Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İş adamından 8 Noyabr zəfərinin 4-cü ildönümü ilə bağlı nümunəvi addım

Səfər Əlirzayev 270 ailəyə bayram sovqatı göndərib

Dünən xalqımızın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşərək, torpaqlarımızın düşmən işğalından azad olunmasından 4 il ötdü.

Veteran.gov.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü münasibətilə iş adamı Səfər Əlirzayev bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə (ümumilikdə 270 ailəyə) bayram sovqatı çatdırıb.

Bu xeyirxah işə görə şəhid ailələri, qazilər hər zaman Prezidentinə, dövlətinə, xalqına sadiq olan Səfər Əlirzayevə təşəkkür edib, minnətdarlığını bildirib.

 

 

2024-11-09 07:49:28
3253 baxış

Digər xəbərlər

Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans keçirmişdir

12 oktyabr 2017-ci ildə Bakıda “Park-İnn” hotelində Azərbaycan Respublikası Veteranlar Təşkilatı, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans keçirmişdir. Beynəlxalq konfransın iştirakçıları 12 oktyabr 2017-ci ildə ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını, Şəhidlər Xiyabanını və iki dəfə  Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət etmişlər. Dünyanın 20 ölkəsindən yüksək səviyyəli qonaqların, Azərbaycan Respublikasının dövlət orqanları, Parlament üzvləri, ictimai təşkilatlarının, veteranlar, ziyalılar, gənclər və media nümayəndələrinin iştirak etdikləri  tədbir başlamazdan əvvəl onun iştirakçıları İkinci dünya müharibəsi, Əfqanıstan, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş insanların xatirəsinin 1 dəqiqəlik sükutla yad etmişlər. Beynəlxalq konfransı giriş sözü ilə Respublika Veteranlar Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmışdır. O, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyi, Respublika Veteranlar Təşkilatı və Cənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri bu konfransın mühüm əhəmiyyət kəsb etməsindən danışaraq demişdir: “Bu günkü Beynəlxalq konfransın Azərbaycan Respublikasında keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr vermişdir. Azərbaycan xalqının müharibəyə göndərdiyi 690 mindən artıq övladından 350 min nəfəri qələbə naminə öz həyatını qurban verib, on minlərlə soydaşımız yaralanıb, minlərləsi itkin düşüb. Azərbaycan xalqı həmin müharibədə təkcə cəbhəyə yola saldığı 5 milli diviziya ilə deyil, bütün potensialı ilə iştirak edib. Bakı neftinin böyük qələbənin qazanılmasındakı rolu tarixi fakt kimi hamıya məlumdur. Bundan əlavə bütün Azərbaycan sənayesi, ümumən iqtisadiyyatı “hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə işləyib və xalqımız dünyaya hər bir soydaşımızın əsrlərlə qürur duyacağı təkrarsız fədakarlıq nümunələri nümayiş etdirib. Azərbaycan oğul və qızlarının şücayəti 124 nəfərin Sovet İttifaqı Qəhrəmanı adı alması, on minlərlə həmvətənimizin orden və medallara layiq görülməsi ilə də tarixə yazılıb. Faşizm üzərində qələbədə mühüm amillərdən biri sözsüz ki, xalqların birliyi olmuşdur. Bu amala sadiq qalan Azərbaycan xalqı və dövləti nəinki regionda, bütün dünyada sülhün qorunmasında öz töhfəsini verir və gələcəkdə də buna hazırdır. Ancaq bu gün erməni faşizmi ilə qarşılaşmış, ərazisinin 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycana qarşı münasibətdə təəssüf ki, eyni prinslər həmişə əməl olunmur. Ümid edirik ki, mövzusu birbaşa faşizmin bütün forma və təzahürlərinə qarşı mübarizəyə həsr edilmiş bugünki beynəlxalq konfrans regionda və dünyada sülhün bərqərar olunmasına öz töhfəsini verəcəkdir”. İlk söz Azərbaycan Respublikası Prezident Admistrasiyası İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini cənab Ərəstun Mehdiyevə verilmişdir. Ə.Mehdiyev alman faşizmi üzərində böyük qələbədə danılmaz payı olan xalqımızın belə tədbirlərə ev sahibliyi etməsini onun mənəvi haqqı adlandıraraq demişdir: “Bu tədbir həm də xalqımızın bütün dünyaya, tərəqqipərvər bəşəriyyətə ünvanlanmış sülh mesajlarıdır. Azərbaycan xalqı sülhsevər və tolerant xalqdır və bütün tarixboyu belə olmuşdur. Azərbaycan bu gün də öz ənənələrinə sadiqdir və dünyada sülhün qorunmasında iştirakı özünün başlıca prioritetlərindən hesab edir. Ancaq bizim 20 faiz torpaqlarımızın bu gün Ermənistan hərbi birləşmələrinin işğalı altında olması faktı yəqin tədbir iştirakçılarına da məlumdur. Azərbaycan prezidenti möhtərəm İlham Əliyev bütün xarici səfərlərində və ölkəmizdə həyata keçirilən rəsmi görüşlərində xarici dövlət başçıları və beynəlxalq ictimaiyyətin diqqətini dəfələrlə bu məsələyə yönəltmişdir. Çünki faşizmlə mübarizə yalnız bir xalqın və dövlətin deyil, özünü sivil dünyanın təmsilçisi sayan hər bir xalqın və dövlətin üzərinə düşən vəzifədir. İkili standartlar kənara qoyulmalı, Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı dövlət kimi tanınmalıdır. Məhz belə obyektiv münasibət bölgədə sülhün bərqərar olmasına töhfə verər, yalnız Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün deyil, həmçinin ümumi inkişafa xidmət edən addım olardı. Biz buna ümid edir və məsələnin vaxtında həllini sülhə nail olunmasında mühüm amil sayırıq”. Ə.Mehdiyev daha sonra İkinci dünya müharibəsinin tarixinin, ümumən tarixin ermənilər tərəfindən saxtalaşdırılması cəhdlərindən danışmış, məqsədli şəkildə həyata keçirilən bu fəaliyyətə Azərbaycanın, onun veteranlarının ötən il qəti etirazlarını bildirmələrini, bir sıra ölkələrin dövlət başçılarına, parlamentlərinə, ictimai təşkilatlarına belə münasibətin yolverilməz olduğunun xüsusi vurğulandığı müraciət göndərdildiyini bildirmişdir. Sonra söz tədbir iştirakçılarına verilmişdir. MDB dövlətləri Mərkəzi İcraiyyə Komitəsi sədrinin müavini Jusupbekov Konozbeq Arqınqazinoviç, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsini yaşadan “Qələbənin Varisləri” vətəndaş və təşkilatların Beynəlxalq İttifaqının vitse-prezidenti, Moskva vilayət müharibə və hərbi xidmət veteranları Komitəsinin sədr müavini general-leytenant Qaponenko Alfred Qriqoryeviç, Millət vəkili, tanınmış politoloq Rasim Musabəyov, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Respublika Veteranlar Təşkilatının əməkdaşı, İkinci dünya müharibəsi veteranı, ehtiyatda olan polkovnik, əməkdar mədəniyyət işçisi, “Qızıl qələm” mükafatı laureatı, “Şöhrət” ordenli Aleksandr Qritçenko, “Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqı”nın sədr müavini Tkaçenko Vladimir İvanoviç, , Rusiya Qəhrəmanlar Asossiyasının üzvü, Rusiyanın Qəhrəmanı, əməkdar təyyarəçi Alimov Vladimir Rişadoviç, “Döyüşçü qardaşlığı” jurnalı redaksiyasının MMC-nin baş direktoru, Moskva şəhər Yasenovo dairəsi bələdiyyəsinin deputatı Oskin Vladimir Sergeyeviç, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının vitse-prezidenti, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyası filialının - Cənubi Rusiya İdarəetmə İnstitunun direktor müavini Trubiçın Andrey Vitaliyeviç, Beynəlxalq İttifaqının Kanada Respublikası nümayəndəliyinin rəhbəri Djoliya Oleq Mamantyeviç, “Arlan” gənclərin vətənpərvərlik mərkəzi ictimai fondunun prezidenti, Kazaxıstan Respublikasının “Biz xatırlayırıq” Astana axtarış saytının təsisçisi Urazbayev Amanjol Zeynaloviç, Moldovanın “Layiqli yaddaş” xeyriyyə fondunun vitse-prezidenti Skripkaraş Anjela İllarionona, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Danimarka nümayəndəliyinin rəhbəri İvançenko-Yensen İrina İvanovna, Beynəlxalq İttifaqının Estoniya nümayəndəliyinin rəhbəri Norvind Vladimir Sergeyeviç, Beynəlxalq İttifaqının Kanada Respublikası nümayəndəliyinin rəhbəri Klinayeva Yelena Vladimirovna, Beynəlxalq İttifaqının Belarusun Mogilyev vilayəti nümayəndəliyinin rəhbəri Artyomçik Vitali Viktoroviç, Ukraynanın “Voin” klubunun sədri Pavlov Oleq Oleqoviç, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Vorenej şəhər nümayəndəliyinin rəhbəri Şumlyanskaya Valentina Alekseyevna çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən, onun beynəlxalq sülhə töhfə verəcəyinə inandıqlarına əminliklərindən, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbədə və hazırda sülhün qorunmasında xalqlar birliyinin oynadığı tarixi roldan danışaraq, öz ölkələrində bu istiqamətdə görülən işləri, tədbirləri qeyd etdilər. Beynəlxalq konfransın işinə Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov və general-leytenant Qaponenko Alfred Qriqoryeviç yekun vurmuşlar. Tədbirin sonunda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda Azərbaycan Respublikasının paytaxtı, Bakı şəhərində keçirilən Beynəlxalq konfransın iştirakçıları adından müraciət qəbul edilmişdir.

Hamısını oxu
Cəlil Xəlilov: "Ordudakı islahatlar dövlətimizin müdafiə qüdrətini daha da artıracaq"

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlət başçısı müşavirədə bir çox məsələlərlə yanaşı, ordudakı islahatlara da toxunub, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayının artırıldığını, bu prosesin davam etdiriləcəyini bildirib. Veteran.gov.az xəbər verir ki, bununla bağlı Azərtac-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov aparılan islahatların Azərbaycanın müdafiə qabiliyyətini daha da artıracağını vurğulayıb: “Dövlət başçısı müşavirədəki çıxışında bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılıb və bu proses gələcəkdə də davam edəcək. Ordudakı son islahatlarla bağlı diqqət çəkən məqamlardan biri də yeni qoşun növünün - Komando növünün yaradılması ilə bağlıdır. Ali Baş Komandan müşavirədə komandoların sayını ildən-ilə artıracağını bildirdi. Hesab edirəm ki, bu islahatlar əsasən 44 günlük Vətən müharibəsinin nəticə və gedişatından qaynaqlanır. 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələr işğalçılar üçün əsl kabusa çevrildi, erməni faşizminin məğlub edilməsində mühüm rol oynadı. Məhz bu baxımdan Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin artırılması, onların təchizatının, döyüş hazırlığının daha da yüksəldilməsinə xüsusi diqqət yetirilir. Komanda qoşun növünün yaradılması gerçəyi də məhz bu amillə əlaqədardır”. Polkovnik qeyd edib ki, Azərbaycanın maliyyə imkanları, iqtisadi gücü istər Xüsusi Təyinatlı Qüvvələrdə, istərsə də Komanda qoşun növündə xidmət edən əsgərlərin sayının artırılmasına, onların təchizatının daha da gücləndirilməsinə imkan verir: “Ali Baş Komandan açıq şəkildə qeyd etdi ki, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin artırılması bundan sonra da həyata keçiriləcək və hərbi məsələlərin həlli üçün nə qədər maliyyə vəsaiti lazımdırsa, o qədər də vəsait ayrılacaq. Yəni hərbi məsələlərin həlli, ordudakı islahatların davam və inkişaf etdirilməsi üçün heç bir maliyyə problemi yoxdur. Dövlətimizin maliyyə imkanları, iqtisadi gücü bu islahatların dərinləşməsinə imkan verir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə biz daha güclü, daha qüdrətli orduya sahib olacağıq”.  

Hamısını oxu
İlham Əliyev Azərbaycan xalqına müraciət edir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciət edir.   Dövlət başçısının müraciəti canlı yayımlanır:

Hamısını oxu
Baş redaktor Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşüb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının mətbuat katibi, veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşüb.   Görüş əsnasında rəhbəri olduğu saytın fəaliyyəti, habelə yaxın gələcəkdə görülməsi planlaşdırılan işlərlə bağlı ətraflı məlumat verən Seymur Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən nəşr edilən, müəllifi olduğu  “Heydər Əliyev: Dəyərlərimiz və Ermənistanın “yaşıl soyqırım” siyasətinə qarşı mübarizə” kitabını da Mətbuat Şurası sədrinə təqdim edib.   Dövlətimizin veteranlara, şəhid ailələrrinə daim böyük qayğı göstərdiyini bildirən Əflatun Amaşov, medianın da bu məsələləri hər zaman diqqət mərkəzində saxlamasının sevindirici olduğunu bildirib. Mətbuat Şurasının sədri bildirib ki, media gələcəkdə də veteranlar, şəhid ailələri ilə bağlı hər bir məqamı diqqət mərkəzində saxlamalı, onların arzu və istəklərinin tribunası olaraq qalmalıdır.     Əflatun Amaşov  “Heydər Əliyev: Dəyərlərimiz və Ermənistanın “yaşıl soyqırım” siyasətinə qarşı mübarizə” kitabının önəmi, burada yer alan faktların beynəlxalq müstəvidə təbliğinin də mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Ulu öndər Heydər Əliyevin hər zaman Ermənistanın ekoloji terror siyasətinə qarşı ciddi mübarizə apardığına toxunan Mətbuat Şurasının sədri, bu gün də dövlətimizin Ermənistanın ekoloji cinayətlərinə qarşı mübarizə aparmaqda davam etdiyini bildirib. Əflatun Amaşov qeyd edib ki, “Heydər Əliyev: Dəyərlərimiz və Ermənistanın “yaşıl soyqırım” siyasətinə qarşı mübarizə” kitabı Ermənistanın istər sovet dönəmində, istər müstəqilik illərində, istərsə də 44 günlük Vətən müharibəsi zamanı törətdiyi ekoloji cinayətlərin konkret faktlar əsasında ifşa edilməsi baxımından böyük əhəmiyyətə malikdir.   Əflatun Amaşov Azərbaycan xalqının tarixi və mübarizəsi, ümummilli liderin fəaliyyəti ilə bağlı belə bir kitabın nəşrini həyata keçridiyi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və onun nəzdində fəaliyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fonduna da öz təşəkkürünü bildirib

Hamısını oxu