Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xankəndi: Zəfərin Rəmzi, Birliyin Məkanı

2025-ci ilin 3-4 iyul tarixlərində Azərbaycanın Xankəndi şəhəri tarixə yeni bir səhifə yazır. Böyük Zəfərin, sarsılmaz iradənin və qürurlu qayıdışın timsalına çevrilmiş bu şəhər İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi edir. Bu təkcə diplomatik bir hadisə deyil, həm də tarixi ədalətin zəfəridir, milli suverenliyin möhtəşəm təntənəsidir. 30 il boyunca düşmən separatizminin qaranlıq kölgəsində saxlanılan Xankəndi indi sülhün, əməkdaşlığın və beynəlxalq dialoqun ünvanına çevrilib. Məhz bu səbəbdən də İƏT Zirvə görüşünün Xankəndidə keçirilməsi Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, xalqımızın iradəsinin və müzəffər ordumuzun qəhrəmanlığının nəticəsidir. Biz, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq, bu mühüm hadisəni dərin qürur və yüksək dəyərlə qarşılayırıq.Azərbaycanın şərəfli tarixinə, Vətən müharibəsinin qəhrəmanlıq səhifələrinə imza atmış insanlar olaraq biz bu günü illərlə gözləmişik. Arzulamışıq ki, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalansın, bu qədim Azərbaycan torpaqlarında sülh, tərəqqi və beynəlxalq əməkdaşlıq naminə yüksək səviyyəli müzakirələr aparılsın. Bu arzu bu gün gerçəkləşir. Və biz, bu tarixi anın canlı şahidləri olaraq, qürurla bəyan edirik: bu, həm qələbənin nəticəsidir, həm də sabit sülhün başlanğıcıdır.İƏT Zirvə toplantısında 13 ölkənin dövlət və hökumət başçısının iştirakı Azərbaycanın regionda yaratdığı yeni reallıqların qlobal miqyasda qəbul olunduğunun bariz göstəricisidir. Xankəndi artıq Avrasiya əməkdaşlığının, mədəni inteqrasiyanın, iqtisadi inkişafın mərkəzinə çevrilməkdədir. Bu Zirvə görüşü göstərir ki, Qarabağ artıq münaqişə deyil, möhtəşəm dirçəlişin və sülhün məkanıdır. Şuşada keçirilən Biznes Forumu, Ağdamda təşkil olunan Gənclər Forumu, Laçında baş tutmuş Qadınlar Forumu kimi tədbirlər, indi isə Xankəndidə keçiriləcək yüksək səviyyəli Zirvə görüşü Azərbaycanın azad olunmuş torpaqlarında yeni həyatın başlanğıcını ifadə edir. Prezident İlham Əliyevin beynəlxalq miqyasda artan nüfuzu, Azərbaycan diplomatiyasının uğurları, ölkəmizin beynəlxalq platformalarda mühüm söz sahibinə çevrilməsi hər bir vətəndaş kimi biz veteranların da qürur mənbəyidir. Biz əminik ki, bu görüş Qarabağın bərpası və beynəlxalq investisiya əməkdaşlığının genişlənməsi istiqamətində yeni imkanlar yaradacaq. Azərbaycanın İƏT daxilində fəallığı, təşkilatla uzunmüddətli və qarşılıqlı faydalı münasibətləri xüsusi qeyd olunmalıdır. Azərbaycanın təklifləri, təşəbbüsləri istər pandemiya dövründə beynəlxalq həmrəyliyin gücləndirilməsi, istər nəqliyyat-logistika marşrutlarının inkişafı sahəsində İƏT ölkələri tərəfindən daim yüksək dəyərləndirilmişdir. Qarabağda aparılan bərpa və quruculuq işlərinə İƏT üzvü olan qardaş ölkələrin  Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın qatılması da bu beynəlxalq həmrəyliyin təzahürüdür. Veteranlar təşkilatı olaraq biz bu həmrəyliyi alqışlayır, Xankəndidəki Zirvə görüşünü bu əməkdaşlığın daha da genişlənməsi istiqamətində mühüm addım hesab edirik. Tarix qarşısında məsuliyyət daşıyan nəsil olaraq biz inanırıq ki, bu Zirvə toplantısı Azərbaycanın sülh və inkişaf naminə yürütdüyü siyasətin daha da möhkəmlənməsinə xidmət edəcək. Xankəndidə dalğalanan bayrağımızın kölgəsində keçiriləcək bu möhtəşəm beynəlxalq tədbir gələcək nəsillər üçün də örnək olacaq. Qarabağ Azərbaycandır! Və bu gün bu həqiqəti bütün dünya bir daha Xankəndidən eşidəcək!

Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-07-04 16:59:35
5383 baxış

Digər xəbərlər

“DTX-nın narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə genefondumuzun qorunmasına xidmət edir”

Tənzilə Rüstəmxanlı: “Bu mübarizə həm miqyas, həm də mahiyyət etibarilə olduqca böyük və önəmlidir”  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə uğurla davam edir. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Tənzilə Rüstəmxanlı, DTX-nın apardığı bu mübarizəni xalqımızın genefondunun qorunması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “DTX-nın  narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə dövlət təhlükəsizliyimizin mühüm tərkib hissəsi olmaqla yanaşı, həm də gənc nəslim sağlamlığının qorunması, genefondumuzun hifz edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bildiyiniz kimi, narkotiklərin qanunsuz dövriyyəsi müasir dünyamızın əsas problemlərindən biridir və qlobal xarakterli təhlükə hesab olunur.  ABŞ kimi super güclər belə bu problemə qarşı təkbaşına mübarizədə ciddi çətinliklərlə qarşılaşırlar. Azərbaycan isə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə mühüm uğurları ilə diqqət çəkir. Bu baxımdan DTX-nın narkotiklərə qarşı mübarizə müstəvisində atdığı addımlar həm miqyas, həm də mahiyyət etibarilə mühüm həmiyyət kəsb edir. Nümunə üçün qeyd edək ki, cari ilin 11 aprel tarixində DTX və DSX-nın keçirdiyi əməliyyat nəticəsində 16 kq. 700 qr. narkotik vasitə olan qurudulmuş marixuana və 3500 ədəd narkotik tərkibli “Metadon” M-40 həbləri aşkarlanaraq götürülüb ki, bu da oldaqca böyük uğurdur. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan bu mübarizə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısını alır, gənclərin həm fizki, həm əqli, həm də ruhi-mənəvi sağlamlığının qorunmasını təmin edir. Gənclərimizin narkotik bəlasından hifz edilməsi həm də dövlət və xalq olaraq gələcəyimizin qorunması, inkişafımızın sığortalanması deməkdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dövlətimizin gələcəyinin və təhlükəsizliyinin sağlam və vətənpərvər gəncliyə bağlı olduğunu vurğulayb, gənclərin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsinin həyati əhəmiyyət kəsb etdiyini qeyd edib. Narkotiklərə qarşı aparılan mübarizə məhz belə bir gəncliyin formalaşdırılması baxımından son dərəcə vacibdir və birmənalı şəkildə DTX-nın xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri hesab oluna bilər. DTX-ya narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aprdığı mübarizədə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirik”. Seymur ƏLİYEV

Hamısını oxu
Gəncə Şəhər Ağsaqqallar Şurası növbəti dəfə “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirib

Azərbaycan Ağsaqqallar Şurasının respublikamızın 77 şəhər və rayonunda fəaliyyət göstərən yerli təşkilatları mütəmadi olaraq aktual məsələlərlə bağlı, o cümlədən  gənclərimizin maarifləndirilməsi, onların zərərli vərdişlərdən uzaq, sağlam təməllər üzərində yetişməsi üçün geniş tədbirlər keçirir. “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş növbəti belə bir əhəmiyyətli tədbir Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Gəncə Şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə  “Narkomaniyaya yox deyək!” devizi altında keçirilib. ADAU-da baş tutan konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru  Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, həmçinin ağsaqqallar, ziyalılar, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbir iştirakçılarını salamlayan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov giriş nitqində narkomaniyanın fəsadlarından bəhs edib, bu dəhşətli bəlaya qarşı mübarizənin bu gün hamımız üçün çox aktual xarakter daşıdığını bildirib. Natiq konfransın çox əhəmiyyətli bir mövzuya həsr oldunğunu qeyd edərək, belə bir tədbirin keçirilməsinə  görə Azərbaycan Ağsaqqallar Şurasına minnətdarlığını bildirib və əlavə edib ki, narkomaniyanın gənclər arasında yayılmasının qarşısını almaq üçün bütün təhsil müəssisələrində maarifləndirmə işləri daha da gücləndirilməlidir. O, digər zərərlərlə yanaşı, narkotikdən istifadənin həm də milli-mənəvi dəyərlərimizə zidd, Vətənə,  ailəyə xəyanət olduğunu vurğulayıb. Bütün xalqımızı bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola yönləndirməyə səsləyib. Sonra çıxış edən Gəncə şəhər Ağsaqqallar Şurasının İdarə heyətinin üzvü, ehtiyatda olan polis polkovnik-leytenantı Ramiz Sadıxov, ADAU-nun Əczaçılıq kafedrasının müəllimi Samirə Quluyeva, baş müəllimi Sakit Atakişiyev, tələbə Həmid Səfərov, polis kapitanı Əmrah Cəfərov və başqaları narkotik maddələrdən istifadə nəticəsində baş verə biləcək fəsadlardan,  narkoloji xəstələrin müayinə və müalicəsindən,  həmçinin bu bəla ilə təsirli mübarizədən və onun aradan qaldırılması tədbirlərindən söz açıblar. Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov  konfrans iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından salamlayaraq qeyd edib ki, təşkilat tərəfindən müntəzəm olaraq bu aktual və ağrılı  mövzuya həsr olunmuş  tədirlər, görüşlər keçirilir, gənclərimizlə  maarifləndirici söhbətlər aparılır. Vurğulayıb ki, ağsaqqallarımız hər zaman dünyanın bu ən böyük bəlasına qarşı cəmiyyətimizi səfərbər olmağa və mübarizə aparmağa çağırır. Natiq gənclərimizin formalaşmasında ailənin və cəmiyyətin mühüm rol oynadığını bildirərək əlavə edib  ki, gənc nəslin tərbiyəsində və maariflənməsində valideyinlərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Bizim hər birimiz övladlarımızı, şagirdlərimizi, tələbələrimizi, vətəndaşlarımızı bu kimi böyük təhlükələrdən qorumaq üçün onlarla mütəmadi olaraq maarifləndirici söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməli, gənclərimizi idmana, sağlam həyat tərzinə təşviq etməliyiq. “Bu gün dövlətimiz narkomaniya ilə mübarizə sahəsində geniş siyasət aparır, təsirli tədbirlər həyata keçirir. Lakin biz də bu prosesdə kənarda dayanmamalıyıq, çünki narkomaniyaya qarşı mübarizə aparmaq hər kəsin borcudur.  Azərbaycan Ağsaqqallar Şurası olaraq biz də digər məsələlərlə yanaşı, bu sahədə üzərimizə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməyə,   qarşıya qoyulan məqsədlərə tam nail olmaq üçün ümumi işə bacardığımız qədər töhfələr verməyə çalışırıq və daha xoşbəxt, sağlam Azərbaycan gənci naminə bu fəaliyyətimizi hər zaman yorulmadan davam etdirəcəyik” – deyə Bayram Yusifov vurğulayıb. Konfransın sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov  “Kəpəz” TV-yə müsahibə verib və bir daha bu dəhşətli bəlaya, “ağ ölümə” qarşı mübarizədə hamını səfərbər olaraq yaxından iştirak etməyə çağırıb.    

Hamısını oxu
“Regionda sülhün təminatında maraqlı olmayan qüvvələr var”

Cəlil Xəlilov: “Laçın nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması bunu göstərir” “Laçın nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması göstərir ki, regionda sülhün təminatında maraqlı olmayan qüvvələr var”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verən hadisə Azərbaycanla Ermənistan arasında sülhün qarşısını almağa hesablanıb: “Erməni təxribatçılarının Laçın nəzarət-buraxılış məntəqəsini atəşə tutması Ermənistandakı bəzi qüvvələrin – separatçıların və rusiyapərəst dairələrin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalana biləcəyindən ciddi narahatlıq keçirdiyini göstərir. Əslində, bu olay iki tərəf arasında gərginliyi artırmaq, sülh prosesinə zərbə vurmağa hesablanıb. Bu cür insidentlərlə Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasının da qarşısını almağa çalışırlar. Baş verən bu hadisədə Rusiyanın da da məsuliyyət payı böyükdür. Çünki həmin ərazilərdə sülhyaratma missiyası 10 noyabr Bəyanatına əsasən rus hərbçiləri tərəfindən həyata keçirilir. Laçındakı nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması faktı göstərir ki, Rusiya tərəfi 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü missiyanı yerinə yetirə bilmir və ya yerinə yetirməkdə maraqlı deyil. Artıq məlum faktla bağlı Azərbaycanın müvafiq qurumları tərəfindən cinayət işi qaldırılıb, Laçın nəzarət-buraxılış məntəqəsindən keçid dayandırılıb. Ölkəmiz bu cinayəti törədənlərin tapılması və məsuliyyətə cəlb olunmasında israrlıdır. Odur ki, separatçıların, rusiyapərəst qüvvələrin bütün ciddi-cəhdinə rəğmən həmin şəxslər tapılaraq məsuliyyətə cəlb ediləcək, etdikləri əmələ görə qanun qarşısında cavab verəcəklər”.  

Hamısını oxu
Mehriban Əliyeva 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İnstaqramda 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib. APA xəbər verir ki, paylaşımda deyilir:   "Əziz veteranlar! Biz sizin mərdliyinizlə, cəsarətinizlə və şücaətinizlə fəxr edirik! Böyük Qələbə Gününüz mübarək!"

Hamısını oxu