Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qarabağ Gecəsi” xeyriyyə konsertinə bilet alın, doğma Qarabağın bərpasına dəstək olun!

26 iyun 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilati dəstəyi, eləcə də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə “Qarabağ Gecəsi” adlı növbəti xeyriyyə konserti keçiriləcək.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konsertdə dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova, solistlər Mahir Tağızadə və Aytac Şıxəlizadə iştirak edəcəklər.

Opera janrında təqdim olunacaq konsertin dirijoru isə Əməkdar artist Əyyub Quliyev olacaq.

Məlumat üçün bildirək ki, konsertin biletləri artıq satışa çıxarılıb. Biletləri iTicket.az saytından və satış məntəqələrindən əldə etmək mümkündür.

Bilet əldə etmək, eyni zamanda konsertin proqramı ilə tanış olmaq üçün linkə keçid edin: https://iticket.az/events/concerts/karabakh-night-charity-concert010/157313

Xatırladaq ki, bu günə qədər ikisi Bakıda (2022 və 2024), biri Gəncədə (2023), biri isə Şuşada (2024) olmaqla 4 analoji konsert təşkil olunub.

Konsertlərdən əldə edilən 400 min AZN-ə yaxın vəsait işğaldan azad edilən ərazilərdə mədəniyyət obyektlərinin, o cümlədən Ağdamda yerləşən Pənahəli xanın İmarət Kompleksinin bərpasına və yenidən qurulmasına, eyni zamanda Şuşa şəhəri üçün “Yamaha” istehsalı olan böyük konsert royalının alınmasına yönəldilib.

Builki konsertdən əldə ediləcək bütün vəsait isə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin yaradılmasına yönəldiləcək.

Əziz həmvətənlərimiz, bu günə qədər bir çox insan bilet əldə edərək işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə öz töhfəsini verib. Sizi də doğma Qarabağın bərpasını dəstəkləmək üçün “Qarabağ Gecəsi” xeyriyyə konsertinə bilet əldə etməyə və bu möhtəşəm klassik musiqi axşamının iştirakçılarından biri olmağa dəvət edirik.

Gəlin bir daha həmrəylik göstərək və sənətin gücü ilə Qarabağın dirçəlişinə bir addım da yaxın olaq. Unutmayın ki, hər bilet Qarabağın dirçəlişi üçün mühüm töhfədir.

Həmrəy olaq, doğma Qarabağı birlikdə daha gözəl bərpa edək!

2025-06-11 14:37:54
3730 baxış

Digər xəbərlər

Müharibədə şəhid olmuş hərbi qulluqçuların - Siyahısı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilmişdir. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Siyahı ilə bu linkdən tanış ola bilərsiniz.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova general Vladimir Timoşenko ilə görüşüb

Bu gün sabiq millət vəkili, ehtiyatda olan general Vladimir Timaşenko Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova ilə görüşüb. Görüş əsnasında Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizəsindən danışan general Timoşenko, azərbaycanlıların bu mübarizədə göstərdiyi fədakarlığın bütün bəşəriyyət tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.   Gəlişinə görə general Timoşenkoya təşəkkürünü bildirən Fatma Səttarova Azərbaycan xalqının faşizmə qarşı mübarizəni XXI əsrdə də davam etdirdiyini, 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağı erməni faşistlərindən azad etdiyini bildirib. Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun böyük şücaət göstərdiyinə diqqət çəkən Fatma Səttarova, dövlətimizin və xalqımızın bundan sonra da öz maraqlarını qətiyyətlə müdafiə edəcəyini qeyd edib.   Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov isə bildrib ki, Azərbaycan xalqı hər zaman regionda və dünyada sülh və təhlükəsizliyə ciddi töhfələr verib və erməni faşizmi üzərində əldə edilən qələbə də bu qəbildəndir.   Görüşdə Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov  da iştirak edib.   Respublika Veteranlar Təşkilatının mətbuat katibi

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Əli Əliyev vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Əliyev Əli Hüseyn oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Əli Əliyevin vəfatından kədərləndiyini bildirir və bu münasibətlə mərhumun doğmalarına dərin hüznlə başsağlığı verir.  Məlumat üçün qeyd edək ki, Əli Əliyev müharibə dönəmində bir sıra cəbhələrdə faşizmə qarşı mübarizədə aktiv iştirak edib, döyüşlərdə böyük igidliklər göstərib. Məhz bütün bunların nəticəsidir ki, cəsur azərbaycanlı hərbi komandanlıq tərəfindən “Qırmızı ulduz” ordeni, “Böyük Vətən Müharibəsi” ordeni və daha 15 medalla təltif edilib. Allah rəhmət eləsin!

Hamısını oxu
Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Gürcüstan Parlamentinin nümayəndə heyəti ilə görüşüblər

Veteran.gov.az xəbər verir ki, iyulun 28-də Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Gürcüstan Parlamentinin nümayəndə heyəti ilə görüşüblər. Komitənin sədri Şahin İsmayılov qonaqları salamlayaraq, bildirib ki, Azərbaycan və Gürcüstan arasında, xüsusilə də hər iki ölkənin dövlət və parlament rəhbərləri səviyyəsində mövcud olan dostluq və müttəfiqlik münasibətləri ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərir. O, milli-mənəvi dəyərlər əsasında formalaşan gəncliyin ölkənin sabit və davamlı inkişafının əsas təminatçısı olduğunu vurğulayaraq, bu baxımdan hər iki ölkənin müvafiq komitələri arasında əməkdaşlığın Azərbaycan və Gürcüstan gənclərinin inkişafına mühüm töhfə verəcəyini bildirib. Öz növbəsində, Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər komitəsi sədrinin birinci müavini Giorgi Çakvetadze göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, dövlət başçılarının təşəbbüsü ilə həyata keçirilən Gənclər Forumunun Azərbaycanda artıq böyük uğurla təşkil olunduğunu vurğulayıb. Forum iştirakçılarının tədbirdən yüksək məmnuniyyət duyduğunu qeyd edən Çakvetadze, analoji forumun gələn ay Gürcüstanda da keçiriləcəyini söyləyib. Görüşdə Gənclər və idman komitəsinin üzvləri Göydəniz Qəhrəmanov, Mircəlil Qasımlı və Mahir Süleymanlı çıxış edərək bildiriblər ki, Azərbaycan və Gürcüstan arasında uzun tarixi keçmişə əsaslanan münasibətlər bu gün həm iqtisadi, həm də siyasi sahələrdə uğurla inkişaf edir. Deputatlar gələcəkdə parlamentlərarası əməkdaşlığın birgə layihələr çərçivəsində daha da dərinləşəcəyinə əmin olduqlarını qeyd ediblər. Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.  

Hamısını oxu