Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib

Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ölkəsinin dayanıqlılıq sahəsində həyata keçirdiyi siyasət və layihələr barədə məlumat verib, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin mühüm beynəlxalq platforma kimi rolunun artdığını qeyd edib.

Sonra Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi olub.

Daha sonra Zayed Dayanıqlılıq Mükafatının qalibləri ilə xatirə fotosu çəkdirilib.

X X X

Qeyd edək ki, 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi ötən illər ərzində dayanıqlı qlobal inkişaf baxımından önəmli müzakirələrin aparıldığı beynəlxalq platformaya çevrilib. Qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsi dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxslər iştirak edir.

2025-01-15 11:24:25
3120 baxış

Digər xəbərlər

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatı (23.03.2020)

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir: Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.Bu müddət ərzində: 1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin. 2. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılsın. 3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın. 4. Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin. 5. Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər. 6. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin. 7. İnsanlararası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin. 8. İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin; 9. Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın; 10. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin. 11. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin.Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir.

Hamısını oxu
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova, sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş əsnasında Fatma Səttarovanı 100 illik yubileyi və “İstiqlal” ordeni ilə təltif olunması münasibəti ilə təbrik edən icra başçısı, Təşkilat sədrinə Novruz bayramı münasibəti ilə də xoş arzularını çatdırıb, Təşkilatın fəaliyyəti ilə yaxından tanış olub. Gəlişinə görə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısına təşəkkürünü bildirən Fatma Səttarova, icra başçısını Novruz bayramı münasibəti ilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Görüşdə  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Nərimanov Rayon İcra Hakimiyyəti arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Hamısını oxu
Şəhid olan 23 yaşlı müstəntiqin SON DÖYÜŞÜ

Vətən müharibəsi şəhidlərindən biri də prokurorluq müstəntiqi Əlizadə Yüksəl İlqar oğludur. Publika.az xəbər verir ki, prokuror oğlu oan 23 yaşlı Yüksəlin qardaşı da prokurorluq sistemində çalışır. Yaxınlarının bildirdiyinə görə, o, savadlı bir hüquqşünas idi: " "Önündə gözəl bir gələcək var idi. Ancaq buna baxmayaraq, Yüksəl müharibə başlayan kimi ailəsinə belə xəbər etmədən vəzifəsini, işini, kariyerasını ataraq könüllü olaraq cəbhəyə, döyüşə getdi. Müharibənin bitməsinə 1 gün qalmış 8 Noyabrda Xocavənd uğrunda gedən döyüşlərdə Kəşfiyyatçı olan əsgərimiz 12 nəfərlik kəşfiyyatçı əsgər yoldaşları ilə (Mübariz kimi) düşmənin içinə sızaraq düşmən postunu ələ keçirmiş, daha sonra düşmən mühasirəsinə düşmüşdülər. Düşmənə təslim olmayaraq son gülləsi bitənə qədər düşmənlə savaşmışlar və düşmənə təslim olmayaraq şəhid olmağı seçmişlər. Şəhidin bədənində 19 güllə var idi. Yaralı olduğu halda yenə də son damla qanına qədər döyüşmüşdür. Hansı şücaətlə döyüşdüyünü təsəvvür etmək mümkündür. Bu gün biz qələbə sevinci yaşayırıqsa bu sənin kimi igid oğulların sayəsindədir Yüksəl. Sən nəyinki Qazaxın, Gəncənin, sən bütün Azərbaycanın fəxrisən".

Hamısını oxu
Семье и близким Фатмы Саттаровой

Hamısını oxu