Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Almaniyada əsir düşərgəsində azərbaycanlı əsirlərə həsr olunmuş xatirə lövhəsinin açılışı olub

Mayın 7-də Almaniyadakı Daxau əsir düşərgəsində İkinci Dünya müharibəsi zamanı burada saxlanılmış Azərbaycandan olan əsirlərin xatirəsinə lövhə açılıb.

Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyilə hazırlanan xatirə lövhəsi Azərbaycan və alman dillərində hazırlanıb və Daxau Memorial Kompleksinin xatirə zalında yerləşdirilib.

Xatırladaq ki, 1933-cü ildə yaradılmış Daxau əsir düşərgəsi Almaniyada yaradılan ilk əsir düşərgəsi olub. Bu düşərgədə nasist rejim ilk illərdə öz siyasi rəqiblərini saxlasa da, İkinci Dünya müharibəsi başladıqdan sonra 25 min Sovet əsgəri və mülki vətəndaşı bu düşərgəyə gətirilərək, burada müxtəlif işgəncələrə məruz qoyulub, bir çoxları da qətlə yetirilib.

 

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Daxau arxivlərində aparılmış araşdırmalar nəticəsində Azərbaycan əsilli əsgərlərin də burada saxlanıldığı məlum olub, onların adları, doğum tarixləri və yerləri müəyyənləşdirilib.

Xatirə lövhəsinin açılışı münasibətlə keçirilən mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Azərbaycanın faşizm üzərindəki qələbənin əldə olunmasına verdiyi böyük töhfələrdən danışıb, 700 min azərbaycanlının ön cəbhədə faşizmə qarşı döyüşdüyünü, onlardan 300 mininin həlak olduğunu qeyd edib. Səfir Sovet ordusunun istifadə etdiyi benzinin 80%-nin, sürtgü yağlarının isə 90%-nin Azərbaycan neftçiləri tərəfindən istehsal edildiyini, bu faktın özünün qələbənin qazanılmasında həlledici rol oynadığını qeyd edib. N.Ağayev, hər il bir milyondan çox insanın ziyarət etdiyi Daxau Memorial Kompleksində Azərbaycandan olan əsirlərin xatirəsinin əbədiləşdirilməsinin əlamətdar hadisə olduğunu söyləyib. Səfir burada saxlanılmış əsirlərin və onlara qarşı törədilənlərin unudulmaması üçün apardığı yorulmaz fəaliyyətə görə Memorial Kompleksin rəhbərliyinə öz təşəkkürünü bildirib.

Sonra Daxau Memorial Kompleksinin aparat rəhbəri Albert Knoll, Alman-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şlayer və Münhen ravvini Aviqdor Bergauz çıxış ediblər. Çıxışlarda indiki və gələcək nəsillərin Daxauda baş vermiş cinayətlər haqda maarifləndirilməsinin vacibliyi vurğulanıb, bu səpkidə Azərbaycan əsirlərinin xatirəsinin əbədiləşdirilməsinin yüksək önəmi qeyd edilib.

2024-05-08 11:57:39
3772 baxış

Digər xəbərlər

Beynəlxalq Türk Akademiyasının yeni binasının açılışı olub

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda Dövlət katibi Kırımbek Köşerbayevin iştirakı ilə Beynəlxalq Türk Akademiyasının yeni binasının açılışı olub.   Mərasimə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Qazaxıstanın mədəniyyət və idman naziri Aktotı Rayımkulova, xarici işlər nazirinin birinci müavini Şahrat Nurışev, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyənin bu ölkədəki səfirləri və səfirlik nümayəndələri, nüfuzlu elm adamları, ictimai xadimlər, millət vəkilləri və digər qonaqlar qatılıblar.   Türk Akademiyası iki binada yerləşir. Binalardan biri inzibati məqsədlər, digəri Türk Muzeyi və Türkologiya Kitabxanısı üçün nəzərdə tutulub.   Qeyd edək ki, 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan Zirvəsində Qazaxıstan Prezidenti - Elbaşı Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılmasına qərar verilən Türk Akademiyası 2010-cu ilin 25 may tarixində fəaliyyətə başlayıb. 23 avqust 2012-ci ildə Türk Şurasının Bişkekdə keçirilən II Zirvə toplantısında beynəlxalq status qazanıb.   Beynəlxalq Türk Akademiyasının əsas məqsədi türk ölkələrinin elmi inteqrasiyasını gücləndirmək, ortaq irsi hərtərəfli təbliğ etmək, Türk dünyasında təhsil və elm sahəsində akademik fəaliyyəti əlaqələndirməkdir.    

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq.    

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Minifutbol Federasiyasını təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Minifutbol Federasiyasını təbrik edib. Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədova ünvanlanan təbrik məktubunda deyilir: “Hörmətli Orxan müəllim! Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının oyunlarını ilk gündən biz veteranlar həm televiziya vasitəsilə, həm də oyun meydançasından canlı olaraq  izlədik. Milli komandamızın oyunçuları bütün oyunlarda peşəkarlıq göstərərək final mərhələsinə qədəm qoydu. Futbolçularımızın final oyununda dünya çempionu titulunu qazanması Təşkilatımızı təmsil edən müxtəlif kateqoriyadan olan veteranları çox sevindirdi. Futbolçularımız dünya çempionu olmaqla bütün Azərbaycana yeni qələbə sevinci bəxş etdi! Bu qələbə ilə onlar bir daha sübut etdilər ki, biz həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında qələbə qazanan ölkəyik. Millimizin dünya çempionu olması idmanımızın, gənclərimizin Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin və I Vitse-Prezident Mehriban xanım Əliyevanın hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Rəyasət Heyəti adından qələbə münasibətilə Azərbaycan Minifutbol Federasiyasının bütün kollektivini - komandanın oyunçularını, məşqçilərini və mütəxəssislərini təbrik edirik. Bu qələbə sevincini bizə bəxş etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk". Dərin hörmətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov

Hamısını oxu
İlham Əliyev Füzuli ilə bağlı müjdəli xəbəri ELAN ETDİ

"Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Artıq göstəriş verildi. İndi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaqdır. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib. "Oradan Şuşaya məsafə də yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır", - Prezident əlavə edib.

Hamısını oxu