Polkovnik Cəlil Xəlilov Şamil Süleymanovu 90 illik yubileyi münasibətilə təbrik edib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov polkovnik Şamil Süleymanovu 90 illik yubileyi münasibətilə təbrik edib.



Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov polkovnik Şamil Süleymanovu 90 illik yubileyi münasibətilə təbrik edib.



Veteran.gov.az xəbər verir ki, Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilati dəstəyi ilə “Novruz bayramı” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili” adlı layihəsi icra edilib. Bayram şənliyində Bakı, Abşeron , Sumqayıt bölgələrində yaşayan və “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı xüsusi internat məktəbi”ndə təhsil alan görmə üzrə əlilliyi olan uşaqların iştirakı təmin edilmişdir və yeniyetmələrin şənlikdə iştirakının rahatlığının təmin edilməsi üçün müyəssər şərait qurulub. Bayram şənliyi Bakı şəhəri, Nərimanov rayonu, “Metropark” ticarət və əyləncə mərkəzində təşkil edilib. Bayram şənliyində gözdən əlil uşaqlar üçün müyəssər oyun və şou proqramlarla yanaşı, yemək və Novruz bayramına xas elementlərlə bəzədilmiş şirniyyat süfrəsi eləcə də tiflo (müyəssər musiqi texnikası-qulaqlıqlar) hədiyyələr təqdim edilib. Şənlikdə 200-ə yaxın uşaq və onları müşayiət edən şəxslər iştirak edib.
Hamısını oxuBu gün Respublika Veteranlar Təşkilatında “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini Cəlil Xəlilov arasında görüş keçirilib. Veteran.gov.az xəbər verir ki, qəbul üçün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya təşəkkür edən Nəzakət Məmmədova, veteranların ölkəmizin ictimai həyatındakı roluna diqqət çəkib, onların istər həyat, istərsə də döyüş yolunun gənc nəslə nümunə olduğunu bildirib. Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova veteran hərəkatının tarixindən bəhs edib, xalqımızın igid oğul və qızlarının tarixin bütün mərhələlərində düşmənə qarşı mərdliklə mübarizə apardığını bildirib. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun öz tarixi ənənəsinə sadiq qalaraq böyük qəhrəmanlıqlara imza atdığını bildirən Fatma Səttarova, gənc nəslin öz atalarının, babalarının sahib olduğu vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyinə toxunub. Respublika Veteranlar Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov isə dövlətin veteranlara böyük diqqət və qayğı göstərdiyini bildirib, bu sahədə görülən işlərə, həyata keçirilən layihələrə diqqət çəkib. Sonda Nəzakət Məmmədova "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif olunub.
Hamısını oxu
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunan 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlu, habelə ölkəmizə qarşı təxribat-pozuculuq fəaliyyəti ilə məşğul olan 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlunu məsuliyyətə cəlb edib. Hər iki şəxs ölkəmizdə etnik və dini zəmində düşmənçilik yaratmaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlamaq və digər pozuculuq fəaliyyətində ittiham olunur. DTX-nin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən şəxslərlə bağlı son əməliyyatı qurumun növbəti uğurudur. Azərtac xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov söyləyib. C.Xəlilov deyib: “DTX dövlətimizin və xalqımızın təhlükəsizliyinin qorunmasında mühüm rol oynayan, bu istiqamətdə böyük əmək sərf edən dövlət qurumudur. DTX-nin yaxın bir il ərzində İran və Ermənistanın xüsusi xidmət orqanlarının Azərbaycandakı fəaliyyətini ifşa edən çoxsaylı əməliyyatları bu qurumun dövlətimizin və xalqımızın təhlükəsizliyinə böyük töhfələr verdiyini göstərir. Bütün bu əməliyyatlar, eləcə də sonuncu əməliyyat göstərir ki, DTX dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanmaqdadır və anti-Azərbaycan qüvvələrinin qarşısını qətiyyətlə alır. DTX-nin yüksək peşəkarlığı və ayıq-sayıqlığı bunu söyləməyə imkan verir ki, düşmənlərimiz bu günə qədər olduğu kimi, bundan sonra da arzularına çata, ölkəmizlə bağlı təxribatçılıq planlarını həyata keçirə bilməyəcəklər”. Polkovnik ictimaiyyətin, hər bir vətəndaşın bu kimi məsələlərdə hüquq-mühafizə orqanlarına dəstək verməsinin vacibliyini də qeyd edib: “Azərbaycanın hüquq-mühafizə orqanları, güc qurumları yüksək peşəkarlıqla fəaliyyət göstərir, ölkə daxilində təhlükəsizliyin, sabitlik və asayişin qorunmasını yüksək səviyyədə təmin edir. Bu məsələdə vətəndaşlar da hüquq-mühafizə orqanlarına kömək göstərməli, şahid olduqları şübhəli hadisə və şəxslərlə bağlı dərhal əlaqədar qurumları məlumatlandırmalıdır. Unutmayaq ki, yalnız ictimaiyyətin özünün yaxından iştirakı, birliyimiz və həmrəyliyimiz sayəsində bütün bu təhlükələrin qarşısını zamanında ala bilərik”.
Hamısını oxu
İyulun 5-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Karate Federasiyası və Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər Kuboku” turnirinin təntənəli açılış mərasimi baş tutub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış nitqi ilə çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin müstəqil Azərbaycan Respublikasının tarixində oynadığı roldan danışıb. Daha sonra çıxış edən Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunmasından bəhs edib, 5-ci illiyini qeyd edəcəyimiz Zəfərin tarixi səlnaməsinin gənclərin vətənpərvərlik tərbiyəsindəki önəmini vurğulayıb. Milli Məclisin deputatları Fazil Mustafa və Vüqar Rəhimzadə Azərbaycanda idmana göstərilən qayğıdan və əldə edilən möhtəşəm qələbənin qazanılmasında idmançı gənclərin rolundan danışıblar. Tədbirdə çıxış edən Arpaçay İdman Birliyinin vitse-prezidenti Yavər Hüseynov Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərovun son illərdə, ölkəmizdə sağlam gənc nəslin yetişməsində xidmətlərinə, o cümlədən karate idman növünün inkişafına göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını çatdırıb. Daha sonra Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev tərəfindən ölkəmizdə karate idman növünün inkişafında göstərdiyi xidmətlərə görə Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərova V Dan qara kəmər dərəcəsinin fəxri diplomu təqdim edilib. Fərahim Sadiqin təşkilatçılığı ilə açılış mərasiminin bədii hissəsində müğənni Nurlan Ordubadlı “Yaşa, Azərbaycan” mahnısı, “Xan” qrupu xüsusi kompozisiya və Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ilə çıxış ediblər. Qeyd edək ki, 3 gün davam edən və uğurla başa çatan “Zəfər Kuboku” yarışında Azərbaycanın paytaxtı Bakı şəhərindən və regionlardan olan 40-dan çox klub və birlikdən 800-ə yaxın uşaq, yeniyetmə və gənc karateçi mübarizə aparıb. Turniri medal sayına görə 1-ci yerdə tamamlayan “Qara brilyant” klubu “Zəfər Kuboku”nun sahibi olub, ikinci yeri FHN komandası, üçüncü yeri isə “Qara qaplan” klubu tutub.
Hamısını oxu