Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rayon Veteranlar Təşkilatı Müstəqillik Günü ilə bağlı tədbir keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı 28 May - Azərbaycanın Müstəqillik günü  ilə əlaqədar  tədbir keçirib. Tədbirdə şəhid ataları, qazilər, Əmək və Müharibə veteranları, rayonun tanınmış ziyalıları  iştirak ediblər.

Tədbirdən öncə ölkəmizin müstərilliyi  və ərazi bütövlüyümüz uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon Vetetanlar Təşkilatının sədri Ədalət Salman Müstəqillik bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib və ölkəmizin müstəqilliyə doğru keçdiyi keşməkeşli və şərəfli yoldan danışıb. Qeyd edib ki, Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümuriyyətinin yaranmasından 106 il ötür. Azərbaycan 4-cü ildir ki, Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Bu gün üçrəngli bayrağımız əzəli və əbədi torpağımız olan Qarabağda əzəmətlə dalğalanır.

Göytəpə şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Fürudin Zeynalov, şəhid atası Nazim Paşayev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad rayon nümayəndəsi Cavidan Rəşidov,  ADPU Cəlilabad Filialının müəllimləri Ələsgər Mirzəzadə, Fürudin Kərimov,  "Qarabağ qaziləri" ictimai birliyinin rayon şöbəsinin sədri Maşalla  Əliyev, AYB-nin üzvləri İman Abdulla, Qurban Əhməd, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov və başqaları çıxış edərək Azətbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərdən və  azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən fəxarətlə danışıblar.

Sonda xatirə şəkilləri çəkilib.

2024-05-29 07:10:36
2913 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə veteranlar, gənclər, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov 26 iyun tarixinin  önəminə toxunub, ordumuzun keçdiyi inkişaf yoluna nəzər salıb. Polkovnik Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların əsrlər sonra da heyrət və ehtiramla yad ediləcəyini bildirib. Prezident Administrasiyasının QHT-lə iş və kommunikasiya şöbəsinin QHT-lə iş sektorunun müdiri Tural Əliyev, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, “SOS” MMC-nin direktoru polkovnik Anar Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin zabiti polkovnik-leytenant Xəqani Seyidov, Vətən müharibəsi iştirakçısı Mahmur Kərimov öz çıxışlarında Azərbaycan Silahlı Qüvvələrinin artan gücünə, yüksək döyüş hazırlığı və peşəkarlığına toxunub, Müzəffər Ali Baş Komandanın ordu quruculuğu istiqamətində atdığı mühüm addımlardan bəhs edib. Tədbirin sonunda çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, xalqımızın bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atacağını bildirib. Tədbirin sonunda Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ifa ediblər.

Hamısını oxu
Avropa İttifaqının Azərbaycana yönəlik ittihamları yersiz və əsassızdır

Bakı. Trend: Avropa İttifaqının Azərbaycana yönəlik ittihamları yersiz və əsassızdır. Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, sözügedən təşkilatın birtərəfli şəkildə Ermənistanın müdafiəsində dayanması, Azərbaycanın ünvanına böhtanlar səsləndirməsi Qərbin ənənəvi ikili standartlar siyasətindən xəbər verir: “Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin ölkəmizin ünvanına səsləndirdiyi ittihamlar, xüsusilə də Azərbaycanla xəbərdarlıq dilində danışmaq cəhdi təəsssüf və gülüş doğurur. Hər şeydən öncə cənab Borrell başa düşməlidir ki, Azərbaycanla xəbərdarlıq dilində danışmaq olmaz və ölkəmizin hər danışıq və davranışa uyğun ortaya qoyacaq adekvat mövqeyi hökmən vardır. İkincisi, Azərbaycanın hansısa ölkənin sərhədlərini pozmaq, onun suverenliyinə təhlükə yaratmaq, bölgədə hərbi müstəvidə hansısa addımlar atmaq planı yoxdur. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib və cari ilin lokal antiterror tədbirləri nəticəsində suverenliyinin tam şəkildə bərpasına nail olub. Bu, Azərbaycanın beynəlxalq hüquqla təsbit edilən haqqıdır və bizə bunun xaricində heç nə lazım deyil. Əksinə, Fransanın aktiv dəstəyi ilə Ermənistanın sürətlə silahlanması, müxtəlif ölkələrdən silah-sursat almağa səy göstərməsi onu göstərir ki, bölgənin gələcəyi üçün təhdid təşkil edən ölkə Ermənistandır. Yaxşı olardı ki, Avropa İttifaqı Azərbaycanın ünvanına məsuliyyətsiz açıqlamalar səsləndirmək əvəzinə, ikili standartlardan imtina etsin. Ermənistanı silahlandırmaq, onu hərbi, siyasi və psixoloji baxımdan yeni qarşıdurmaya hazırlamaq səylərindən əl çəksin. Avropa İttifaqının Cənubi Qafqaz regionunun gələcəyinə verə biləcəyi ən böyük töhfə elə bu ola bilər”.

Hamısını oxu
"Ordumuzun qələbə təcrübəsini xarici ölkələr mənimsəməyə çalışır"

"Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Həm texniki imkanlarına görə, həm də əsgər, zabitlərin döyüş hazırlığına, mənəvi-psixoloji, fiziki durumuna görə. Ordumuz üçün müxtəlif şəraitlər yaradılıb və bu imkanlardan maksimum şəkildə istifadə olunur". Bu sözləri SİA-ya verdiyi açıqlamada Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib Onun sözlərinə görə, bizim ordu sıralarımızda sağlam gənclərimiz var. Müxtəlif rayonlarda idman mərkəzləri yaradılıb, əsgərlər orduya hazırlaşarkən bu distansiyalardan keçib gəlirlər. Orta məktəblərdə hərbi hazırlıq dərsləri keçilir: "Müharibə dönəmində Azərbaycanın hər bir vətəndaşı əsgər oldu. Xalqımız həm dövlətimizə, həm də ordumuza öz dəstəyini göstərdi. Əsgərlərimizin yanında oldular. Mənəvi-psixoloji cəhətdən Azərbaycan cəmiyyətinin orduya rəğbəti, qələbədən sonra ordunun aftoriteti, əsgərlərə, zabitlərə diqqət və qayğı həm dövlət tərəfindən, həm də ictimaiyyət tərəfindən çox artdı. Ona görə də gənclərimiz bu gün fəxrlə orduda, cəbhə zonalarında xidmət etmək istəyirlər. Respublikamızın Prezidentinin də qeyd etdiyi kimi, son 30 ildə yetişən gənclərimiz xüsusi hərbi hazırlıq və xüsusi vətənpərvərlik ruhuna malikdirlər. Ordunun təminatı hazırda yüksək səviyyədədir. Hazırda Amerika, Çexiya, Rusiya, Çin, Pakistan, Türkiyə kimi ölkələrin ordularında istifadə olunan texnikaların öyrənilməsi prosesi sürətlə davam etdirilir. NATO ölkələrində keçirilən təlimlərdə Azərbaycanın iştirakı çox yüksək səviyyədədir. Bunlar hamısı ordunun güclənməsində, proffesionallaşmasında böyük rol oynayır. İkinci Qarabağ müharibəsində ordumuzun qələbə təcrübəsini xarici ölkələr mənimsəməyə çalışır. Günü-gündən ordumuz güclənir və bizim bölgələrdə düşmən hər nə qədər təxribata əl atsa da əsgər və zabitlərimiz vətənin keşiyində möhkəm dayanır. Ərazilərimizdə Ermənistanın terror qruplarının qalması, tez-tez törədilən təxribatlar ordudan daha yüksək hazırlıq, peşəkarlıq tələb edir. Ona görə də, Ali Baş Komandan bu tapşırıqları ordu qarşısına qoyub və ordumuz günü-gündən Prezidentin etimadını, inamını doğruldur". Fazil Mehdixanlı  

Hamısını oxu
İlham Əliyev Şakir Kargarı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarı qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Hamısını oxu