Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“COP29 tribunasından “müharibəyə son” çağırışı Azərbaycanın sülhpərvər mahiyyətinin göstəricisidir”

“Hikmət Hacıyevin ABŞ-n “Newsweek” nəşrində dərc olunmuş məqaləsi, ilk növbədə Azərbaycan dövlətinin qlobal və regional proseslərə münasibətinin göstəricisidir. Eyni zamanda, Azərbaycan ziyalısının beynəlxalq ictimaiyyətə ünvanlanmış həyəcan siqnalı kimi qiymətləndirilməlidir”. 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan COP29 çərçivəsində dünyanın diqqətini iqlim dəyişiklikləri ilə yanaşı, silahlı münaqişələrə çəkməklə, mühüm missiya həyata keçirməkdədir:

“Son illər, “yeni dünya nizamının qurulması” adı altında olduqca ziddiyətli, mürəkkəb və təhlükəli proseslər gedir. Planetimiz sürətlə 3-cü dünya müharibəsinə doğru sürüklənir. Qarşısı alınmasa, nüvə müharibəsi təhlükəsi mövcuddur. Bütün bunlarla yanaşı, planetin qarşısında duran əsas vəzifə, iqlim dəyişikliklərini şərtləndirən qlobal istiləşmə, quraqlıq, ekoloji tarazlığın pozulması və digər problemlərin həllinə yönəlik sistemli mübarizə metodlarının işlənib hazırlanmasıdır. Söhbət, BMT üzvü olan böyüklü kiçikli, bütün dövlətlərin birgə iştirakı ilə, iri maliyyə tutumu tələb edən, qlobal layihələrin icrasından gedir. Bu məsələdə ikili standartlar, ayrı-seçkilik, selektiv yanaşmalar olmamalıdır. Planetin həssas bölgələri müəyyənləşdirilməli, konkret proqramlar icra olunmalıdır. Ən böyük məsuliyyət, sənaye baxımdan inkişaf etmiş, ətraf mühiti və atmosferi çox çirkləndirən, müxtəlif bəhanələrlə Kiot və Paris protokollarını imzalamaqdan yayınan böyük dövlətlərin üzərinə düşür.

Hikmət Hacıyevin məqaləsinin digər hissəsi Azərbaycan-Ermənistan münasibətlərindəki son vəziyyəti əks etdirir. İki dövlət arasında əldə olunmuş nailiyyətlər, məxsusi olaraq, vasitəçilər olmadan sülhün mümkünlüyü vurğulanır.

COP-29 məzmununa, kütləviliyinə görə, son dərəcə əhəmiyyətli tədbirdir. Belə bir möhtəşəm tribunadan istifadə etməklə, beynəlxalq birliyi sülhə çağırmaq, müharibələrin, münaqişələrin qarşısının alınması üçün çağırış etmək, Azərbaycan dövlətinin sülhpərvər mahiyyətinin göstəricisidir”.

Seymur ƏLİYEV

 

2024-10-18 16:23:23
2939 baxış

Digər xəbərlər

“Nensi Pelosinin həqiqətdən uzaq açıqlaması Ermənistana yeni təxribatlar üçün cəsarət verir”

Cəlil Xəlilov: “ABŞ dövləti və ictimaiyyəti erməni təxribatı ilə bağlı ədalətli mövqe sərgiləməlidir”   “ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfər çərçivəsində səsləndirdiyi fikirlər Qafqazda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir”.   Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu cür açıqlamalar təcavüzkar dövləti mahiyyət etibarı ilə yeni təxribatlara cəsarətləndirməyə xidmət edir:   “Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan ordusunun Azərtbaycanla dövlət sərhəddində həyata keçirdiyi irimiqyaslı təxribata görə Azərbaycanı ittiham etmnək absurddur və bu, sadəcə Nensi Pelosinin ermənipərəst mövqeyi ilə izah edilə bilər. Çünki təxribatın məhz Ermənistan tərəfindən həyata keçirildiyi Azərbaycan tərəfindən sübuta yetirilib və buna dair çoxsaylı və inkaredilmnəz faktlar mövcuddur. Ancaq buna baxmayaraq, ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi baş verənlərə görə Azərbaycanı ittiham edir ki, bu da qəbuledilməzdir.   Nensi Pelosinin bu açıqlaması yalnız həqiqətin inkar edilməsi və onun tam fərqli şəkildə təqdim edilməsi demək deyil. Bu, həm də regiodna sülh və təhlükəsizlik üçün ciddi təhlükə mənbəyi olan Ermənistana yeni təxribatlar üçün cəsarət vermək deməkdir. Bu mənada Nensi Pelosinin açıqlaması yolverilməzdir və yeni təhdidlər üçün zəmin deməkdir.   Ümid edirəm ki, ABŞ ictimaiyyəti, o cümlədən ABŞ-ın dövlət rəhbərliyi Nensi Pelosinin məlum açıqlamasındakı təhlükənin mahiyyətini dərk edərək baş verənlərlə bağlı öz qəti mövqeyini ortaya qoyacaq, Ermənistanın təxribatçı addımlarına qarşı sərt mövqe sərgiləməklə gələcəkdə mümkün təxribatların qarşısının alınmasına öz töhfələrini verəcəkdir”.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə veteranlara təbriki

Əziz və hörmətli veteranlar! Sizi qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il – 2018-ci il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma olan bayram dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin təcəssümüdür. 2017-ci il biz veteranlar üçün yadda qalan oldu. Həyata keçirdiyimiz tədbirlər, konfranslar, gənclərlə görüşlər, yubileylər xalqımız tərəfindən rəğbətlə qarşılandı. Bu baxımdan 2018-ci il daha uğurlu olacaqdır. Azərbaycan bu gün müstəqillik və inkişaf yolunda inamla irəliləyir. Bizim əsas vəzifəmiz müstəqiliyimzi qorumaq, ərazi bütövlüyümüzü tez bir zamanda bərpa etmək, respublikanın hərtərəfli inkişafına tövhələr verməkdir. Bunun üçün biz veteranlar bütün potensiyalımızı səfərbər etməli, gənc nəslin vətənpərvər ruhda tərbiyyə edilməsi, onlara vətən, xalq sevgisini aşılamaq kimi ən ümdə vəzifəmizin öhdəsindən gəlməliyik. Əminliklə deyə bilərik ki, biz veteranlar qarşıdan gələn ildə də fəaliyyətimizi davam etdirəcək, respublikanın inkişafı naminə əlimizdən gələni əsirgəməyəcək, üzərimizə düşən işin öhdəsindən layiqincə gələrək, Azərbaycan Respublikasını əmin əllərdə saxlayan gəncliyi yetişdirməyə davam edəcəyik. Yeni iliniz mübarək! Hər birinizə yeni-yeni uğurlar, ailənizə cansağlığı, xoşbəxtlik arzulayıram.   Respublika      Veteranlar       Təşkilatının   sədri, general polkovnik                   Tofiq Ağahüseynov

Hamısını oxu
Belarus prezidenti polkovnik Cəlil Xəlilovu təltif edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Belarus prezidenti Aleksandr Lukaşenko adından təltif edilib.  Təntənəli təltifetmə mərasimində Belarusun faşizm işğalından azad edilməsinin 80 illik yubiley medalı Belarusun  ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Ravkov Andrey Alekseyeviç tərəfindən polkovnik Cəlil Xəlilova təqdim edilib. Polkovnik Belarus və Azərbaycan arasındakı tarixi dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə, o cümlədən faşizmə qarşı mübarizə aparan qəhrəmanların təbliğindəki çoxillik və səmərəli xidmətlərinə görə bu medala layiq görülüb. Onu da qeyd edək ki, polkovnik Cəlil Xəlilov cari ilin 3 iyul tarixində Belarusda  keçiriləcək beynəlxalq konfransda iştirak edəcək, İkinci Dünya müahribəsində Belarusun faist işğalından azad edilməsində azərbaycanlıların rolu haqqında bu ölkədə silsilə görüşlər keçirəcək, Belarus ictimaiyyətinə ətraflı məlumat verəcək. Seymur ƏLİYEV   

Hamısını oxu
Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib

Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif olunub. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif edilsin.  İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti   Bakı şəhəri, 24 yanvar 2022-ci il  

Hamısını oxu