Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli Qəhrəman İbad Hüseynov: “O, bütün parametrlərə görə birincidir”

Veteran.gov. az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov ad günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib. Milli Qəhrəman Mehriban Əliyevanın tarixi xidmətlərinə diqqət çəkib, gördüyü işlərdən bəhs edib:

“26 avqust Azərbaycan Respublikasının Birinci vitse- prezidentinin və Birinci xanımının doğum günüdür. Görkəmli dövlət və ictimai xadim kimi Mehriban xanım Əliyevanın fəaliyyəti boyu əldə etdiyi uğurları müqabilində layiq bilinmiş titulları sadalasaydım, çox böyük siyahı alınardı. O, sadəcə birinci xanımdır. O, bütün parametrlərə görə birincidir.

Açığı, Azərbaycanın tarixi mühitində mübariz xanım surəti bir növ şifahi xalq ədəbiyyatının məhsulu kimi şişirdilmiş qadın obrazlarını xatırladır mənə. Lakin müasir dünya texnoloji imkanlarına görə çox kiçilib. Odur ki, Mehriban xanımın zəngin həyat fəaliyyətini izləmək çox asandır. Hər şey göz önündədir.

Yuxarıda qeyd etdiyim kimi, Mehriban xanımın saysız-hesabsız titullarını sadalamaq fikrində deyiləm. İstisna olaraq deyim ki, 20 il öncə onun təşəbbüsü və rəhbərliyi ilə yaradılan Heydər Əliyev Fondunun timsalında durmadan göstərdiyi fəaliyyəti özlüyündə hər şeyi əhatə edir. Ulu Öndər Heydər Əliyev irsinin, azərbaycançılıq fəlsəfəsinin ölkədə yayılmasını başlıca istiqamət  götürən fond nizamnamədə göstərilən bütün sahələr üzrə fəaliyyət proqramı üzərində fenomenal uğurlara imza atmaqda davam edir. Şəhid ailələri və müharibə veteranlarına, imkansız ailələrə göstərilən maddi və mənəvi yardım, səhiyyəyə göstərilən qayğı, mədəni və tarixi irsimizin qorunması, ekologiyaya verdiyi töhfə, Azərbaycan idmanının inkişafı, saysız –hesabsız sosial tədbirlər prezidenti olduğu Heydər Əliyev fondunun fəaliyyətinin qayəsini təşkil edir. Elm, mədəniyyət və təhsilə göstərilən diqqəti xüsusi qeyd etməyə lüzum yoxdur.

Mehriban xanım Əliyevanın fəaliyyəti ictimai həyatın bütün aspektlərini əhatə etməklə dövlət strukturlarına göstərilən ən böyük dayaq kimi qəbul edilir. Şübhəsiz ki, adı çəkilən sahələr üzrə görülən işlərin tam siyahısını tərtib etsək,  bitməyən fantastik nailiyyətlərə artıq müvəffəq olmağın şahidi olarıq. Təbii ki, belə bir statistika Mehriban xanımın marağında deyil.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım ölkədə ən böyük xeyriyyəçi kimi  qəbul edilir. Heydər Əliyev Fondu və onun rəhbəri çarəsiz insanların son ümid yeri, istinad nöqtəsidir. Bu gün Mehriban xanım Azərbaycanda o qədər sevilir ki, ad çəkmədən “xanım” sözü  işlədilirsə, bu, mütləq Mehriban xanım kimi qəbul edilir: sadəcə XANIM.

Belə deyirlər ki, hər güclü liderin arxasında güclü xanım dayanır. Etiraf edək ki, bugünkü Azərbaycan reallığında bu, həqiqətən belədir. Ulu Öndəri ən layiqli davamçısı İlham Əliyev hakimiyyəti illərində Azərbaycan fantastik uğurlara imza atmışdısa, onu hər an dəstəkləyən ömür-gün yoldaşı Mehriban xanım olub.

İşğaldan azad edilmiş torpaqlarda aparılan nəhəng  tikinti layihələrinin həyata keçirilməsində Mehriban xanımın göstərdiyi əməli fəaliyyət göz önündədir. Bir zamanlar Mehriban xanıma Şuşada muğama qulaq asmaq imkanı yaratmağı söz verən məxluqatlar necə rəzil vəziyyətə düşdükləri həzm edə bilmirlər. Məhz Mehriban xanımın təşkilatçılığı ilə muğama, Qarabağ muğam məktəbinə göstərilən qayğı, məhz Şuşada keçirilən möhtəşəm muğam konsert proqramları hər birimizin ürəyini riqqətə gətirir.

Xalqın sevgisini qazanmış Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona ilk növbədə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi  və Ulu Öndər Heydər Əliyevin görmək istədiyi çiçəklənən Azərbaycan uğrunda göstərdiyi yorulmaz  fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirəm.

Mehriban xanımın adı belə insanda pozitiv aura yaradır. Bu, bəlkə də Tanrının lütfündəndir”.

 

2024-08-25 19:07:45
3584 baxış

Digər xəbərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Ali Baş Komandan!   Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda veteranlara hərtərəfli qayğı və diqqət siyasəti bu gün Sizin tərəfinizdən uğurla və inamla davam etdirilir. Göstərilən yüksək münasibət Vətəninə, xalqına, dövlətinə sədaqətlə xidmət etmiş, hazırda gənc nəslin vətənpərvərlik tərbiyəsində bilik və bacarığını əsirgəməyən, yaşının ahıllıq çağına çatmış biz veteranları qəlbən sevindirir, həyat eşqimizi daha da artırır. Sizin bu günlərdə imzaladığınız sərəncam veteranlara qayğının növbəti təsdiqi oldu. Həmin sərəncamla 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 manat məbləğində, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə və digər şəxslərə 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi faşizm üzərində qələbənin 73-cü ildönümü ərəfəsində veteranlarda əsl bayram ovqatı yaratmışdır. Müharibə veteranlarına göstərdiyiniz qayğı və diqqətə görə Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə  yeni uğurlar  arzulayırıq. Veteranlar  həmişə Sizinlədir.   Dərin  hörmətlə, Respublika  Veteranlar  Təşkilatı   Rəyasət  Heyəti  adından   Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik                                                          Tofiq Ağahüseynov

Hamısını oxu
Mülki silahın alınması maddəsində dəyişiklik edildi

"Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da dəyişiklik edilib.   AZXEBER.COM-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.    Qərara əsasən, sənədin 6-cı maddəsində dəyişiklik olunub. Qeyd edək ki, Təlimatın 6-cı maddəsi mülki silahın əldə edilməsi ilə bağlı icazə sistemini müəyyənləşdirir.   Həmin sənədə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var.   Şəxs spirtli içkilərə, narkotik vasitələrə və ya psixotrop maddələrə aludədirsə, ruhi xəstəliyi, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi rəyi olduqda onun mülki silah almaq hüququ yoxdur.   Bu barədə sənədin 6.45.2-ci yarımbəndində yazılıb.   Nazir Vilayət Eyvazovun qərarı ilə isə həmin yarımbənddə olan "səhiyyə orqanının tibbi rəyi” sözləri, "tibb müəssisəsinin rəyi” sözləri ilə əvəzlənib.   Qərar iyulun 31-dən qüvvəyə minib.

Hamısını oxu
Dövlətimiz hər bir imkanı şəhid ailələri və qazilərin xeyrinə maksimum dəyərləndirir

Azərbaycan Respublikası Milli Məclisinin dekabrın 3-də keçirilmiş iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib. Dəyişikliyə əsasən Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergisindən azad edilib.   Bu barədə Azərtac-a müsahibəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.   Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Milli Məclisin dekabrın 3-dəki iclasında müzakirəyə çıxarılan bu dəyişiklik hər şeydən öncə dövlətin şəhid ailələri və qazilərə qayğı və diqqətinin növbəti təzahürüdür: “Bu dəyişiklik Vətən müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsinə, onların sosial müdafiəsinin güclənməsinə xidmət edir.   Bir fakta nəzər salım ki, dövlətimiz bugünə qədər şəhid ailələrinin, o cümlədən müharibədə əlil olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı və çoxşaxəli addımlar atıb. Şəhid ailələri 20 adda, müharibədə əlil olan şəxslər 14 adda təminat və sosial qayğı ilə əhatə olunub ki, bu da dövlətimizin bu kateqoriyadan olan şəxslərə hansı miqyasda diqqət göstərdiyini əks etdirir".   Polkovnik qeyd edib ki, Qarabağda geniş quruculuq işlərinin həyata keçirildiyi bir zamanda dövlətin şəhid ailələrinə, qazilərə yönəlik sosial layihələri genişləndirməsi, dövlətin vətən müdafiəçilərinə olan münasibətini əks etdirir. Artıq bir ilə yaxındır ki, erməni işğalı nəticəsində viran qalan Qarabağ və ətraf rayonlarda geniş quruculuq işləri həyata keçirilir. Bu işlər böyük maliyyə vəsaiti tələb edir. Lakin buna baxmayaraq dövlətimiz şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin sosial rifahını daha da yaxşılaşdırmaq üçün heç bir fədakarlıqdan çəkinmir, hər bir imkanı Vətən müharibəsi iştirakçılarının xeyrinə maksimum dəyərləndirir. Bu yanaşma Prezident İlham Əliyevin müharibə iştirakçılarına, vətən müdafiəçilərinə nə qədər böyük dəyər verdiyini göstərir”.   “Mən Milli Məclisin iclasında müzakirə edilən vergi dəyişikliklərini alqışlayıram. Əminəm ki, bu dəyişiklik şəhid ailələrinin, qazilərin, müharibə əlillərinin sosial rifahını daha da yaxşılaşdıracaq, onların sosial müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirəcək”, - deyə polkovnik vurğulayıb.  

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Bəhmən İsmayılov vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı İsmayılov Bəhmən Teymur oğlu vəfat edib. Bəhmən İsmayılov 1924-cü il iyulun 1-də Qərbi Azərbaycanın Artaşat rayonunun Çilləxanlı kəndində anadan olub. 1932-ci ildə Çilləxanlı kənd natamam orta məktəbinin birinci sinfinə daxil olan Bəhmən İsmayılov, 1941-ci ildə həmin məktəbin səkkizinci sinfini başa vurub. 1942-ci ilin sentyabrında cəbhəyə yollanan Bəhmən İsmayılov Xarkov uğrunda gedən döyüşlərdə yaralanmış, 1943-cü ildə II qrup əlili kimi ordudan tərxis olunmuşdur. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə Bəhmən İsmayılov çoxlu sayda orden və medalla təltif edilmişdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteramları Təşkilatının Rəyasət Heyəti Bəhmən İsmayılovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu