Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Zatulinin Azərbaycan və Türkiyəni hədəfə alan açıqlaması siyasi əxlaqsızlıq nümunəsidir”

“Rusiya  Dövlət Dumasında MDB üzrə komitənin sədr müavini Konstantin Zatulinin Azərbaycan və Türkiyəni hədəf alan açıqlaması siyasi əxlaqsızlıq nümunəsindən başqa bir şey deyil”.

Bunu saytımıza açıqlamaısnda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkivnik Cəlil Xəlilov bildiirb. Polkovnik qeyd edib ki, Zatulin öz gülünc ittihamları ilə tarixi həqqiətləri təhrif edir:

“Zatulin öz açıqlamasında bildirir ki, “ermənilərin Dağlıq Qarabağdan qovulması 1915-i il soyqırımının davamıdır”. Bu, açıq-aşkar tarixi təhrif etmək, siyasi riyakarlıq sərgiləmək cəhdididr. Çünki hamı, o cümlədən, Ermənistanın özünə də yaxşı məlumdur ki, 1915-ci ildə Osmanlı imperiyasında ermənilərə qarşı heç bir soyqırımı və ya qətliyam törədilməyib. Əksinə, Birinci Dünya Müharibəsində Osmanlı imperiyasının 7 müxtəlif cəbhədə düşmənlərlə mübarizə aparmasından istifadə edən ermənilər, imperiya daxilində qiyam qaldıraraq dinc türklərə qarşı soyqırımı törədiblər. Belə olan halda tarixi təhrif edərək qatili qurban, qurbanı qatil kimi təqdim etmək beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil.

Zatulinin Vətən müharibəsindən sonra Azərbaycanın guya Qarabağdakı erməniləri qovması ifikri də cəfəngiyyatdan başqa bir şey deyil. Vaxtiylə Qarabağda süni şəkildə yerləşdirilən ermənilərin Vətən müharibəsindən sonra torpaqlarımızı könüllü şəkildə tərk etdiyi bütün dünyaya  məlumdur. Bunu Qarabağdan köçən ermənilərin televiziya və digər media orqanlarına verdikləri  açıqlamalar da təsiqləyir. .

 Görndyü kimi, Zatulin öz ənənəsinə sadiq qalaraq həm Osmanlı imperiyası, həm də Azərbaycanla bağlı tarixi həqiqətləri təhrif edir, düya ictimaiyyətini aldatmağa çalışır. Lakin Zatulin və onun kimiləri bilməlidirlər ki, dünya kimin-kim olduğunu yaxşı bilir. Bu gün Bakı Hərbi Məhkəməsində xalqımıza qarşı ağır cinyaətlərdə ittiham olunan ermənilərin səsləndirdiyi etiraflar, Ermənistan və ona bağlı separatçıların bütövlükdə bəşəriyyətə qarşı necə böyük cinayətlər törətdiyinin isbatıdır. Belə olan halda Zatulinin ermənilərin pozulan hüquqlarından danışması absurd və absurd olduğu qədər də iyrəngdir”.

 Seymur ƏLİYEV

2025-04-26 13:05:42
2991 baxış

Digər xəbərlər

Şəhidə həsr edilən kitabın təqdimatı olub

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı şəhid Mübariz İsayevin qardaşı Sakit Üçtəpəlinin "Sən olmayan məzarına gəlmişəm" kitabının təqdimatını keçirib.  "Basqal" ziyafət salonunda düzənlənən tədbirdə Müharibə və Əmək veteranları, şəhid ataları, tanınmış yaradıcı ziyalılar, İctimai birliklərin, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut və ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, şair- publisist Ədalət Salman tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, qəhrəman şəhidlərimiz haqqında kitabların hazırlanıb nəşr edilməsi böyük əhəmiyyət kəsb edir. Belə əsərlər  bu gün gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır. Bu kitabların təqdimatını keçirib şəhidlərimizi yaxından tanıtmaq məqsədi ilə maarifləndirici tədbirlər təşkil etmək isə bizim vətəndaşlıq borcumuzdur. Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, Cəlilabad rayon İcra  Hakimiyyətinin Üçtəpə kənd ərazi nümayəndəsi Hafiz Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, şəhid atası Nazim Paşayev, "Qarabağ qaziləri" İctimai Birliyi rayon filialının rəhbəri Maşallah Əliyev, Beynəlxalq Heydər Ata mükafatı laureatı, Prezident təqaüdçüsü Gülbala Teymur, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı Regional idarəsinin nümayəndəsi Cavidan Rəşidov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdulla, Əlövsət Tahirli, Səlamat Biləsuvarlı, Mikayıl İnçəçaylı, Əhməd Qala, İsmayıl Qocabəyli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, müharibə veteranı Qurban Əhməd, Axund Kamran Sadıqov və başqaları çıxış edərək şəhid Mübariz İsayevə həsr olunmuş kitabın müsbət məziyyətlərindən danışıb,  çap  olunmuş şeirlərdən nümunələr oxuyub və kitabın müəllifi Sakit Üçtəpəliyə yeni yaradıcılıq uğurları arzulayıblar. Daha sonra  təqdimatı keçirilən  kitabın müəllifi şair Sakit Üçtəpəliyə  vətənpərvərlik ruhunda yazdığı əsərlərinə görə rayon  Veteranlar Təşkilatının Fəxri Fərmanı təqdim olunub. Tədbirin sonunda "Sən olmayan məzarına gəlmişəm" kitabının müəllifi Sakit Üçtəpəli çıxış edib,  tədbirin yüksək səviyyədə təkil olunmasına görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Hamısını oxu
Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır

"Azərbaycanın yeni "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdıraraq 98-ci yeri tutmasını yüksək qiymətləndirirəm. Bu göstərici görülən işlər nəticəsində ölkəmizdə ümumiyyətlə terror təhlükəsinin olmadığının bariz sübutudur”. Bu fikirləri SİA-ya açıqlamasında ehtiyatda olan polkovnik Cəlil Xəlilov açıqlamasında deyib. O bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür və heç bir terror təhlükəsi yoxdur. Hüquq-mühafizə orqanları, xüsusi xidmət orqanlarının ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərin üzərində çox ciddi işlədiyini deyən polkovnik söyləyib ki, Azərbaycanda hər bir vətəndaşın təhlükəsizliyi yüksək səviyyədə qorunur: “Bu gün Azərbaycanın terrordan xilasının bir neçə səbəbi var. Bunlardan biri xalqın özüdür. Çünki, Azərbaycan xalqı heç zaman münaqişələri getmir və dövlətlər arasında nifaq salmaqda maraqlı deyil. Digər səbəb Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi yüksək səviyyəli daxili və xarici siyasət nəticəsində bütün millət və xalqların tolerant şəkildə yaşamasıdır. Həm azərbaycanlılar, həm də başqa millətlərin nümayəndələri ölkəmizdə eyni hüquqlara malikdir. Bütün bunlarla yanaşı, hüquq mühafizə orqanlarının apardığı profilaktik tədbirlər ölkəmizi terror təhlükəsindən qoruyan səbəblər sırasındadır”. Polkovnik qeyd edib ki, Azərbaycanda terrorun qarşısını alan əsas fəaliyyət ölkədə düzgün idarəetmə, təhlükəsizlik sisteminin olmasıdır: “Belə hadisələrin qarşısı dərhal alınır və hər hansı təhlükənin baş verməməsi istiqamətində bütün tədbirlər görülür. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda insanlar günün istənilən saatında rahat şəkildə çöldə gəzə, dincələ bilir. Bütün bunlar ölkədə hökm sürən əmin-amanlıqdan, sabitlikdən xəbər verir. C.Xəlilov əlavə edib ki, Azərbaycanı narahat edən əsas məsələlərdən biri Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə bu hadisələrin baş vermə ehtimalıdır: “Bu gün Dağlıq Qarabağda erməni terror təşkilatları tərəfindən terrorçular yetişdirilib, hazırlanmaqla yanaşı, kriminal aləmdə tanınan insanlar həmin ərazilərdə saxlanılır. Ən pisi isə onlar Ermənistanın maraqlarının həllinə yönəldilir. Bu azmış kimi işğal altında olan torpaqlarımızda narkotik bitkilər yetişdirilir və digər qanunsuz miqrant fəaliyyəti ilə məşğul olunur. Bu həm Azərbaycan, həmdə qonşu dövlətlər üçün təhlükə mənbəyidir. Dünya ölkələri buna birmənalı münasibət bildirərək, Ermənistandan nəzarət olunmayan ərazilərin işğaldan azad edilməsini tələb etməlidirlər”. Məlumat üçün nəzərinizə çatdıraq ki, Azərbaycan İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanan "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdıraraq 98-ci yeri tutub. İndeks ölkədə terrorçuluğun təsirini əks etdirir və sosial-iqtisadi şəraitin təhlilinə, həmçinin radikal cərəyanların yaranmasının geosiyasi amillərinə əsaslanır. Reytinqdə ilk yerləri terrorçuların fəaliyyəti və terrorizm təhdidinin daha yüksək olduğu, sonuncu yerləri isə daha aşağı olduğu ölkələr tutur. Azərbaycan siyahıda 138 ölkə arasında 98-ci yerdədir ki, bu da praktiki olaraq ölkədə ümumiyyətlə terror təhlükəsinin olmadığını göstərir. Bundan əvvəl ölkəmiz reytinqdə 95-ci idi. Bu göstərici ilə Azərbaycan regionun lideridir. Belə ki, Ermənistan 83-cü, Gürcüstan isə 89-cu mövqedədir. İlk üçlüyə İraq, Əfqanıstan və Nigeriya daxil edilib. ABŞ 20, Fransa 30, Rusiya 34, Almaniya isə terrorizm təhlükəsi baxımından 39-cu ölkədir. Postsovet ölkələrindən Ukrayna 21-ci, Tacikistan - 74, Qazaxıstan - 75, Qırğızıstan - 80, Moldova - 116, Özbəkistan - 132, Türkmənistan və Belarus isə 138-ci yerdə dayanır. Müəllif: Nailə Məhərrəmova

Hamısını oxu
Azərbaycan Prezidenti qətiyyətli siyasi iradə nümayiş etdirir

44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan yeni mərhələdə də strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir. Məhz Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı səsləndirdiyi fikirlər də bu gerçəkliyin üzərinə işıq salır.   Böyük  Qayıdış ən yüksək  səviyyədə təmin ediləcək   Azərbaycan Prezidentinin həmin səfər zamanı ifadə etdiyi fikirlər ölkəmizin işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması, o cümlədən Böyük Qayıdışla bağlı işləri ən yüksək  səviyyədə təmin etmək iqtidarında olduğunu göstərdi. Dövlət başçısı görülən işlərdən və bu istiqamətdə qarşıda duran vəzifələrdən, gələcək  hədəflərdən bəhs etdi. Bu, qalib Azərbaycanın qətiyyətli liderinin siyasi iradəsinin və ölkəmizin iqtisadi gücünün ifadəsi idi.   Ermənistana növbəti ciddi xəbərdarlıq   Bunlarla yanaşı, Müzəffər Ali Baş Komandanımız üçtərəfli Bəyanatın bir sıra tələblərini yerinə yetirməyən, təxribatlar törətməklə beynəlxalq hüquq normalarını pozan işğalçı Ermənistana, onun hamilərinə növbəti dəfə ciddi xəbərdarlıq etdi. Dövlət başçısı, həmçinin sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyini bir daha prinsipial şəkildə diqqətə çatdırdı. Məlumdur ki, Azərbaycan sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atıb və bu məsələdə qətiyyətli mövqe sərgiləyir. İndi sərhədçilərimizin yerləşdiyi ərazilər məhz Azərbaycan torpaqlarıdır və yeni sərhədlər də oradan keçəcək. Prezident İlham Əliyevin “Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq”,-deyə bildirməsi isə konkret və birmənalı mövqeyin nümayişi, siyasi iradənin ifadəsidir.   Tarixi irsimizə sahib çıxmaq ən mühüm vəzifələrdəndir   Azərbaycan Prezidentinin bəhs olunan səfər zamanı səsləndirdiyi fikirlər, eyni zamanda, tarixi yaddaşımızı möhkəmləndirmək üçün qarşımıza yeni vəzifələr qoyur. Dövlət başçısı qeyd etdi ki, “indiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir”. Əlbəttə, belə olan halda, elm xadimləri, ictimai fəallar, media nümayəndələri həmin yaşayış məntəqələrinin adlarını əks etdirən toponimlərin daha geniş miqyasda istifadə olunması, populyarlaşdırılması istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Bu, tarixi irsimizə sahib çıxmaq baxımından önəmli olmaqla yanaşı, xalqımızın qədim, doğma torpaqlarımıza qayıtmaq haqqını, əzmini ifadə edən mühüm amildir.    Tarixi qələbəmizin diplomatik müstəvidə möhkəmləndirilməsi böyük əhəmiyyət daşıyır   Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində görülən işlər Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu
Türk diplomat terrorçulara meydan oxudu: “Səfirliyə yox, cəbhəyə gəlin, dərsinizi verək”

Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç Moderator.az-a açıqlamasında ermənilərin son təxribatlarına münasibət bildirib. Erməniləri cəbhəyə səsləyən diplomat, Azərbaycanın təxribatçılara gərəkli dərsi 44 günlük Vətən müharibəsində olduğu kimi hərb meydanında verməyə hazır olduğunu bildirib:   “Fransadakı Azərbaycan səfirliyinə erməni terroirçuları tərəfindən edilən hücumu şiddətlə qınayır və pisləyirəm. Onlara buradan səslənirəm: “Parisdəki Azərbaycan səfirliyinə yox, cəbhəyə gəlin!  Gəlin cəbhəyə, sizə yerinizi göstərək, dərsinizi verək”!.   Təəssüf ki, biz son hadisələr fonunda Fransa hökumətinin terroristlərlə əməkdaşlıq etdiyini bir daha gördük. Fransa sözdə həmsədrlərdən biri idi. Bu, həm də onu göstərir ki, 28 il həmsədr kimi  heç bir iş görməyən Fransa problemin həlli üçün deyil, həll edilməməsi üçün səy göstərən dövlət idi. Biz bunu 44 günlük savaşda da gördük. Makron həmin vaxt da Ermənistanı dəstəklədi , Fransa senatı Azərbaycan əleyhinə qərar aldı. Biz bu davranışı qınayırıq və hesab edirik ki, Fransa öz mövqeyinə yenidən baxmalı, ədalətli mövqe sərgiləməldiir.   BMT-nin məlum dörd qətnaməsində imzası olan Fransa problemin həlli üçün əməli baxımdan heç nə etmədi,  44 günlük Vətən müahribəsində Ermənistanı dəstəklədi. Sentyabnn 12-də ermənilərin törətdiyi təxribatdan sorna Paşinyanın zəng etdiyi ilk ldierlərdən biri də Fransa prezidenti oldu. Istəyirik ki, artıq Fransa dövlət kimi davransın, terrorçularaa, terror dövlətinə dəstək olmasın. 1961-ci ilin Vyana müqaviləsindən qaynaqlanan diplomatları qorumaq öhdəliynə də əməl etsin.   Ermənilərin Fransadakı Azərbaycan səfirliyinə edilən erməni hücumunda qəhrəman səfirlik əməkdaşı təkbaşına qapını qorudu, qapını terrorçuların üzünə açmadı. Əgər qapı açılsayda, nə olacaqdı? Hücum zamanı dövlət başçımızın da fotosunu yandırdılar. Onlar 45-46 məsləkdaşımı vəhşicəsinə qətlə yetirən adamlardır.   Bizim hörmətli dövlət başçımız İlham Əliyev bildirmişdi ki, bir dövlətin iki diasporu ola bilməz. Biz bu sözü əməli işimizlə gerçəyə çevirməliyik. 2007-ci ildə söylənilən bu sözün gerçəkələşməsi gərəkir. Bizim Qərbdəki diaporumuzun güclü olması lazımdır. Diasporlarımız da birləşməlidir. Türk və Azərbaycan diapsorları briləşməli, bir millətin bir diasporu olmalıdır.   ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistahan ziyarətinin zamanlaması da çox düşündürücüdür. Bu şəxs 2 avqustda Tailanda getdi, oranı qarışdırdı. Çinlə ABŞ üz-üzə gəldi. Bir neçə gün öncə isə Ermənistaan səfər etdi.   Onun Ermənistana səfəri və orada səsləndirdiyi fikirlər bölgədə sülh üçün ciddi təhdid yaradır. Bu səfəri uğrusuz və gərəksiz hesab edirəm”.   Seymur ƏLİYEV    

Hamısını oxu