Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sumqayıtda "Mənim qalib ordum” adlı tədbir keçirilib

TƏBİB-in tabeleyindəki Sumqayıt Tibb Mərkəzi (STM) və "Azərbaycan Vətənpərvərlər” İctimai Birliyin Sumqayıt şəhər Təşkilatının birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş "Mənim qalib ordum” adlı tədbir keçirilib.

Bu barədə Veteran.gov.az-a STM-dən xəbər verilib.
Bayram tədbirində Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov, Sumqayıt Tibb Mərkəzinin direktor müavini Ramin Qasımov, Azərbaycan Vətənpərvərlər İctimai Birliyinin sədri Elvin Mahmudzadə, XTQ-nin ehtiyatda olan baş giziri, Vətən Müharibəsi qazisi, Azərbaycan Vətənpərvərlər İctimai Birliyinin Sumqayıt şəhər Təşkilatının sədri, Sumqayıt Tibb Mərkəzinin Təhlükəsizlik və mühafizə bölməsinin müdiri Mahir Məmmədov, STM-nin tabeliyində olan tibb müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri, eləcə də, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin "Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır",- fikrini şüar tutaraq Azərbaycan ordusunun sözün bütün mənalarında bunu haqq etdiyini vurğulayıblar. 44 günlük "Vətən müharibəsi" zamanı şanlı Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıq bunu bir daha sübuta yetirir. 106 il öncə yaradılan şanlı ordu bu illər ərzində müxtəlif mərhələlərdən keçərək formalaşıb. Ordunun ən yüksək səviyyədə inkişafı və nizam-intizamı isə müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Bu müqəddəs amalı Prezident İlham Əliyev uğurla davam etdirir.
Ordu quruculuğunda həyata keçirilən işlərin nəticəsidir ki, bu gün Azərbaycan ordusu qalibdir və torpaqlarımız düşmən tapdağından tam azad edilib.
Silahlı Qüvvələrin yaradılmasının 106 illiyinə həsr edilən "Mənim Qalıb Ordum" adlı tədbirdə məhz ordumuzun keçdiyi inkişaf yolundan və əzmkarlığından söz açılıb. Vətənə, şəhidlərimizə, qazilərimizə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib.
Sonda Heydər Əliyev və Azərbaycanda ordu quruculuğuna aid sənədli film tədbir iştirakçılarına nümayiş etdirilib.

 

2024-06-26 18:21:31
2623 baxış

Digər xəbərlər

Şəhid övladı 9-cu sinif buraxılış imtahanında yüksək nəticə əldə edib

Moderator.az xəbər verir ki, Quba şəhər Hacıbaba Əliyev adına 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Məlikli Xədicə DİM-in buraxılış imtahanında 235.3 bal toplayaraq böyük uğura imza atıb. Bununla həm müəllimlərini, həm də ailə üzvlərini sevindirən Məlikli Xədicə şəhid kapitan Aqil Məlikovun övladıdır. Xatrladaq ki, Aqil Məlikov 2020-ci ili 27 sentyabr tarixində - Vətən müharibəsinin ilk günü Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. O, hərbçi yoldşları ilə birlikdə bir gündə 3 kəndi düşmən işğalından azad edib. (https://moderator.az/az/ekskluziv/973829/saliinda-mezari-usun-sekil-cekdiren-mayor-rutbesi-almaindan-xebersiz-halda-ebediyyete-qovusan-sehid/ ). Seymur ƏLİYEV  

Hamısını oxu
Mehriban Əliyeva: Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!

Hamısını oxu
Xankəndidə qalan SEPARATÇILARIN SİYAHISI AÇIQLANDI

Hamısını oxu
Şəkidə general-polkovnik Tofiq Ağahüseynovun xatirə lövhəsi açılıb.

Xatirə lövhəsi generalın-polovnikin Tofiq Ağahüseynovun 7 il uşaqlığı keçdiyi evin divarında asılıb. Hal-hazırda həmin ev Şəkidə Tibb Kolleci olaraq fəaliyyət göstərməkdədir. Xatirə lövhəsinin açılışı Respublika Veteranlar Təşkilatının hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayevanın iştirakı ilə baş tutub. Xatırladaq ki, Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır. Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Tofiq Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunmuş, eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilir. O, üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Müharibə illərində və sonralar dövlətin ali mükafatlarına, orden və medallara layiq görülüb. Qırmızı Bayraq, Oktyabr İnqilabı, Birinci Dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri onun yaxasını bəzəyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycanda hərbi qulluqçuluq sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə, 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni və 31 yanvar 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunmuşdur.

Hamısını oxu