Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatı iki veteranı yubiley münasibətilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, 17 yanvar 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyətinin üzvü Cəfərov Şədtat Muğdat oğlu və Qəhrəmanov Camal Nizam oğlu ilə görüşüb, hər iki veteranı 85 illik yubiley münasibətilə təbrik edib. Şədtat Cəfərov və Camal Qəhrəmanovun Təşkilatın fəaliyyətində hər zaman yaxından iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov, onların dünyagörüşündən, təcrübəsindən bu gün də milli-mənəvi dəyərlərin təbliği məsələsində geniş istifadə edildiyini vurğulayıb.

Ölkəmizdə Veteran hərəkatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə,  gənclərimizin vətənpərvərlik tərbiyəsi işində yaxından iştirakına və anadan olmalarının 85 illik yubileyi münasibətilə hər iki veteran Fəxri Fərman və xüsusi mükafatla təltif edilib.

Göstərilən diqqətə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən veteranlar, bundan sonra da Təşkilatın fəaliyyətində yaxından iştirak etməkdə davam edəcəklərini vurğulayıblar.

Görüşün sonunda xatirə şəkli çəkilib.

2025-01-17 11:52:02
2610 baxış

Digər xəbərlər

AD GÜNÜNÜZÜ TƏBRIK EDIRIK!

Böyük Vətən Müharibəsi iştirakçıları - Timçenko İvan İvanoviçin 102  və Həsənov Tamleyxa Abbas oğlunun  99 yaşlarının tamam olması münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov və Təşkilatın bir qrup əməkdaşları onlarla görüşüb təbrik etmişlər.    Görüş zamanı C.Xəlilov Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov adından səmimi təbrikləri veteranlara çatdırmış, keçdikləri şərəfli döyüş yollarının gənc nəslə örnək olduğunu bildirmişdir. C.Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müharibə veteranlarına daim diqqət və qayğı göstərdiklərini qeyd etmişdir. Müharibə veteranları İvan Timçenko və Tamleyxa Həsənov göstərilən diqqətə görə möhtərəm Prezidentə, Birinci vitse-prezidentə, eləcə də Veteranlar Təşkilatının rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər. Daha sonra C.Xəlilov Respublika Veteranlar Təşkilatının sədri adından Təbrik Məktublarını, Fəxri Fərmanları, hədiyyələri  İ.Timçenko və T.Həsənova təqdim etmiş, xatirə şəkilləri çəkilmişdir.

Hamısını oxu
Sülh sazişindən imtina siyasəti Ermənistanı yeni fəlakətlərlə üz-üzə qoyacaq

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu fəlakətin bütün əlamətləri göz önündədir: “44 günlük Vətən müharibəsində darmadağın edilən Ermənistan artıq iki ildən çoxdur ki, müxtəlif bəhanələrlə sülh sazişi imzalamaqdan, Azərbaycanın tələblərini yerinə yetirməkdən boyun qaçırır. Ölkəmizə qarşı mina terrorunu davam etdirən, dövlətimiz haqqında beynəlxalq platformalarda yalan və böhtan səsləndirən Ermənistan, bununla postmüharibə dövrünün reallıqlarını dəyişəcəyinə, nələrəsə nail olacağına ümid edir. Halbuki Ermənistanın rifahı və təhlükəsizliyi üçün yalnız bir optimal variant var. Bu variantı Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinin diqqətinə çatdırıb. Bu yol Azərbaycanın tələbləri ilə razılaşmaq, təxribatlardan və mina terrorundan imtina etmək, ölkəmizin sülh sazişi ilə bağlı şərtlərini dəstəkləməkdir. Ermənistanın nicatı üçün ikinci bir yol yoxdur və heç vaxt da olmayacaq”. Hərbi-siyasi ekspert vurğulayıb ki, rəsmi İrəvan bu aydın həqiqəti nə qədər tez dərk edərsə, bu, Ermənistanın özü üçün bir o qədər faydalı olacaq.

Hamısını oxu
“AzerGold” QSC qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhərinin Qaradağ rayonu, Abşeron, Zaqatala, Balakən, Oğuz və İmişli rayonları ərazisində yerləşən bir sıra əhəngdaşı və qum-çınqıl yataqlarının “AzerGold” QSC-nin istifadəsinə verilməsini nəzərdə tutan 20 aprel 2026-cı il tarixli 649 nömrəli Fərmanından irəli gələn tapşırıqların icrası məqsədilə Cəmiyyət daxilində yaradılmış operativ İşçi Qrupu fəaliyyətə başlayıb. Paralel olaraq, Fərmandan irəli gələn vəzifələrin çevik və koordinasiyalı icrasını təmin etmək məqsədilə “AzerGold” QSC-nin nəzdində aiddiyyəti təşkilati strukturun formalaşdırılması istiqamətində də işlərə başlanılıb. İşçi Qrupu qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində səmərəliliyin artırılması və bazar tələbatının daha effektiv ödənilməsi üçün qısa müddətdə tədbirlər planı hazırlayıb. Bu çərçivədə Ekologiya və təbii sərvətlər nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində müxtəlif məsələlər üzrə görüşlər keçirilib və sahələrə səfərlər təşkil olunub.  Monitorinq və qiymətləndirmə zamanı sahələrin texniki əlçatanlığı, mövcud infrastruktur, logistika imkanları, relyef xüsusiyyətləri, ətraf mühitin vəziyyəti və xammal ehtiyatları üzrə ilkin təhlillər aparılıb. Nəticədə ərazilərin xammal ehtiyat bazasının dəqiqləşdirilməsi və mövcud yataqların istismar üçün səmərəliliyinin qiymətləndirilməsi məqsədilə mərhələli şəkildə tarixi-geoloji məlumatların təhlili aparılması və kəşfiyyat işlərinə başlanılması qərara alınıb. Bakı şəhərinin Qaradağ rayonu və Abşeron rayonu ərazilərində yerləşən “Güzdək muldası” üzrə hazırlanmış kəşfiyyat proqramına uyğun olaraq tədqiqat işlərinə artıq başlanılıb. İyun ayından etibarən isə İmişli yatağı üzrə müvafiq işlərə başlanılması nəzərdə tutulur. Fərmanda nəzərdə tutulan ölkənin şimal-qərb bölgələrində yerləşən yataqlar — Zaqatala rayonundakı “Katexçay I və II”, Balakən rayonundakı “Balakənçay I və II” və Oğuz rayonundakı “Ağçay I” qum-çınqıl yataqları üzrə fəaliyyətə növbəti mərhələdə başlanılması planlaşdırılır.  Bu, yataqların xüsusilə paytaxt Bakı olmaqla əsas istehlak bazarlarından uzaqda yerləşməsi, mövcud infrastruktur imkanlarının məhdudluğu, relyef xüsusiyyətləri, eləcə də logistika və nəqliyyat xərcləri, hazırkı vəziyyətdə iqtisadi cəhətdən səmərəsizlik riski ilə əlaqədardır. Bu baxımdan, Fərmanda nəzərdə tutulan güzəşt mexanizmlərinin təsdiqi və tətbiqi həmin yataqlarda hasilat fəaliyyətinin təşkili üçün əsas amillərdən biri hesab olunur. “AzerGold” QSC-nin dövlət şirkəti olaraq əsas fəaliyyət göstəricilərindən biri hasilatın mənfəətlilik prinsipi əsasında təşkili olduğundan, qeyd olunan məsələ şirkət üçün xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, ölkəmizdə qeyri-filiz faydalı qazıntıları sektoru üzrə mühüm institusional islahat mərhələsi kimi qiymətləndirilən “Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Fərmanın əsas məqsədi yerin təkindən istifadə sahəsində idarəetmənin daha şəffaf, çevik və səmərəli təşkilidir. Sənədə əsasən, 2027-ci ildən icazə, ekspertiza və hərrac proseslərinin “Rəqəmsal ekologiya” sistemi üzərindən “bir pəncərə” prinsipi ilə aparılması nəzərdə tutulur. Bu, prosedurların sadələşdirilməsinə, nəzarətin gücləndirilməsinə və rəqəmsallaşmanın tətbiqinə xidmət edəcək. Görülən işlər həm ekoloji problemlərin aradan qaldırılmasına, həm də ətraf mühitin mühafizəsinin daha səmərəli tənzimlənməsinə şərait yaradacaq. Eyni zamanda, tikinti sənayesi üçün dayanıqlı, keyfiyyətli xammal istehsalına, yeni iş yerlərinin açılmasına və sahibkarlar üçün daha əlverişli biznes mühitinin formalaşmasına şərait yaradacaq. Qeyd edək ki, dövlət başçısının sözügedən Fərmanı qeyri-filiz faydalı qazıntılar sahəsində idarəetmənin təkmilləşdirilməsi üzrə əvvəlki islahatların davamıdır. Bundan əvvəl Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, 2025-ci il ərzində “AzerGold” QSC tərəfindən beynəlxalq nüfuzlu “Boston Consulting Group” şirkətinin iştirakı ilə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyət təhlil edilib. Müxtəlif dövlət qurumlarının və sahibkarların iştirakı ilə seminarlar təşkil olunub, mövcud bazar üzrə qiymətləndirmələr aparılıb. 2025-ci il ərzində Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Qarabağ, Şərqi Zəngəzur və digər iqtisadi rayonlarda 70-dən çox yataq araşdırılıb. Aparılan təhlillər əsasında beynəlxalq standartlar nəzərə alınmaqla institusional idarəetmənin və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Hamısını oxu
“Ağdam səfəri əsnasında erməni vəhşiliyi ilə yanaşı, nəhəng quruculuq prosesinə şahid olduq”

Cəlil Xəlilov: “Qarabağımızın bərpasını arzulayan hər kəsi Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməyə səsləyirəm”   “Biz quruculuq prosesinin tamaşaçısı deyil, iştirakçısı qismində çıxış etməliyik”   Dünən  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə 70-dən artıq QHT nümayəndəsinin Ağdama səfəri təşkil olunub. Səfərdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlkilov da iştirak edib.   Saytımıza açıqlamasında səfərlə bağlı təəssüratını dilə gətirən polkovnik Cəlil Xəlilov, belə səfərlərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğualyıb:   “30 ilə yaxın işğal altında qalan rayonlarımızda Ermənistanın böyük vəhşiliklər törətdiyi, hər şeyi məhv etdiyi, amansızcasına taladığı məlumdur. Ağdam şəhəri də uuzn illər ərzində erməni faşizminin talıanına məruz qalıb. Şəhər erməni işğalçıları tərəfindən tamamilə dağıdılıb, məhv edilib. Bu talanın, bu vəhşiliyin miqyası həddindən artıq böyükdür. Odur ki, Vətən müharibəsi başa çatsa da, erməni vəhşiliyinin büqtün dünyada ifşası prosesi davam etdirilməli, erməni faşizminin anti-insani mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.   Səfər əsnasında bizi  sevindirən məqmalar da oldu. Bu məqamlardan biri dövlətimizin qısa müddət ərzində işğaldan azad edilmiş torpaqlarımızda mühüm layihələrə start verməsi oldu.  Səfər əsnasında işğaldan azad edilmiş ərazilərdə yeni yolların çəkilməsinə, çoxşaxəli nəqliyyat infrastrukturunun yaradıldığına şahid olduq. Görülən işlərin miqyas və keyfiyyəti söyləməyə əsas verir ki, prezidentimizin rəhbərliyi altında qısa zamanda işğaldan azad edilmiş ərazilər daha müasir şəkildə bərpa ediləcək, Qarabağ və ətraf rayonlarımız öz əzəli gözəlliyinə qovuşacaq Təbii, bu işdə hər birimiz dövlətimizə, Ali Baş Komandan dəstək verməli, əlimizdən gələni əsirgəməməliyik.   Qarabağımızın bərpa olunmasında, dirçəlməsində iştirak etmək istəyən, bu müqəddəs işə töhfə verməyə çalışan hər bir vətəndaş Qarabağ Dirçəliş Fonduna ianə etməklə bu prosesdə çox asanlıqla iştirak edə bilər. Bunun üçün Qarabağ Dirçəliş Fondu tərəfindən hər cür imkan yaradılıb.  Biz hamımnız üçün doğma olan bu Fonda dəstək verməklə öz arzularımızı reallaşdıra bilərik.   Bunu da qeyd edim ki, Qarabağ Dirçəliş Fondu qarşısında duran əsas vəzifələrdən biri, həm də erməni faşizmi tərəfindən məhv edilən meşələrimizin bərpasıdır. Biz Qarabağımızın füsunkar təbiətini bərpa etmək, onun flora və fauna aləminin zənginliyini təmin etmək istəyiriksə, Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməli, quruculuq prosesinin tamaşaçısı deyil, iştirakçısı qismində çıxış etməliyik”.   Seymur ƏLİYEV

Hamısını oxu