Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nəsimi rayonu 111 sayli tam orta məktəbdə Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub

Veteran .gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 19 fevral 2025-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir  Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbdə baş tutub.

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbirdə  Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva və müavini, Xocalı soyqırımının şahidi Taryel Eyvazov, məktəbin direktoru Jaiə Hacıyeva, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb. O, qonaqları tədbir iştirakçılarına təqdim edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni sələndirilib. Xocalı soyqırımının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şagirdlərin çıxışlarında Xocalı faciəsini, şəhidləri, vətənimizi tərənnüm edən şerlər yer alıb.

Daha sonra çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib.

O, ilk öncə Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Bildirib ki,1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstəsi SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edərək XX əsin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını törədib: “İşğalçılar  uşaqlara, qocalara, qadınlara aman verməmiş, hətta şəhid  olanların meyitlərini təhqir etmişlər. Uzun sürən həsrətdən sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında erməni faşistlərinı torpaqlarımınzdan qovaraq haqq-ədaləti bərpa ediblər. İndi soydaşlarımız öz doğma ocaqlarına, yurd –yuvalarına  qayıdıblar .Artıq Xocalıya da dönüş başlayıb. Mən çıxışımın sonunda uca Tanrıdan şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza cansağlığı arzulayıram”.

Daha sonra Taryel Eyvazov və Nəbi Hacıyev çıxış ediblər.  

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

2025-02-24 13:11:19
3036 baxış

Digər xəbərlər

“Ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmlənməsində neftçilərimizin böyük əməyi var”

Cəlil Xəlilov: “Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır”   Bu gün neft-qaz sənayesi işçilərinin peşə bayramı – Neftçilər Günüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov Dövlət Neft Şirkətinin əməkdaşlarını təbrik edib, onların ölkəmizin uğurlarındakı roluna diqqət çəkib:   “Öncə peşə bayramı münasibətilə Dövlət Neft Şirkətinin bütün əməkdaşlarını, respublikamızın neft-qaz işçilərini, eləcə də bu sektorda çalışmış veteranlarımızı “Neftçilər Günü” münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram.   Heç kimə sirr deyil ki, tarixən ölkəmizin əldə etdiyi bütün böyük uğurlarda neftçilərimizin mühüm rolu olub. İkicni Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin əldə edilməsində də neftçilərimiz həlledici rol oynamış, bununla da bütün bəşəriyyətə azadlıq və firavanlıq bəxş etmişdir. 1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, neftçilərimiz gənc respublikamızın güclənməsində həlledici rol oynamış, iqtisadi azadlığımızın təmin olunması sahəsində böyük fədakarlıqlar göstərmişdilər.   1994-cü il sentybarın 20-də Ümummilli lider Heydər Əliyevin dünyanın iri neft şirkətləri ilə imzaladığı “Əsrin müqaviləsi” sadəcə neft sənayemizin deyil, bütün ölkəmizin iqtsiadi-siyasi həyatında yeni bir dönəmin başlnağıcını qoydu. Bu müqavilə ilə Azərbaycan neftinin dünya bazarlarına çıxışı təmin edildi, dövlət büdcəmizə böyük miqdarda neft vəsaitləri daxil olmağa başladı. İqtisadi müstəqilliyimizin təmini siyasi gücümüzün daha da artmasına təkan verdi.   Prezident İlham Əliyevin qeyri-neft sektoru ilə yanaşı, həm də neft sənayesinə göstərdiyi diqqət və qayğı, bu sahədə həyata keçirilən modernləşmə prosesi, neft sektorumuza məxsus tarixi ənənələrin davam etdirilməsi günümüzdə də müstəqil Azərbaycanımızın iqtisadi baxımdan inkişafını şərtləndirən mühüm amillərdən biridir. Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır.   Neft sənayesindən əldə edilən gəlir ordumuzun güclənməsində, onun maddi-texniki bazasının möhkəmlənməsində mühüm rol oynayır. Bütün bunların hamısı neftçilərimizin ağır əməyi, fədakarlığı, öz işinə vicdanlı və məsuliyyətli yanaşması nəticəsində mümkün olur.   Mən bir daha neftçilərimizi peşə bayramı münasibətilə təbrik edir, onlara yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. İstəyirəm bütün neftçilərimiz bilsin ki, Azərbaycan veteranları hər zaman olduğu kimi bu gün də onlarla qürur duyur və onların yanındadır”.

Hamısını oxu
İlham Əliyev sadəcə sülh arzulamır, həm də sülh yaratmaq üçün əzm sərgiləyir...

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş əsnasında Azərbaycanla İran arasında mövcud olan tarixi dostluq və mehriban qonşuluq siyasətinə diqqət çəkən dövlət başçısı, ölkəmizin İranla bağlı yaranan vəziyyətdən narahatlıq keçirdiyini vurğulayıb. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti Əziz Nəsirzadəyə bildirib ki, Azərbaycan İranla bağlı yararnan gərinliyin aradan qaldırılmasına dəstək verməyə hazırdır.  Sözü ilə əməli bir olan Lider... Prezident İlham Əliyevin istər İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü və telefon danışıqları zamanı səsləndirdiyi fikirlər, istər İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə ilə görüşündə ortaya qoyduğu mövqe, istərsə də İsrail və ABŞ-ın İrana hücumu zamanı səsləndirdiyi bəyanatları sübut edir ki, Azərbaycan Prezidenti sözü ilə əməli tam mənada üst-üstə düşən nadir liderlərdəndir. İlham Əliyevin İrana münasibətdə yürütdüyü siyasət sübut edir ki, Azərbaycan kənar güclərin qonşularına qarşı təzyiq və təhdid siyasətində nəinki heç vaxt yer almayıb, həm də belə bir iştirakı həm siyasi-hüquqi, həm də əxlaqi-mənəvi baxımdan tamamilə yolverilməz hesab edir. Buna görə də, heç bir dövlət Azərbaycan ərazisindən İrana və ya digər qonşu ölkələrə qarşı hər hansı formada istifadə edə bilməyib və bundan sonra da istifadə edə bilməyəcək. İlham Əliyev sübut etdi ki, o, heç bir xalqın taleyinə biganə deyil, xüsusilə də qonşularının... Prezident İlham Əliyevin qonşu İranla bağlı atdığı addımlar, verdiyi açıqlamalar və təklif etdiyi köməkliklər Azərbaycan Respublikasının Prezidenti ilə bağlı maraqlı və bir o qədər də qürurverici həqiqətə diqqət çəkir. Bu həqiqət sadə və bir o qədər də əzəmətlidir: İlham Əliyev sadəcə sülh arzulamır, həm də sülh yaratmaq üçün əzm sərgiləyir. Onun həm İran Prezidenti Məsud Pezeşkian, həm də İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə ilə görüşündə qonşu dövlətə öz köməkliyini təklif etməsi, İranla anti-İran qüvvələri arasında vasitəçiliyə hazır olduğunu dilə gətirməsi Azərbaycanın dövlət başçısının regional və qlobal sülh üçün hər cür fədakarlığa hazır olduğunu göstərir. Bu fakt həm də Azərbaycanın öz qonşusuna olan real münasibətini əks etdirir. Məlum fakt sübut edir ki, Azərbaycan bir çox ölkələr kimi İran ətrafında yaranan gərginliyi sadəcə seyr etmək niyyətindən uzaqdır və İranı bu mürəkkəb vəziyyətdən çıxarmaq, onu müharibənin ağrı-acısından hifz etmək, iri güclərin hədəfi olmaqdan xilas etmək üçün öz siyasi-diplomatik gücündən istifadə etməyə hazırdır. Unutmaq olmaz ki, Azərbaycan bugünə qədər beynəlxalq miqyasda sülh və təhlükəsizliyin inkişafına böyük töhfələr verib və ona müraciət ediləcəyi təqdirdə İranla bağlı yaranan gərginliyin ortadan qalxmasına, tərəflərin bütün problemləri masa arxasında həll etməsinə də ciddi dəstək verəcəyi şübhəsizdir. Seymur ƏLİYEV

Hamısını oxu
SH-nin Bakı şəhər Herontoloji Mərkəzi Respublika Veteranlar Təşkilatı ilə birgə tədbir həyata keçirib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Herontoloji Mərkəzi Respublika Veteranlar Təşkilatı ilə birlikdə veteranların sağlamlığının bərpası məqsədilə maarifləndirici tədbir həyata keçirib. Tədbirlə bağlı görüntüləri oxuculara təqdim edirik:

Hamısını oxu
Rusiya səfiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 7 may 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli   səfiri Yevdokimov Mixail Nikolayeviç faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, veteranlarla görüşüb. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs edib, qələbəyə neft Bakısı və Azərbaycan döyüşçülərinin böyük töhfə verdiyini vurğulayıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, faşizm üzərində qələbədən illər sonra – 2020-ci ilin 8 Noyabr tarixində xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizmi üzərində qalib gəlməsi Azərbaycan gəncliyinin öz babalarının qəhrəmanlıq ənənəsinə sadiqliyini göstərir.  Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimov  da Azərbaycanın faşizm üzərində qələbəyə böyük töhfə verdiyini qeyd edib, bu şanlı tarixin hər zaman ehtiram hissi ilə xatırlanmasının vacibliyinə toxunub. Tədbirin sonunda İkinci Dünya müharibəsində faşizm üzərində qələbəni simvolizə edən “Xatirə məşəli” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təqdim olunub.  

Hamısını oxu