Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, 23 iyul 2024-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. 

İclası açıq elan edən Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov iclas iştirakçılarını müzakirə ediləcək məsələlər haqqında məlumatlandırıb, onlara görülən işlər və qarşıda duran planlar haqqında ətraflı məlumat verib.

İclasda gələn iş baş tutacaq faşizm üzərində qələbənin 80, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yaranmasının 40 illik yubileyləri, o cümlədən cari ilin sentyabr ayında keçiriləcək parlament seçkiləri müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb. Polkovnik Cəlil Xəlilov veteranların ölkənin ictimai-siyasi həyatında hər zaman aktiv rol oynadığını bildirib. O, veteranların qarşıdakı parlament seçkilərində də ciddi aktivlik sərgiləyəcəyinə inandığını vurğulayıb.

Məlumat üçün qeyd edək ki, cari ilin 1 sentyabr tarixli növbədənkənar parlament seçkilərinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 700 nəfərlik müşahidəçi ilə qatılacaq.

 

2024-07-23 12:10:57
3287 baxış

Digər xəbərlər

Düşmən 50-yə yaxın itki verib

“Ermənistan tərəfi aprel döyüşlərində olduğu kimi, bu dəfə də itkilərini gizlədir. Onlar öz məğlubiyyətlərini göstərməmək üçün bu məlumatları açıqlamır, ictimaiyyəti öz yalanlarına inandırmağa çalışırlar”. Bunu Azvision.az-a Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. Hərbi ekspert bildirib ki,düşmən son hadisələr zamanı 50-yə yaxın itki verib: “Düşmən bu barədə məlumat vermir. İtkilərin sayını gizli saxlayırlar. Ermənistan rəhbərliyi bununla xalqı aldatmağa cəhd göstərir. Düşmənin itkiləri bizdən qat-qat çoxdur”. C.Xəlilov qeyd edib ki,Ermənistan rəhbərliyi beynəlxalq hüquq norma və prinsiplərinə zidd fəaliyyətini davam etdirir: “Cəbhədə şəhid olan hərbçilərin cəsədlərinin döyüş meydanından çıxarılması barədə əldə edilmiş razılaşmanın pozulması bunun daha bir əyani sübutudur. Ermənistan tərəfi, həmçinin münaqişənin nizamlanması üçün beynəlxalq təşkilatların irəli sürdükləri tələblərə də həmişəki kimi biganə yanaşır. ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin vasitəçiliyi ilə əldə edilən razılaşmanın pozulması,yeni şərtlər qoyulması beynəlxalq hüquq normalarına daban-dabana ziddir və erməni xislətindən irəli gəlir”.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyini 27-ci ildönümləri münasibətilə təbrik edib

  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyəti adından Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyini 27-ci ildönümləri münasibətilə təbrik edib. Birliyin sədri Füzuli Rzaquliyevə ünvanlanan təbrik mətnində deyilir:   “Hörmətli Füzuli müəllim.    AVMVİB-nin yaradılmasının 27-ci il dönümü münasibətilə təşkilatınızın çoxminli üzvlərini səmimi qəlbdən təbrik edir, vətənimizin müdafiəsi naminə gördüyünüz işlərdə Sizə yeni-yeni uğurlar arzulayırıq.Təşkilatınız yarandığı  günlərdən dövlətimizin və Ali Baş Komandanımızın siyasi kursunu daim  dəstəkləmiş, etibar  və   sədaqət  nümayiş etdirmişdir. 44 günlük müharibə dövründə də veteran həmrəyliyinin şahidi olduq. Respublika Prezidenti ətrafında yumruq kimi birləşmiş veteranların öncülləri sırasında   AVMVİB üzvlərini də qeyd edə bilərik. Sizə bir daha bundan sonrakı fəaliyyətinizdə uğur və müvəffəqqiyyətlər  arzulayırıq”.  

Hamısını oxu
“Ulu Öndər Heydər Əliyev böyük tarixi şəxsiyyətdir” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək  və Silahlı Qüvvələr Veteranları  Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları-şöbə müdiri  ehtiyatda olan polkovnik Adil Haqverdiyev, baş  mütəxəssis Nəbi Hacıyev, Nərimanov rayon VT-nın sədri, ehtiyatda olan  polkovnik Elşad Şabanov, BVM-si veteranı Ağababa İskəndərov 13 aprel 2023-cü ildə tədbir təşkil ediblər. Tədbir   Bakı şəhəri Nərimanov   rayonunda yerləşən  1 saylı ASAN xidmət mərkəzində baş tutub. Ulu Öndər Heydər Əliyevin100 illiyi ilə əlaqədar  “Ulu Öndər Heydər Əliyev böyük tarixi şəxsiyyətdir” adlı  tədbirdə Bakı şəhəri Nərimanov rayon 1 saylı ASAN xidmət mərkəzinin direktoru Zabidə Batıyeva, direktor müavini Anar Məmmədov, sektor müavini Xəzər İbrahimli, konüllülər üzrə məsul şəxslər Quliyeva Pərvanə, Mirsədizadə Bəyaz və könüllülər iştirak ediblər. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsir edilmiş tədbiri mərkəzin direktoru Zabidə Batıyeva açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev ilk öncə RVT-nın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev deyib: “Heydər Əliyevin xalqımızın xoşbəxt rifahı yolunda əvəzedilməz işlər görmüşdür. O, hər zaman  gənclərin sağlam əqidəli, vətənpərvər, savadlı yetişib dövlətimizə layiqli vətəndaş olmaları üçün daima düşünmüş və bu siyasətini həyata keçirmişdir. Hələ Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin Birinci Katibi işlədiyi dövurdə SSRİ-nin  iki yüzdən çox mərkəzi şəhərlərində on beş mindən çox azərbaycanlı tələbənin təhsil almasına nail olmuşdur. Onun ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanımızı dağılmaq təhlükəsindən xilas etdi. Böyük çətinliklərə sinə gələn Ulu Öndər bu gün dövlətimizin xilaskarı adlandırılır. Mən əbədi lidermizə, vətən uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyirəm”. Sonra Elşad Şabanov cıxış edib. O, işlədiyi dövrdə Heydər Əliyevlə görüşündən xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Daha sonra BVM-si veteranı Ağababa İskəndərov Ulu Öndərin veteranlara diqqət və qayğısından söhbət açıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Siyavuş Novruzov deputatları dövlətin yanında olmağa SƏSLƏDİ

“Milli Şura bildirib ki, karantin rejiminin uzanması onlara sərf edir. Onlar insanların taleyini düşünmür. Yalnız düşünürlər ki, insanlar narazı olsa, onların tərəfinə keçəcək”.Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin növbədənkənar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.Deputat bildirib ki, pandemiyanın nə qədər çəkəcəyini heç kim bilmir:“Müəyyən məsələlərə toxunanda biz reallıqdan çıxış etməliyik. Biz bu gün dövlətin yanında olmalıyıq. Çünki karantin rejimi böyük dövlətləri çökdürüb”.

Hamısını oxu