Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Enaxan Siddiqova

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən VII yazı

1954-cü ildə Özbəkistanın Fərqanə vilayətində anadan olub. Fərqanə Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb. “Qaragöz durnalar”, “Sümənbər nəsim”, “Könül üfüqləri”, “Eşq ifari” adlı şeir, “Sirli gecə fəryadı” adlı nəsr və bir sıra ədəbi-publisistik kitabları çap olunub. “Dostluq” və “El-yurd hörməti” ordenləri ilə təltif olunub. 2023-cü ildə vəfat edib.

 

Sevilmək üçün...

 

Biz sevilmək üçün gəldik dünyaya,

Eşq odun olum mən ocaqlarına.

 

Bizi yaratmışdır qadir Allahım,

Eşqin uca dari, sırtmaqlarına.

 

Bu dünya tuzakdır, fəryad gərək deyil,

Düşmüşük yalnız eşq tuzaqlarına.

 

Eşq məgər cəhənnəm olsa, çağır ki,

Cənnət qalıb girəcəyəm cəhənnəmlərinə.

 

Eşq deyə qiyamətə qədər gedəcəyik,

Günahımız eşq deyə soraqlarına.

 

Eşqimiz ilahi, qurbanlıq aslı,

Canımız tikilmiş bayraqlarına.

 

Bizi eşq mülkünə məhkum etsin Allah,

Sürgün etsin sonsuz azablarına.

 

Anagül, tökülsək bir damla kimi,

Əzəl sərkatibin mürəkkəblərinə.

 

Son gün

 

Ömür bircə dəfə verilmiş fürsət:

Nanə kimi bitmək, çiçəkləmək azad.

Gedərsən arxanca tökülsün ehsan,

Arxandan bir dəfə ah çəksin günəş.

 

Ömür bircə dəfə verilmiş fürsət:

Qərd deyil, ürəyim ol bir böyük dərd.

Arxanca ah çəksin, ağlasın səma,

Arxandan baş vursun qalan həmin bəxt.

 

Ömür bircə dəfə verilmiş fürsət:

Parça-parça edib ürəyi yandırmaq.

Başından qurbətlər ərisin, dövran,

Ləkələrini gizlət o gün, ey mahtab.

 

Ömür bircə dəfə verilmiş fürsət:

Bu dünya üstündən qəhqəhə vur, gül.

Bir nəfəslik sussun axı bu cahan,

Arxandan əzilib ağlasın bir gül.

 

Son günün ardından ən son fürsət:

Saçını tozdursun, ah vurub getsin.

Haqqın dərgahında o günü arman,

Qəmlər tabutunu götürüb getsin.

 

O gün... o gün çox pıçıldayır,

Səssizlik darına asılmış dilin.

Şeirlərini oxuyub gözü yaşlanır,

Cəsədin üstündə əyilir elin...

 

Ömür yalnız dəfə verilmiş fürsət...

 

Ömür təqvimindən bahar, payız keçdi...

 

Ömrüm təqvimindən altmış bahar,

Altmış payız keçdi qırılan yarpaqtək.

Həyat arxasından qaçıb, atılıb

Mən nəyə vuruldum, nə sözü deyim?!

 

Kor sərnişin kimi mən bu yollarda

Bəxti səhvə saldım, qəlbi itirdim.

Tapmışam, ama heç yadımda deyil,

İsti günlərdə elə soyuqlandım.

 

Bəzən düşünmədən mişarla yıxdım,

Ürəyim böyüdən mavi ağacı.

Bəlkə də oxuya bilmədən keçdim,

Alnıma Allah bitmiş dəstxətti.

 

Ömrüm təqvimindən bahar, payız keçdi,

Qış gəldi qəlibimə, qarlar da yağdı.

Başımda hər zaman fırlanıb uçan,

Səsi gelən o qara qarğalardı.

 

Ürəyim unudur, geri dönərsəm,

Ah desəm, illərim tökülür tut kimi.

Xalqım xatırlayırmı bir misramı?

Sanki hamısı unudulub.

 

Amma həvəsim yox şairliyə heç,

Haqqın dərgahında mən də sərnişin.

Tale mənimlədir, Allah güc verər,

Axı qaranlıq deyil, elçisiyəm işığın.

 

Bilirəm, qarşında çoxdur vəzifəm,

Qəlbim gül açdıran yaradan haqqı.

Yaxşı, dualar et, alnımdan da öp,

Borcum kəsəbilsəm, ey ana xalqım!

 

* * *

Xorlanmaq, təhqirə alışmış ürək,

Gəlir elə Ümid, Erk və Hürriyyət!

Ölməyəcəksənmi axı sevincdən.

Qorxundan adını unutmuş

Yarpaq kimi titrəyən, ürəyim,

Mən sənə bir sütün qoymalıyam –

Böyük bir sütun:

Qürurdan –

Namusdan –

İmandan demək.

Ta hər zaman

yeddi bükülüb əyilmə deyə.

 

Özbək dilindən uyğunlaşdıran: Rəhmət BABACAN

2025-04-12 21:19:11
2471 baxış

Digər xəbərlər

Rayon Veteranlar Təşkilatı Qarabağ qazisi Maşalla Əliyevin yubiley tədbirini keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı "Qarabağ qaziləri" İctimai Birliyinin Cəlilabad rayon  bölməsinin sədri Maşalla Əliyevin 70 illik yubileyi münasibəti İlə tədbir keçirib. Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrinda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri, şair-publisist Ədalət Salman Qarabağ müharibəsi qazisi, iki ayağını da döyüş cəbhəsində itirmiş Maşalla Əliyevin gənclərimizə örnək olan həyat və döyüş yolundan danışdı,  onun məktəbli  gənclərin vətənpərvər ruhda tərbiyəsində  göstərdiyi müstəsna  xidmətlərini xüsusilə vurğuladı.  O, yubilyara Veteran Təşkilatının Fəxri fərmanını və hədiyyələr təqdim etdi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, İman Abdulla, Qurban Əhməd, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin sədri Asəf İsmayılov, Əfqanıstan müharibəsi veteranı Rəşid Mahmudov,  əmək veteranları Əsəd Əliyev, Zaman Qarayev, Rasif  Həsənov, Sakit İsayev və başqaları ömrünün yetmişinci baharını yaşayan müharibə veteranı Maşallah Əliyevi yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik etdilər, ona həsr olunan şeirlərini oxudular, rayonun ictimai-siyasi həyatında fəal iştirakını yüksək qiymətləndirdilər. Birinci Qarabağ savaşının iştirakçısı olmuş Maşalla Əliyev yubiley tədbirini təşkil etdiyinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. Sonda xatirə şəkilləri çəkildi.  

Hamısını oxu
“Prezidentin Xankəndidə ucaltdığı bayraq Azərbaycanın haqlı mübarizəsinin zəfər salnaməsidir”

“Azərbaycanın əldə etdiyi bütün zəfərlərin nüvəsində İlham Əliyev faktoru dayanır” Səmyar Abdullayev: “8 Noyabr kimi 15 oktyabr tarixi də ən müqəddəs günlərdən biri kimi xalqımız tərəfindən daim sevgi və ehtiramla anılacaq” Dünən - 15 oktyabr tarixində Prezident İlham Əliyevin siyasi hakimiyyətinin 20-ci ildönümü tamam oldu. Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə dövlətimizin son 20 ildəki uğurlarına qısa da olsa nəzər salmağa çalışdıq. -Səmyar bəy, oktyabrın 15-də Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 20 ili tamam oldu. Bu 20 ili sosial-iqtisadi baxımdan necə dəyərləndirərdiniz? -Hər şeydən öncə qeyd edim ki, Prezident İlham Əliyevin 20 illik hakimiyyət dönəmi Azərbaycan tarixində böyük uğurlar, iqtisadi-siyasi, eləcə də hərbi zəfərlərlə yadda qalıb. Sosial-iqtsiadi uğurlara gəlincə, deməliyik ki, son 20 ildə ölkəmizdə əhalinin sosial rifahı ötən dövrlərlə müqayisədə bir neçə dəfə yüksəlib, vətəndaşlarımızın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Buna səbəb  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının uğurla inkişaf etdirilməsi, dövlət büdcəsinə neft sektoru ilə yanaşı, həm də qeyri-neft sektorundan böyük vəsaitlərin daxil olmasının təmin edilməsi olub. Bu gün Azərbaycan sadəcə siyasi nüfuzuna və hərbi gücünə görə deyil, həm də iqtisadi qüdrətinə görə regionun lider dövlətidir. Bundan daha önəmlisi isə odur ki, Azərbaycan öz liderlik möqeyini hər ötən il daha da gücləndirir. Prezidentimizin rəhbərliyi ilə əldə edilən uğurlar, sosial-iqtisadi inkişaf konkret rəqəmlərdə, statistikalarda da öz əksini aydın surətdə göstərir. Nümunə üçün qeyd edim ki, son 20 ildə Azəbaycanda minimum əmək haqqı 38 dəfə artıb. Bu, yalnız region deyil, dünya miqyasında rekord göstəricidir. Orta aylıq əmək haqqı 12 dəfə, minimum pensiya isə 14 dəfə artıb ki, bu da vətəndaşların sosial rifahına ciddi şəkildə təsir göstərib. Bütün bu rəqəmlər dövlətimizin iqtisadi qüdrətini təcəssüm etdirməklə yanaşı, Prezident İlham Əliyevin xalqa, vətəndaşa, onun sosial rifahının davamlı şəkildə yüksəlməsinə nə qədər mühüm önəm verdiyini göstərir. -Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə, eləcə də qazilərə daim dəstək olduğu, onların ən xırda probleminə belə çox böyük həssaslıqla yanaşdığı hər kəsə məlumdur. Sizcə dövlətimizin son 20 ildəki siyasəti şəhid ailələrinin, qazilərin yaşamı, sosial rifahı baxımından hansı mühüm hadisələrlə əlamətdar olub? -Qeyd etdiyiniz kimi, şəhid ailələri, müharibə əlilləri və veteranlar, eləcə də digər əlilliyi olan vətəndaşlarımız, həmçinin, görmə məhdudiyyyəti olan insanlarımız hər zaman dövlət başçısının, eləcə də Birinci Vitse-prezident hörmətli Mehriban xanımın daim diqqət mərkəzində olub. Ölkəmizdə həssas kateqoriyadan olan bu insanlarla bağlı çoxlu sayda sosial layihələr icra olunub, mühüm addımlar atılıb. Rəqəmlərə nəzər salsaq görərik ki, son 20 ildə Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və qazilərə verilən təqaüd 6 dəfə artırılıb. Habelə, məlum kateqoriyadan olan 124 min vətəndaşımıza yardımlar göstərilib, onların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər icra edilib. Prezident İlham Əliyevin qayğısı sayəsində məlum kateqoriyadan olan 20 min nəfərin məşğulluq problemi həll edilib, onlar daimi işlə təmin olunublar.  Dövlət başçısı veteranlarımızın, müharibə əlillərinin sağlamlıq vəziyyətini də daim diqqət mərkəzində saxlayıb. Qeyd edək ki, 458 nəfər müharibə əlili yüksək texnologiyalar əsasında hazırlanan müasir protezlərlə təmin edilib. Minlərlə müharibə iştirakçısının Türkiyə, Almaniya və digər ölkələrdə müalicəsi təmin olunub. Bir sözlə, dövlətimiz bütün imkan və resurslarından istifadə edərək şəhid ailəlrinin, müharibə əlillərinin, qazilərin problemlərini yüksək səviyyədə həll edib, bu gün də onların sosial rifahının yüksəldilməsi, arzu və istəklərinin reallaşdırılması istiqamətində qətiyyətlə çalışmaqdadır. Prezident İlham Əliyev şəhid ailələrinin, müharibə əlillərinin mənzillə təminatına da xüsusi dqiqət yetirir. Yalnız 2022-ci ildə şəhid ailələri və müharibə əlillərinə 1500-dən çox mənzil və fərdi ev verilib. Vətən müharibəsindən bu günədək isə həmin kateqoriyadan olan 4500 vətəndaş mənzillə təmin olunub. Statistik məlumatlar göstərir ki, ümumilikdə bu günə qədər 13 mindən çox şəhid ailəsi və müharibə əlilinə mənzil verilib. Bu, yalnız region dövlətləri deyil, dünya dövlətləri ilə müqayisədə çox yüksək göstəricidir. Bunu da qeyd edim ki, 2021-2023-cü illər ərzində dövlət başçısının qayğısı sayəsində 500-ə qədər görmə məhdudiyyəti olan vətəndaşımız evlə təmin olunub. Bütün bu faktlar dövlət başçısının şəhid ailələrinə, əlillərə olan sonsuz qayğısının göstəricisidir. -Səmyar bəy, sizcə Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dönəmində xalqa bəxş etdiyi ən böyük sevinc nədən ibarət olub? -Əminliklə deyə bilərəm ki, dövlət başçısının bu illər ərzində xalqımıza, dünya azərbaycanlılarına yaşatdığı ən böyük sevinc 2020-ci ilin Vətən müharibəsi nəticəsində əldə edilən 8 Noyabr zəfəridir. Məhz bu qələbə 30 illik erməni işğalına son qoydu, 90-cı illərin əvvəllərində işğal edilən yüzlərlə yaşayış məntəqəmizə - şəhərlərimiz, kəndlərimizə azadlıq bəxş etdi. Məhz bu zəfər nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün geri qayıtması üçün əlverişli şərait yarandı. Hansı ki, artıq minlərlə vətəndaşımızın işğaldan azad edilən ərazilərə qayıdışı təmin edilib. Bu baxımdan, Prezient İlham Əliyevin xalqımıza  bəxş etdiyi 8 Noyabr zəfəri müqayisəolunmaz və təkrarsızdır. Və xalqımızın bu böyük günün sevincini əbədi yaşayacaqdır. -Dünən – 15 oktyabr tarixində Przident İlham Əliyev daha bir neçə yaşayış məntəqəsində, eləcə də Ağdərə, Xocalı, Əsgəran və Xankəndidə Azərbaycan bayrağını ucaltdı, xalqa müraciət etdi. Baş verən bu mühüm olayları milli tariximiz, siyasi reallığımız baxımından necə qiymətləndirirsiniz? -Prezidentin bu torpaqlara səfəri, Azərbaycan bayrağını Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə qaldırması istər tarixi, istər mənəvi, istərsə də siyasi baxımdan olduqca mühüm, analoqsuz bir hadisədir. Bu, Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra xalqımıza yaşatdığı ən böyük sevincdir. Yada salım ki, düz 3 il bundan öncə bəzi qüvvələr ordumuzun, Ali Baş Komandanımıızn  Vətən müharibəsində əldə etdiyi tarixi qələbəyə kölgə salmağa cəhd edir və bu məqsədlə bəzi ərazilərin – Xocalının, Ağdərənin, Xankəndinin və s. ərazilərin hələ də ermənilərin nəzarətində olduğunu qeyd edirdilər. Halbuki, hələ o zaman da hər kəsə məlum idi ki, bu torpaqlar da Azərbaycanın nəzarətinə keçəcək, erməni separatizminin bu torpaqlardakı varlığına son qoyulacaq. Çünki dövlət başçısı öz çıxışlarında dəfələrlə vurğulamışdı ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü üçün nə lazımdırsa ediləcək, bu məsələdə hər hansı güzəştə yol verilməyəcək. Dünən biz Prezidentin bugünə qədər verdiyi bütün sözlər kimi bu vədinə də əməl etdiyinə şahid olduq. Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə Azərbaycan bayrağı ucaldıldı. Prezident İlham Əliyev bu torpaqları qarış-qarış gəzərək Azərbaycan həqiqətlərini bir kəs daha bütün dünyanın diqqətinə çatdırdı. Prezident addım atdığı hər bir tarixi Azərbaycan ərazisində üçrəngli bayrağımızı ucaltmaqla sübut etdi ki, son söz Azərbaycanındır və bu söz haqqın, ədalətin təntənəsi deməkdir. Xankəndi və digər torpaqlarımızda Azərbaycan bayrağının ucaldılmasının mənəvi əhəmiyyəti də olduqca böyükdür. Bu torpaqlar tarixi Azərbaycan torpaqlarıdır və əsrlər boyu bu torpaqlarda Azərbaycan xalqının nümayəndələri yaşayıb. Lakin Ermənistanın uzun illər ərzində apardığı diskriminasiya və soyqıırm siyasəti, işğal faktoru vətəndaşlarımizin bu torpaqlardan didərgin düşməsi ilə nəticələnmişdi. Prezidentin Xankəndidə, Ağdərədə, digər yaşayış məntəqələrində ucaltdığı bayraq bu nisgilə, bu ayılığa da son qoydu. Vaxtiylə bu torpaqlardan qovulan, didərgin salınan vətəndaşlarımız yenidən öz tarixi ata-baba yurdlarına qayıtmaq imkanı əldə etdilər. Biz buna görə cənab Prezidentə təşəkkür edir, ona öz sonsuz minnətdarlığımızı bildiririk. Əminəm ki, Prezident İlham Əliyevin bu tarixi xidməti sonsuza kimi xalqımız tərəfindən sevgi və minnətdarlıq hissi ilə xatırlanacaq, hər zaman iftixar hissi ilə yad ediləcək. -Səmyar bəy, Prezident çıxışında bildirdi ki, bu torpaqlarda olmağına səbəb Azərbaycan xalqı, Azərbaycan övladlarıdır. Sizcə bu açıqlama dövlət başçısının fədakar xalqımıza, qəhrəman ordumuza, onların tarixi əməyinə verdiyi yüksək qiymət hesab edilə bilərmi? -Şübhəsiz.  Prezident haqlı olaraq qeyd etdi ki, bütün bu torpaqların işğaldan azad olunmasına səbəb şəhidlərimiz və qazilərimizdir. Məhz onların qəhrəmanlığı, cəsarəti, rəşadəti sayəsində erməni faşizmi məğlub olmuş, torpaqlarımız düşmən işğalından azad edilmişdir. Lakin bu məsələdə hər kəsə məlum olan bir həqiqət var ki, bu da əldə edilən bütün bu zəfərlərin məhvərində, nüvəsində Ali Baş Komandan faktorunun olması gerçəyidir. Bütün dünyaya yaxşı məlumdur ki, Azərbaycan xalqı son 20 ildəki bütün qələbələrini, eləcə də Qarabağda əldə etdiyi zəfərləri məhz Prezident İlham Əliyevin dərin zəkası, sonsuz qətiyyəti və müdrikliyi sayəsində əldə edib. Hesab edirəm ki, 8 Noyabr zəfəri kimi 15 oktyabr tarixi də Azərbaycan tarixində ən müqəddəs günlər kimi qeyd ediləcək, hər zaman xalqımızın, ordumuzun və Pezidentimizin mübarizlik və qələbə əzmi kimi qürurla yad ediləcək. Və nə qədər ki, Azərbaycan xalqı var, ona bu böyük zəfərləri bəxş edən İlham Əliyev ismi də xalqımızla birlikdə yaşayacaq, sonsuza kimi ehtiram hissi ilə xatırlanacaqdır. -Prezidentin Xankəndi və digər torpaqlarımızda Azərbaycan bayrağını ucaltması Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməkdədir. Sizcə Ali Baş Komandanın bu tarixi zəfərini həm  də “Heydər Əliyev İli”nə ən böyük töhfə hesab etmək olarmı? -Sizinlə tamamilə razıyam. Uzun illər erməni işğalında olan torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması Ulu öndərin ən böyük arzusu idi. Bu arzunu isə məhz onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan reallığa çevirdi. İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla bütün dünyaya göstərdi ki, Heydər Əliyev ideyaları, Azərbaycan xalqının iradəsi hər zaman qalib gəlir. İlham Əliyev Ağdərə, Əsgəran, Xocalıda üçrəngli bayrağımızı yüksəltməklə  sübut etdi ki, o, ata vəsiyyətinə, xalqın arzu və istəyinə sadiqdir və bunun üçün hər cür fədakarlığa hazırdır. Mən  bir daha xalqımıza yaşatdığı bunca böyük səadətə görə Prezident İlham Əliyevə təşəkkür edir, ona bu çətin, tarixi missiyasında yeni-yeni uğurlar arzulayıram. Seymur ƏLİYEV  

Hamısını oxu
Zabitimizin şeirləri Özbəkistan mətbuatında dərc olundu

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru mayor Anar Əhmədovun Azərbaycan və Özbəkistan xalqlarının əbədi dostluq və qardaşlığına həsr etdiyi “Azərbaycan-Özbəkistan” və “Şəhərlər şəhəri, gözəl Səmərqənd” şeirləri özbək dilinə tərcümə olunaraq Özbəkistan Müdafiə Nazirliyinin mətbu orqanı olan “Vətənpərvər” qəzetinin 28 fevral 2025-ci il tarixli sayında dərc olunub. Veteran.gov.az xəbər verir ki, müəllifin iki ölkənin əbədi dostluq və qardaşlığına həsr etdiyi, eləcə də Gülzira Şaripova və Rahmat Babajanov tərəfindən özbək dilinə tərcümə olunmuş şeirləri bundan öncə Özbəkistanın “Marifat va Yoşlar” qəzetində, Özbəkistan Yazıçılar Birliyinin saytında və digər internet şəbəkələrində işıqlandırılıb. Məlumat üçün qeyd edək ki, zabitimizin müəllifi olduğu “Azərbaycan-Özbəkistan”, “Şəhərlər şəhəri, gözəl Səmərqənd”, “Özbəkistan tarixi” və “Mən bir gün gedəcəyəm Özbəkistana” şeirləri, həmçinin hərbi-vətənpərvərlik mövzusunda yazdığı məqalələri ölkəmizdə fəaliyyət göstərən bir çox jurnal, qəzet və saytlarda da geniş yayımlanıb.  

Hamısını oxu
Cəlil Xəlilov: “Prezident İlham Əliyevin yeni komando hərbi hissələrinə Döyüş bayraqları təqdim etməsi qürurvericidir”

“Bu, həm də Müzəffər Ali Baş Komandanın müdafiə və təhlükəsizliyimizə verdiyi önəmi göstərir” Məlum olduğu kimi, avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər.Mövzu ilə bağlı “Ədəbiyyat və incəsənət”ə açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılmasını yüksək qiymətləndirib, bunun ölkəmizin təhlükəsizliyinə böyük töhfə verdiyini vurğulayıb: “Qətiyyətlə demək olar ki, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətimizin müdafiə və təhlkəsizliyinə verdiyi böyük önəmin, bu faktora münasibətdə sərgilədiyi yüksək həssasiyyətin göstəricisidir.Qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışlarında müdafiə və təhlükəsizlik məsələsini bir nömrəli prioritet kimi dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, 44 günlük Vətən mharibəsindəki şanlı qalibiyyətə baxmayaraq, bundan sonra da Silahlı Qvvələrimizin gücləndirilməsi diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə bütün gərəkli addımlar atılacaq. Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması dövlətimizin bu yöndə ciddi addımlar atamqda davam etdiyini göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan öz müdafiə və təhlkəsizliyini gücləndirməkdə davam edir və bu istiqamətdə ciddi, prinsipial addımlar atır.Prezident İlham Əliyev Naxçıvanda yeni yaradılan hərbi hissələrə Döyüş bayraqlarını şəxsən təqdim etdi ki, bu da dövlət başçımızın Silahlı Qvvələrimizə verdiyi önəmin, onlara göstərdiyi ehtiramı əks etdirir. Biz veteranlar əminik ki, yeni yaradılan hərbi hissələr öz sələflərinin qəhrəmanlıq ənənələrini uğurla davam etdirəcək, ərazi bütövlüyümüzü qətiyyətlə qoruyaraq sülh və təhlkəsizliyimizə böyük töhfələr verəcəklər”.   “Ədəbiyyat və incəsənət” (13.08.2026)

Hamısını oxu