlərinə laqeydliklə yanaşıldığı müşahidə edilməkdədir. Belə olduğu təqdirdə ölkəmizdə bu cür həssas kateqoriyadan olan vətəndaşlarımızın özlərinə qəsd etmə kimi halların baş verməsinə gətirib çıxarır. Natiqlər onu da xüsusi olaraq vurğuladılar ki, bu kimi xoşagəlməz hadisələrin baş verməməsi, vaxtında qarşısını almaq üçün vətəndaş cəmiyyəti olaraq dövlətə dəstək yönümündə hüquqi dinləmə həyata keçirməyi məqsədə uyğun bildik. Hər iki qurumun birgə əməkdaşlıq çərçivəsində belə bir hüquqi görüşü keçirməkdə əsas məqsədləri Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Şəhid ailələri və Qazilərlə bağlı həyata keçirdiyi uğurlu sosial siyasətə hüquqi dəstək olmaqla yanaşı, ictimai töhvə verməkdir. Qeyd edək ki, gələcəkdə də bu sayaq hüquqi maarifləndirmə tədbirləri davam etdiriləcək.

Hamısını oxu
Hərbi çağırışdan boyun qaçıran şəxslərin barəsində cinayət işi başlanıb

Hərbi Prokurorluqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş materiallar üzrə aparılmış araşdırma nəticəsində iki çağırışçının tibb müayinələrin nəticələrinə əsasən hərbi xidmətə yararlı hesab olunduqları halda, qanuni əsas olmadan növbəti hərbi çağırışdan boyun qaçırmaları faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır. Diqqətə çatdırılır ki, qanuni əsas olmadan hərbi çağırışdan boyun qaçıran şəxslərin barəsində ciddi tədbirlər görüləcəkdir.    

Hamısını oxu
Azərbaycan Reapublikasının Prezidenti,SilahlıQüvvələrin Ali Baş Komandanı Zati-alləri cənab İlham Əliyevə

ilahlı Qüvvələrin Ali Baş

Hamısını oxu