Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ruhum ağrılardan qıvrılır yenə

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən...

 Ruhum ağrılardan qıvrılır yenə,

Vücudun soyuyub sönməyi vardır.

Bu suçsuz ürəyim sızlayır yenə,

Yenə yarın məndən dönməyi vardır.

 

Sənə gəlməkdəyəm könlümdə umud,

Gecəni, gündüzü düşünüb yordum:

Ya sözün kölgəli bəyaz bir bulud,

Ya qara gözlərin əzabın yurdu.

 

Sonra Allah dedim, bax, mən allahsız,

Köksümdə daşlaşdı bir qərar: İlğım!

Hamı günahkardı, hamı günahsız,

Əzab dalımızca düşüb, yazığıq.

 

Bilirəm, yanında xətrim əzizdir,

Bu canın o cana enməyi vardır.

Asi ürəyimdə gözlənti izi,

Yenə yarın mənə dönməyi vardır.

 

 MƏN SƏNƏ MƏKTUBLAR YAZDIM

 

 Mən sənə məktublar yazdım hər axşam,

Sözlər sehrlədi dörd bir yanını.

Ehtimal, üzünə sürtdün məktubu,

Ehtimal, dişlədin bal dodağını.

 

Bu dəmdə diksinib birləşdi ruhlar,

Həsrətlər bərabər qol-qola girdi.

Mən səni aradım dünyabadünya,

Sən də yol-yol gəldin mənim yanıma.

 

Qarşında qəlbini açıb tökər kim

Hərfbəhərf, sözbəsöz, məktubbaaməktub?

Bilmirəm, əzabmı, sevincmi bizə,

Eşq hansı məktubu sayacaq məqbul.

 

Ağlım vücudumda yanar, titrəyər,

Bu təsadüf vüsal xəyala dönər.

İndi hər nəfəsdə səslərəm canım,

Gəlsənə, gəlsənə, gəlsənə mənə.

 

Dar hücrəm doludur dilsiz kağızla,

İnlədi qələmdən ayrı əllərim.

Özünü şüşəyə çırpdı dünyanın

Qanadlı, qanadsız kəbutərləri.

 

Bağışla! Nə yazım, dilimdə söz yox,

Təəssüf, görmədin qəlbimdəkini.

Hansı asimana, yavrum, sevinclə,

Sənsiz gözlərimlə baxım mən indi?

 

Qələmi sındırdım, iş oldu tamam.

Bir sirri anlatdım, köhnədir, dinlə:

“Baxışımdan köçər baxışlarına

Könlümdə yazılan ən gözəl namə...”.

 

Mən sənə məktublar yazdım hər axşam...

 

Rəhmət BABACAN

Özbəkistan Respublikası

Şair, tərcüməçi, “İstirab fısıltısı” və

“Üzbə-üz” adlı şeir kitablarının müəllifi.

 Azərbaycan dilinə tərcümə etdi: Səlim Babullaoğlu

 

2025-03-13 12:33:50
707 baxış

Digər xəbərlər

Orduxan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqov barədə həbs qərarı çıxarıldı

Azərbaycan vətəndaşı 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunmuş və Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar 2019-cu il dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib. Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə 15 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilib. İstintaqla müəyyən edilmişdir ki, Elvin İsayev 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasının vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasını tərk etdikdən sonra, müvəqqəti məskunlaşdığı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində özünə məxsus hesablar vasitəsilə "youtube" və "facebook" sosial şəbəkələrində Azərbaycan dilində yerləşdirdiyi video müraciətlərində, yayımladığı video görüntülərdə və paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlətməklə Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib. Qeyd olunanlara əsasən Elvin İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Eyni zamanda, Elvin İsayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilmişlər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin "İnterpol"un Milli Mərkəzi Bürosuna göndərilib.   Prokurorluq orqanları tərəfindən qeyd edilən şəxslərin konkret olaraq olduğu yerlər müəyyən edilməklə qanunvericiliyin və müvafiq beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına ekstradisiya edilmələri və məhkəmə məsuliyyətinə verilmələri üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir. Hazırda həmin cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir. Milli.Az

Hamısını oxu
Hədəf Şirkətlər Qrupunun təmsilçiləri “Tək Millət, iki dövlət” proqramı çərçivəsində İzmir şəhərində rəsmi səfərdədir

Veteran.gov.az xəbər verir ki, Hədəf Şirkətlər Qrupunun direktoru Şəmil Sadiq və Hədəf liseyinin bir qrup şagird, müəllim və valideyn heyəti İzmir İzbilim Kollejinin təşkil etdiyi “Tək Millət, iki dövlət” proqramı çərçivəsində İzmir şəhərində rəsmi səfərdədir. 24 mart tarixində Azərbaycan heyəti İzbilim kollecinin hazırladığı törəndə iştirak etmiş, kolleclə tanışlıq olmuş, sonra isə İzmir şəhər Mənəmən kaymakanı Fatih Yılmaz bəy Azərbıycan heyətinin bir qrupunu qəbul etmiş, Azərbaycan Türkiyə qardaşlığı, təhsil əlaqələri mövzusunda müzakirə edilmişdir. Şəmil Sadiq Azərbaycan Türkiyə qardaşlığını ifadə edən kitab və müxtəlif hədiyyələri kaymakan bəyə təqdim etmişdir!   Seymur ƏLİYEV

Hamısını oxu
Səbail rayonunda 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

Respublika Veteranlar Təşkilatının (RVT) Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin  müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 9 iyun 2021-ci il tarixində  Səbail rayonunda Vətən müharibəsi iştirakçıları ilə görüşüb.   Görüşdə Səbail rayon VT-nın sədri Adilə Yaqubova, Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları,   44 günlük Vətən müharibəsi iştirakçıları, şöbə müdiri Orxan Aydınov və şöbə əməkdaşı Nicat Quluyev, eyni zamanda Böyük Vətən Müharibəsi veteranı Əli Nəsirov, Sosialist Əməyi Qəhrəmanı Həcər İsababayeva, 44 günlük Vətən müharibəsi döyüşçüləri Abbaszadə Vurğun, Kazımov Samir iştirak edib.   Tədbiri Səbail  rayon VT-nın sədri  Adilə xanım açdıb, qonaqları  tədbir iştirakçılarına təqdim edib. Daha sonra çıxış edən polkovnik Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü    uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şöbə müdiri RVT –nın sədri Fatma xanım Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb.   Polkovnik Adil Haqverdiyev Vətən müharibəsi iştirakçıları ilə söhbət əsnasında onların hansı istiqamətdə döyüşməsi ilə maraqlanb, veteranları maraqlandıran suallara cavab verib.   Tədbirdə müharibə iştirakçısı Vüsal Abbaszadə,  RVT-nın əməkdaşı Nəbi Hacıyev çıxış edib, Vətən müharibəsi və onun nəticələrindən, habelə post-müharibə dönəmində qarşıda duran məsələlərdən danışıblar.   Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
“Dayaq “Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı polkovnik Cəlil Xəlilovu təbrik edib

Veteran.gov.az xəbər verir ki, “Dayaq “Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovu ad günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Bu gün dəyərli dostumuz, tanınmış hərbi ekspert, polkovnik Cəlil Xəlilovun doğum günüdür. Bu əlamətdar gün münasibətilə Cəlil müəllimi ürəkdən təbrik edir, ona ilk növbədə möhkəm can sağlığı, uzun, mənalı və bərəkətli ömür arzulayıram. Həyatının hər bir yeni ili ona yeni uğurlar, gözəl xatirələr, sevinc və xoş günlər bəxş etsin. Cəlil Xəlilov uzun illər ərzində peşəkarlığı, zəngin hərbi təcrübəsi, prinsipial mövqeyi, Vətənə və dövlətə sədaqəti ilə seçilən ziyalı və hərbçi kimi hörmət qazanıb. Onun hərbi sahədəki bilik və təcrübəsi, hadisələrə obyektiv yanaşması və analitik düşüncəsi hər zaman yüksək qiymətləndirilir. Arzu edirəm ki, bundan sonrakı həyat yolunda da qarşısına qoyduğu bütün məqsədlərə uğurla çatsın, daim sağlam, gümrah və yüksək əhval-ruhiyyədə olsun. Ailəsinin, doğmalarının və dostlarının əhatəsində xoşbəxt və firavan günlər yaşasın. Qoy ömrünün hər yeni səhəri sevinc, hər yeni günü uğur, hər yeni ili isə daha böyük nailiyyətlərlə yadda qalsın. Uca Allah onu və ailəsini qorusun, həyatına daim ruzi-bərəkət, əmin-amanlıq və gözəl günlər nəsib etsin. Əziz Cəlil müəllim, doğum gününüz mübarək! Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Hər zaman var olun, sağlam olun, üzünüzdən təbəssüm, qəlbinizdən sevinc əskik olmasın! Yeni yaşınız uğurlu və düşərli olsun!” Seymur ƏLİYEV

Hamısını oxu