Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Regional iqtisadi sabitliyə və inkişafa töhfə

Azərbaycan və Pakistan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. O vaxtdan iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri davamlı olaraq inkişaf edir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyib.

Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın dövlət başçıları mütəmadi olaraq görüşlər keçirir, strateji əməkdaşlıq məsələlərini müzakirə edirlər.

Beynəlxalq təşkilatlarda da əməkdaşlığımız uğurla davam edir. Hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda bir-birini dəstəkləyir.

Qarabağ məsələsində Pakistanın mövqeyi hər zaman kəskin olub. Pakistan Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü hər zaman tam dəstəkləyir.

Azərbaycan da əlaqələrin inkişafında hər zaman maraqlı olub. Pakistan vətəndaşları üçün viza rejimini asanlaşdırıb, bu da iki ölkə arasında əlaqələrin inkişafına töhfə verir.

Azərbaycan və Pakistan hərbi texnologiya sahəsində əməkdaşlıq edir. Azərbaycan Pakistanın istehsal etdiyi JF-17 qırıcı təyyarələrinə və digər müdafiə sənayesi məhsullarına maraq göstərməklə kifayətlənmir, iki ölkənin silahlı qüvvələri arasında birgə hərbi təlimlər və təcrübə mübadiləsi həyata keçirilir. Pakistan və Azərbaycan təbii fəlakətlər zamanı bir-birlərinə hər zaman yardım edib.

Hər iki ölkə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir.

Bir sözlə, Azərbaycan və Pakistan arasındakı diplomatik əlaqələr strateji müttəfiqlik xarakteri daşıyır və hər iki dövlətin regional və beynəlxalq arenada daha güclü mövqeyə sahib olmasına töhfə verir.

Azərbaycan ilə Pakistan arasındakı strateji hədəflər və iqtisadi əməkdaşlıq müxtəlif sahələri əhatə edir və bu istiqamətdə mühüm addımlar atılır. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri ölkələrimiz arasında qardaşlıq əlaqələrini daha da gücləndirəcək.

Prezident İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşləri zamanı müəyyənləşdirilən əsas istiqamətlər bir daha göstərdi ki, ortaq strateji hədəflərimiz var.

Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bu sənədlər gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq.

Diplomatik əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlığın gücləndirilməsi ölkələrimiz üçün prioritetdir. Ticarət dövriyyəsinin artırılması və investisiya layihələrinin genişləndirilməsi enerji sahəsində əməkdaşlığa geniş imkanlar açacaq. Neft, qaz və bərpa olunan enerji sahələrində birgə layihələrin icrası ilə iqrisadiyyata daha çox tövhə veriləcək.

Müdafiə sənayesi və hərbi əməkdaşlıqla yanaşı, nəqliyyat və logistika Azərbaycan vasitəsilə Pakistanın Avrasiya bazarlarına çıxışını təmin edəcək. Bu da imkan verəcək ki, Pakistan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərindən səmərəli istifadə edə bilsin.

İki ölkə arasında akademik və texnoloji əməkdaşlığın artırılması da gələcək əməkdaşığın vacib sahələrindəndir. Ölkəmizin rəhbəri cənab İlham Əliyev çıxışında qeyd etdiyi kimi, iki qardaş ölkə olaraq beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik

Azərbaycan Pakistanda müxtəlif sahələrə 2 milyard dollar sərmayə yatırmağa hazırdır. SOCAR və Pakistanın dövlət enerji şirkətləri arasında bir sıra Anlaşma Memorandumları imzalanıb. İki ölkə arasındakı ticarət həcmi hazırda aşağı səviyyədə olsa da, iqtisadi əməkdaşlıq çərçivəsində bu göstəricinin artırılması hədəflənir.

Müdafiə sənayesinin yüksəlməsi Azərbaycan üçün hər zaman ön sıralarda yer alır. Azərbaycan Pakistanın müdafiə sənayesi məhsullarını alır və bu sahədə birgə istehsal layihələri müzakirə edilir.

İki ölkə arasında müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanları müzakirə edildi və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif çıxışında Pakistanın Mərkəzi Asiya və Avropa bazarlarına çıxışı üçün Azərbaycanın tranzit imkanlarından istifadə edilməsinin planlaşdırılmasından söz açdı.

Bu strateji hədəflər Azərbaycanın Pakistanla əməkdaşlığını gücləndirməklə yanaşı, regional iqtisadi sabitliyə və inkişafına da töhfə verəcək.

Məşhur Məmmədov
Milli Məclisin deputatı


2025-02-28 12:55:26
2958 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Qubada veteranlarla görüş keçirib

Ruslan Bədirov Quba Rayon Veteranlar Təşkilatına sədr seçilib Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 18 mart 2026-cı il tarixində Qubada veteranlarla görüş keçirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba Rayon Şöbəsində baş tutan görüşdə çıxış edən polkovnik Cəlil Xəlilov, veteranların Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsindəki tarixi xidmətlərinə diqqət çəkib, şəhidlərimizin, eləcə də veteranların qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb. Veteranları maraqlandıran suallara cavab verən polkovnik Cəlil Xəlilov, müharibə dönəmində olduğu kimi, sülh dövründə də hamının, eləcə də veteranların dövlətimizin, onun başçısının ətrafında sıx birləşməsinin vacib olduğunu vurğulayıb. Görüşdə çıxış edən SHXÇDX-nin Quba Rayon Şöbəsinin rəisi polkovnik Yasin Aşurov torpaqlarımızın erməni işğalından azad edilməsində şəhidlərin və veteranların sərgilədiyi fədakarlığı yüksək qiymətləndirib, 8 Noyabr zəfərinin xalqımızın qəhrəmanlıq tarixində müstəsna yer tutduğunu vurğulayıb. Polkovnik qeyd edib ki, şəhid ailələrinə və veteranlara göstərilən diqqət və qayğı Azərbaycan dövlətinin vətən müdafiəçilərinə olan sevgi və ehtiramının göstəricisidir. Tədbirin sonunda 44 günlük Vətən müharibəsi iştirakçısı Ruslan Bədirov yekdilliklə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Təşkilatının sədri seçilib. Polkovnik Cəlil Xəlilov Ruslan Bədirova yeni vəzifəsində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib.  Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı akademik Arif Paşayevi təbrik edib

Bu gün akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin ad günüdür.   Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu münasibətlə Arif Paşayevi təbrik edib. Təbrikdə deyilir:   “Hörmətli Arif müəllim. Sizi ad gününüz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, hər zaman olduğu kimi bundan sonra da, dəyərli elmi əsərləriniz və ixtiralarınızla ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verəcək, doğma Azərbaycanımızı beynəlxalq elmi konfranslarda, mötəbər elmi təşkilatlarda uğurla təmsil edəcəksiniz. İftixar hissi ilə qeyd edirik ki, Siz hər zaman zəngin elmi fəaliyyətinizi davam etdirməklə yanaşı, təcrübəli pedaqoq və elmi rəhbər kimi ölkəmizdə yüksək intellektə malik gənc kadrların hazırlanması prosesinə də böyük dəstək vermisiniz, dövlətimizin savadlı, dünyagörüşlü və vətənpərvər milli kadrlarla təmin edilməsində mühüm rol oynamısınız. Sevindiricidir ki, Sizin bu müqəddəs missiyanız bu gün də uğurla davam edir.   Sizi bir daha ad gününüz münasibəti ilə təbrik edir, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından ən xoş arzularımızı bildiririk”.   Hörmətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından  Fatma Səttarova və  Cəlil Xəlilov  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Mikayıl Ələkbərov kimi qəhrəmanların döyüş yolu gənc nəslin ideoloji-mənəvi tərbiyəsində mühüm amilə çevrilmişdir

XX əsrin ən dəhşətli və dağıdıcı muharibələrindən sayılan İkinci Dünya müharibəsində qələbənin qazanılmasında azərbaycan xalqı böyük qəhrəmanlıq və şücaət göstərmişdir. Azərbaycanlılardan ibarət yaradılmış milli deviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçərək böyük qəhrəmanlıqlar nümayiş etdirmişdir. Moskvanın, Leninqradın, eləcə də yüzlərlə şəhər və kəndlərin azad olunmasında böyük rəşadət göstərmiş, Polşanın, Yunanıstanın, Çexiyanın kimi ölkələrin azad olunmasında iştirak etmişlər. Bu döyüşlərdə Azərbaycanın igid övladları Səlahəddin Kazımov, Pulemyotçu İbrahim Sultanov, döyüşçü Məmməd Məmmədov, 2 dəfə “Qızıl Ulduz” və “Qızıl Bayraq” ordenləri ilə təltif edilmiş kapitan Baxış Mehdiyevin, “Qızıl Ulduz” ordeni ilə təltif edilmiş Əliş Manafov və Əli Əliyev, Dnepr ətrafı döyüşlərdə topçulardan Həsən Mirzəyev, Xanmirzə Hüseynov, Topçu İsfəndiyar Əliyev, serjant Həsənalı Məmmədov, Mikayıl Ələkbərov, kəşfiyyat manqasının komandiri Çərkəz Qurbanov kimi cəsur oğullar Ukrayna torpaqlarının faşistlərdən təmizlənməsində iştirak etmişdir. Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada laiq görülmüş və öz hərbi borclarını sona qədər şərəflə yerinə yetirirmişlər. Ukraynanın Dnepropetrovsk vilayətinin Tsariçan rayonunun Rudka kəndində 309 döyüşçünün əbədi uyuduğu qardaşlıq məzarında Azərbaycanın igid oğlu qvardiya qızıl əsgəri, Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərovun abidəsi ucaldılmışdır. 19 yaşında canını xalqı uğrunda fəda etmiş Mikayıl Ələkbərov kimi qəhrəmanların abidəsinin ucaldılması, keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilmişdir. Mikayıl Ələkbərov 1924-cü ildə Abşeron rayonunun Saray kəndində anadan olmuşdur. Stepnoy cəbhəsinin birinci qvardiya ordusu, 81-ci qvardiya atıcı diviziyasının 79-cu qvardiya əlahiddə kəşfiyyat bölüyünün kəşfiyyatçısı kimi qəhrəmanlıq örnəyinə çevrilən Mikayıl Ələkbərova 1943-cü il oktyabrın 10-da ona Sovet İttifaqı qəhrəmanı adı verilmişdir. Kəşfiyyatçı Dnepr çayının keçilməsində xüsusilə fərqlənmişdir. 1943-cü il sentyabrın 26-na keçən gecə Mikayıl Ələkbərov bir qrup kəşfiyyatçı ilə birlikdə düşmənin atəş sistemini öyrənmək üçün Borodayevka kəndinə getmişdi. Onlar gecə vaxtı hücum təşkil edərək bir saat ərzində düşmənin atəş nöqtələrinin yerini öyrənmişlər. Ertəsi gün bu kənd uğrunda döyüşdə Mikayıl iki alman əsgərini əsir götürmüş, daha dörd faşisti məhv etmişdir. Ələkbərov öz kəşfiyyatçı yoldaşları ilə birlikdə hitlerçilərin 14 əks-hücumunu dəf etmişdir. Sentyabrın 30-da ağır yaralanan Mikayıl Ələkbərov aldığı yaralardan 1943-cü il oktyabrın 13-də hərbi hospitalda vəfat etmişdir. Qvardiya qızıl əsgəri Mikayıl Məmməd oğlu Ələkbərova komandanlığın tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə və alman-faşistləri ilə döyüşlərdə göstərdiyi mərdlik və rəşadətə görə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 26 oktyabr 1943-cü il tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseyinzadə, Qafur Məmmədov,Mikayıl Ələkbərovunda xatirəsi daima yad edilir, Azərbaycanın hərbi məktəblərində, hərbi muzeylərdə, mümkün olan tədbirlərdə təbliğ edilir, örnəyə cevrilən ömür yolundan qürurla, vüqarla söz açılır. Büten bunlar bir daha sübut edir ki, Mikayıl Ələkbərovun qəhrəmanlığı yalnız öz dövründə deyil, həm də sonrakı nəsillər üçün bir dərs və ilham mənbəyi olaraq qalır.                                               Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri                                             polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı, 1 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi: - Xoş gəlmisiniz, hörmətli Mövlud bəy, əziz qonaqlar. Sizi görməyimə şadam. Sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan həmrəyliyini göstərir. Müharibənin ilk günlərindən, ilk saatlarından başlayaraq Türkiyə bizim yanımızdadır. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Bu siyasi və mənəvi dəstək bu gün də davam edir. Həm hörmətli Prezident, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin Sədri, siz - Xarici İşlər naziri, Müdafiə naziri və digər yüksəkvəzifəli şəxslər dəfələrlə Azərbaycana dəstək göstərmisiniz. Bu, bizi, Azərbaycan xalqını çox məmnun edir. Bu, bir daha göstərir biz bütün dövrlərdə - yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq. Bu siyasi və mənəvi dəstək əlbəttə ki, bizi ruhlandırır və biz haqq işimizi davam etdiririk. Bildiyiniz kimi, əməliyyat uğurla davam etdirilir. Bu günə qədər bir çox kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilibdir, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri. Ümumiyyətlə, təqribən 200-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edilib və bu, davam edir. Mən hər həftə azad edilmiş yeni şəhərlər və kəndlər haqqında məlumat verirəm və ümid edirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mən bu müddət ərzində dəfələrlə bildirmişdim ki, biz istəyirik bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın. Ancaq Ermənistan buna imkan vermir, 3 dəfə elan edilmiş atəşkəsi kobudcasına pozmuşdur, o cümlədən Gəncəni ballistik raketlərlə bombalamışdır, ondan sonra Bərdə şəhərini bombalamışdır və çoxsaylı itkilərimiz olubdur. Bu, bir daha Ermənistanın qeyri-insani davranışını göstərir və onu göstərir ki, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu işğal əbədi olsun. Onlar bizim ordumuz tərəfindən azad olunmuş yaşayış məntəqələrini yenidən işğal etmək istəyirlər. Müharibənin davam etməsinin əsas səbəbi də məhz budur. Əgər Ermənistan artıq öz çirkin əməllərindən əl çəkərsə, o zaman atəşkəs təmin ediləcək və məsələnin həlli danışıqlar masasında olacaqdır. Ancaq ümid edirəm ki, bu proses uzun sürməyəcək. Çünki biz 30 il gözləmişik. Biz istəyirik ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş digər torpaqlardan çıxarılması danışıqlar masası arxasında qısa müddət ərzində təmin olunsun. Əks təqdirdə, biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa etməyə davam edəcəyik və dediyim kimi, sona qədər gedəcəyik. Ermənistan faktiki olaraq öz məğlubiyyətini etiraf edib. Bildiyiniz kimi, bu yaxınlarda Ermənistanın baş naziri Rusiya Prezidenti cənab Putinə məktub göndərmişdir. Bu məktub, əslində, məğlubiyyətin etirafıdır. Çünki Rusiyadan hərbi dəstək istənilmişdir, halbuki, buna heç bir əsas yoxdur. Azərbaycan öz hərbi əməliyyatlarını beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazisində keçirir, Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirilmir, bizim belə planlarımız da yoxdur. Əgər olsaydı, biz bunu bu ilin iyul ayında edərdik. Bildiyiniz kimi, o vaxt dövlət sərhədində Ermənistan bizə hücum etmişdir və biz dövlət sərhədini keçmədən Ermənistanı öz torpaqlarımızdan çıxartdıq. Ona görə bir tərəfdən, məğlubiyyəti etiraf edir, - bu məktubun göndərilməsi bunu göstərir, - digər tərəfdən, tam təslim olmaq istəmir. Bu gün müharibənin davam etdirilməsi və hər iki tərəfdən itkilərin olması Paşinyanın üzərinə düşən böyük məsuliyyət və çirkin əməllər nəticəsində baş verir. Bütün məsuliyyət Ermənistan tərəfindədir və bu məğlubiyyəti etiraf edib torpaqlarımzdan çıxsa, danışıqlar masası arxasında məsələnin çözülməsi ən məqbul variantdır. Bir sözlə, bu məsələnin həlli artıq baş verir. Mən demişdim ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edir və təməl prinsiplərinin böyük hissəsini icra edibdir. Ümid edirəm ki, təməl prinsiplərinin qalan hissəsi də icra ediləcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır. Mən bu fürsətdən istifadə edərək, eyni zamanda, bu günlər ərzində bizə Türkiyə vətəndaşları, bizim qardaşlarımız tərəfindən göstərilən dəstəyə görə bütün qardaş Türkiyə xalqına təşəkkürümü bildirmək istəyirəm. Onlar mənə çoxsaylı məktublar göndərirlər, çox səmimi məktublardır və bu, bizim hamımızı duyğulandırır. Eyni zamanda, Türkiyənin media nümayəndələri də gecə-gündüz döyüş meydanlarında öz həyatlarını risk altına atırlar və bu görüntüləri dünya daha çox Türkiyə mediası vasitəsilə görür və bilir. Gəncənin, Bərdənin namərdcəsinə bombalanmasından sonra buraya ilk gələn bizim Türkiyədən olan qardaşlarımızdır. Ona görə bu, bir daha Türkiyə-Azərbaycan birliyini göstərir. Hər zaman mən əziz Qardaşımla bu barədə danışanda biz bilirdik ki, bu birlik sözdə deyil, əməldədir və bunu bu gün bütün dünya bilir. Bir daha xoş gəlmisiniz. Mövlud ÇAVUŞOĞLU dedi: -Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm, cənab Prezidentim. Cənab Prezidentimizin təlimatı, tapşırığı ilə gəlmişəm. Hər gün özü ilə danışırsınız, ən azı gündə iki dəfə, amma yenə də Sizə salamlarını göndərdi. Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır. Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq. Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşlarımız çox yaxından izləyir və bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, - deyə xəbərdarlıqlar edirlər. “Bizi də cəbhəyə göndərin” deyən çoxları var. Əminəm ki, Sizə yazılan məktublarda da bunlar vardır. Prezident İlham ƏLİYEV: Bəli, bəli. Mövlud ÇAVUŞOĞLU: Bütün bu üstünlüyə - həm döyüş meydanındakı üstünlüyə, həm hüquqi üstünlüyə, həm də haqlı olmağımıza baxmayaraq, atəşkəs məsələsində və danışıqlarda da özünə güvənən bir dövlət və millət kimi Sizin liderliyinizlə Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi. Bunu anlayan var, anlamayan var, anlamaq istəməyən var. Ermənistanın da nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür. Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik. X X X Dövlətimizin başçısı Türkiyənin İzmir şəhərində zəlzələ zamanı həlak olanlarla bağlı bir daha başsağlığı verdi. Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Hamısını oxu