Polkovnik Cəlil Xəlilov Tahir Budaqovu təbrik edib


Veteran.org.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Mərkəzin həyətində yeni bağ salınıb, bağda Vətən müharibəsi şəhidlərinə həsr edilmiş abidə kompleksi yaradılıb. “Şəhidlər bağı” adlanan ərazi tamamilə yenidən qurulmuş, çoxsaylı ağaclar və gül kolları əkilmiş, ərazi abadlaşdırılmış və yaşıllaşdırma, dizayn işləri aparılıb. Açılış mərasimində Azərbaycanın Özbəkistandakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi, "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyəti, elm, mədəniyyət, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar, jurnalistlər iştirak edib. İlk öncə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Xarı bülbül” abidə kompleksinin açılışı olub. Giriş sözü ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək, bağın yaradılmasının əsas məqsədi Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini əbədiləşdirmək, Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edən hər kəsin onlar haqqında məlumatlandırmaq, gənc nəsildə, yerli azərbaycanlılarda Vətənə məhəbbət, qəhrəmanlıq hislərini aşılamaq olduğunu söyləyib. Diplomat Ali baş komandan, müzəffər ordumuzun əldə etdiyi tarixi qələbə barədə danışaraq artıq yurd yerlərimizin öz azadlığına qovuşduğunu söyləyib. O, rəşadətli ordumuzun 30 illik əsarətdə olan ərazilərimizi 2 ay ərzində tam azad etməklə Azərbaycanın möhtəşəm və şanlı zəfər tarixi yazdığını qeyd edib. S. Abbasov şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsinin daim dövlətimizin diqqətində olduğunu və onların xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycan-Özbəkistan dostluğundan danışmış, Azərbaycanın haqq işində Özbəkistanın daim Azərbaycanın yanında olduğunu bildirib. O, Vətən müharibəsi illərində Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx təmasda olaraq hər gün qardaş ölkə ilə maraqlandıqlarını, Özbəkistanın tanınmış ictimaiyyət nümayəndələri video müraciətlər edərək Azərbaycanla həmrəy olduqlarını bildirib. Ölkələrinin həm ikitərəfli, həm də Türk Şurası çərçivəsində Azərbaycanın öz torpaqlarını azad etməsi, ədaləti bərpa etməsinə dəstək ifadə etdiyini söyləyib. O, qəhrəman oğullarımızın, şəhidlərimizin qanları ilə Vətən torpaqlarının toxunulmazlığı, müstəqilliyimizin möhkəmlənməsinin təmin olunduğunu qeyd edərək, onların ruhu qarşısında baş əydiyini bildirdi. Özbəkistan jurnalistlər Birliyinin katibi, əməkdar jurnalist Karim Baxriyev, Turizm və İdman Nazirliyinin nümayəndəsi Anvar Yusipov dili, mədəniyyəti, soykökü yaxın olan qardaş Azərbaycanın əldə etdiyi zəfər münasibəti ilə xalqımızı təbrik etmişlər. Çıxışçılar 30 ilə yaxındır davam edən haqsızlığa, işğala son qoyan qəhrəman öndər, Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan ordusunun zəfərinin Özbəkistanda da böyük rəğbətlə qarşılandığını qeyd etdilər, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılan “Şəhidlər bağı” və abidə kompleksini yüksək qiymətləndirdilər. Mədəniyyət Mərkəzinin həyətində “Qızıl hərflərlə yazılan zəfər” adlı foto sərgi ilə tanışlıq olmuşdur. Sərgidə Ulu öndər Heydər Əliyevin Şuşaya səfəri, Azərbaycan Respublikasının Prezidentinin Vətən müharibəsi illərində Ermənistanın işğalçı siyasətinin ifşası, torpaqlarımızın azad edilməsi ilə bağlı səsləndirdiyi fikirlər, xalqımızın düşmənə qarşı haqlı mübarizəsi, işğal olunmuş ərazilərimizdə şəhər və kəndlərimizin dağıdılması, mədəni və dini abidələrimizin məhv və təhqir edilməsi, Erməni işğalçılarının torpaqlarımızdan qovulması və s. öz əksini tapmışdır. Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzində şəhidlərin əziz xatirəsinə quran oxunub və ehsan verilib. Seymur ƏLİYEV
Hamısını oxu
Elman Məmmədov: “Onlar Birinci Qarabağ Müharibəsində də, Vətən müharibəsində də qəhrəmanlıqlar göstərib” Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında Vətən Müharibəsində vahid amal uğrunda dəmir yumruq kimi birləşən müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlıların birliyindən, həmrəyliyindən bəhs edən sənədli film hazırlanıb. Filmdə Vətən müharibəsi zamanı Azərbaycanda yaşayan, fərqli din və mədəniyyətlərə mənsub şəxlərin Ali Baş Komandanın rəhbərliyi altında birləşdiyi, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına iştirak etdiyi öz əksini tapıb. Hansı ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında ərsəyə gələn bu və bu qəbildən olan filmlər tariximizin təbliği ilə yanaşı, çoxmillətli dövlət olan Azərbaycanın gələcək inkişafı, ölkə daxilindəki birlik və həmrəyliyin qorunub saxlanılması, hər kəsin vətən, bayraq, dövlət, Ali Baş Komandan ətrafında birliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan filmin böyük önəm kəsb etdiyini vurğuladı: “Vətən müharibəsi və dövlətimizin bu müharibədəki qalibiyyəti bir daha təsdiqlədi ki, güc birlikdədir. Azərbaycan çoxmillətli bir respublikadır. Bizim gücümüz, inkişafımız, gələcəyimiz birliyimizdədir. Azərbaycanda dinlərin, dillərin, mədəniyyətlərin birliyi, birgə yaşayışı, brigə inkişafı bütün dünyaya nümunədir. Hörmətli dostumuz Mübariz Qurbanlının rəhbərlik etdiyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan məlum film də olduqca önəmli bir ekran əsəridir. Bu film çox mühüm əhəmiyyətə malikdir. Çünki bu filmdə Azərbaycanda yaşayan bütün millətlərin Vətən müharibəsində necə birlik və həmrəylik sərgilədikləri, öz doğma torpaqlarını düşməndən necə qoruduqları, erməni işğalına birlikdə necə son qoyduqları öz əksini tapıb. May ayında Şuşada “Xarıbülbül” festivalı keçirildi. Biz hamımız müşahidə etdik ki, Azərbaycanda yaşayan bütün milli azlıqların orada musiqiləri səsləndirildi, mədəniyyətləri nümayiş olundu. Bu, bir daha onu göstərdi ki, cənab prezidentin də qeyd etdiyi kimi, Azərbaycan hamımızındır. Bizdə dilinə, dininə, irqinə, milliyətinə görə ayrı-seçkilik yoxdur. Azərbaycanda sülh şəraitində birgə yaşayış var. Bunu Azərbaycana gələn, Azərbaycan həqiəqlərini öyrənən hər kəs, hətta bizə dost olmayanlar belə etiraf edirlər. Birinci Qarabağ Müharibəsində də, Vətən müharibəsində də Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri qəhrəmanlıqlar göstərdi. Onlar şəhid oldular, qazi oldular, vətəni işğaldan azad etdilər. Biz onların hər birini alqışlayırıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı bu cür filmlər bizim tariximizi özündə əks etdirməklə yanaşı, gələcək inkişafımıza da təkan olan əsərlərdir. Mən buna görə adıçəkilən quruma öz təşəkkürümü bildirir, fəaliyyətlərində uğurlar arzulayıram”. Seymur ƏLİYEV
Hamısını oxu
“Belçika və Niderlandın Nümayəndələr Palatalarının ölkəmizlə bağlı qəbul etdiyi sənədlər yalnız Azərbaycan deyil, həm də sülh və beynəlxalq hüquq əleyhinə sənədlərdir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu sənədlərdə Azərbaycanın beynəlxaq hüquqla təsbit edilmiş haqları pozulub, Ermənistanla sülh prosesini sarsıtmağa cəhd göstərilib: “Belçika və NiderlandınNümayəndələr Palatalarının Azərbaycanla bağlı qəbul etdiyi sənədlər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, təhrif edilməsi deməkdir. Bu sənədlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təhrif edilib, Ermənistanla dövlətimiz arasındakı münaqişənin həm tarixi, həm də nəticələri yanlış şəkildə təqdim olunub. Başqa cür desək, dövlətimizin fundamental, beynəlxalq hüquqda öz əksini tapan haqları pozulub. Məlum sənədlərlə bağlı diqqət çəkən məqamlardan biri də bu sənədlərin məhz indi – Ermənistanla de-fakto sülhə nail olduğumuz, iki dövlət arasında qarşılıqlı inam və etimadın artırıldığı, ticarət əlaqələrinin genişləndirildiyi bir zamanda ortaya aılmasıdır. Bu fakt bir daha sübut edir ki, Belçika və Niderlandın Nümayəndələr Palatalarının 16 aprel 2026-cı il tarixində qəbul etdiyi sənədlər açıq-aşkar Azərbaycanla Ermənistan arasındakı sülh prosesini pozmağa, Cənubi Qafqazdakı vəziyyəti gərginləşdirməyə yönəlib. Sülh və beynəlxalq hüquq əleyhinə olan bu sənədlər sübut edir ki, Qərbdəki bəzi qüvvələr Cənubi Qafqazdakı sülhdən açıq-aşkar narahatlıq duymaqdadırlar. Onlar öz məkirli niyyətlərini həyata keçirmək üçün yenidən Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə, iki dövlət arasında inamsızlıq, etimadsızlıq toxumları səpməyə çalışırlar. Lakin bütün təxribatçı qüvvələr bilməlidir ki, Azərbaycan dövləti öz Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlatdığı sülh prosesini uğurla başa çatdıracaq, bu prosesə mane olmağa çalışan məkirli qüvvələrin arzusu gözündə qalacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti, xüsusilə Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov barəsində yalan və böhtan kompaniyasının dayandırıldığını, bizi qarşıda duran mühüm vəzifələrin həllindən kimlərinsə daha yayındırmayacağını güman etdiyimiz bir vaxtda yalan və böhtanların yeni dalğası ilə üzləşdik. Ölkə KİV-də yayılmış təkziblərimizə baxmayaraq, eyni xarakterli və məzmunlu yalanları bu dəfə anaxeber.az, nia.az və Milletinsesi.info tirajladı. Yenə də tam qərəzli mövqedən çıxış edənlər faktlara əsaslanmadan, xəstə təxəyyüllərinin məhsulu olan qarayaxmalar səsləndirdilər və təəssüf ki, xəbər portalı da dəqiqləşdirmədən bu yalanlara ortaq oldu. Əlbəttə, onların reytinq problemini ölkənin ən nüfuzlu qeyri-hökumət təşkilatı hesabına həll etmək niyyəti başa düşüləndir. Yalnız onu unudurlar ki, həqiqəti təhrif etməklə süni reytinq artımına nail olmaq əks nəticələr verə bilər və necə ki, verib də. Təşkilatın Nizamnaməsinə tam uyğun olaraq keçirilən növbəti Plenumda məlum məqsədlə yalan və böhtan yayanların düşdükləri acınacaqlı durum (onları iki nəfər veteran belə dəstəkləmədi) və məntiq iflasa uğramış çirkin kompaniyanın nəhayət dayandırılmasını diktə edirdi. Ancaq, atalar nahaq deməyib: “qozbeli qəbir düzəldər”. Buna görə də biz Millətinsesi.info-nun da iddia etdiyi kimi “ümumi sözlərlə çıxış” etmir, həmin şəxslərin kimliyini və Respublika Veteranlar Təşkilatından nəyə görə çıxarıldıqlarını hələlik qismən açıqlayırıq. Sabiq əməkdaş Kamal Əliyev barəsində KİV-də artıq məlumatımız yayılıb. “Azərbaycan Veteranı” qəzetinin sabiq redaktoru Bayram İsmayılov Təşkilatın nüfuzuna xələl gətirən hərəkətlərinə, işdə yol verdiyi cinayət xarakterli xətalara görə vəzifəsindən azad olunub. Onun özünü Təşkilatın orqanı olan bir qəzetin yaradıcısı və istedadlı jurnalist kimi təqdim etməsi isə daha çox psixoloji məsələ olduğundan buna münasibət bildirməyə lüzum görmürük. Ehtiyatda olan polkovnik Rasim Muxtarova, tədqiqtçı jurnalist Şəmistan Nəzirliyə gəlincə, onlar struktur dəyişikliyi və başqa vəzifəyə keçmək istəmədiklərinə görə, öz ərizələri ilə işdən çıxıblar. Yeri gəlmişkən, hörmətli generalımız Dadaş Rzayevin Plenumdan öncə öz iş otağında bir qrup veteranla görüşməsini (bunu 22-23 noyabra aid KİV məlumatları təsdiq edir) şübhə altına almaq, öz adlarını başqasına qoyan böhtançıların Təşkilatın sədr müavininə qarşı nə dərəcədə qərəzli olduqlarının göstəricisidir. Anaxeber , millətin sesi olmağa iddialı sayt və xəbər portalı da bu qərəzlərə ortaqlıq etməklə onlarla eyni, saxtakarlıq və böhtançılıq missiyanın daşıyıcısına çevrilmirmi? Belə olmasaydı Təşkilata ayrılmış vəsaitin xərclənməsi ilə bağlı yalanları yenidən tirajlamaz, sədr müavininin 19 noyabr 2016-cı ildə AzərTAc-da yayılmış və “Respublika” qəzetində dərc edilmiş (Plunemqabağı “Azərbaycan Veteranı” və digər qəzetlərdə də yayılıb) müsahibəsini nəzərə alar, cəmiyyətə obyektiv informasiyalar çatdırardılar. Ancaq məqsəd məlum “missiya” naminə yalan və böhtan xarakterli məlumatlar yaymaq olanda obyektivlik və jurnalist peşəkarlığı yada düşmür. Bakı veteranlar təşkilatı ilə bağlı məlumatlar da iftira xarakterlidir. İddiaların əksinə olaraq Bakı veteranlar təşkilatı özünü könüllü şəkildə, öz iclasını keçirərək buraxmışdır. Ayrılmış vəsaitlə əlaqədar bir daha qeyd edirik ki, təyinatına uyğun olaraq həmin vəsaitin bir hissəsi Təşkilatın maddi-texniki bazasının möhkəmləndirilməsinə xərclənmiş və veteranlara maddi yardım göstərilməsi ilə yanaşı bu proses də davam edir. Təşkilatın sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilovun müharibə veteranı olmasına kimlərinsə əsasız şübhəsinə gəlincə, yalnız onu bildiririk ki, Sərhəd Qoşunları və keçmiş MTN əməkdaşlarının hansı döyüş əməliyyatlarında iştirak etdikləri, xüsusilə hansı tapşırıqları yerinə yetirmələri ilə bağlı məlumatlar əsasən xidməti sirr sayılır və kimlərinsə bunu anlamaması yalnız öz problemidir. Sərhəd Qoşunları və keçmiş MTN-in hərbi birləşmələrinin AR Silahlı Qüvvələrinin tərkib hissəsi olduğunu geyim forması barədə şüvən qoparanlara izah etmək də artıq gecdir. Bunu adətən hərbi məktəblərdə öyrənirlər. Ancaq Silahlı Qüvvələrdə 35 ildən artıq şərəflə xidmət etmiş, bu gün də öz təcrübə və biliyini veteran hərəkatının inkişafına sərf edən, Sərhəd Qoşunlarının komandan müavini kimi hormətlə ehtiyata yola salınmış bir zabiti qaçaqmalçılıqda günahlandırmaq onu səsləndirən və yayanlar üçün ciddi məsuliyyət törədən haldır. Artıq qeyd etdiyimiz kimi veteran təşkilatı olaraq KİV-lə münasibətlərin başqa müstəvilərə çıxarılmasını rəva bilmirik. Ancaq belə əsassız ittiham səsləndirənlər və yayanlar öz böhtanlarını təkzib etməyəcəkləri halda bizə məsələnin başqa müstəviyə çıxarmaqdan başqa seçim qoymurlar. Nəhayət bir məsələni diqqətə çatdırırıq ki, ehtiyatda olan polkovnik Cəlil Xəlilov cəfəng fikirlərlə cəmiyyəti çaşdırmağa çalışan şəxslərə nə dünən, nə də bu gün hesabat verməyə borclu deyil. Onun fəaliyyəti, xidməti barədə lazımi orqanlar da, Təşkilatın rəhbərliyi və Azərbaycan xalqı da kifayət qədər məlumatlıdır. Nəhayət veteanlara ayrılmış hansısa binanın satılması, yaxud onların istifadəsinə verilmiş Qələbə kafesinin icarəyə verilməsi kimi sayaqlamalara gəlincə böhtançılara əllərində olan bu məlumatları ölkənin hüquq-mühafizə orqanlarına təqdim etməyi tövsiyə edirik. Digər tövsiyəmiz isə əsassız iddiaları və hədyanları ilə insanların dəyərli vaxtlarını alanları ölkədə yüksək nüfuza malik olan, fəaliyyəti minlərlə veteran tərəfindən yüksək qiymətləndirilən Təşkilatın adına qara yaxmaqdan çəkindirməkdir. Biz yayılan əsassız və yalan məlumatlara konkret faktlarla cavab verdik, indi növbə guya hansısa naməlum veteranların Təşkilatın gələcəyindən narahat olduğunu iddia edən xəbər portalınındır. Bir daha qeyd edirik ki, qarayaxma kompaniyası aparanların və dəstəkçilərinin məqsədli cəhdlərinə baxmayaraq, Respublika Veteranlar Təşkilatı bütün iş istiqamətləri üzrə fəaliyyətini inamla davam etdirir və keçirdiyi tədbirlərin əhatə dairəsini günbəgün genişləndirir. Böhtan və yalanları tirajlayanlar Təşkilatın ətrafında əsassız şayiələr yaymaqla yalnız özlərini ifşa edirlər. Respublika Veteranlar Təşkilatı bir daha bəyan edir ki, öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır və biz özümüzə dost hesab etdiyimiz KİV nümayəndələrindən yalnız obyektiv məlumatlar gözləyirik. Respublika Veteranlar Təşkilatının İctimaiyyətlə əlaqələr şöbəsi.
Hamısını oxu