Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Bu, Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı, yeni böhtan kampaniyasıdır.docx

“Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıda məhkəməsi keçirilən erməni separatçıların guya psixotrop dərmanların təsiri altında ifadə verməsi ilə bağlı açıqlaması gülüncüdür və bu, İrəvanın ölkəmizə qarşı növbəti təxribatıdır”.

 

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Paşinyan bu kimi bəyanatlarla məsuliyyətdən yayınmağa çalışır:

 

“Heç kimə sirr deyil ki, məhkəmə prosesinə cəlb edilən erməni separatçılarının hamısı həm işğal dönəmində, həm də 44 günlük Vətən müharibəsi zamanı xalqımıza qarşı bir-birindən dəhşətli cinayətlərə yol verib, böyük vəhşiliklər törədiblər. Yəni, bu şəxslərin bəd əməlləri, axıtdığı qanlar hər kəsə bəllidir. Bu gün həmin cinayətlərin hüquqi müstəvidə qiymətləndirilməsi, bu cinayətlərə görə ədalətli cəzanın müəyyənləşdirilməsi prosesi gedir və Azərbaycan bu prosesi bütün dünyanın gözləri önündə, açıq, şəffaf şəkildə həyata keçirir.

 

Paşinyanın məhkəmədə dindirilən separatçıların guya psixotrop dərmanların təsiri altında ifadə verməsi ilə bağlı səsləndirdiyi fikirlər absurddur və duyduğu qorxu hiki çıxşlarında bu cinayətlərin bir çoxunu məhz İrəvanın – Paşinyanın göstərişi ilə elədiklərini bildirəcəklər. Bununla da, Paşinyanla bağlı yeni ittihamlar, törətdiyi bəd əməllərlə bağlı əlavə sübut və faktlar ortaya çıxacaq. Məhz bu prosesi qabaqlamaq, ictimai rəyi çaşdırmaq üçün Paşinyan bu cür sərsəm bəyanatlar verir. Ancaq o, bilməlidir ki, heç bir halda məsuliyyətdən qaça, Azərbaycanın separatçılarla bağlı keçirdiyi şəffaf məhkəmə prosesinə kölgə sala bilməyəcək. Azərbaycan xalqı qarşısında cinayət törədənlər mütləq şəkildə məsuliyyətə cəlb olunacaq və layiq olduqları cəzanı alacaqdır”.

 

Seymur ƏLİYEV

2025-01-27 14:10:23
2586 baxış

Digər xəbərlər

“IV Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh təcrübəsinin təbliği baxımından mühüm platforma oldu”

“IV Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh təcrübəsinin təbliği baxımından mühüm platforma oldu”.  Bunu Moderator.az-a açıqlamasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Ulu Öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev haqqında çoxsaylı kitabların müəllifi Zərifə Quliyeva bildirib. Təşkilat sədri qeyd edib ki, iyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin Forumdakı çıxışı bu baxımdan xüsusi əhəmiyyətə malikdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxış, Azərbaycan və beynəlxalq aləmdə baş verən hadisələrlə bağlı səsləndirdiyi fikirlər bütün dünyada böyük maraqla qarşılanmaqdadır. Müzəffər Ali Baş Komandan öz çıxışında 44 günlük Vətən müharibəsindən, bu müharibə zamanı Azərbaycan xalqının sərgilədiyi fədakarlıqdan, ölkəmizə qarşı olan təzyiq və təhdid siyasətindən ətraflı bəhs etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı bütün hədə-qorxulara, təzyiqlərə rəğmən öz yolundan dönmədi və regionda sülhü, təhlükəsizliyi qətiyyətlə təmin etdi. Azərbaycan 44 günlük Vətən müharibəsində yalnız Ermənistaı məğlub etmədi. Ölkəmiz həm də Ermənistanın işğalçılıq siyasətinə dəstək verən, müharibəni dayandırmaq üçün Azərbaycaan təzyiq göstərən böyük dövlətləri də diplomatik arenada məğlub etdi. Xalqımız sübut etdi ki, o, həqiqətən də azad iradəyə malikdir və bu iradə qarşısında hər cür güc acizdir. Vətən müharibəsindən sonra Azərbaycan regionda sülh və təhlükəsizliyin daha da möhkəmlənməsi üçün ciddi səylər göstərdi ki, bu səylər 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh mətninin paraflanması ilə nəticələndi. Bu gün Cənubi Qafqazda de-fakto sülh mövcuddur. Biz buna görə hər şeydən öncə Müzəffər Ali Baş Komandanımıza, onun uzaqgörən və sülhpərvər siyasətinə borcluyuq. Bu baxımdan hesab edirəm ki, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh təcrübəsinin beynəlxalq miqyasda təbliği baxımdan mühn əhəmiyyətə malikdir. Bu platfor madünya dövlətlərinə ölkəmizin sülh təcrbəsini dərindən öyrənməyə, bu təcrübəni öz coğrafiyalarında tətbiq etməyə, problemləri zorakılıqla deyil, dialoq və qarşılıqlı etimad yolu ilə həll etməyə imkan yaradacaq, qlobal sülhə töhfə verəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
V.V.Timoşenkonun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                              Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vladimir Vasilyeviç Timoşenko “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 noyabr 2022-ci il

Hamısını oxu
Ağdamda şəhid Məmmədəli Məmmədəlizadənin anım günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, 11 oktyabr 2023-cü il tarixdə 44 günlük Vətən müharibəsi şəhidi Məmmədəlizadə Məmmədəli Asif oğlunun anım günü qeyd olundu. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti, şəhid valideyinləri, Agdam Rayon Müharibə,Əmək və Silahlı Qüvvələr veteranlar Təşkilatı, icra nümayəndələri, Ağdam rayon dörd yol,  iki tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Şagirdlər şəhidlərimiz haqda şeirlər deyiblər.  Şəhidlərimizin məzarları üstünə güllər düzülüb ,əkil qoyulub.  Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Hamısını oxu
Müdafiə Nazirliyinin əməkdaşları veteranlarla görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatının inzibati binasında Müdafiə Nazirliyinin əməkdaşları ilə İkinci Dünya müharibəsi veteranları arasında görüş keçirilib.   Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqları və veteranları salamlayıb, faşizmə qarşı mübarizə tarixindən bəhs edib. Azərbaycan xalqının istər faşizmə, istərsə də erməni işğalçılarına qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını vurğulayan Cəlil Xəlilov, dövlətin veteranlara daim diqqət və qayğı göstərdiyini qeyd edib.   Daha sonra çıxış edən Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Elvin Əzizov İkinci Dünya müharibəsində faşizmə qarşı aparılan mübarizənin əhəmiyyətindən danışıb. Həm ulu öndər Heydər Əliyevin, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin istər İkinci Dünya müharibəsi, istərsə də Qarabağ veteranlarına böyük diqqət yetirdiyini, onları öz çıxışlarında gənclərə nümunə göstərdiyini qeyd edən polkovnik Elvin Əzizov, veteranların, şəhdilərin göstərdiyi qəhrəmanlığın tarixin yaddaşında əbədi yaşayacağını bildirib.   Daha sonra polkovnik Elvin Əzizov Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya Müdafiə Nazirliyi adından gül dəstəsi bağışlayıb, müharibə vetaranlarına hədiyyələr təqdim edib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova veteranlara göstərdiyi diqqətə görə Müdafiə Nazirliyinə təşəkkür edib,  minnətdarlığını çatdırıb. Azərbaycan ordusunun 44 günlük müharibədə tarix yazdığına diqqət çəkən təşkilat sədri, şəhidlərin, qazilərin qarşısında baş əydiyini bildirib.   Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov isə çıxışında ordu quruculuğu prosesinə, ulu öndərin bu sahədəki xidmətlərinə diqqət çəkib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov Müdafiə Nazirliyi tərəfindən hərbi vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə təltif ediliblər.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu