Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov Moskvadakı beynəlxalq konfransda çıxış edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İkinci Dünya Müharibəsində qələbənin 80 illik yubileyi ilə əlaqədar Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən beynəlxalq konfransda çıxış edib.

 

Çıxışında Azərbaycan xalqının faşizm üzərində qələbəyə verdiyi tarixi töhfədən ətraflı bəhs edən Təşkilat sədri, Bakı neftçilərinin fədakar əməyindən, azərbaycanlı döyüşçülərin qəhrəmanlığından bəhs edib. Polkovnik qeyd edib ki, Azərbaycan xalqı İkinci Dünya müharibəsi zamanı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlara imza atıb, faşizm üzərində zəfərədə həlledici rol oynayıb.

 

Prezident İlham Əliyevin bütün kateqoriyadan olan veteranlar kimi İkinci Dünya müharibəsi veteranlarına da böyük qayğı göstərdiyini vurğulayan polkovnik Cəlil Xəlilov, azərbaycanlı döyüşçülərin xatirəsinin Rusiya və digər ölkələrdə əbədiləşdirilməsinin vacibliyinə toxunub. Təşkilat sədri qeyd edib ki, azərbaycanlılar sadəcə keçmiş SSRİ ölkələrinin deyil, bir çox Şərqi Avropa ölkəsinin faşist işğalından azad edilməsində mühüm rol oynayıb. Bu baxımdan onların adının bu ölkələrdə əbədiləşdirilməsi tarixi ədalətin təmin edilməsi, mənəvi borcun yerinə yetirilməsi baxımından zəruridir.

 

Məlumat üçün qeyd edək ki, polkovnik Cəlil Xəlilov İkinci Dünya Müharibəsində qələbənin 80 illik yubileyi ilə əlaqədar "Müstəqil Dövlətlərin veteranlarının  İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının cari ilin 30 aprel - 1 may tarixləri müddətində növbəti plenumu,  “Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi veteran təşkilatlarının, komitələrin, nəsillərin davamlılığını qoruması veteran şuralarının, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir” mövzusunda beynəlxalq konfransda çıxış etməklə yanaşı,

Moskva şəhərinin veteran fəalları ilə də görüşləlr keçirib.

 

Seymur ƏLİYEV

2025-05-01 09:58:35
2679 baxış

Digər xəbərlər

Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş yeni video-çarx hazırlanıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupu tərəfindən qardaş Türkiyə Cümhuriyyətinin Zəfər bayramı münasibətilə Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş video-çarx hazırlanıb. Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti Prezidentlərinin Azərbaycan-Türkiyə qardaşlığı haqqında söylədikləri kəlamları ilə başlayan video-çarxda Bakıda Şəhidlər Xiyabanında, Türk Şəhidliyi abidəsi və Mustafa Kamal Atatürkün heykəlinin önündə və Atatürk parkında, o cümlədən Türkiyənin Ankara şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda və Ulu Öndərin heykəli qarşısında çəkilən görüntülər yer alıb. Video-çarxda Səməd Vurğunun “Azərbaycan” şeirinin misralarının müşayəti ilə,  Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə iki ölkənin doğmalıq və qardaşlıq bağı vurğulanaraq Türkiyənin 30 avqust Zəfər Bayramı təbrik edilir. Video-çarx sosial şəbəkələrdə geniş şəkildə yayılıb. Sözügedən videonu təqdim edirik:

Hamısını oxu
Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəb Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım göndərib

Məktəbin şagirdləri yardımla yanaşı, türk xalqı ilə mənəvi həmrəylik ifadə edən məktublar ünvanlayıb Veteran.gov.az xəbər verir ki, Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Türkiyədəki zəlzələdə zərərçəkənlərə yardım göndərib. Bu barədə məktəbin sosial şəbəkədəki hesabında məlumat verilib. Yardımla yanaşı, məktəbin 5b sinfinin şagirdləri sevgi, ümid, inam və dəstək dolu ürək sözlərini məktublara yazaraq fəlakət nəticəsində zərər çəkmiş insanlara göndəriblər. Məktublarda məktəblilərin qardaş Türkiyəyə olan sevgi və ehtiramı, baş verən zəlzələdən duyduqları təəssüf və kədərləri, habelə türk xalqı ilə birlik, həmrəylik arzuları öz əksini tapıb. Seymur ƏLİYEV

Hamısını oxu
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 5-ci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində qaliblər Toğrul Xəlilov və Şəhriyar Həsənverdiyev ilə görüş keçirib. Görüş zamanı iştirakçıların fərdi inkişaf planları müzakirə olunub, peşəkar və idarəetmə bacarıqlarının inkişaf istiqamətləri nəzərdən keçirilib. Mentorluq proqramı çərçivəsində iştirakçıların mövcud bacarıq və potensialının qiymətləndirilməsi məqsədilə SWOT təhlili aparılıb, onların güclü və inkişaf etdirilməsinə ehtiyac olan tərəfləri, eləcə də gələcək inkişaf imkanları müəyyənləşdirilib. Zakir İbrahimov iştirakçılarla idarəetmə, liderlik və peşəkar inkişaf sahələrində təcrübə və tövsiyələrini bölüşüb. O, mövcud bacarıqlardan səmərəli istifadə etməyin, eyni zamanda davamlı özünüinkişaf və sistemli yanaşmanın əhəmiyyətini vurğulayıb. Görüş çərçivəsində mentilərin gələcək fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, onların peşəkar inkişafına dəstək məqsədilə müvafiq tövsiyə və tapşırıqlar verilib. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Mentorluq proqramı qaliblərin idarəçilik bacarıqlarının təkmilləşdirilməsi və praktik təcrübələrinin artırılmasına xidmət edir.  

Hamısını oxu
Nərimanovda Aprel döyüşlərinin şəhidlərinin xatirəsinə həsr edilən mini futbol turniri keçiriləcək

Turnirin təşkilatçısı Nərimanov Rayon Gənclər və İdman İdarəsidir   Veteran.gov.az xəbər verir ki, 17 sentyabr 2021-ci il tarixdə saat 10:00-da Nərimanov rayonunda, Qafur Rəşad küçəsində yerləşən mini futbol stadionunda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən Aprel döyüşləri şəhidləri polkovnik-leytenant Sənan Axundovun, mayor Rasim Məmmədovun, əsgərlər Mahir Mirzəyevin, Fəxrəddin Qurbanlının və Mahir Quliyevin xatirələrinə həsr edilmiş mini futbol turniri keçiriləcək.   Məlumat üçün qeyd edək ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verən şəhidlərin xatirəsinə mütəmadi şəkildə idman turnirləri, müsabiqə və digər tədbirlər keçirilir, yüzlərlə yeniyetmə və gəncin bu tədbirlərdə iştirakı təmin olunur.  

Hamısını oxu