Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanın hərtərəfli inkişafına dəstək olmalıyıq

 

  • Cəlil müəllim, ilk sualımız Təşkilatın qarşıda gözlənilən plenumu ilə əlaqədardır. Bu əvvəlcədən planlaşdırılmışdı, yoxsa hansısa zərurətlə bağlıdır? Bir də sirr deyilsə, gündəliyə hansı məsələlər çıxarılıb?
  • Respublika Veteranlar Təşkilatının plenumları Nizamnaməyə uyğun olaraq ildə bir dəfə, adətən noyabr, yaxud dekabr aylarında keçirilir. Plenumda Təşkilatın il ərzində gördüyü işlər müzakirə edilir, növbəti ildə qarşıda duran vəzifələr müəyyənləşdirilir. Növbəti plenum da bu baxımdan əvvəlkilərdən fərqlənmir. Yaratdığınız imkandan istifadə edərək noyabrın 22-də baş tutacaq həmin tədbirə Sizi də, iştirak etmək istəyən digər media nümayəndələrini də dəvət edirik.
  • 2016-cı ildəki fəaliyyətiniz barədə qısaca nə deyərdiniz?
- Respublika Veteranlar Təşkilatının fəaliyyəti illik Tədbirlər Planına və Rəyasət  Heyətinin qərarlarına uyğun olaraq əsasən bir neçə istiqamət üzrə həyata keçirilir. Əlbəttə, bizim hər il ən başlıca tədbirimiz İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin müharibənin iştirakçıları ilə görüşünün təşkilinə hazırlıq işləri ilə bağlı olur. 9 may 2016-cı ildə faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinin İkinci Dünya müharibəsi veteranları ilə görüşü baş tutmuş, dövlət başçısının adından veteranlara böyük ziyafət verilmişdir. Bu görüşə hazırlıqla bağlı cari ildə də ölkənin orta və ali məktəblərində, o cümlədən hərbi yönümlü təhsil ocaqlarında, müxtəlif təşkilatlarda, idarə-müəssisələrdə silsilə tədbirlər keçirilmişdir. Bir qayda olaraq, həmin tədbirlərdə İkinci Dünya, Qarabağ və Əfqanıstan müharibələri veteranları, RVT, rayon veteran təşkilatları, yerli icra orqanları və ictimaiyyətin nümayəndələri, gənclər və ziyalılar iştirak edirlər. Azərbaycanın qəhrəmanlıq tarixinin, ata-babalarımızın şanlı döyüş yolunun təbliği, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların dövlətə və xalqa sədaqət ruhunda yetişmələri məqsədi güdən belə tədbirlər istisnasız olaraq, ölkənin bütün şəhər və rayonlarında keçirilir. Mən C.Naxçıvanski adına Hərbi Liseydə, Kaspi liseyində, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin Akademiyalarında, Milli Qvardiyada, Dövlət İqtisad, Odlar Yurdu, Bakı Slavyan, Qərb universitetlərində, Dövlət Uşaq Filarmoniyasında və Xalça Muzeyində baş tutan tədbirlərimizi xüsusi qeyd etmək istərdim. Əlbəttə, Təşkilatın inzibati binasında keçirilən tədbirlərimiz həm mövzu rəngarəngliyi, həm də əhatə etdiyi auditoriya baxımından daha geniş olmuşdur. Ölkə veteranlarının Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələri ilə geniş tərkibdə görüşü, cəbhə xəttində Ermənistan hərbi birləşmələrinin təxribatının qarşısının alınması ilə əlaqədar “Biz Azərbaycan əsgərinə, Ali Baş Komandanımıza və parlaq qələbəmizə inanırıq”, “Multikulturalizmin Azərbaycan nümunəsi: Multikulturalizmin inkişafı və beynəlxalq platformaya çevirilməsi başlıca məqsəddir” mövzusunda Elmi – praktiki Konfrans, Bakı Slavyan Universitetinin tələbələrinin iştirakı ilə Respublika günü münasibətilə “Gənclərdə milli ruhun gücləndirilməsi” mövzusunda ədəbi-bədii gecə, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir”  tədbiri, İkinci Dünya müharibəsində Moldovada həlak olmuş və itkin düşmüş sayılan azərbaycanlı döyüşçülərdən 206 nəfərin taleyinin aydınlaşması münasibətilə Moldovada nəşr edilmiş xatirə kitabının təqdimatı və digər tədbirlərimiz ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Yeri gəlmişkən, Moldova Respublikası ərazisində Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlılardan Bakı və Sumqayıt şəhərlərindən orduya göndərilmiş 4 nəfərin qohumları artıq tapılmışdır. Onlardan Sumqayıt şəhəri və Xəzər rayonunda yaşayan 2 nəfər RVT-də 27 oktyabr 2016-cı il tarixdə keçirilən tədbirdə iştirak etmişdir. Xatirə kitabında adları keçən digər döyüşçülərin qohumları tapıldıqca, media məlumatlandırılacaqdır. Təşkilatımız Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçirilməsi tədbirlərində də fəal iştirak etmiş, bununla əlaqədar “Vətəndaş cəmiyyəti” təşviqat qrupunun yaradılmasında ilk təşəbbüskarlardan olmuşuq.  Veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsindəki fəaliyyətinizi qənaətbəxş saymaq olarmı?
  • Veteranların sosial müdafiəsinin gücləndirilməsi əsas fəaliyyət istiqamətlərimizdən biridir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin şəxsi nəzarəti altında hazırlanan “Veteranlar haqqında” Qanunun 1994-cü ildə qəbulu ilə ölkədə veteran hərəkatının yenidən dirçəldilməsi dövrü başlanmışdır. Hazırda bu siyasət Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başlıca hədəflər və məqsəd vətənpərvər insanların yüksək statusunun daim nümayiş etdirilməsi, sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin gücləndirilməsi ilə vətənpərvərliyin təşviq olunmasıdır. İnamla deyə bilərik ki, bu zümrəyə aid edilən insanların, problemlərinin vaxtında həlli dövlətin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xətdir. Hər il İkinci Dünya Müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın həcminin artırılması (2016-cı ildə bu məbləğ 1000 və 500 manat olmuşdur), eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində yalnız bu il imzalanmış sərancam və fərmanlar bu qayğının əyani sübutlarıdır. Biz bütün bunları yüksək qiymətləndirir və ona layiqincə cavab vermək üçün fəaliyyətin səmərəliliyini ildən-ilə artırmağa çalışırıq.
Bu məqsədlə veteranların yaşayış səviyyəsinin yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müəyyənləşdirilmiş güzəşt və imtiyazlardan faydalanmaları, asudə vaxtlarının səmərəli təşkili və s. işlər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, digər dövlət orqanları, yerli icra hakimiyyətləri, və bələdiyyələrlə qarşılıqlı əlaqədə həyata keçirilir. Bir faktı qeyd edim ki, bu məsələlərlə bağlı ötən 11 ay ərzində Təşkilata daxil olmuş 100-dən artıq müraciətlə bağlı müvafiq ünvanlara məktublar göndərilmiş, problemlər əsasən həll olunmuş, ərizəçilər görülmüş tədbirlər barəsində vaxtında məlumatlandırılmışlar. Bu il möhtərəm Prezidentin Veteranlar Təşkilatına ayırdığı vəsaitin xeyli hissəsinin yataq xəstəsi olan İkinci Dünya Müharibəsi veteranlarına çatdırılması ilə bağlı RVT Rəyasət Heyətinin qərarı ilə lazımi sənədləşdirmə işləri aparılmışdır.  Artıq Bakı şəhərinin rayonları üzrə ayrılmış müvafiq maddi yardımlar əməkdaşlarımızın və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə veteranlara çatdırılmışdır. Digər rayonlar üzrə bu işlər ilin sonunadək yekunlaşacaqdır. Ölkənin 4 regionunda və Bakı şəhərində şəhid ailələrinə maddi yardımlar da eyni qaydada çatdırılmışdır. Təşkilata hər gün müxtəlif məsələlərlə bağlı neçə veteran müraciət edir. Biz onları məmuniyyətlə dinləyir, problemlərinin həllinə kömək göstərməyə çalışırıq. Qaldırılan problemlərin həlli səlahiyyətlərimiz çərçivəsində olmadığı hallarda belə dövlət orqanları və təşkilatlar bizə imkan daxilində köməklik göstərirlər. Fürsətdən istifadə edib Təşkilat adından onlara minnətdarlığımızı çatdırıram. Veteranların yubileylərinin keçirilməsi, sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılmış, bir qrup veteran ölkənin sanatoriya-kurort müalicəsi almış, Şahdağa, Qobustana səfərləri təşkil edilmişdir. Veteranların çoxsaylı müraciətlərini nəzərə alaraq, bəzi imtiyazların bərpası barədə müvafiq dövlət orqanlarına müraciət etməyi nəzərdə tuturuq. Zənnimcə, bu məsələnin müsbət həlli veteranların sosial müdafiəsinin daha da gücləndirilməsinə əlavə dəstək olacaqdır.
  • Təşkilatınızın nümayəndələri tez-tez cəbhə xəttində olur, xidməti borcunu şərəflə yerinə yetirən əsgər və zabitlərimizlə görüşürlər. Bu ənənəniz digər ictimai birliklərə də nümunə ola bilər.
- Bütün ictimai təşkilatların, dövlət orqanlarının, mən deyərdim hər bir azərbaycanlının ən ümdə borcu bu gün işğal altında olan torpaqlarımızın erməni tapdağından azad edilməsi üçün bacardığını əsirgəməməsidir. Son illər Azərbaycanda güclü ordu qurulması istiqamətində atılan uğurlu addımlar bizim bu vəzifənin öhdəsindən şərəflə gələcəyimizə inamımızı daha da artırıb. Cari il aprel ayının 2-5-də erməni silahlı bölmələrinin təxribatlarının qarşısının alınması zamanı Azərbaycan əsgərinin sarsıdıcı cavab zərbəsi ilə düşmənin darmadağın olunması xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr yazdı. Cənubi Qafqazın ən müasir və güclü ordusu olan Azərbaycan Ordusunun ərazilərimizi düşmən işğalından qurtarmağa, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadir olduğu dünyaya nümayiş etdirildi. Həmin hadisələrlə bağlı yayılan bəyanatda yaşlarının ixtiyar çağlarında olmalarına baxmayaraq, veteranlar düşmənə qarşı vuruşmağa hər an hazır olduqlarını ifadə etmişdilər. Bu qəti mövqe həmin hadisələrdən əvvəl də, sonra birbaşa cəbhə xəttində olan hərbçilərimiz qarşısında dəfələrlə səsləndirilmiş, gənclərimizin döyüş ruhunu daha da artırmışdır. Biz Müdafiə Nazirliyi, Respublika Hərbi Prokurorluğunun müvafiq idarələrinin əməkdaşları ilə birgə cəbhə xəttində və ona yaxın ərazilərdə birgə tədbirlər keçiririk. Bu görüş və tədbirlər sırasında may ayının 19-20-də Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevlə birgə cəbhə bölgəsinə səfərimiz xüsusilə yadda qalan oldu. Biz N saylı hərbi hissənin şəxsi heyəti ilə görüşdük. Görüşdə gənc əsgərlərimizdə döyüş, Qələbə ruhunun necə yüksək olduğunu görmək qəlbimizi dağa döndərdi. Azərbaycan əsgərinin Vətənə, xalqa, torpağa, dövlətinə olan sevgisi bizi valeh etdi. Ötən il Təşkilat nümayəndələri və veteranların Bərdə, Tərtər, Qazax, Horadiz istiqamətində döyüş rayonlarında hərbi hissələrin şəxsi heyəti ilə görüşləri təşkil olunmuşdur. Gənc nəslin orduya hazırlanmasında yaxından iştirakı da bizim ümdə vəzifə borcumuzdur. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Respublika üzrə təşkil etdiyi “Vətənin Müdafiəsinə Hazıram” adlı silsilə tədbirlər çərçivəsində bizim əməkdaşlar Daşkəsən, Qazax, Abşeron, Qaradağ, Suraxanı, Yasamal və digər rayonlarda keçirilən tədbirlərdə fəal iştirak edilmişlər. Biz bu il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihə çərçivəsində ölkənin 4 regionunda və Bakı şəhərində seminar-müşavirələr keçirdik. Bu tədbirlərin  əsas məqsədi xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət hissi aşılanması, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin, bu istiqamətdə dövlət orqanlarının apardığı işə dəstək verilməsidir. Biz bunlarla yanaşı düşmənin əsl simasının, işğalçılıq siyasətini davam etdirməsinin ifşası, yerli və dünya ictimaiyyətinin bu barədə müntəzəm məlumatlandırılması istiqamətində də ardıcıl iş aparırıq. Belə tədbirlərdən biri cari ilin iyununda Təşkilatın inzibati binasında keçirilmişdir. Həmin tədbirdə II Dünya Müharibəsində alman faşizminə xidmət etmiş ermənilərdən ibarət qisasçı legionun yaradıcıları general Dronun və Qaregin Njdenin MDB məkanında genişmiqyaslı təbliğatına, onların qəhrəman kimi təqdim edilməsinə, barələrində filmlərin çəkilməsinə, Yerevanda abidələrinin qoyulmasına veteranların etirazını əks etdirən müraciət qəbul edilmiş, MDB dövlətlərinin başçılarına, parlamentlərinə, beynəlxalq təşkilatlara, veteran təşkilatlarına göndərilmişdir. Müraciətə Rusiya Federasiyası, Ukrayna, Belarus və Qazaxstanın dövlət orqanlarından, ictimai təşkilatlardan ermənilərin həmin hərəkətlərini qınayan cavablar gəlmişdir. Yeri gəlmişkən, Azərbaycan veteranlarının bu, eləcə də Ermənistanın torpaqlarımızı işğal altında saxlamasına etirazların yer aldığı mövqeyi Veteran Təşkilatlarının MDB çərçivəsində baş tutan tədbirlərində də dəfələrlə ifadə edilmişdir.
  • Sonuncu qeydinizə istinadən Təşkilatın beynəlxalq əməkdaşlıq əlaqələri barədə soruşmaq istərdik. Bu əlaqələrin indiki səviyyəsi Sizi qane edirmi?
- Respublika Veteranlar Təşkilatının beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi məqsədi ilə AR Diasporla iş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi ilə əlaqələrimiz intensivləşmişdir. RVT-nin beynəlxalq əlaqələrinin yeni keyfiyyət səviyyəsinə qaldırılması zərurəti nəzərə alınaraq, bu sahəyə cavabdeh şöbə yaradılmışdır. Hazırda Gürcüstan, Türkiyə, Ukrayna, Moldova, Rusiya Federasiyası və Belarus Veteranlar Təşkilatları ilə qarşılıqlı əlaqələrimiz xüsusilə genişdir. Bu təşkilatların tədbirlərinə daim dəvət alır, həmçinin onları öz tədbirlərimizə dəvət edirik. Hər il alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində MDB dövlətlərin Bakıdakı səfirliklərinin keçirdikləri tdbirlərdə iştirak edirik. Bu ilin mayında Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Ukraynanın faşizm işğalından azad olunmasında iştirak edən azərbaycanlı  döyüşçülərə  xatirə medalları təqdim edildi. Mərasimdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri cənab Aleksandr Mişenko bildirdi  ki, Ukrayna Prezidentinin sərəncamı ilə 316 nəfər azərbaycanlı veteran döyüşçü medallarla təltif olunmuşlar. Eləcə də, digər MDB dövlətlərinin xatirə medalları azərbaycanlı  döyüşçülərə təqdim edilmişdir. Bu, xalqlarımız arasında dostluq əlaqələrinin qorunduğunu göstərir. Ayrı-ayrı tanınmış veteranların yubileyləri ilə əlaqədar qarşılıqlı təbriklərin göndərilməsi də mütəmadi xarakter daşıyır. Əməkdaşlarımız Qələbənin 71 illiyinə həsr olunmuş “Память и Победа” kitabının nəşrində fəal iştirak etmiş və həmin kitab 9 may Qələbə günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunmuşdur. Bu ilin iyun və sentyabr  aylarında Ukrayna veteranları təşkilatının dəvəti ilə Kiyev və Moskva şəhərlərində tədbirlərdə iştirak etmişik. Oktyabr ayında isə Türkiyənin Müharibə Veteranları Dərnəyinin Qars vilayəti üzrə nümayəndə heyəti Bakıya səfər etmişdir. Onların Təşkilatın rəhbərliyi, AR Müdafiə Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin rəsmiləri və Müdafiə Nazirliyinin H.Əliyev adına Hərbi Məktəbinin kursantları ilə görüşləri təşkil olunmuş, qonaqlar Bakının tarixi yerləri və ölkənin muzeyləri ilə tanış edilmişlər. Sentyabr ayında Rusiya Federasiyası Silahlı Qüvvələri Veteranları Təşkilatının sədri, ordu generalı Viktor Yermakov RVT-də olmuş, burada yaradılan şəraitdən, veteranlara göstərilən dövlət qayğısından bütün MDB ölkələrinin nümunə götürməli olduğunu bildirmişdir. Hər il 9 may ərəfəsində Avstriyanın paytaxtı Vyanada yerləşən beynəlxalq “Qara Xaç” cəmiyyətinin üzvləri və Almaniyadan gələn qonaqlar Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində İkinci Dünya müharibəsində əsir düşmüş və vəfat etmiş insanların dəfn edildikləri qəbirstanlıqlara ziyarətləri təşkil olunur.
  • Çoxsaylı tədbirləri, eləcə də, fəaliyyətinizin digər istiqamətləri üzrə işləri ölkə ictimiyyətinə lazımınca çatdıra bilirsinizmi?
- RVT-nin orqanı olan “Azərbaycan Veteranı” qəzeti tədbirlərimizi, eləcə də, fəaliyyətimizi kifayət qədər işıqlandırır. Bu sahədə ölkə KİV-nin, xüsusilə AzTV, İctimai, Lider, “SPACE”, “Xəzər” televiziyalarının, AzərTAC-ın, digər informasiya agentliklərinin, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Ədalət” və digər qəzetlərin bizə göstərdikləri köməyini minnətdarlıqla qeyd etmək istərdim. Təşkilatın tarixi və azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakı ilə bağlı dərc edilmiş kitab da ictimaiyyətin məlumatlandırılması sahəsində az rol oynamamışdır. Biz digər ölkələrin Bakıda yerləşən daimi müxbir postlarının imkanlarından da təbliğat işinin qurulmasında yararlanmağa çalışırıq. Fəaliyyətimizin səmərəli qurulmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara və Təşkiltımıza göstərdiyi qayğı və diqqətin mühüm rol oynadığını xüsusi vurğulamaq istərdim. - Son vaxtlar bəzi saytların Təşkilatla bağlı hansısa mənbələrə istinadən yaydıqları məlumatlarda bəzi qüvvələrin rəhbərliyin dəyişdirilməsinə cəhd göstərdikləri bildirilir. Bu barədə nə deyərdiniz? - Biz həmin məlumatların yalan və böhtan xarakteri daşıdığını, sədrin səhətinin hazırda normal olduğunu bəyan etməklə, həmin saytları dəqiqləşdirilməmiş informasiyaları tirajlamaqdan uzaq olmağa çağırmışdıq. Ancaq buna baxmayaraq, bəziləri eyni missiyanı nəinki davam etdirdilər, hətta digər İctimai Təşkilatların üzvlərini də öz yalanlarına ortaq etməyə çalışdılar. Biz yenə dözüm nümayiş etdirib həmin saytların təmsilçilərini də ayın 22-də keçiriləcək Plenumumuza dəvət edirik. Qoy onlar şər və böhtan yaymaqdansa, İkinci Dünya, Əfqanıstan və Qarabağ müharibələri veteranlarının nə düşündükləri barədə birbaşa onların özlərindən eşitsinlər. Bizsə yalnız onu bir daha vurğulayırıq ki, Respublika Veteranlar Təşkilatı öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır. - Aldığımız məlumata görə gələn il Respublika Veteranlar Təşkilatının 30 illik yubileyi keçiriləcəkdir. Bununla bağlı qərar varmı? - Əvvəla onu deyim ki, 30 il bundan qabaq fəaliyyətə başlayan Respublika Veteranlar Təşkilatının ilk sədri yaxın günlərdə 95 illik yubileyini keçirdiyimiz general-mayor, sərhədçi Mustafa Nəsirov olmuşdur. Bəli, 30 illiklə bağlı müvafiq tədbirlər planı hazırlanmışdır. Plana əsasən yubiley münasibətilə təşkilat və müəssisələrdə, xüsusilə təhsil ocaqlarında tədbirlərin keçirilməsi, ölkə KİV-ində müvafiq məqalə, veriliş və çıxışların təşkili, Təşkilatın tarixinə aid kitabın yazılıb çap etdiriməsi, sənədli filmin çəkilməsi, mədəni-kütləvi, o cümlədən müxtəlif ölkələrin veteran təşkilatları ilə əlaqələr çərçivəsində birgə tədbirlərin təşkili və s. işlər görüləcəkdir. - Gələcək palanlarınız barədə nə deyərdiniz? - Bu barədə bir neçə gün sonra baş tutacaq tədbirimizdə danışacağıq. Ancaq ümumən onu deyə bilərəm ki, biz fəaliyyətimizin səmərəsini artırmaq, ictimaiyyətin daha geniş təbəqələrini əhatə etmək üçün mövcud iş mexanizmlərini daha da təkmilləşdirməyi nəzərdə tuturuq. Bir milyondan artıq veteranı təmsil edən Təşkilatın fəaliyyəti daim yüksək səviyyədə olmalı, doğma Azərbaycanın hərtərəfli inkişafına töhfə verməlidir.                                                                                                  MEHPARƏ  Əliyeva

2016-11-19 00:00:00
3953 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı Prezident İlham Əliyevə təşəkkür edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir: "Cənab Prezident! Elə tarixi şəxsiyyətlər, əvəzolunmaz simalar, tərcümeyi-halı ilə tarix yaradan insanlar var ki,  onlar ulu öndər Heydər Əliyevin dili ilə desək, fəaliyyətləri ilə daima xalqımıza, dövlətimizə başucalığı gətirmişlər. Onlardan biri də  Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı, vətən qarşısındakı xidmətlərinə görə  çoxsaylı orden və medallarla, “İstiqlal” ordeni ilə təltif olunmuş Fatma xanım Səttarova idi. 1941- 1945-ci illər müharibəsində  və ondan sonrakı quruculuq illərində fədakarlıqlar göstərmiş bu əvəzsiz insan, həm də müstəqillik illərindəki fəaliyyəti ilə xalq məhəbbəti, dövlət sevgisi qazanmışdır. Fatma xanım Səttarovanın çoxsaylı uğurlarının və naliyyətlərinin ən böyük memarı Ulu öndər Heydər Əliyev idi. Fatma xanım Ümumilli liderin dövlət idarəçilik məktəbinin ən qiymətli müdavimlərindən biri olmaqla yanaşı, həm də onun azərbaycançılıq məfkurəsinin vətənpərvərlik idealogiyasının təbliğatçılarından idi. O, həm də Ulu öndərimizin tələbə yoldaşı kimi qəlbində çoxsaylı gənçlik xatirələri daşıyırdı. Fatma xanım bütün fəaliyyəti ilə vətənə sevginin, milli təəssübkeşliyin, zəhmətsevərliyin, ailə dəyərlərinə, ocağ ruhuna sədaqətin nümunəsi idi. Onun sonsuz vətən sevgisi Ulu öndərin, Sizin və ölkəmizin Birinci vitse-prezdenti xanım Mehriban Əliyevanın xeyirxağlıq, yaxşılıq,  məhəbbət və mərhəmət duyğuları ilə şölələnirdi. Fatma xanım 102 il ömür yaşadı.  Təkcə Azərbaycan vətəndaşlarına deyil, MDB ölkələrinin insanlarına da nümunə oldu. Müharibənin özü ilə birlikdə gətirdiyi fəlakətin acılarını tarixi çıxışları ilə sübut etdi, insanlara çatdırdı. Dözümü, cəsarəti və ləyaqəti ilə gənçliyə, qadın ucalığına, ana siqlətinə, ictimai xadim əzəmətinə şərəf gətirdi. İstər milli azadlıq hərəkatı dövründə, istər Birinci Qarabağ savaşında, istər 44 günlük Vətən müharibəsində nümunəyə çevrildi. Cənab Prezident! Fatma xanım ölkəsini, vətənini, millətini sonsuz hüdudları məlum olmayan  bir məhəbbətlə sevirdi, ulu öndər Heydər Əliyevlə,  Sizinlə, xanım Mehriban Əliyeva ilə qürur duyurdu. Bütün çıxışlarını Azərbaycan sevgisi ilə başlayır, Ulu Öndər, Müzəffər Ali Baş Komandan və Birinci xanımla bitirirdi. Sizin ona  daimi qayğınızla isə ömrü uzanırdı. Məhz sizin sərəncamlarınızla Fatma xanımın mənzil-məişət şəraiti yaxşılaşmış, ona Prezident təqaüdü verilmiş, “İstiqlal” oredeni ilə təltif olunmuşdu. Azərbaycan  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının çoxsaylı üzvləri adından mərhum sədrimizin, İkinci Dünya müharibəsinin iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərmiş Fatma xanım Səttarovanın ruhuna ehtiramınıza, imzaladığınız  nekroloqa,  II Fəxri xiyabanda ayırdığınız torpaq müqəddəsliyinə, son mənzilə yolasalma mərasiminin yüksək səviyyədə təşkilinə görə Sizə və çox hörmətli Mehriban xanıma  təşəkkür edir, minnətdarlığımızı bildiririk”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından sədr vəzifəsinin icraçısı, polkovnik Cəlil Xəlilov  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatinda “Gənclər bizim bu günümüz, həm də sabahımızdır” mövzusunda tədbir keçirilib

Martın 14-də Respublika Veteranlar Təşkilatının inzibati binasında Gənclər və İdman Nazirliyinin, Ağsaqqallar şurasının nümayəndələrinin, müharibə, əmək və Silahlı Qüvvələr veteranlarının, ziyalıların, gənclər təşkilatının, müəllimlərin, şagirdlərin və media nümayəndələrinin iştirakı ilə “Gənclər bizim bu günümüz, həm də sabahımızdır” mövzusunda tədbir keçirilib. video Tədbirin keçirilməsində məqsəd ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işini gücləndirməkdir.  Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açaraq təşkilatın fəaliyyəti barədə geniş məlumat verib, bu mövzuda keçirilən tədbirlərin ənənəvi hal aldığını diqqətə çatdırıb. O, gənclərmizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ziyalıların, ağsaqqalların və veteranların bugünkü fəaliyyətini yüksək qiymətləndirib. C.Xəlilov 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Gününün təsis edildiyini və Ulu Öndərin gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşıdığını diqqətə çatdırıb. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin gənclərə yüksək etimad göstərməsini, onların hərtərəfli inkişafı üçün böyük işlər gördüyünü vurğulayıb. C.Xəlilov gənclərin təhsilə yiyələnməsinin vacibliyini, hər bir sahədə   gənclərin üzərinə düşən məsuliyyəti xüsusi qeyd etdi. O, Azərbaycan gəncinin əsl vətənpərvərliyini, Vətən, xalq üçün canından keçməyə daim hazır olduğunu, bunu Aprel döyüşlərində və Naxçıvan əməliyyarlarında sübut etdiklərini diqqətə çatdırdı. C.Xəlilov: “Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri və ötən il keçirilən uğurlu Naxçıvan əməliyyatı bizim gücümüzü, peşəkarlığımızı göstərdi. Biz bu əməliyyat nəticəsində uzun illər işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda – Lələtəpə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir”.      Gənclər və İdman nazirinin müavini İntiqam Babayev  də öz növbəsində bu cür tədbirlərin əhəmiyyətindən danışdı. İ.Babayev veteranları canlı tariximiz adlandırıb, gənclərimizi onlardan örnək götürməyə səslədi. O, Respublikamızın bugünkü inkişafına, hər bir sahədə əldə etdiyi nailiyyətlərə nəzər saldı. İ.Babayev: “Bu gün veteran, ağsaqqal adlandırdığımız insanlar vətənimizi göz bəbəyi kimi qoruyub, azadlığımız, müstəqilliyimiz üçün çalışıblar. Onların davamçıları -  Prezident İlham Əliyevin ətrafında sıx birləşən - siz gənclərin amalı azərbaycanlı adını şərəflə daşımaq, Vətənin tarixini, mədəniyyətini yaşatmaq, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini qorumaqdır. Bu gün iftixarla qeyd edə bilərik ki, gənclərimiz Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasına sadiqdirlər, veteranların təcrübəsindən bəhrələnir, təhsilə, elmə yiyələnirlər. Hər bir sahədə Azərbaycanın bayrağını qürurla dalğalandırırlar”. Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov  Azərbaycan xalqının tolerantlıq ənənələrindən, Dağlıq Qarabağ münaqişəsinin tarixindən və mənfur erməni xislətinin xalqımızın başına gətirdiyi fəlakətlərdən söhbət açdı. Bu günümüzün və gələcəyimizin əmin əllərdə olması üçün B.Yusifov  gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi. Digər çıxış edənlər II dünya müharibəsi veteranı İsmayıl Fərəcov, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Elşad Şabanov Respublikada həyata keçirilən gənclər siyasətindən, gənclərin ölkə həyatındakı yeri və rolundan, vətənpərvər gəncliyin üzərinə düşən məsuliyyətdən danışdılar. Tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını oxu
YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələrinin görüşü keçirilib

Mayın 5-də  Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 9 May – Qələbə Günü münasibətilə YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib. Görüşdə çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Azərbaycanın Sovet dövründəki həyatında 1941-1945-ci illər ən ağır və dəhşətli dövrlərdən biri olduğunu desək yəqin ki, səhv etmərik. Ölkəmizdən müharibəyə 600 min nəfərə yaxın həmyerlimiz çağırıldı və onların 350 min nəfəri geri qayıtmayıb. Arxa cəbhədə isə 250 min nəfərə yaxın insan ordunun tələbatını təmin etməsi ilə əlaqədar çalışırdı. Arif Rəhimzadənin sözlərinə görə, İkinci Dünya müharibəsi, bu müharibəyə cəlb olunan ölkələrin əhalisi üçün ən dəhşətli dövr oldu və hamıda fikir formalaşdırdı ki, faşizm ifrat dərəcədə milliyyətçiliyə, irqçiliyə yönəlib: “Azərbaycan xalqı erməni faşizmindən də əziyyət çəkib. Elə sovetlər dövründə də ermənilərin Azərbaycan torpaqlarına qarşı iddiaları var idi. Bu məsələ ilə  dövlət səviyyəsində ilk dəfə Ulu Öndər Heydər Əliyev məşğul oldu. Onun gördüyü tədbirlər nəticəsində Ermənistanın rəhbərləri anladı ki, Azərbaycana olan iddialarını həyata keçirə bilməyəcəklər. Ulu Öndərimiz böyük uzaqgörənliklə sovetlər dönəmində Bakıda hərbi məktəbin açılmasına nail oldu. Bu da milli hərbi mütəxəssislərimizin hazırlanmasında böyük rol oynadı”. Arif Rəhimzadə qeyd edib ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra Ermənistan Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları ilə çıxış etdi: “Beləliklə də, Qarabağ müharibəsi başlandı. O dövrdə ölkə iflic vəziyyətdə idi. Nə silah var idi, nə ordu, nə də ki, ölkəyə rəhbərlik edənlərdə bacarıq, səriştə, iradə. Buna baxmayaraq, minlərlə Azərbaycan vətəndaşları ölkənin müdafiəsinə qalxdı. Birinci Qarabağ müharibəsində ərazilərimizin bir hissəsini itirsək də, bu müvəqqəti idi. Bu gün isə biz hamımız İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbənin təsiri altındayıq və anlayırıq ki, bu tarixi hadisə Azərbaycan xalqının birliyi, Silahlı Qüvvələrinin yüksək peşəkarlığı və qəhrəmanlığı, Prezident, Ali Baş Komandan İlham Əliyevin ardıcıl, məqsədyönlü və məhsuldar fəaliyyətinin nəticəsidir. Eyni zamanda, biz yaxşı anlayırıq ki, Azərbaycan xalqında vətənə məhəbbət, ağır anlarında bir yumruq kimi birləşib doğma yurdumuzu müdafiə etmək, hətta canımızdan keçməyi siz veteranlar gənclərimizə  aşılayırsınız”. YAP Veteranlar Şurasının sədri söyləyib ki, azərbaycanlıların 1941-1945 –ci illərdə müharibə zamanı qəhrəmanlıqları hər zaman yaddaşlardadır.  İkinci Dünya müharibəsində yüksək şücaət göstərdiyinə görə 127 həmyerlimiz “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Bütövlükdə isə, orden və medallarla 170 minə yaxın vətəndaşımız təltif olunub. A.Rəhimzadə deyib ki, müharibə və əmək veteranlarının vətənə, dövlətə xidməti gənc nəsil üçün nümunədir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Fatma Səttarova  İkinci Dünya müharibəsində Azərbaycanın oğul və qızlarının qəhrəmanlığından, özünün də müharibə xatirələrindən bəhs edib. Fatma Səttarova ölkəmizdə müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. O, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən qürur duyduğunu, şanlı Azərbaycan Ordusu ilə fəxr etdiyini qeyd edib. Görüşdə həmçinin, Аzərbaycan Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov və təşkilatın üzvləri İmran Əbilov və Tamleyxa Həsənov çıxış edərək ölkəmizin uğurlu inkişafından, Vətən müharibəsində qazanılan zəfərdən, eləcə də ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıdan danışıblar. Eyni zamanda, hər iki təşkilat arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.   

Hamısını oxu
Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva ustad dərsi keçib

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2022-ci ilin birinci yarımili üçün nəzərdə tutulmuş İş planının 4.2-ci bəndinin icrası məqsədilə cari ilin 15 fevral 2022-ci il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət Məktəblərinin fortepiano ixtisası və rəsm sənəti üzrə müəllimlərin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbində ustad dərs keçirilmişdir”. Veteran.gov.az xəbər verir ki, bu barədə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sosial şəbəkədəki səhifəsində məlumat verilib. Məlumatda deyilir: “Bildiyimiz kimi, Bədii təhsil sahəsinin inkişafı müasir çağırışlara cavab verən yeni metodların ərsəyə gəlməsi və bilavasitə tətbiqi nəticəsində baş verir. Qeyd edək ki, yeni metodlardan istifadə şagird, həmçinin müəllim kontingenti üçün ən mühüm məsələlərdən biridir. Növbəti “Ustad dərslər” layihəsi fortepiano ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva, rəsm sənəti üzrə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının pedaqoqu Aydan Şahbazlı tərəfindən reallaşdırılmışdır. Təşkil edilən ustad dərslərdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət Məktəbi, Qəbələ rayon Uşaq İncəsənət Məktəbi, İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbi, Qobustan rayon Təklə kənd Uşaq Musiqi Məktəbi, Ağsu rayon Uşaq Musiqi Məktəbi, Şamaxı şəhər Uşaq İncəsənət Təhsili Mərkəzinin müəllim və şagird heyəti iştirak etmişlər. Dərs zamanı adları qeyd edilən məktəb şagirdlərinin çəkdiyi rəsmlər, həmçinin dərs proqramları üzərində praktiki göstərişlər edilərək, müəyyən tövsiyələr müəllimlərin diqqətinə çatdırılmışdır. Ustad dərslərin sonunda isə müəllimlər tərəfindən verilən müəyyən suallara aydınlıq gətirilərək fikir mübadiləsi aparılmış, eyni zamanda ustad dərsdə iştirak edən müəllimlər dərsin keçirilməsinə görə təşkilatçılara öz dərin minnətdarlıqlarını bildirmişlər”.  

Hamısını oxu