Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İmişli Rayon Ağsaqqallar Şurasının “Zəfər Günü”nə həsr olunmuş yarımillik hesabat konfransı keçirilib

Veteran.gov.az xəbər verir ki, noyabr ayının 1-də İmişli Rayon Ağsaqqallar Şurasının “Zəfər Günü”nə həsr olunmuş yarımillik hesabat konfransı keçirilib.

Rayonun Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev, habelə ağsaqqallar, ziyalılar, gənclər, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Konfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 Tədbiri giriş sözü ilə açan İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevi və bütün toplantı  iştirakçılarını salamlayaraq ölkəmizin dünya dövlətləri arasındakı nüfuzundan, iqtisadi, siyasi və hərbi qüdrətindən, xalqımızın mənfur erməni işğalçılarına qarşı 44 gün davam edən Vətən müharibəsindən və düşmən üzərində qazanılan möhtəşəm Qələbədən bəhs edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə torpaqlarımızı öz canları, qanları bahasına düşmən tapdağından azad edən şanlı Ordumuzun qəhrəmanlıqlarından söz açıb və vurğulayıb ki,  İmişli Rayon Ağsaqqallar Şurasının yarımillik hesabat konfransı qarşıdan gələn, hamımızın ən dəyərli və müqəddəs bayram hesab etdiyimiz “Zəfər Günü”nə həsr olunub. Saleh Səmədov öz  çıxışında Azərbaycanda hər zaman ağsaqqal sözünə, öyüd-nəsihətinə böyük hörmətin olduğunu qeyd edərək, İmişli rayonunda da ağsaqqalların yüksək nüfuz sahibi olduqlarını bildirib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şuranın nəzərəçarpacaq inkişaf mərhələsi keçdiyini vurğulayaraq əlavə edib ki, İmişli Rayon Ağsaqqallar Şurası da xüsusilə son aylarda öz fəaliyyətini səmərəli və hərtərəfli şəkildə qurub. 2024-cü ilin may ayına qədər İmişli Rayon Ağsaqqallar Şurasının  ümumilikdə 177 nəfər üzvü olduğunu xatırladan natiq bildirib ki, sonrakı dövr ərzində Şura rəhbərliyinin həyata keçirdiyi ardıcıl və səmərəli tədbirlər sayəsində rayonun  kəndlərində, idarə və müəssisələrində 24 yeni ərazi təşkilatı yaradılıb ki, nəticədə onları sayı 49-a,  Rayon Ağsaqqallar Şurası üzvlərinin sayı isə 1348 nəfərə çatıb və bu proses hazırda uğurla davam edir.  Natiq ağsaqqallara göstərilən hörmət və qayğıdan danışarkən onlara ən yüksək qiymətin və dəyərin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini xüsusilə vurğulayaraq, Ümummilli Liderin "Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur" fikrini konfrans iştirakçılarının diqqətinə çatdırıb.  Bildirib ki, bu nəcib ənənəni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva davam etdirərək ağsaqqallara yüksək səviyyədə qayğı və diqqət göstərirlər. Çıxışının sonunda İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov konfransın işinə uğurlar arzulayıb.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və konfrans iştirakçılarını salamlayaraq ağsaqqalların ölkəmizin  ictimai-siyasi həyatındakı əhəmiyyətli rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Gənclərimizin maarifləndirilməsində, xüsusilə dövlətə, xalqa sədaqət ruhunda və sağlam təməllər üzərində yetişdirilməsində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu diqqətə çatdırıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin davamlı inkişafı prosesində ağsaqqallarımızın, o cümlədən İmişli rayonunun ağsaqqallarının üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirəcəklərinə əmin olduğunu bildirib və konfransın işinə uğurlar arzulayıb.

Sonra İmişli Rayon Ağsaqqallar Şurasının son 6 ay  ərzindəki fəaliyyəti barədə hesabat  məruzəsi dinlənilib. Məruzədə hesabat dövrü ərzində Şuranın gördüyü işlərdən ətrafli bəhs edilib. Vurğulanıb ki, Saleh Səmədovun sədr seçildiyi  axırıncı konfransdan keçən 6 ay ərzində İmişli Rayon Ağsaqqallar Şurası təşkilatlanma, quruculuq, maarifləndirmə və bir sıra digər sahələrdə yüksək fəallıq nümayiş etdirərək diqqətəlayiq, əlamətdar nəticələrə nail olub, ərazi təşkilatlarının və üzvlərinin sayı həm kəmiyyət, həm də keyfiyyət baxımından dəfələrlə artırılıb. Milli Azərbaycançılıq məfkurəsi ilə silahlanmış İmişli Rayon Ağsaqqallar Şurasının üzvləri rayonun ictimai-mədəni həyatında əhəmiyyətli rol oynayaraq əhali arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin təbliğ edilməsində, gənc nəslin Vətənə, dövlətə sadiqlik ruhunda maarifləndirilməsində, həmçinin şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində, onlara maddi və mənəvi dəstəyin göstərilməsində əllərindən gələni əsirgəmirlər. Hesabat məruzəsində, həmçinin, rayon ağsaqqalarının bütün ictimai-siyasi, mədəni-kütləvi tədbirlərdə yaxından iştirakından, eləcə də Azərbaycan Respublikasının Milli Məclisinə 1 sentyabr 2024-cü il tarixdə keçirilən növbədənkənar seçkilərdə yüksək fəallıq nümayiş etdirmələrindən, gənclərlə vətənpərvərlik tərbiyəsi, elm və təhsilin inkişafı mövzularında  keçirilən tədbirlərdən, rayonun ərazisində yaşayan digər millətlərin nümayəndələri ilə sıx əlaqələrin saxlanılmasından, aztəminatlı ailələrə göstərilən yardımlardan və görülən bir çox digər işlərdən ətraflı söz açılıb. Vurğulanıb ki, İmişli Rayon Ağsaqqallar Şurası aktiv fəaliyyətini gələcəkdə də uğurla davam etdirəcək, rayon ağsaqqalları qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bilik və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklər.     

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdıraraq, növbəti dəfə İmişlidə - bu gözəl diyarda ağsaqqallarla görüşməyindən çox məmnun olduğunu bildirib və hər kəsi qarşıdan gələn “Zəfər Günü” münasibətilə təbrik edib.  Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış şanlı Qələbədən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun, unudulmaz şəhidlərimizin və igid qazilərimizin bizə bəxş etdiyi Zəfər sevincindən söz açıb. “Zəfər Günü”nü Azərbaycan əsgərinin ürəklərdə ucaldılmış əsl qəhrəmanlıq, şücaət və fədakarlıq abidəsi adlandırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmizin dayanıqlı və davamlı iqtisadi inkişafa nail olduğunu vurğulayan natiq dünyada durmadan nüfuzu artan Vətənimizin regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyini, yüksək hədəflərə doğru inamla irəliləyərək bütün sahələrdə böyük uğurlara imza atdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Vahid Novruzov İmişli Rayon Ağsaqqallar Şurasının yarımillik fəaliyyətini yüksək dəyərləndirərək təşkilat üzvlərinə görülən işlərə görə öz minnətdarlığını ifadə edib. O, həmçinin, dövlət başçısının proqram xarakterli məruzələrində toxunduğu vacib məqamlara da diqqət çəkərək Azərbaycan ağsaqqalları üçün önəmli olan məsələlərin üzərində dayanıb. Bildirib ki, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin Qarabağ Universitetinin açılışında söylədiyi “Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir” dəyərli fikirləri bizi daha da aktiv olmağa çağırır. Möhtərəm Prezidentimizin təbirincə desək, elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Gənclərlə aparılan  bu maarifləndirmə işlərində ağsaqqalların rolu danılmazdır və biz hamımız gələcəyimiz üçün çox önəmli  olan bu prosesdə yaxından iştirak etməliyik. Natiq, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə təşkilatın gördüyü əhəmiyyətli işlərdən bəhs edərək vurğulayıb ki, Şura hər zaman olduğu kimi, bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edəcək, Vətənimizin tərəqqisi naminə daha böyük səylər göstərəcəkdir.  Sıralarında respublikamızın müdrik ağsaqqallarını, o cümlədən dəyərli ziyalılarımızı, elm, mədəniyyət və incəsənət, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası, onun rayon və şəhər təşkilatları möhtərəm Prezidentimizin siyasətini dəstəkləməklə, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə böyük töhfələr vermək əzmindədir. Xüsusilə yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maarifləndirilməsində ağsaqqaların üzərinə böyük vəzifələr düşür. Çıxışının sonunda Vahid Novruzov İmişli Rayon Ağsaqqallar Şurasının fəaliyyətinə bir daha yüksək qiymət verərək, təşkilatın bundan sonra da öz vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib və ağsaqqalların hər birinə möhkəm cansağlığı, uzun ömür arzulayıb.

Konfransda çıxış edən Bəhrəmtəpə qəsəbə ərazi təşkilatının sədri, şəhid atası Yaqub Hüseynov və digər natiqlər Saleh Səmədovun  sədrliyi ilə Şuranın fəaliyyətindəki ciddi canlanmanı xüsusi vurğulayaraq, görülən işləri təqdirəlayiq hesab ediblər. Hər zaman öz fəaliyyətləri ilə xalqın Prezidentinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yanında olduqlarını və onun həm xarici, həm də daxili siyasətini müdafiə etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Əmin olduqlarını bildiriblər ki, İmişli rayonunun ağsaqqalları bundan sonra da aktiv fəaliyyətləri ilə Azərbaycan dövlətinin və cəmiyyətinin ikişafına xidmət göstərəcəklər.

Sonra təşkilati məsələlər müzakirə olunub. Açıq səsvermə yolu ilə İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti yenidən formalaşdırılıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılan konfransın Qərar layihəsi yekdilliklə qəbul olunub.

Bununla da konfrans öz işini başa çatdırıb.

Konfransdan sonra Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor  Vahid Novruzovu, Aparat rəhbəri Ramin Həsənlini və digər qonaqları İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında görülən işlərlə və yaradılan şəraitlə tanış edib. Binanın qarşısında Saleh Səmədovun təşəbbüsü ilə əslən İmişlidən olan, dünyasını dəyişmiş, rayonun inkişafında müstəsna xidmətlər göstərən insanların foto portretlərindən ibarət “Dəyərlərimiz unudulmur!” başlıqlı lövhənin quraşdırılması böyük maraq və rəğbət hissi ilə qarşılanıb. 

2024-11-02 18:39:26
2932 baxış

Digər xəbərlər

“İlham Əliyev - Zəfər və Qələbə Memarımız” mövzusunda tədbir və "Qalib Sərkərdə” kitabının təqdimatı keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “İlham Əliyev - Zəfər və Qələbə Memarımız " mövzusunda tədbir və Aygül Bağırovanın müəllifi olduğu "Qalib Sərkərdə” kitabının ikinci nəşrinin təqdimatı keçirilib. Tədbirdə şəhid ailələri və veteranlar, ölkə ziyalıları, millət vəkilləri, media və vətəndaş cəmiyyəti institutunun təmsilçiləri iştirak edib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin yürütdüyü siyasətlə bağlı ətraflı çıxış edib, bu siyasətin dövlətimizi daha da gücləndirdiyini, Azərbaycanın beynəlxalq aləmdəki  nüfuzunu möhkəmləndirdiyini bildirib. Polkovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsdində əldə edilən tarixi qələbə 30 illik erməni işğalına son qoymaqla yanaşı, xalqımızın milli qürur və ləyaqətini bərpa etməyə imkan verib. “Qalib Sərkərdə” kitabının önəmindən danışan polkovnik Cəlil Xəlilov qeyd edib ki, kitabda 44 günlük Vətən müharibəsinin hər günü, hər saatı öz əksini tapıb ki, bu da Vətən müahribəsində ordumuzun göstərdiyi qəhrəmanlığın, xalqımızın və Prezidentimizin sərgilədiyi fədakarlığın təbliği baxımından  mühüm əhəmiyyətə malikdir. Tədbirdə çıxış edən filologiya elmləri doktoru Şərəf Cəlili, “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva, Xalq artisti, kinorejissor Şeyx Əbdül, millət vəkili Ziyad Səmədzadə, kitabın ideya müəllifi və sahibkar Naiq Məmmədhəsənov, tədbirin önəmindən və kitabın əhəmiyyətindən danışıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar. Sonda çıxış edən “Qalib Sərkərdə” kitabının müəllifi Aygül Bağırova tədbirə gələn hər kəsə öz təşəkkürünü bildirib. Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin heç zaman unudulmayacağını bildirən Aygül Bağırova 8 Noyabr zəfərinin sonsuza qədər bütün türk dünyasının ən böyük qələbələrindən biri kimi xatırlanacağını vurğulayıb. Tədbirin sonunda Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnıları səsləndirilib.    

Hamısını oxu
“Xankəndidə Zəfər parkının inşası tarixi qələbəmizin təntənəsidir”

“Prezident İlham Əliyev tərəfindən Xankəndidə Zəfər parkının təməlinin qoyulması Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin təntənəsidir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın liderliyi ilə əldə edilən 8 Noyabr zəfərinin bu şəkildə əbədiləşdirilməsi olduqca qürurvericidir: “Bu gün respublikamızın hər bir kəndində, hər bir şəhərində 8 Noyabr zəfəri, 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlarla bağlı hansısa bir abidə, hansısa bir park, küçə və s. mövcuddur. Bütün bunlar şanlı zəfərimizin təbliği, əbədiləşdirilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Bu gün Müzəffər Ali Baş Komandanımız tərəfindəın Xankəndidə Zəfər parkının təməlinin qoyulması da tarixi qələbəmizin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Zəfər parkının Xankəndidə inşası bizim üçün mənəvi baxımdan da ikiqat əhəmiyyətə malikdir. Çünki Azərbaycanın tarixi ərazisinin ayrılmaz bir parçası olan Xankəndi uzun müddət erməni separatçılarının əsas sığınacaq məntəqələrindən biri olmuşdur. 2023-cü ildə ordumuzun gerçəkləşdirdiyi 23 saatlıq antiterror əməliyyatı nəticəsində bir sıra yaşayış məntəqələri kimi Xankəndi də separatçılardan təmizləndi və Azərbaycanın de-fakto nəzarətinə keçdi. Bu, suverenliyimizin tam şəkildə bərpasına imkan yaratdı. Biz buna görə Müzəffər Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə, şəhdilərimizə, xalqımızın mübarizə əzminə borcluyuq. Əminəm ki, bu gün Xankəndidə təməli qoyulan Zəfər parkı illər, əsrlər sonra da vətəndaşlarımız üçün doğma məkanlardan biri olacaq, öz gözəlliyi, əzəməti ilə onu ziyarət edən hər kəsə daim ordumuzun qəhrəmanlığını, xalqımıza qazandırdığı böyük zəfəri xatırladacaq”. Seymur ƏLİYEV      

Hamısını oxu
Həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır

Dünya azərbaycanlıları həmrəylik gününü qeyd etməyə hazırlaşır. Dünyanın hər yerinə səpələnən 50 milyondan çox azərbaycanlını bir araya gətirən  bu möhtəşəm bayram Ulu öndər Heydər Əliyevin adı ilə, zəhməti ilə bağlıdır. Ona görə də hər il 31 dekabrda nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da dünya azərbaycanlılarını bir araya gətirən Ünummilli lider Heydər Əliyev ehtiramla xatırlanır. İllər əvvələ qayıdaq. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. İllər öncə Ulu Öndər Heydər Əliyevin verdiyi qərar milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar idi. Dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözlərini xatırlayaq: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Dünya azərbaycanlılarının həmrəylik günü bayramı dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Sevindirici haldır ki, həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. Fəxrlə deyə bilərik ki, Azərbaycan bu gün Dünya azərbaycanlılarını birləşdirən dövlətdir. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Hazırda əsas məqsəd xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi siyasəti prioritetdir. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır. Elə bu səbəbdən Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur” - deyə, cənab İlham Əliyevin təbrikində bildirib. Məşhur Məmmədov Milli Məclisin deputatı  

Hamısını oxu
Səbail rayonunda 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

Respublika Veteranlar Təşkilatının (RVT) Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin  müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 9 iyun 2021-ci il tarixində  Səbail rayonunda Vətən müharibəsi iştirakçıları ilə görüşüb.   Görüşdə Səbail rayon VT-nın sədri Adilə Yaqubova, Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları,   44 günlük Vətən müharibəsi iştirakçıları, şöbə müdiri Orxan Aydınov və şöbə əməkdaşı Nicat Quluyev, eyni zamanda Böyük Vətən Müharibəsi veteranı Əli Nəsirov, Sosialist Əməyi Qəhrəmanı Həcər İsababayeva, 44 günlük Vətən müharibəsi döyüşçüləri Abbaszadə Vurğun, Kazımov Samir iştirak edib.   Tədbiri Səbail  rayon VT-nın sədri  Adilə xanım açdıb, qonaqları  tədbir iştirakçılarına təqdim edib. Daha sonra çıxış edən polkovnik Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü    uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şöbə müdiri RVT –nın sədri Fatma xanım Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb.   Polkovnik Adil Haqverdiyev Vətən müharibəsi iştirakçıları ilə söhbət əsnasında onların hansı istiqamətdə döyüşməsi ilə maraqlanb, veteranları maraqlandıran suallara cavab verib.   Tədbirdə müharibə iştirakçısı Vüsal Abbaszadə,  RVT-nın əməkdaşı Nəbi Hacıyev çıxış edib, Vətən müharibəsi və onun nəticələrindən, habelə post-müharibə dönəmində qarşıda duran məsələlərdən danışıblar.   Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu