Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“2025-ci il Konstitusiya və Suverenlik İli!”

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı "2025-ci il Konstitusiya və suverenlik ili" mövzusunda tədbir keçirib.

Tədbirdən öncə ölkəmizin müstəqilliyi və severenliyi uğrunda canlarını  qurban vermiş şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad olunub.

Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman çıxış edərək 2025-ci ilin Konstitusiya və suverenlik ili elan olunması barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, 1991-ci il oktyabrın 18-də əldə etdiyimiz dövlət müstəqilliyimiz məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndikdən sonra  1995-ci il noyabrın 12-də  Ulu Öndərin  rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi böyük əhəmiyyət daşıyır.   Sarsılmaz birliyimizin gücünü daim qorumaq və gələcək nəsillərə ötürmək bu gün hamımızın  vətəndaşlıq borcumuzdur.

 Tədbirdə şəhid atası Habil Hüseynov, Qarabağ qazisi Maşallah Əliyev, rayon Mədəniyyət Mərkəzinin direktoru Ramin İbrahimov, ictimai fəal Əsəd Abbasov, şair İman Abdulla, Vətən müharibəsi iştirakçısı Nofəl Tağıyev, veteran müəllim Cankişi Seyfullayev, şəhid qardaşı Sakit Üçtəpəli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazlı və başqaları çıxış edərək möhtərəm prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətini yüksək qiymətləndirdilər və dünyaya günəş kimi doğan Azərbaycanımızla qürur duyduqlarını xüsusi vurğuladılar. Bir daha əmin olduqlarını bildirdilər ki, müstəüilliyimiz daimidir, əbədidir və dönməzdir.

2025-02-04 18:23:19
3199 baxış

Digər xəbərlər

Xankəndidə təhlükəsizliyin ünvanı- Azərbaycan Polisi!

Uzun illər həsrətdən sonra dirçələn Xankəndidə bu gün sakitlik, etibar və güvən hökm sürür. Şəhərin küçələrində gəzən hər bir insan özünü tam təhlükəsiz hiss edir. Bu isə Azərbaycan polisinin fədakar və peşəkar xidmətinin bəhrəsidir. Xankəndidə ictimai asayişin qorunması təkcə bir vəzifə deyil, həm də vətənə və doğma yurda olan sevginin təzahürüdür. Əslən Xankəndidən olan Xankəndi şəhər polis şöbəsinin rəisi polkovnik Zaur Nəsirov doğma şəhərində qanunların qorunması üçün bütün gücünü səfərbər edib. Onun rəhbərliyi ilə polis əməkdaşları yalnız qanunların aliliyini təmin etmir, həm də insanlara arxayınlıq, sabaha inam bəxş edirlər. Bu fəaliyyətin arxasında isə Daxili İşlər Nazirliyinin böyük dəstəyi dayanır. Cənab Nazir Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycan polisi ölkəmizin hər bir bölgəsində olduğu kimi, Xankəndidə də ən yüksək peşəkarlıqla xidmət göstərir. Onun diqqət və qayğısı nəticəsində Xankəndidə təhlükəsizlik sistemi daha da möhkəmlənib, insanların öz doğma yurdlarında tam etibarlı şəraitdə yaşaması təmin olunub. Bu gün Xankəndidə həyat yenidən canlanır, tikinti-quruculuq işləri sürətlə davam edir. İnsanların üzündəki təbəssüm, uşaqların küçələrdə azadca oynaması bir daha göstərir ki, təhlükəsiz mühitin təmin olunması hər şeydən önəmlidir. Bu mühitin qoruyucusu isə Azərbaycan polisidir. Xankəndi sakinləri yaxşı bilirlər: onların hər addımında, hər günündə polis keşiyindədir. Bu keşiyin arxasında həm peşəkarlıq, həm də Vətən sevgisi dayanır. Azərbaycan polisi Xankəndidə sadəcə qayda-qanun yaratmır, həm də insanlara güvən, rahatlıq və ümid bəxş edir.  Müəllif: Şamxal Adıgözəlov

Hamısını oxu
Ordumuzun unikal əməliyyatı

Hamısını oxu
Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha bir neçə kəndini işğaldan azad edib

Bakı, 2 noyabr, AZƏRTAC  Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.a

Hamısını oxu
“Avropa İttifaqı Azərbaycanı Cənubi Qafqazda sülhün memarı kimi tanıyır”

“Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfətri və Prezident İlham Əliyevlə birlikdə mətbuata verdiyi bəyanat bir daha sübut etdi ki, Avropa İttifaqı ölkəmizi Cənubi Qafqazda sülhün memarı kimi tanıyır və dövlətimizin sülh səylərini yüksək qiymətləndirir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan 8 Noyabr zəfəri ilə regionda sülh üçün etibarlı zəmin formalaşdırıb və bu gün də bölgədə sabitliyin əsas təminatçısı qismində çıxış edir: “Hər kəsə məlum olduğu kimi, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində Azərbaycanın əldə etdiyi tarixi zəfər Cənubi Qafqaz regionunda yeni hərbi-siyasi və iqtisadi reallıqlar formalaşdırdı. Belə ki, erməni faşizmi 8 Noyabr zəfəri ilə darmadağın edildi ki, bu da Cənubi Qafqazda dinclik və sabitlik üçün əsaslı zəmin yaratdı. Post-müharibə dönəmində rəsmi Bakının yürütdüyü siyasət, xüsusilə də 2025-ci ilin 8 avqust tarixində Vaşiqntonda ABŞ prezidentinin də iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması imkan verdi ki, Cənubi Qafqaz sülhə doğru yeni, prinsipial bir addım atmış olsun. Bu gün Prezident İlham Əliyevin də bildirdiyi kimi, regionda de-fakto sülh mövcuddur. Məhz bu səbəbdən də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevi təbrik etdi, bunu son on illiklərin “ən mühüm hadisəsi” kimi dəyərləndirdi. Bildirdi ki, Azərbaycanın səyi ilə əldə edilən bu sülh ortaq rifah üçün yeni imkanlar açır. Bundan başqa, Avropa Komissiyasının Prezidenti bəyan etdi ki, Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir və sülhü gücləndirməkdə maraqlıdır. Bu, bir daha Avropa İttifaqının Azərbaycanın prinsipial mövqeyi, fədakarlığı ilə ərsəyə gələn sülhə verdiyi önəmi göstərir. İnanıram ki, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji xarakter alan əməkdaşlıq Cənubi Qafqazda sülhün möhkəmlənməsinə töhfə verəcək, region xalqlarının rifahını yüksəldəcək, inkişaf və tərəqqi üçün yeni imkanlar yaradacaq”. Seymur ƏLİYEV

Hamısını oxu