Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlarımız Milli Qəhrəman Mübariz İbrahimovun atasının hüzr məclisində olub

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri Biləsuvar rayonunun Əliabad kəndinə gedərək Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim Mirelyas oğlu İbrahimovun hüzür məclisində iştirak ediblər.

Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Cəlilabad ictimaiyyəti və rayon veteranları adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Xatırladaq ki, Milli Qəhrəmanımızın atası Ağakərim kişi 27 yanvar 1956-cı ildə rayonun Əliabad kəndində anadan olmuşdu. O, 18 oktyabr 2024-cü ildə 68 yaşında qəfil ürək tutmasından haqq dünyasına qovuşmuşdur.

Allah rəhmət eləsin.

2024-10-21 11:32:53
2973 baxış

Digər xəbərlər

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Hamısını oxu
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alıram:1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin.2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 28 sentyabr 2020-ci il.

Hamısını oxu
“Veteranlarımız işğaldan azad edilən ərazilərdə aparılan nəhəng quruculuq prosesinin avanqardıdır”

“Verteranlarımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan nəhəng abadlıq və quruculuq prosesinin avanqardıdır”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqlarımızın azadlığını təmin edən veteranlar, müharibə dönəmində olduğu kimi post-müharibə dövründə də Prezident İlham Əliyevin ətrafında sıx birləşməkdə, respublikamızın çiçəkənməsinə ciddi töhfələr verməkdədir:  “2020-ci ildə Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni işğalına son qoyan veteranlarımız post-müharibə dönəmində də xalqımız, dövlətimiz və Prezidentimizlə tam bir həmrəylik sərgiləməkdədir. Bu gün işğaldan azad edilən ərazilərdə aparılan abaqlıq işlərində, qurucluq prosesində veteranlarımız yaxından iştirak etməkdə, yaşayış məntəqələrinin inşası, infrastrukturun formalaşdırılması prosesinə böyük töhfələr verməkdədir. Şəhid və veteranlarımızın fədakarlığı nəticəsində azad edilən torpaqlarımızda digər vətəndaşlarımızla yanaşı, veteranlarımız da böyük əmək sərf etməkdə, bu ərazilərin yenidən dirçəldilməsi üçün əsl fədakarlıq sərgiləməkdədirlər. Bu, veteranlarımızın xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərindən biridir”.  Hazırda ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü sessiyasının keçirildiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, respublikamızın işğaldan azad edilən ərazilərdəki quruculuq təcrübəsinin öyrənilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib:  “Mayın 17-də Bakıda start götürən və 22 may tarixinə qədər davam edəcək WUF13 yeni, müasir tələblərə cavab verən şəhərsalma ənənəsinin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Qürurvericidir ki, bu gün müasir şəhərsalma ilə bağlı WUF13-də səslənən çağırışların bir çoxu Azərbaycan Respublikası tərəfindən çoxdan həyata keçirilməkdədir. Biz işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələr çərçivəsində bunu aydın şəkildə görə bilərik. Bu baxımdan dünya dövlətlərinin ölkəmizin işğaldan azad edilən ərazilərdəki təcrübəsini öyrənməsi ümumbəşəri maraqlar konteksində mühüm önəm kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də mayın 18-də “Euronews” televiziyasına müsahibəsində bu fakta diqqət çəkərək bildirdi ki, “biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq”. Hansı ki, ölkəmizin əldə etdiyi bu zəngin təcrübənin dünya dövlətləri tərəfindən mənimsənilməsi bütün bəşəriyyətin maraq və mənafeyi baxımından son dərəcə faydalı və səmərəli olar.  Bu baxımdan, inanıram ki, WUF13-də iştirak edən dövlətlər Azərbaycanın şəhərsalma təcrübəsinə xüsusi diqqət yetirəcək və bu təcrübəni öyrənməklə öz ölkələrinin inkişafına əlavə töhfə verəcəklər”.  Seymur ƏLİYEV Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Veteranlara və şəhid ailələrinə verilən Prezident təqaüdünün artırılması dövlətimizin onlara qayğısının təzahürüdür

Prezident İlham Əliyevin Sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçılarına verilən Prezident təqaüdünün məbləği artırılıb. Dövlət başçısının digər bir Sərəncamı ilə şəhid ailələri üçün aylıq təqaüdün məbləği də artırılıb. Bununla bağlı AZƏRTAC-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Prezidentin bu sərəncamlarını dövlətin veteran və şəhid ailələrinə qayğısının və diqqətinin növbəti təzahürü olduğunu deyib: “İstər Böyük Vətən müharibəsi iştirakçılarına verilən Prezident təqaüdünün, istərsə də şəhid ailələrinə verilən aylıq təqaüdün artırılması hər şeydən əvvəl dövlətimizin başçısının bu insanlara olan qayğısının göstəricisidir. Hər iki sərəncam “Heydər Əliyev İli”ndə məlum kateqoriyadan olan vətəndaşlarımız üçün töhfə oldu. Bu fakt bir daha sübut edir ki, dövlətimiz onun müdafiəsində xidməti olan insanların fədakarlığını, xidmətlərini heç vaxt unutmur və daim həmin şəxsləri diqqət mərkəzində saxlayır. Biz Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatı adından veteran və şəhid ailələri ilə bağlı sərəncamlara görə Prezident İlham Əliyevə minnətdarlığımızı ifadə edirik. Həmçinin bildiririk ki, hər zaman olduğu kimi, bundan sonra da dövlət maraqlarımızın, milli mənafelərimizin müdafiəsində yaxından iştirak edəcək, dövlətimizin başçısının ətrafında sıx birləşərək ölkəmizin tərəqqisi uğrunda səylə çalışmaqda davam edəcəyik”. Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən, 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği yanvarın 1-dən 330 manat müəyyənləşdirilib.

Hamısını oxu