Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Veteran.gov.az xəbər verir ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Yevlax Rayon Mərkəzi Xəstəxanasında "İxtisas ayları" proqramı çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərinin ixtisaslaşmış tibb müəssisələrində çalışan uzman və ixtisaslı həkimlər tərəfindən bölgədə yaşayan uşaqlara  tibbi xidmətlər göstərilib.

Tibbi xidmətlər pediatrik xəstəliklərin ən çox müşahidə edildiyi bölgələrdən hesab olunan Bərdə-Yevlax tibbi ərazi bölməsinə daxil olan Mingəçevir, Bərdə, Yevlax, Ağdaş və Tərtər rayonlarının vətəndaşları üçün təşkil edilib.

Tibbi heyət Respublika Pediatriya Mərkəzi, Yeni Klinika, Sumqayıt Tibb Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasında fəaliyyət göstərən 10 nəfər müxtəlif ixtisaslı həkim-mütəxəssisdən ibarətdir.

Sağlamlıq günlərinin əsas məqsədi regionlarda yaşayan əhalinin tibbi müayinəsi,  uşaqlarının sağlamlığının qorunması istiqamətində pediatrik xəstəliklərinin erkən aşkarlanması, eləcə də onların törədə biləcəyi yanaşı xəstəliklər və fəsadlar barədə əhalinin maarifləndirilməsidir.

Uşaq sağlamlığı günlərində 750-dən çox uşaq pediatr, kardioloq, infeksionist, nevroloq və oftalmoloq müayinələrindən keçərək 1 500-dən çox tibbi xidmətdən yararlanıb.

Tibbi müayinələrdən yararlanan və xəstəliyi yeni müəyyən edilən uşaqların valideynlərinə zəruri tibbi məsləhətlər verilib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib.

Qeyd edək ki, tibbi müayinələrin keçirildiyi günlər ərzində uşaqlar üçün əyləncə proqramları da təşkil edilib.

        

2024-06-01 12:59:29
3231 baxış

Digər xəbərlər

“Veteranlar Türkiyədəki zəlzələdə zərərçəkənlərə maddi yardım göstərib”

Cəlil Xəlilov: “Türkiyədəki qardaş-bacılarımıza yardımların göstərilməsi bundan sonra da diqqət mərkəzimizdə olacaq” “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Türkiyədəki zəlzələdə zərərçəkənlərə maddi yardım göstərib”.   Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, yardım aksiyasında Təşkilatın həm mərkəzi aparatı, həm də rayon təşkilatları aktiv iştirak edib:   “Fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində minlərlə insanın həyatını itirməsi, on minləlrə insanın yaralanması, evindən-eşiyindən məhrum olması Azərbaycan xalqının dərin kədərinə və təəssüfinə səbəb olub. Zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan dövləti Türkiyəyə xilasedicilər, tibbi ləvazimatlar, humanitar yardım vasitələri çatdırıb, qardaş ölkəyə ilk dəstək verən dövlət olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyeva da ilk dəqiqələrdən Türkiyədəki zəlzələdə zərərçəkənlərə ciddi dəstək verib, qardaş ölkəyə irimiqyaslı humanitar yardımların göndərilməsini təmin edib. Hansı ki, bu yardımlar hazırda da davam edir.   Zəlzələdən dərhal sonra Azərbaycanda  Türkiyəyə yardım məqsədi ilə geniş aksiya və kampaniyalara start verilib. Bu cür yardım aksiyalardan biri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən həyata keçirilib. Aksiyada Təşkilatımızın mərkəzi aparatı ilə yanaşı, yerlərdəki rayon təşkilatları da aktiv iştirak edib, xüsusi fəallıq sərgiləyiblər.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri, o cümlədən yerlərdəki üzvləri tərəfindən toplanan maddi yardım Türkiyə tərəfinə təqdim olunub.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir çox üzvləri maddi yardımla yanaşı, zəlzələdən zərərçəkənlərə  məişət əşyaları,  yataq dəstələri və digər vasitələrlə də köməklik göstəriblər. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bildiririk ki, Türkiyədəki qardaş-bacılarımıza yardımların göstərilməsi bundan sonra da diqqət mərkəzimizdə olacaq.   Zəlzələdə həlak olan qardaş-bacılarımıza Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayırıq. Azərbaycan xalqı hər bir fərdi  ilə Türkiyənin yanındadır və bundan sonra da yanında olacaq”.     Seymur ƏLİYEV

Hamısını oxu
“Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib

Sentyabr ayının 27-də və 28-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin açıq manejində “Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib. Yarışlar “E”, “L” koteqoriyaları üzrə 27 sentyabr, “M*” kateqoriyası üzrə isə 28 sentyabr tarixində keçirilib. Turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər. “E” kateqoriyası üzrə 90 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 21 idmançının iştirak etdiyi kateqoriyada “Sərhədçi” atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva “Nabab de Belou” ləqəbli atla birinci, “Alma” ləqəbli atla ikinci, “Məktəb” atçılıq klubunun idmançıları Valeriya Roşenko “Şəhzadə” ləqəbli atla üçüncü, Ayan Fərəcova “Tibet” ləqəbli atla dördüncü, “Omar” atçılıq klubunun idmançısı Samira Baxşıyeva isə “Bulud” ləqəbli atla beşinci yerin sahibi olub. “L” kateqoriyası üzrə 115 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda iştirak edən idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla mübarizə aparıblar. 15 idmançının iştirak etdiyi kateqoriyada “Gilan” atçılıq klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla birinci, “Aleks 1” ləqəbli atla üçüncü, “Sərhədçi” atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva “Nabab de Belou” ləqəbli atla ikinci, “Elite” atçılıq klubunun idmançısı Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla dördüncü, “Omar” atçılıq klubunun idmançısı Kənan Novruzov isə “Lothar 41” ləqəbli atla beşinci yerin sahibi olub. Yarışların sonuncu turu sentyabr ayının 28-də “M*” kateqoriyası üzrə 12 idmançının iştirakı ilə keçirilib. Qeyd olunan kateqoriya üzrə 120 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda “Elite” klubunun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla birinci, “Murad” atçılıq klubunun idmançısı İya Firsova “Clima” ləqəbli atla ikinci, “Elano C” ləqəbli atla dördüncü, “Buta Golden” atçılıq klubunun idmançısı Eqor Morotski “Astrello” ləqəbli atla üçüncü, “Gilan” atçılıq  klubunun idmançısı Rahib İsmayılov isə “Carthanio” ləqəbli atla beşinci yerin sahibi olub. Yarışın sonunda birinci yerin sahiblərinə “Mahir Muradov Kuboku”, ilk üç yerin sahiblərinə medal, 4-cü və 5-ci yerin sahiblərinə isə diplom və pul mükafatı təqdim edilib. Azərbaycan Respublikası Atçılıq Federasiyası

Hamısını oxu
İlham Əliyev Şakir Kargarı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarı qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Hamısını oxu
Bir qrup hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər. https://president.az/articles/49682?fbclid=IwAR0QREgqQZgL_-RrPwcCUIXHmxFGf-ps88OYF730jApe0wPhZtIZDX9ZE2M

Hamısını oxu